“Çayın vətəni”ni qana bulayan kimdir? - İŞİD yenidən qayıtdı?
Oxunub: 1075
25 Apr 2019 | 10:28
“Çayın vətəni”ni qana bulayan kimdir? 
 - İŞİD yenidən qayıtdı?
Aprelin 21-də Şri-Lankada kilsə və hotellərdə törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 359 nəfərə çatıb. Hadisədən dərhal sonra 290 nəfərin öldüyü və 500 nəfərin yaralandığı terror hücumunda ölənlərin sayı yaralılar hesabına artır.

Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada silsilə partlayışlar törədilib. Daha bir partlayıcı qurğu isə aprelin 22-də Kolombo şəhərində yük maşınında aşkarlanıb və zərərsizləşdirilib. Səhiyyə Nazirliyinin məlumatına görə, həlak olan 41 insanın cəsədi hələ də tanınmamış qalır. Faciə ilə əlaqədar aprelin 23-ü ölkədə matəm günü elan edilib. Hadisə ilə əlaqədar olaraq 24 nəfər saxlanılıb.

Partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. İŞİD-in təbliğat agentliyi “Amaq”ın yaydığı açıqlamada bildirilir ki, hücumların hədəfi koalisiya ölkələrinin vətəndaşları və Şri-Lankadakı xristianlardır. Ancaq İŞİD terror hücumunun məsuliyyətini üzərinə alsa da, bunu necə və hansı vasitə ilə törətdiyini açıqlamayıb.

Hadisədən dərhal sonra yerli hökumət rəsmiləri terror aktına görə “Milli Tövhid Camaatı” (MTC) təşkilatını ittiham etsə də, təşkilat hücumun məsuliyyətini üzərinə götürməyib. Lakin rəsmilər hələ də MTC-ni ittiham edir və bununla bağlı bir sıra səbəblər də göstərilir. Şri-Lankanın müdafiə naziri parlamentdə etdiyi çıxışında bildirib ki, əldə olunan ilkin sübutlar göstərir ki, terror “Milli Tövhid Camaatı” tərəfindən törədilib və Yeni Zelandiyada mart ayında törədilmiş terrora cavab məqsədi daşıyıb. Nazir bildirib ki, terror hücumunu törədənlər daha əvvəl Şri-Lankanı tərk edib və bir müddətdən sonra geri qayıdan şəxslərdir. Eyni zamanda o, ölkə xaricində İŞİD-ə qoşulmuş şəxslərin nəzarət altında olduğunu da qeyd edib.

şri-lankadakı
Artıq bu iddiaya Yeni Zelandiyadan cavab gəlib. Rəsmi Vellinqton Şri-Lanka terrorunun Yeni Zelandiya hadisələri ilə əlaqəsinin olmadığını bildirib. Lakin indi şübhəli iki təşkilat var. İŞİD hücumun məsuliyyətini öz üzərinə götürsə də, bunu kimlərin və necə törətdiyini açıqlamır. Bu isə şübhə yaradır. Çünki son illərdə dünyanın bütün nöqtələrində baş verən hücumları bir qayda olaraq İŞİD öz üzərinə alır.

Mümkün ehtimal budur ki, MTC və İŞİD arasında bağ var və birinci bunu İŞİD-in sifarişi ilə törədib. İndi isə ölkə daxilində daha genişmiqyaslı təqib və təzyiqlərdən qorunmaq üçün terror hücumunu İŞİD öz üzərinə götürür.

şri-lankadakı
Terror aktını törədən “Milli Tövhid Camaatı” təşkilatı barədə geniş məlumat yoxdur. Hind mediasının yazdığına əsasən təkfirçi İslam ideologiyasına məxsus olan bu camaat haqqında ötən ilə qədər demək olar ki, gizli qalıb. Bu təşkilatın “Şri-Lanka Tövhid Camaatı”ndan ayrılan qrup olduğu ehtimal edilir. Ötən il isə MTC Şri-Lankada bəzi buddist heykəllərinə hücumla gündəmə gəlib. Ancaq MTC-nin “Şri-lanka Tövhid Camaatı”ndan ayrılması ilə haqda da ciddi dəlillər yoxdur. BBC-nin məlumatına görə, “Şri-Lanka Tövhid Camaatı” Hindistanda fəaliyyət göstərən “Tamil Nadu Tövhid Camaatı” təşkilatının qolu hesab olunur. MTC-nin rəhbərinin Məhəmməd Zahran adlı şəxs olduğu ehtimal olunur.

Ä°lgili
Qeyd edək ki, dünyada yüksək keyfiyyətli çay növləri ilə məşhur olan ada ölkəsi Şri-Lankanın 21 milyon əhalisi var. Şri-Lanka əhalisinin 9,7 faizini müsəlmanlar təşkil edir. Yerdə qalan əhali buddist və xristianlardır.

Şri-Lanka terroru ilə bağlı ən şübhəli məsələlərdən biri də terror aktı barədə yerli təhlükəsizlik orqanlarının xəbərdar olub, lazımi tədbirlər görmədiyi haqda iddialardır. Terror aktından dərhal sonra media xarici ölkələrin xüsusi xidmət orqanlarının terror təhlükəsi ilə bağlı Şri-Lanka təhlükəsizlik orqanlarını məlumatlandırdığı, ancaq sonuncuların məsuliyyətsiz yanaşdığı haqda yazıb. Hətta Şri-Lanka baş naziri hüquq-mühafizə orqanlarının məsuliyyətsizliyi ilə bağlı istintaqın başladığı haqda açıqlama yayıb. Hökumət sözçüsü Rajitha Senaratne jurnalistlərə bildirib ki, terrordan əvvəl xarici ölkə kəşfiyyat orqanlarından bəzi xəbərdarlıq siqnalları alınıb. Eyni zamanda əlavə edib ki, bu xəbərdarlıqlar müvafiq qurumlara verilməyib.

şri-lankadakı
Ancaq ötən gün ABŞ-ın Şri-Lankadakı səfiri bildirib ki, onlardan hər hansı xəbərdarlıq olmayıb. Hindistan kəşfiyyatının isə hadisədən 2 saat əvvəl Şri-Lanka kəşfiyyatını məlumatlandırdığı iddia olunur. Ancaq belə görünür ki, Şri-Lanka təhlükəsizlik orqanlarında hansısa formada xəbərdarlıq siqnalı olub. O da məlum olub ki, hazırda Şri-Lankada prezident və baş nazir arasında ciddi rəqabət olduğu üçün bu hadisə həm də dövlət içərisindəki siyasi mübarizəni də şiddətləndirəcək.

Şri-Lanka rabitə naziri Harin Fernando aprelin əvvəlində ölkə polisi rəisinin xəbərdarlıq məlumatını twitter hesabından paylaşıb. Sənəddə MTS-nin adı qeyd olunur, eyni zamanda təşkilatın kilsələrə, eləcə də Hind Ali Komissarlığına hücuma hazırlaşdığı bildirilir. Bu isə o deməkdir ki, Şri-Lanka hökuməti daxilində həqiqətən də ciddi parçalanma var və bu terror hadisəsi qruplar arasındakı kəskin rəqabəti üzə çıxarıb. Bundan başqa, Şri-Lanka hökuməti terror aktında xarici təşkilat izi axtarır. Çünki yerli rəsmilər hesab edir ki, bir təşkilat bu hadisəni törədə bilməzdi, mütləq xaricdən dəstək olub. Ancaq indi onu sübut etmək lazımdır. Bu isə hələ çox zaman alacaq. Çünki hadisənin kökündə həm də uzun illərə dayanan etnik-dini münaqişə durur.

şri-lankadakı
Qeyd edək ki, Şri-Lankada etnik-dini münaqişənin 70 ildən çox yaşı var. 1948-ci ildə ada müstəqil olduqdan sonra ölkə əhalisinin 12 faizini təşkil edən Tamil xalqı müstəqilliyin verdiyi siyasi hüquqlardan yararlana bilməyib. Bu isə bölücülüyü dərinləşdirib. Ölkənin rəsmi dili Sinhala dili elan olunub. Əvvəlcə etnik münaqişə kimi başlayan hadisələr zamanı 1957-58-ci illərdə toqquşmalarda 300 Tamil öldürülüb. Eynilə Hindistanda olduğu kimi dərinləşən buddist-müsəlman toqquşmaları getdikcə dərinləşib.

Ümumilikdə Şri-Lankada 1981-2009-cu illərdə davam edən toqquşmalar nəticəsində bəzi rəqəmlərə görə 70, bəzilərinə görə isə 100 min insan ölüb. İlk dəfə “kamikadze kəmərini” də “pələnglər” istifadə edib. Nəhayət, 2009-cu ildə hökumət tamillərə qarşı başlatdığı genişmiqyaslı əməliyyatlar nəticəsində qruplaşmanın əyalətdəki, ümumiyyətlə, Şri-Lankadakı hərbi varlığına son qoyub. Bu əməliyyatlar zamanı 40 min Tamil öldürülüb. Bu hadisələr ölkədə radikalizm və etnik-dini nifrəti daha da dərinləşdirə bilər.(musavat.com)
Oxşar xəbərlər
23:10, Bu gün
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
23:07, Bu gün
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
23:03, Bu gün
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
GÜNLÜK
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt