"Mənə elə gəlir ki, biz qəbiristanlıqda silah yox, nəsə başqa şey aşkar edəcəyik..."
Hadisə
Oxunub: 5758
14 Sep 2019 | 00:38
Konstitutsiya Məhkəməsinin hakimi İsa Nəcəfovun "Acı həqiqət" siyasi-publisistik əsəri artıq çapa hazırlanır. 

Moderator.az əsərin bəzi hissələrini oxuculara təqdim edir:


Tahir Quliyev fənəri onun əlindən alıb, ətrafı işıqlandırdı. Bir anlıq canından soyuq üşütmə keçdi. Qəbiristanlıqda əbədi sükut hökm sürürdü. 
Bəli, hər bir insanın son mənzili məzarlıqdı. Nə vaxtsa mən də belə məkana sakin olacağam. Bəzən elə olur ki, insana bura sakin olmaq belə qismət olmur. Nə üçün? Niyə? Bu suallara hələ indiyədək heç kim cavab tapa bilməyib. 
Polkovnik Ənvər Quliyev bir anlıq qapıldığı hissiyyatdan qurtulmaq üçün dedi:
 –  Tahir müəllim, səhər açılanda gəlib, bir dəfə də buralara baxarıq. 
Onlar geri döndülər. Maşının yanında Tahir Quliyev bələdçiyə dedi:
 – Qardaşım, sizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, – deyib ona əlni uzatdı. 
Rəis müavini ilə səhər tezdən şərtləşdikləri yerdə –  Corat qəbiristanlığında axtarış aparılacaq yeri bir daha öyrənmək üçün görüşdülər. Gecə hava tamamilə dəyişmişdi. 
Ənvər Quliyev maşından düşərkən sərt xəzri küləyinin caynağından qurtulmaq üçün qapının dəstəyini əlindən buraxmadı. Kimsəsiz çöllük ona cansıxıcı təsir bağışladı. Küləyin dibindən qopardığı kol-koslar havada uçuşurdu. Qəbiristanlığın bəzi yerlərində artıq özünəməxsus qum təpəcikləri  yaratmışdı. 
“Yaxşı ki, gilavar əsmir”, – deyə o, fikrindən keçirdi, – yoxsa axtarış aparanda ekskovatorun qazdığı torpağ üzümüzə çırpılacaqdı”. 
Alçaqdan süzən, sıx qara buludlar havanı qaranlığa qərq etmişdi. Sanki ətrafa axşamın toranlığı çökməkdə idi. 
Soyuq külək yanaqlarını yandırırdı. Küləyin sahildən qaldırıb səpələdiyi qum dənələri onlara göz açmağa imkan vermirdi. Külək furaşkasını başından aparmasın deyə sol əli ilə onun günlüyündən tutmuşdu. Dənizin sahilə çırpılan dalğaları ətrafa böyük səs-küy salmışdı. Havadan dəniz yosununun  qoxusu gəlirdi.  
Belə bir şəraitdə qəbiristanlıqda silah tapmaq naminə axtarış aparmaq, o qədər də könül açan deyildi. Lakin nə etmək olardı.  Xidməti vəzifəsinin icrası bunu tələb edirdi. 
Əyinlərinə geydikləri isti gödəkçələr kürəklərini soyuq küləkdən qoruyurdu. Bir daha axtarış olan yerə nəzər saldılar. Ərazi çox da böyük deyildi. Nişanələr hələ ki, yerindəydi. Burda vaxt sərf etməyin səmərəsiz olduğunu görüb geri döndülər. Indi əsas məsələ öz furaşkalarını qorumaq idi. Onlar sinələrini irəli verib, gözlərinə qum dənəcikləri düşməsin deyə gözlərini yumaraq maşınlarına tərəf yeriyirdilər. 
Polkovnik Ənvər Quliyev kabinetinə daxil olub, nazirliyin xüsusi rabitəsi vasitəsiylə Daxili İşlər naziri general-polkovnik Ramil Usubova aldığı məlumat barədə ətraflı məruzə etdi. Bu məlumatın doğru olub-olmamasına əmin olmaq üçün qəbirstanlıqda texnika vasitəsilə axtarış aparacaqlarını da bildirdi. Ramil Usubov onun təklifi ilə razı olduğunu qeyd edərək, nəticəsi barədə dərhal məlumat verilməsini də tapşırdı. 
Rəis məlumatın doğrudan da xüsusi əhəmiyyət kəsb etdiyini dərk edərək, şəhər prokuroruna bu barədə məlumat verilməsini vacib bildi. Şəhər prokuroru Mahmud Nəbiyevin telefonunun nömrəsini yığdı. Bir neçə siqnaldan sonra dəstəkdə prokurorun səsi eşidildi:
 –  Nəbiyev eşidir ?! 
– Mahmud müəllim, salam, Ənvər Quliyevdir. Indicə bizə Corat qəsəbəsinin qəbiristanlığında Ayaz Mütəllimovun adamları tərəfindən bir maşın silahın basdırılması barədə məlumat daxil olmuşdur. Məlumat polisin etibarlı şəxsi tərəfindən verilmişdir. Mən belə qərara gəlmişəm ki, qəbiristanlıqda axtarış aparaq. Siz nə məsləhət görürsünüz?
 – Ənvər müəllim, mən axtarış aparılmasına etiraz etmirəm. Lakin axtarışı elə aparın ki, kimsənin qəbri zədələnməsin. Bu çox ciddi məsələdir. 
– Mahmud müəllim, narahat olmayın. Özüm axtarışa nəzarət edərəm. Sizə də əlavə məlumat verəcəyəm. 
– Sizdən məlumat gözləyirəm. 
– Baş üstə. Sağ olun.  
– Sağ olun. 
Rəis Tahir Ağayevin yanına çağırılması barədə göstəriş verdi. Kabinetə daxil olan Ağayevə dedi: 
–  Tahir müəllim, bir Belarus ekskovatoru tapın. Yəqin ki, şəhərin tikinti təşkilatlarında bir saz ekskovator tapmaq olar. Əməkdaşlara da tapşırın ki, isti geyinsinlər. Çünki qəbiristanlıq dənizə yaxın bir yerdədir. Xəzərin küləyi soyuq havanı daha da sərtləşdirir. Bir yük maşını da olsun. Axtarış üçün hər şey hazır olanda, mənə məlumat verin, bir yerdə gedərik. 
Bir saatdan sonra əməliyyat qrupu, başda Sumqayıt şəhər polis idarəsinin rəisi Ənvər Quliyev olmaqla yola düşdü. Şəhərdə əhalinin diqqətini cəlb etməmək üçün maşınla Səməd Vurğun küçəsinə çıxdılar. 
Yanvar ayının sərt günlərindən biri idi. Dəniz tərəfdən əsən soyuq külək adamın üzünü qılınc kimi doğrayırdı. İyirmi dəqiqədən sonra maşınlar qəbiristanlığa çatdılar. 
Rəis maşından düşdü. Əməkdaşları arxası küləyə düzdü. Xidməti formanın yaxalığını qaldırmağa icazə verdi. 
Məlumat verən şəxsin köməyi ilə qəbiristanlığın axtarış aparılacaq sahəsini müəyyən etdilər. Artıq onlardan əvvəl qəbirstanlığa gətirilmiş “Belarus” markalı ekskovatorun sürücüsü öz işinə başlaya bilərdi. 
Polkovnik Ənvər Quliyev son tapşırıqlarını verdi. Sürücü ekskovatoru işə saldı. Polis işçiləri dərhal soyuq küləkdən canlarını qurtarmaq üçün maşınlarda gizləndilər. Ekskovatorun səsi xəzri küləyinin vıyıltısında və dəniz dalğalarının gurulusunda eşidilməz oldu.
Polis işçilərinin baxışları ekskovatorun kovşununa zillənmişdi. Kovşun hər dəfə yerdən torpaq çıxaranda kovşundan silah görəcəkləri ümidi ilə gərgin anlar yaşayırdılar.
Bir saatdan artıq qazma işi aparan "Belarus" markalı ekskovator birdən dayandı. Kovşunun bir daha yuxarı qalxmadığını görən polis rəisi maşından çıxdı. Bunu görən müvin Tahir Ağayev maşından düşərək ekskovatora tərəf yüyürdü. Ekskovatora çatıb sürücüyə qışqırdı:
 –  Niyə dayandın? 
 – Rəis, kovşunu qaldırıb endirən qurğunun şlanqı partlayıb. 
– Tez düzələr? 
– Yox, şlanq tapmaq lazımdır. 
Tahir Ağayev başqa bir söz deməyib geri döndü və maşının yanında gözləyən Ənvər Quliyevə yaxınlaşıb dedi:
 –Ənvər müəllim, ekskovatorun şlanqı partlyıb. Yarım saata gedib yenisini gətirərəm. Ehtiyat üçün birini də danışmışam. 
O, bunu deyib maşına oturdu və Sumqayıt şəhərinə doğru yola düşdü. 
Həqiqətən, dediyi vaxtda geri qayıtdı. 10-15 dəqiqədən sonra Ənvər Quliyevə xarici markalı bir ekskavator gətirdiyi barədə məlumat verdi. Onlar maşına oturdular.
Rəis dedi: 
– Tahir müəllim, mənim bu məlumatdan heç xoşum gəlmir. Mənə elə gəlir ki, biz burada silah yox, nəsə başqa şey aşkar edəcəyik. Özü də arzu olunmayan bir şey. Allah axırını xeyir eləsin. 
– Ənvər müəllim, narahat olmayın. Görüşdüyümüz şəxs elə-belə adam deyil, çox ciddi adamdır. Tələsməyək, birazdan məlumatın doğru olub olmayacağının şahidi olacağıq,  – deyə Tahir Ağayev cavab verdi.
Gözlənilən vaxta ekskovator gəlib çatdı və işə başladı. Yenə hamının diqqəti ekskovatorun qalxıb-enərək, torpağı qamarlayıb kənara tökən kovşununa  dikilmişdi. 
Birdən növbəti dəfə torpaqdan çıxan kovşunda paltarlı bir insan cəsədi göründü. Bunu müşayət edənlərin  çox adamın, necə deyərlər, ürəyi ağzına gəldi. 
Polkovnik Ənvər Quliyev həyəcanla:
 –Tahir müəllim, əməlli-başlı işə düşdük. Görün bir gəlib harada axşamladıq, – dedi. 
Elə bu vaxt meyitin başı bədəndən ayrılıb yerə düşdü.  Ekskovatorçu kovşunu bu vəziyyətdə yuxarıda saxlamalı oldu.  Axtarışda olanlar cəld maşınlardan düşüb, ora qaçdılar. Gördükləri artıq çürümüş insan cəsədi idi. 
Hadisədən həyəcanlanan Tahir Ağayev rəisinə nə deyəcəyini bilmirdi. Bu, onunçün çox gözlənilməz idi.  Axtarışın bu cür nəticələnəcəyini heç gözləmirdi. 
Polkovnik dərhal prokurora bu barədə məlumat verməyi müavini Fərman Əliyevə tapşırdı. Eyni zamanda, məhkəmə-tibbi ekspertinin hadisə yerinə gəlməsinin təmin edilməsinə göstəriş verdi. Nəzərləri Tahir Ağayevi axtarsa da tapa bilmədi, başa düşdü ki, o hara və nə üçünsə gedibdir. 
Hadisə yerinə gələn Sumqayıt şəhər prokuroru Mahmud Nəbiyevin və müstəntiq Elxan Abdullayevin gözləri qarşısında ürək parçalayan müdhiş bir səhnə açılmışdı. 
Görəsən, bu bədbəxti kim və hansı məqsədlə qətlə yetirərək doğmalarnı gözüyaşlı qoyub?! 
Tahir Ağayev beşinci mikrorayonda qarşısına çıxan ilk mağazanın yanında maşını saxlatdırdı, düşüb maqazaya daxil oldu. Satıcının birindən müdirin harda olduğunu öyrəndi:
 –  Otağını mənə göstərin, – dedi. 
Satıcı onu müdirin otağınadək müşayət etdi. Ağayev müdirin kabinetinə daxil olub salam verdi. Özünü təqdim edib, telefonla zəng etmək üçün icazə istədi. Ağayevi tanıyan mağaza müdiri:
 – Tahir müəllim, buyurun, – deyib otaqdan çıxdı. 
Ağayev nömrəni yığdı. Bir müddət keçdi, haçandan- haçana dəstəkdən səs gəldi. Cavab verən onun istədiyi adam idi. Ona təkcə görüşmək lazım olduğunu söylədi. “Yaxşı” cavabını eşidən kimi dəstəyi yerinə qoyub çıxdı. 
Sumqayıtda işlədiyi müddətdə artıq onların vəziyyətdən asılı olaraq əvvəldən müəyyən olunmuş görüş yerləri vardı. Ona görə, telefonda harda görüşəcəkləri barədə bir kəlmə də danışmadılar. On beş dəqiqədən sonra onlar görüşdülər.  O, həyəcanını gizlədə bilməyib:
 –  Allah evini tiksin, sən bizi işə saldın, – dedi, – bu nə məsələdir?  Silah əvəzinə meyit çıxdı. 
Etibarlı şəxs soyuqqanlılıq və təmkinlə cavab verdi:
 – Tahir müəllim, narahat olmayın. Tapdığınız bir taksi sürücüsünün cəsədidir. Bakıda aeroport yaxınlığında Corat sakini Dəyanət Kərimov və onun arvadı tərəfindən öz taksisində öldürülüb. Maşının damında iki güllənin açdığı deşik və oturacağında isə qan ləkəsi vardı. Bu maşın Dəyanətin qardaşı Ədalətin Corat qəsəbəsindəki qarajında gizlədilmişdi.  Siz işinizi davam etdirin. Indiyədək gizli qalan çox hadisələr sizə bəlli olacaq. 
Hadisə yerində isə artıq prokurorluğun əməkdaşları soyuq şimal küləyinin qandondurucu təsirinə baxmayaraq, hal şahidlərinin iştirakı ilə qeydlər aparır, fotoşəkillər çəkir, çürümüş cəsədin üstündə qala biləcək cinayət izlərini aşkara çıxartmağa çalışırdılar. Prokuror polis rəisinə zarafatla:
 –  Ənvər müəllim, ə bə qardaş, bəs, silahlar nə oldu? – deyərək, onsuz da qanı qaralmış polis rəisini qapıldığı məyusluq hissindən qoparmağa çalışdı.  Ənvər Quliyevin, necə deyərlər, ürəyindən qara qanlar axırdı. Cinayətin açılma ehtimalının çox az olması haqqında fikirləşirdi. Gözü isə yolda, Sumqayıt tərəfdən gələn maşınlarda qalmışdı. Ürəyində: “Bəs, bu Tahir Ağayev harda qaldı?” – deyə öz-özünə sual verdi. 
Kəsə yolla hadisə yerinə qayıdan Ağayev furajkasını gözlərinin üstünə basıb, meşin kəmərlə çənəsinin altında birləşdirən rəisinin tez-tez yola tərəfə boylanaraq, narahatlıq keçirdiyini uzaqdan görmüşdü. 
Ona görə, küləyə sinə gələrək, rəisini narahatçılıqdan qurtarmaq üçün iri addımlarla gəlmək istəsə də, çox çətinlik çəkirdi. Çünki ayağını yerdən üzər-üzməz güclü, sərt şimal küləyi onu geriyə itələyir, qum dənəciklərini sifətinə çırpırdı. Sol əli ilə külək papağını aparmasın deyə başında saxlaya bilmirdi. Bu da onun hərəkətini çətinləşdirirdi. 
Ənvər Quliyev növbəti dəfə yola baxarkən, arxadan Tahir Ağayevin çox zəif səsini eşitdi:
 –Rəis, heç narahat olmayın, bütün məsələni aydınlaşdırdım. 
Qulaqlarını soyuqdan qorumaq üçün papağının qulaqlarını aşağı salan prokuror Mahmud Nəbiyev Ağayevin dediklərini eşitməsə də, üzündəki ifadədən onun xeyir xəbərlə geri döndüyünü duydu. Ənvər Quliyev xəzrinin vıyıl- tısından, dəniz dalğalarının gurultusundan uzaq olmaq üçün Tahir Ağayevə və Mahmud Nəbiyevə maşında oturmağı təklif etdi. Onlar maşına oturanda sürücü istər-istəməz isti yerini tərk edib, sərt şimal soyuğunun qoynuna atıldı. 
Rəis dilləndi:
 – Ay Tahir müəllim, gəl çıx də. Səhərdən gözümüzün kökü saraldı. Bu qədər nigarançılıq olar?! Bir tərəfdən  Mahmud müəllimin zarafatyana qınağı ovqatımı pozub. De görüm, etibarlı adamının başımıza açdığı nə oyundu?

Ardı var...
Oxşar xəbərlər
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO