80 faiz uşaq doğuş vaxtı bədbəxt edilir: MƏŞHUR ALİMDƏN SENSASİON İDDİA...
Araşdırma
Oxunub: 3848
27 Jul 2019 | 15:01
80 faiz uşaq doğuş vaxtı bədbəxt edilir:  MƏŞHUR ALİMDƏN SENSASİON İDDİA...
Professor, həkim nevroloq Aleksandr Ratner Kazan uşaq nevrologiya məktəbinin banisi hesab olunur. Kazanda sağlam uşaqların sayının artmasında əvəzsiz rolu olan, xüsusi Kazan doğuş metodikasını tətbiq edən həkimə dünya şöhrətini tibb elmində açdığı yeni xətt gətirib. Ratner sübut edib ki, doğuş zamanı əksər uşaqların sinir sistemi zədələnir, bu da gələcəkdə xəstəliklərin əsasını qoyur. Düzgün aparılmayan və xüsusi texnikası olmayan doğuş zamanı nəinki uşağın baş-beyni, həmçinin onurğa beyni də travma alır. 

Ratnerin təşəbbüsü ilə doğuma icazə və buraxılış qaydaları, eləcə də doğuş zamanı uşaqların beyin və onurğasının travma almasının qarşısını alan tədbirlər, yeni metodlar Kazanda yenidoğulmuşlarda nevroloji problemləri 4 dəfə azaldıb. 

QISA ARAYIŞ:
 
Aleksandr Ratner 1934-cü ildə anadan olub. Atası Kazan onkologiya məktəbinin banisi cərrah idi.
Əsas sahəsi onurğa, baş beyin, boyun problemləri olan Ratner, hələ 1964-cü ildə "Boyun miqreni” mövzusunda namizədliyini, boyun ostexondrozu üzrə isə doktorluq disertasiyasını müdafiə etmişdi. 33 yaşında doktorluq alan ən gənc həkimlərdən idi.
 
O, 1973-cü ildə Kazanda uşaq nevroloji kafedrasını təşkil edir və 20 il rəhbəri olur. İlk dəfə onun rəhbərliyi altında ölkədə uşaqların vertebrogen sinir sisteminin problemləri üzrə klinika yaradılıb. Onun bütün elmi fəaliyyəti perinatal nevralgiyaya həsr olunub. O dövrdə SSRİ-də ilk alim idi ki, bu mövzuda açıq çıxışlar edib, elmi məqalələri beynəlxalq dərgilərdə çap olunurdu. 
Ratner 1992-ci ildə vəfat edib. 

2004-cü ildə 70 illik yubileyi ərəfəsində şəhər kliniki uşaq xəstəxanasına onun adı verilib. 
 
Medicina.az dahi alimin uşaq nevroloji problemlərinin kökündə doğuş travmaları, mamaça səhvləri, perinatal dövrdə düzgün diaqnostika olunmaması barədə günümüzdə də aktual olan fikirlərini və elmi yanaşmasını təqdim edir:

 Bir xəstə uşaq bir ananın ömrünü cəhənnəmə döndərir. Niyə?

"Mən həkimliyə böyük, yəni 18 yaşdan yuxarı insanların nevroloji problemlərini həll etmək üçün gəlmişdim.
Miqren, ostexondroz, onurğa problemlərini müalicə etmək həvəsi ilə alışırdım. Mənim elmi rəhbərim Ruseçskiy rəhmətə gedəndə kafedra rəhbəri kimi məni hazırlayırdılar. Amma sağ olsun, dostlarım və ya düşmənlərim deyək, mənə bu vəzifəni  etibar etmədilər, digər kafedraya təyin etdilər. Buna görə mən onlara indi minnətdaram. O vaxt yeni yaradılmış uşaq nevroloji kafedrasında ağ vərəqdən başladım. O dövrdə şəhərdə uşaq mütəxəssisi yox idi, heç xəstə də tapılmırdı. Hamı uşağını pediatra göstərirdi. 

Mənim xəstəxanamda həmişə çarpayıların yarısı boş idi. Uşaq nevrologiyası bir elm kimi mövcud deyildi. 
Deməli, mən də öyrənməliydim. Moskvaya getdim, kafedrada oxudum, öyrəndim, geri qayıdıb qollarımı çırmaladım. Uşaqlarda nevroloji problemləri çox öyrəndikcə, müşahidə etdikcə bir o qədər çox boşluqlar, ağ ləkələr aşkarlanırdı. Hər bazar günü morqda uşaq meyitlərinin yarılmasında iştirak edib, ölkədə uşaq ölümü və xəstəliklərinin araşdırılmasının bərbad olmasını gördüm. Yalnız uşaqlar doğuşdan sonra qəfil ölə bilərdilər. Bu diaqnoz idi, təsəvvür edin, uşaq ölür və deyirlər: qəfil öldü. Yenidoğulmuşlar nədən ölüb, səbəblər nə idi? Mən bunun doğuş travmaları olduğunu görürdüm. Amma heç kim bunu qəbul etmirdi. İndi-indi Amerika və Avropada da bunu qəbul edirlər.

Uşaqlarda ensefalopatiya adlanan beyin patologiyası var. Əgər cərrah bryuxopatiya diaqnozu qoyursa, onu işdən qovmaq lazımdır. Pediatrlar isə analara deyirdi, nə olsun ensefalopatiyadır, böyüyəcək.

Uşaq pəncəsini yerə gec basır – böyüyəcək. Gec danışır- eybi yox, gözlə. Qol əzələsi gücsüzdür, yanında sallanıb– böyüyəcək. 

Hamı beləcə özünü aldada-aldada illəri yola verirdi. Pediatrlar deyirdi, eybi yox, cəmi 2% uşaqda əl-ayaq zəifdir, cəmi 3% gec danışır. Nə qədər uşaqdır? Kazanda 300-400 uşaq. Bu 300 -400 uşaq  səhiyyə üçün heç nə idi, cüzi rəqəm. Qalanı ki, normaldır. Əgər normal demək olarsa. 
300 uşaq o deməkdir ki, 300 ana xəstə uşaq böyüdür və 300 ananın həyatı cəhənnəmə dönüb. 

Siçanlar belə insan doğuş metoduna dözmədi

Bizim kafedranın əməkdaşı laboratoriyada siçanlar üzərində təcrübə apardı. Dişi siçanlara insansayağı doğuş  modeli tətbiq etdi. Hamilə siçanları necə ki, qadın  doğur o şərtlər, o texnika ilə doğuzdurdular. Bax, bu tibbi manipulyasiyalara heç bir siçan balası dözmədi, hamısı doğuşdan sonra öldü. Ona görə sübut olundu ki, hətta ən normal, ideal keçən doğuşda belə mamaça uşağa travma vura bilər: ya boynunu, ya onurğasını sıxacaq, əyəcək, ya arteriyasını dartacaq. Bunun nəticələri isə çox acınacaqlı olur. 

Uşaqda qıcolmalar olur. Ağlayır, qızarır, qıc olur, hərarət olur, qıc olur. Analar qıcolmalardan qorxmalıdır. Əgər uşaq göyərənə kimi ağlayırsa, onu artıq həkimə aparmaq lazımdır. 

Bəzən isə bu doğuş travmaları illər sonra özünü göstərir. 

Məktəbəqədər uşaqları müayinə edəndə, 33%-də nevroloji problem və kənarlaşma aşkarlayırdıq. Hansı ki, o uşaqlar sağlam hesab olunurdu. Və bu problemlərin 29%-i doğuş travmasından qaynaqlanmışdı. 
 
Hansı xəstəliklər doğuş travmasından yaranır?

Bu siyahı ildən-ilə artır. Bizim həkim Yelena Maqomedova ilk dəfə uşaqlarda gecə sidik saxlamama probleminin patogenetik müalicəsini təklif edib.
Pediatr Saidova təyin edib ki, tənəffüs pozulması, ağciyər problemləri doğuş travması ilə bağlıdır. 

Çox hallarda raxit sadəcə raxit deyil, kobud nevrologiyadır. 

Əyri boyunluq. boyun fəqərələrndə problem, skolioz, ostexondroz, çanaq –bud çıxığı, sümükdə əyilmələr, yaxındangörmə, çəpgözlük, baş beyin qan dövranı pozğunluğu, vertebro bazilyar çatışmazlıq, hemorragik insult, baş ağrıları, oyanıqlıq, hoperaktivlik, enurez – bunlar hamısı nevrologiyadır və özəyi 80% hallarda  doğuşdan qoyulur. 

Uşaqlarda onurğa beyin insultu olur. Bu da doğuş travmasından qaynaqlanır.
Epilepsiyaların 70% i doğuş travmasıdır – baş-beyin zədələnib.

Epilepsiyanın müayinə-müalicəsi uşaq doğum evindən hələ çıxmamış başlamalıdır, bax onda sağalma şansı olar.
Uşağa nevroloqlar komandası doğulan kimi baxmalıdır. 10% yenidoğulmuşda ciddi və kobud zədələnmə, 25% uşaqda isə orta və yüngül zədələr aşkarlanır. Bu metodların və mexanizmin sayəsində Kazanda doğum travması 4 dəfə azalıb. 

Mamaçada günah yoxdur, o da düz bildiyini edir

"Mamaçaların bizdən küsmək, etiraz etməyə səbəbləri yox idi. Onlar pis işləmirdilər, doğuşu da qəbul edirlər. Necə görüblərsə, öyrəniblərsə, onu da edirlər. Amma barışmaq lazımdır ki, müasir doğuş nəyi tələb edir və qaydalar dəyişməlidir. İlk dəfə mən bu işlərə başlayanda şəhərin baş mamaçası və professor Sidorov dəstəklədi. İndi Rusiyanın bir çox şəhərlərində Kazansayağı doğuş edirlər. Bu metodu isə bizim tələbəmiz Albira Xasanova ilk dəfə tibbə gətirdi.
 
Kazanda xüsusi elmi –araşdırma mərkəzi fəaliyyət göstərir. Ölkədə yeganə yerdir ki, burda doğum travmaları öyrənilir. 

Mənim "Sinir sisteminin gecikmiş ağırlaşmaları” kitabım dünyada bir çox professorun stolüstü kitabıdır. 

İnsan doğuşdan ya xəstə olur, ya da sağlam 

Körpənin sağlam doğulması 40% perinatal dövrdən, bətndən başlayırsa, 60%-i doğuşdan asılıdır. Bətndaxili müayinədə onsuz da ağır patologiyalar görülür və xəstə döl yaşamır, ya da biz götürürük. Bəs qalan 60%? 

Heç bir mamaça etiraf etməz ki, dölü bir qədər sərt dartdı və ya boyun damarını sıxdı. Heç gərək də deyil.  Bunu nevroloqlar təyin etməlidir. Uşaq nevroloqlarının xəstəxanalarda oturub xəstə gözləməsinin əhəmiyyəti yoxdur. Uşağı 5-6 yaşından sonra nevroloqa göstərmək də gecdir. Nevroloq doğuşda olmalıdır və uşaq doğulandan sonra da hər ay təkrar müayinə etməlidir.

Uşaq ağlayır, əsəbidir, gec danışır, yaddaşı zəifdir, əfəldir, yatmir, başına qan yaxşı işləmir, sümüyü, əzələsi zəifdir, yerimir, ayağı əyridir, beli əyildi – bunlar hamısı 90% hallarda doğuş travmasının "hədiyyəsidir”.

Burda nə ananın, nə də uşağın günahı var. Burda günah tibbdədir.

Kazansayağı doğuş

Kazanda 50 ildir, fəaliyyət göstərən məşhur doğum evlərində doğan qadının öz istəyi və ona rahat olan vəziyyətdə doğuşa qəbul edilir. Kazan doğuş metodunun texnikası bir qədər fərqlidir. 

Artıq  ginekoloji kresloda kürəyi üstə uzanaraq doğuş məcburi deyil və hər qadın uşağın rahat gəlişi və ağrını azaldan pozanı özü seçir və mamaça da buna uyğun taktika götürür. Xüsusən Kazanda vertikal doğuş aktualdır. Bu zaman doğum daha asan, tez, həm qadın, həm körpə üçün travmasız olur.

Medicina.az
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama