“Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi
Gündəm
Oxunub: 1608
21 Sep 2019 | 17:55
“Türk ocağı” Azərbaycanda bərpa olundu -  Akif Aşırlı başqan seçildi

Moderator.az sherg.az-a istinadən xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan “Türk ocağı”nın bərpası konfransı keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun direktoru, professor Mustafa Balcı, Türkiyədən gəlmiş 10-ya yaxın elm adamı, millət vəkilləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirin aparıcısı, Mətbuat Şurasının sədri Əflatun Amaşov “Türk ocağı”nın bərpaçılarını təqdim edib. Çıxışlardan öncə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və ardınca “Türk ocağı”nın yaranması ilə bağlı sənədli film nümayiş etdirilib.


Qeyd edək ki, Azərbaycan “Türk ocağı”nın bərpaçıları - millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, millət vəkili Cavanşir Feyziyev, Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, Uluslararası İlişkilər və siyasi elmlər doktoru İrfan Çiftçi, Azərbaycan-Türkiyə İş Adamları Birliyi başqanı Cemal Yanğın, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Əli bəy Hüseynzadənin varisi Cəmilə Hüseynzadə, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə, “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, “Şərq” qəzetinin baş redaktorunun birinci müavini Yusif Nəzərlidir. 

 

 İlk söz “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıya verilib. Baş redaktor Azərbaycanda “Türk ocağı”nın bərpası barədə uzun zamandır düşündüyünü deyib:

 

“1911-c ildəTürkiyənin çöküşü prosesinin qarşısını alan 190-a yaxın tibb tələbəsinin israrlı tələbi üzərinə türk ziyalıları İstanbulda Əhməd bəy Ağaoğlunun evində toplaşdılar. 1912-ci ildə İstanbulda “Türk ocağı” quruldu. Bu Ocağın qurucuları çağdaş Türkiyənin qurulmasında mühüm rol oynadılar. Eyni zamanda milli ruhun diri tutulmasında iştirak etdilər.

 

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurularkən “Türk ocağı”nın yaradılmasının tarixi bağlantılarını nəzərə alaraq belə bir cəmiyyətin Azərbaycanda təsisinin zəruri olduğunu düşündük. Bununla bağlı Türkiyədən olan dəyərli elm adamları və ziyalılarla müzakirələr apardıq. Müzakirələrdə bizə dəstək verdiyinə görə İstanbul Türk Ocaqları başqanı Cezmi Bayrama təşəkkür edirəm. Həmçinin, Türk Ocaqları başqanı Mehmet Özə minnətdarlığımı bildirirəm. Nəzərə çatdırım ki, Cümhuriyyət vaxtı Azərbaycanda milli təsisatlar yaradılmışdı ki, onlardan biri də “Türk ocağı”nın bərpası idi. Azərbaycandakı “Türk ocağı” Türkiyədəki təşkilatla eyniyət təşkil edirdi. Məramı türk birliyini təşkil etmək, yenicə qurulan Cümhuriyyətə Türkiyənin maddi-mənəvi yardımlarını təmin etmək idi”. 

 

A.Aşırlı bərpaçıların arasında üç nəfərin adını xüsusi qeyd edib:

 

“Əli bəy Hüseynzadənin nəvəsi Cəmilə Hüseynzadə, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə və Əhməd Cavadın nəvəsi Anar Axundzadənin adlarını xüsusi vurğlamaq istəyirəm. Bu insanların babaları, Əhməd Cavad və Abdulla Şaiq Azərbaycan Xalq Cümhuriyyətinə rəsmi şəkildə Azərbaycanda “Türk ocağı”nın yaradılması ilə bağlı müraciət ediblər. Sentyabr ayında onlara vəsiqə verilib və cəmiyyət fəaliyyətə başlayıb. Qurumun fəaliyyəti bağlı kiçik kitabım çıxıb, eyni zamanda Türkiyə tükcəsində də çap olunub. Hazırda bu mövzuda istifadə olunan mühüm elmi mənbələrdən biridir. Bu cəmiyyəti bərpa etməkdə məqsədimiz Azərbaycanın türk dünyasında yerinin, rolunun möhkəmlənməsi və ölkənin istiqlalıdır. İstəyimiz Azərbaycanda “Türk ocağı”nın bərpası ilə Orta Asiyadakı Türk respublikalarının sıx əlaqə qurmasına nail olmaqdır. Niyyətimiz “Türk ocağı”nı ideoloji mərkəzə çevirməkdir. Qısa müddət ərzində saytımız da fəaliyyət göstərəcək. Bundan əlavə 3 aydan bir jurnal da çap ediləcək”. 

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında “Türk ocağı”nın bərpasını həyata keçirənlərə təşəkkür edib:

 

“Azərbaycanla Türkiyə iki dövlət, bir millətdir. Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü də Azərbaycanın gücüdür. Artıq arxamızı söykəyə biləcəyimiz güclü bir Azərbaycan var. “Türk ocağı”nı bərpa edən hər kəsə minnətdaram. Biz Türkiyə olaraq 28 ildir dünyada özümüzü çox rahat hiss edirik. Çünki könül rahatlığı arxamızı yaslaya biləcəyimiz güclü Azərbaycan var. Bilirik ki, qardaşımız yanımızdadır, bizimlədir. Bir il öncə türk əsgəri Azərbaycanlı qardaşı ilə birlikdə Bakıda möhtəşəm parad keçirdi. 100 il əvvəlki şanlı tarix yenidən təkrarlandı. Əsgərlərimiz birlikdə yürüş edərək bütün dünyaya “tək yumruq, tək güc” olduğumuzu göstərdilər. Bizim birliyimiz kimsəyə düşmən olmaq deyil, insanlığı və mədəniyyəti daha irəliyə götürmək məqsədi güdür. O səbəbdən bəyan edirəm ki, səfirlik olaraq “Türk ocağı”nın fəaliyyətinə hər zaman dəstək verməyə hazırıq”.

 

Millət vəkili Cavanşir Feyziyev qurumun fəaliyyətini yüksək dəyərləndirib:

“Türk ocağı”nın bərpası prosesində öncə Akif Aşırlıya minnətdarlığımı bildirirəm. Çünki bu iş üçün bütün bərpaçıları, elm və iş adamlarını, varisləri bir araya gətirən məzh Akif bəydir. “Türk ocağı”nın bərpası birbaşa onun təşəbbüsü ilə reallaşıb və hesab edirəm ki, çox nəcbi bir təşəbbüsdür. “Türk ocağı” öz tarixi rolunu oynayıb. Amma 1990-c illərdən etibarən dünya xəritəsində yeni türk dövlətlərinin ortaya çıxması “Türk ocağı”nın bərpasını zəruri edirdi. Çünki biz qloballaşan dünyada türk mədəniyyətini, siyasətini bütün dünyaya çatdırmalıyıq. Fikrimcə, qurumunn fəaliyyəti bu istiqamətdə yardımçı olacaq”.

 

 Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram da “Türk ocağı”nın uğurlu fəaliyyət göstərəcəyindən əminlik ifadə edib:

“Azərbaycanda bərpa edilən “Türk ocağı”na fəaliyyətində uğurlar arzu edirəm və başqanımız Mehmet Özün salamlarını çatdırıram. Çox xoşbəxtəm ki, belə bir tarixi ana şahidlik edirəm. 60 ilə yaxındır tükrçülük və turançılıq ideyasının yayılması üçün çalışıram. Hesab edirəm ki, “Türk ocağı”nın Azərbaycanda bərpa konfransına qatılmağım indiyə kimi gördüyüm faydalı işlərin mükafatıdır. “Türk ocağı”nın qurucuları arasında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Yusuf Akçura kimi türk dünyasının böyük fikir adamları var idi. Yəni, “Türk ocağı” qurulduğu gündən etibarən sadəcə Türkiyəyə məxsus bir dərnək olmayıb. Bütövlükdə türk dünyasının cəmiyyəti olaraq ortaya çıxıb. Buna görə də fəaliyyət bölgəsi “türklərin yaşadığı hər yer” olaraq müəyyən edilib. Cəmiyyətin heç vaxt siyasi məramı olmayıb. Məqsəd türklərin mədəni birliyini təsis etmək, tariximizin və dilimizin qorunması olub. Azərbaycanda bərpa edilən “Türk ocağı” Türkiyə ilə digər türk respublikaları arasında mədəni əlaqələrin qurulması baxımından çox önəmlidir. “Türk ocağı” türk dünyası ilə aramızda bir körpü rolunu oynayacaq. Ona görə də bu cəmiyyətin yenidən təsis edilməsi olduqca mühüm hadisədir. Bərpa prosesində qurucu insanların varislərinin iştirakı isə həyəcanverici bir olaydır. Biz Türkiyədə çox çalışsaq da, qurucuların varislərini bu prosesə cəlb edə bilmədik. O baxımdan arzu edirəm ki, siz öz işinizlə bizi arxada qoyasınız. Sizin daha da irəliyə getməyiniz bizi ancaq və ancaq qürurlandırar”. 

 

 Millət vəkili Qənirə Paşayeva da vurğulayıb ki, belə bir qurumun varlığına ehtiyac böyükdür:

““Əhməd bəy Ağaoğlunun gözəl bir sözü var. Deyir ki, “türklük bölünə bilməyəcək qədər tamdır”. Bizim də məqsədimiz bu missiyaya xidmət etməkdir. Xeyli öncədən hesab edirdik ki, “Türk ocağı”nın Azərbaycanda bərpa edilməsi zəruridir. Çünki bunun böyük tarixi əhəmiyyəti var. Akif Aşırlı bu işə çox böyük əmək sərf edirdi. Çox şadam ki, Akif bəy bunun reallaşması istiqamətində yorulmadan çalışdı və bizim hamımızı “Türk ocağı”nın ətrafına cəm etdi. Bəziləri hesab edir ki, əgər 100 il keçibsə, deməli Türk ocaqlarının işi də başa çatıb. Qətiyyən elə deyil. Çünki Türk ocaqlarının missiyasındakı ana xətt sərhədlər üstü milli düşüncə anlayışıdır. Bizim buna çox ehtiyacımız var”. 

 

Azərbaycan-Türkiyə İş Adamları Birliyi başqanı Cemal Yanğın belə bir tədbirdə olmağın onun üçün şərəf olduğunu söyləyib:

“İş adamı olaraq alimlər məclisində iştirak etmək və orada nəsə söyləmək mənim üçün çox çətindir. Amma söz verirəm ki, canla-başla bu Ocağa və onun fəaliyyətinə dəstək verəcəm”.

 

Tarixçi-alim Firdovsiyyə Əhmədova da bəyan edib ki, “Türk ocağı”nın bərpası çox əlamətdar bir gündür:


“Mən bu tədbiri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirlərin tərkib hissəsi sayıram. Bugün burada tarix yazılır. Azərbaycan insanı hər zaman, tarix boyu Türkiyədən olan qardaşlarına arxa-dayaq olub, onlardan yardımını əsirgəməyib. Azərbaycan və Osmanlı ziyalıları birgə addımlayıblar. Müştərək tariximiz olub. Türk xalqları arasında mədəni əlaqələri məhz iki tərəfin ziyalıları, elm adamları təşkil edirlər. Bu, tarixən belə olub. Gözəl təşəbbüsə görə Akif bəyə təşəkkür edirəm. O, həqiqətən əməl adamıdır. Sadəcə sözdə qalmır, “Türk ocağı” ilə bağlı kitab yazandan sonra cəmiyyəti də təsis edərək əməli fəaliyyətini ortaya qoyur”. 

 

Daha sonra söz “Türk ocağı”nın qurucularının varislərinə verilib. Əli bəy Hüseynzadənin varisi Cəmilə Hüseynzadə həyəcanlı anlar yaşadığını bildirib:

“Atam sürgün olunanda 33 yaşı var idi. O, sürgünə gedəndə özü ilə Əli bəyin fotosunu aparmışdı. İllər keçəndən sonra o şəkli mənə də göstərmişdi və mən o zaman bilmişdim ki, Əli bəy Hüseynzadə kimdi və mən hansı ailəyə məxsusam. Mən sürgündə anadan olmuşam və orada böyümüşəm. Bugün Azərbaycanda olduğuma, babamın adını eşitdiyimə və bayrağımızı gördüyümə görə çox şad oluram”.

 

Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə isə vurğulayıb ki, babasının “Türk ocağı”nın qurucusu olduğunu yeni öyrənib:

“Birləşəlim türk oğlu, bu yol zəfər yoludur” deyən Abdulla Şaiq hər zaman türkçü, turançı olub. Ancaq dövrün müəyyən prosesləri ilə əlaqədar o öz fikirlərini və əqidəsini gizlətməli olmuşdu. Onun oğlu və irsinin tədqiqatçısı Kamal Talıbzadə Abdulla Şaiqin gizli qalan tərəflərini hissə-hissə xalqımıza çatdırmağa çalışmışdı və onun sovet dövründə çap edilməmiş hekayələrini toplu şəkildə “Arazdan Turana” adı ilə çap etdirmişdi. Abdulla Şaiqlə bağlı nə varsa, hamısı onun ev muzeyində qorunur. Lakin mən “Türk ocağı” barədə eşidəndə çox təəccüb etdim. Çünki bunu bilmirdim, hətta övladı belə bu barədə heçnə danışmamışdı. O baxımdan belə bir məlumatı öyrənmək bizim üçün çox dəyərlidir”.

Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, Uluslararası İlişkilər və siyasi elmlər doktoru İrfan Çiftçi də “Türk ocağı”nın Azərbaycanda bərpa edilməsinin çox anlamlı olduğunu söyləyib. 

Tədbirin sonunda “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bərpaçılar tərəfindən Azərbaycan “Türk ocağı”nın başqanı seçilib.

“Şərq” qəzetinin baş redaktorun birinci müavini Yusif Nəzərli isə başqan yardımçısı seçilib.

 

Həmçinin, qurumun nizamnaməsinin hazırlanmasına və fəaliyyət istiqamətinin müəyyən edilməsinə qərar verilib.

Məlumat üçün onu da əlavə edək ki, Azərbaycan “Türk ocağı”nın eyni adlı mətbuat orqanı da fəaliyyət göstərəcək. 

 

“Türk ocağı” Azərbaycanda bərpa olundu -  <i style=Akif Aşırlı başqan seçildi" src="//old.moderator.az/fotobaza/original/14809.jpg">“Türk ocağı” Azərbaycanda bərpa olundu -  <i style=Akif Aşırlı başqan seçildi" src="//old.moderator.az/fotobaza/original/14810.jpg">“Türk ocağı” Azərbaycanda bərpa olundu -  <i style=Akif Aşırlı başqan seçildi" src="//old.moderator.az/fotobaza/original/14811.jpg">“Türk ocağı” Azərbaycanda bərpa olundu -  <i style=Akif Aşırlı başqan seçildi" src="//old.moderator.az/fotobaza/original/14812.jpg">“Türk ocağı” Azərbaycanda bərpa olundu -  <i style=Akif Aşırlı başqan seçildi" src="//old.moderator.az/fotobaza/original/14813.jpg">“Türk ocağı” Azərbaycanda bərpa olundu -  <i style=Akif Aşırlı başqan seçildi" src="//old.moderator.az/fotobaza/original/14814.jpg">“Türk ocağı” Azərbaycanda bərpa olundu -  <i style=Akif Aşırlı başqan seçildi" src="//old.moderator.az/fotobaza/original/14815.jpg">“Türk ocağı” Azərbaycanda bərpa olundu -  <i style=Akif Aşırlı başqan seçildi" src="//old.moderator.az/fotobaza/original/14816.jpg">“Türk ocağı” Azərbaycanda bərpa olundu -  <i style=Akif Aşırlı başqan seçildi" src="//old.moderator.az/fotobaza/original/14817.jpg">“Türk ocağı” Azərbaycanda bərpa olundu -  <i style=Akif Aşırlı başqan seçildi" src="//old.moderator.az/fotobaza/original/14818.jpg">“Türk ocağı” Azərbaycanda bərpa olundu -  <i style=Akif Aşırlı başqan seçildi" src="//old.moderator.az/fotobaza/original/14819.jpg">“Türk ocağı” Azərbaycanda bərpa olundu -  <i style=Akif Aşırlı başqan seçildi" src="//old.moderator.az/fotobaza/original/14820.jpg">“Türk ocağı” Azərbaycanda bərpa olundu -  <i style=Akif Aşırlı başqan seçildi" src="//old.moderator.az/fotobaza/original/14821.jpg">
Oxşar xəbərlər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib