“Elçibəyin Heydər Əliyevi Bakıya - hakimiyyətə dəvət etməsini biləndə təəccüblənmədim..."
Oxunub: 7880
10 Jun 2019 | 13:26
“Elçibəyin Heydər Əliyevi Bakıya  - hakimiyyətə dəvət etməsini biləndə təəccüblənmədim...

26 il öncə bu günlərdə Azərbaycan ən ziddiyyətli, ən mürəkkəb və ən təlatümlü çağlarını yaşayırdı.  1991-ci ilin payızından bəri bütövlükdə Dağlıq Qarabağı, Xankəndini, Xocalı, Şuşa, Laçın və Kəlbəcər rayonlarını itirmiş hüquqi cəhətdən müstəqil, “körpə” dövlətçiliyə malik respublika daha böyük ərazilərini itirmək təhlükəsi ilə yanaşı, ümumiyyətlə, parçalanma, yaxud federallaşma və dövlətçilikdən məhrum olma təhdidləri altında idi.  Müəyyən ölkədaxili və  xarici güclərin səyləri nəticəsində 4 iyun  Gəncə olaylarından sonra ölkədəki  proseslər xalq kütlələrinin etirazları ilə körüklənərək elə bir məcraya yönəldildi ki, cəmi 11 gün sonra - 1993-cü ilin 15 iyununda mərhum prezident Heydər Əliyev Naxçıvandan Gəncəyə, oradan da Bakıya – hakimiyyət başına qayıtdı.  Və elə onun Prezident olduğu dövrdə də 15 iyun 1993-cü il Azərbaycan tarixinə rəsmən Milli Qurtuluş Günü kimi yazıldı. Ancaq son 3 onilliyin hadisə və proseslərinin təhlilləri göstərir ki,  həmin tarixi günün təşəkkül tapmasında, yəni Heydər Əliyevin hakimiyyətə qaydışında təmənnalı, yəni yalnız vəzifə kürsüsü, xalqın sərvətlərini çapıb-talayaraq oliqarxlara çevrilmək arzusu ilə can-fəşanlıq edənlərlə yanaşı, o gün üçün  səmimi-qəlbdən, Azərbaycanın parçalanmadan, dövlətçiliyimizin məhvdən qurtulması məqsədi ilə çalışan, əziyyət çəkənlər də xeyli olub... Yeni Azərbaycan Partiyasının yaradıcılarından olan, sabiq deputat Maksim Musayev Moderator.az əməkdaşı ilə geniş söhbətində bəhs edilən dövrün ilginc məqamlarından söz açıb... 


(Əvvəli bu linkdə://www.moderator.az/news/274001.html)


- Maksim müəllim, mərhum Elçibəylə prezident kimi görüşlərinizdə Heydər Əliyevin Bakıya qayıdışından bəhs edilməmişdi ki? 

- Xeyr, konkret qayıdış barədə danışmamışdıq... Amma o, prezident seçiləndən bir müddət sonra işdən, yəni Xızı rayonunun icra başçısı vəzifəsindən istefa verməyimlə bağlı Elçibəyin qəbulunda oldum. Düşünürdüm ki, Xızıda az səs toplandığı üçün məni, ümumiyyətlə, qəbul etməyəcək. Amma rəhmətlik durub düz qapının ağzınadək gələrək mənimlə görüşdü və səmimi söhbət etdik... Yadımdadır ki, o zaman Əbülfəz bəylə Heydər  Əliyevin müsbət iş, rəhbərlik prinsipləri barədə də danışdıq.  O, Heydər Əliyevin rəhbərlik istedadını, çıxılmaz vəziyyətlərdən çıxış yolu tapmaq ustalığını, qətiyyətliliyini və s. vurğuladı. Odur ki, mən sonralar, yəni 1993-cü ilin Gəncə hadisələri zamanı Elçibəyin Heydər Əliyevi ölkədəki mürəkkəb və təhlükəli prosesləri yoluna qoymaq üçün
Bakıya  - hakimiyyətə dəvət etməsini biləndə təəccüblənmədim...
- 1991-1992-ci illərdə Heydər Əliyevin qayıdışı məsələsini ilk dəfə kim daha düşünülmüş və əsaslandırılmış şəkildə ortaya qoydu?

- Şahid olanlar bilir ki, Heydər Əliyevin qayıdışı məsələsini ilk dəfə əsaslandırılmış hüquqi və siyasi şəkildə ortalığa qoyan hüquqşünas-deputat Cahangir Hüseynov oldu. O, hələ 1992-ci ilin yazında parlamentdə Heydər Əliyevin gəlməyini təklif etdi. Bu parlamentin stenoqramlarında da var, şahid kimi bizlər də sağ-salamatıq...   

Onu da xatırladım ki,  hələ 1991-ci ilin oktyabrından  Naxçıvan Ali Sovbeti sədrinə birbaşa Azərbaycan Ali Sovetinin sədrinin müavini hüququ verilməsinə imkan verməyən Konstitusiyanın 112-ci maddəsinin dəyişdirilməsinin müzakirəsi zamanı da bir sıra deputatllar çox əziyyət çəkmişdi. Bu proses 6 aydan çox çəkdi. O zaman  iş yerə çatdı ki, bununla bağlı  parlamentin  İsmayıl Şıxlı,  Bəxtiyar Vahabzadə və Tofiq Bağırovdan ibarət “razılıq komissiyası” yaradıldı. Uzun mübahisə və müzakirələrən sonra bu məsələ yalnız 1992-ci il martın 24-də öz həllini tapdı...  

- Maksim müəllim, o günlər sizin kimi əziyyət çəkənlərdən daha çox ekranlarda görünən, ölkədə vəziyyəti stabilləşdirmək üçün can-fəşanlıq etdikləri diqqəti çəkən Nemət Pənahlı, Etibar Məmmədov, Əli Ömərov, mərhum Şadman Hüseynov idi. Onlardan hansı bu işlərdə müsbət rol oynadı?

- Gərək haqq danışasan, onların hər biri Heydər Əliyevin qayıdışında xüsusi rol oynadı. Rəhmətlik Şadman Hüseynov xeyli zəhmət çəkdi. Əli Ömərov da, Nemət Pənahlı da çalışırdı. Üzdə biruzə verməsə də, hiss olunurdu ki, Etibar Məmmədov da Heydər Əliyevin qayıdışının tərəfdarıdır...

- Bir sıra siyasət adamları böyük siyasi intellektə, gücə, iradəyə, idarəçilik qabiliyyətinə malik olan Heydər Əliyevin hakimiyyətə qayıdışı baxımından 15 iyunu Milli Qurtuluş günü hesab edir. Bəs siz hansı arqumentlərlə bu günün tarixi rolunu dəyərləndirirsiz? 

- Bu barədə o dövrdə mənim ayrıca çıxışım olub. Kitablarımda yazmışam. Tarix də göstərdi ki, Heydər Əliyevin gəlməsi vacib idi, yoxsa vəziyyət daha da pisləşəcəkdi. İndi o dövrün gerçəkliklərini bilməyənlər müxtəlif mülahizələr söyləyirlər. Amma biz o hadisələrin canlı şahidləriyik. Və tam səmimi şəkildə, heç bir təmənnasız, hər an həbs edilmək, güllələyə tuş gəlmək təhlükəsində qala-qala Heydər Əliyevin qayıdışı üçün əlimizdən gələni etdik. Çünki öncə dediyim kimi, söhbət konkret olaraq kiminsə hakimiyyətə gətirilməsindən yox, Vətənimizin, dövlətçiliyimizin, olan-qalan torpaqlarımızın xilasından gedirdi. 1993-cü ilin yaz-yayında Azərbaycan üçün çox kritik durum idi. Ermənistan başda olmaqla düşmən qüvvələr ölkəni parçalamq, “Ləzgistan” “Talış Muğan respublikası”, Kürdüstan və s. kimi subyektlərə bölmək istəyirdilər. Heydər Əliyev məhz Azərbaycanın parçalanma, federallaşma planının qarşısını aldı. Azərbaycan kimi kiçik bir dövlətin federallaşmanın sonu isə müstəqil dövlətçiliyin tam itirilməsi ola bilərdi... 

Bir maraqlı faktı deyim sizə... Hələ 1992-ci ilin martında o vaxtkı prezident Ayaz Mütəllibov istefaya göndərilmişdi və ona Zaqulbada yaşamaq üçün şərait yaradılmışdı. Bir dəfə işlə bağlı Prezident Aparatına gəlmişdim. Tanıdığım şöbə müdirlərindən biri  eks-prezident A.Mütəllibovla danışırdı. Məlum oldu ki, hazırda hökumət ona lazımı qədər ərzaq, yağ, pendir, şəkər də ayırmayıb. Mən bu məsələyə mənfi reaksiya verib təəssüfləndiyimi bildirəndə Mütəllibov o əməkdaşdan soruşdu ki, deyəsən, yanında kimsə var. Şöbə müdiri cavab verdi ki, bəli, Maksim müəllimdi. Ayaz müəllim dedi ki, telefonu ver ona. Dedim, Ayaz müəllim, gücümüz çatan qədər sizə kömək edə bilərik, siz bu ölkənin başçısı, ilk prezidenti olmusuz. Dedi, Maksim, bunlar düzələn məsələlərdi. “Əsas vacib məsələ odur ki, respublikada sözü keçən, müstəqil fikirli adamlardan biri kimi həmkarlarına, dostlarına çatdır ki, Azərbaycanı parçalayıb federallaşdırmaq istəyirlər- birləşib bunun qarşısını almaq lazımdı. Bu barədə bir neçə şəxslə də danışmışam. Amma vəziyyətimi görürsünüz. Telefonla danışmaqdan savayı gücüm heç nəyə çatmır. Birləşin və Azərbaycanın parçalanmasına imkan verməyin…” Mən də düşündüm ki, hər halda Mütəllibov keçmiş ölkə rəhbəri kimi bizdən çox məlumatlıdı, yəqin ki, bu sözlərdə həqiqət var. Odur ki, digər fikirdaşlarımızla, bayaq dediyim kimi, çıxış yolu olaraq yalnız Heydər Əliyevin hakimiyyətə gəlməsini düşündük. Və bu istiqamətdə mübarizə apararaq onun qayıdışına şərait yaratmağa nail olduq...

-Bildiyimizə görə, siz 1992-cü ilin  mayında Heydər Əliyevin prezidentliyə namizədliyinin irəli  sürülməsi üçün yaş senzi əngəlini aradan qaldırmaqdan ötrü Ali Sovetin fövqəladə sessiyasının çağırılması məqsədi ilə lazım olan 138 deputat imzasının toplanmasında da böyük fəallıq göstərmisiz. Hətta Bəxtiyar Vahbzadə, o vaxtkı Milli Təhlükəsizlik naziri, “KQB” generalı İlhüseyn Hüseynovun da imzalarını siz almısınız…
 
(Davamı var)

Söhbətləşdi: Sultan Laçın  

Oxşar xəbərlər
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO