"Burdan bura Ağdama gedə bilmir, hayqırırdı ki, Türkiyənin yanındayıq..."
Oxunub: 6501
20 Apr 2019 | 09:53
Yazıçı, deputat Aqil Abbas həmişə orijinal fikirləri ilə diqqət çəkir. Açığı, onun dilindən səslənən sözlər hər zaman səmimi təsir bağışlayır. Çünki danışanda içdən gələn sözlər olduğunu hiss edirsən, hansısa malalama ya da siyasi konyukturaya hesablanmış açıqlamalar olmadığını görürsən.

Bu dəfə A.Abbasla söhbətimiz son günlərin polemikasına çevrilən uşaqların rus dilində təhsil alması ilə bağlı oldu.

- Aqil müəllim, doğurdanmı valideynlərin uşaqlarını rus sektoruna qoyması həyəcanlanmalı tendensiyadır?

- Vallah, mən həyəcanlanmalı heç nə görmürəm. Kim istəsə övladını rusca, kim istəsə ingiliscə, kim istəsə, ana dilimizdə oxudar. O qədər yazıçıların uşaqları rusca oxuyub ki... Düzdür, mən övladlarımı Azərbaycan dilində oxutmuşam. İntəhası, bizdə ingiliscə, fransızca təhsil verən məktəblər də var. Onların təhsil haqlarının qiyməti dəhşətdir, ancaq pullular uşaqlarını orada oxudurlar. Azərbaycan sektorları isə rus sektorundan geri qalır, valideynin pulu yoxdur ki, uşağını ingiliscə oxutsun, rus sektoru pulsuzdur deyə, ora qoyur.

Azərbaycanın dünyaya çıxışı ruscadır. Bu gün Rusiyadakı tok-şoularda azərbaycanlı yoxdur. Orxan Camal öldü, Fuad Abbasovu sıxırlar, ancaq nə qədər erməni aparıcı istəsən rus televiziyalarında tapırsan. Bizdə rus dili bilən savadlı jurnalistlər var, onlara şərait yaratmaq, Rusiya televiziyalarında tok-şoulara çıxmasına imkan yaratmaq lazımdır. Yadınızdadırsa, bir konfransda jurnalistimiz rusca sualı düzgün verməmişdi, hamı ondan danışırdı.

Mən sizə dostum, həmkarım Rasim Musabəyovdan deyim: Rasim müəllim ağıllı, savadlı adamdır, əvvəl Azərbaycan dilində yaxşı danışa bilmirdi. Mən də qəzetdə yazmışdım ki, bizim kənddə hamı ana dilində yaxşı bilir, ancaq nə olsun, hamı Rasim Musabəyov deyil. Yaxud Çingiz Abdullayevi götürək, onun da danışıq dilinə sataşırdılar. Amma bu faktdır ki, Çingiz müəllim Azərbaycan ədəbiyyatını dünyaya çıxardır.

- Demək istəyirsiniz ki, rusca təhsil almağın bir zərəri yoxdur...

- Mən sizə bir misal çəkim: rəhmətlik Əbülfəz Elçibəyə məhkəməsində demişdilər ki, sən rusca danışanları namərd adlandırmısan. O da bildirmişdi ki, mən heç vaxt elə söz demərəm, başqa millətin dilini bilənə namərd söyləmərəm, çünki özüm iki xarici dil bilirəm, tərcümələr edirəm, mən təfəkkürü rus olana namərd deyə bilərəm. Aqil Abbas olaraq da deyirəm ki, kimsə rusca bilirsə və təfəkkürü bizimkidirsə gözüm üstə yeri var. Azərbaycanın Rusiya ilə qonşuluq münasibətləri var, əlaqələrimiz yüksək səviyyədədir, cənab prezident və Mehriban xanım rus dili haqqında fikirlərini bəyan ediblər. Ona görə bir jurnalistin rusca oxuyanları pozğun adlandırması düzgün deyil, ayrı-seçkilik eləməkdir. Heç kim bu sözləri ingilis dili məktəbləri haqda demir, yəni məsələni belə qoymaq yanlışdır. Mən Ağdamda rus məktəbində Azərbaycan sektorunda oxumuşam. Görürdüm ki, rus bölməsi bizdən üstündür, onlar Dostyevskini orijinaldan oxuyurdular, bizsə tərcümədən. Hələ 140 il qabaq Seyid Əzim rus dili barədə müsbət fikrini söyləmişdi.

- Ümumiyyətlə, rus dilinə tələbat, maraq nədən qaynaqlanır?

- Biz bir dəfə ailəvi Qarsa gedirdik. Bu şəhərə ilk səfərimiz idi, istədik ki, Qars haqqında geniş məlumat öyrənək. Türkcə vikipediyadan baxdıq, cəmi 2 səhifə Qars barəsində məlumat var idi. O da Qars müharibəsi, Qars qalası və s. hamısını bilirdim. Amma rusca Qars haqda 200 səhifə məlumat çıxdı. Türkiyədə artıq rusca danışırlar. Əvvəllər azərbaycanlılar Türkiyədə ruscadan tərcümələr edib dolanırdılar, əsasən turizm sektorunda lazım olurdu. İndi türklər özləri bu dili öyrəniblər, fikirləşirlər ki, bu pulu niyə başqasına verək.

Mən yenə deyirəm ki, hər kəsin öz seçimi var və hamı da öz dilini bilməlidir. Amma baxırsan ki, bizdə yazıçılar jurnalistlər kimi yazmağa başlayıblar. İsmayıl Şıxlının, İsi Məlikzadənin, Əkrəm Əylislinin dili qalmayıb. Yeni ədəbi nəsil klassikləri oxumur. Süleyman Rəhimovda olan dil zənginliyi Tolstoyda yoxdur.

Bizimkilər xaricilərin mənasız və zəif tərcümə kitablarını oxuyurlar, dilimizin gözəlliyindən uzaqlaşırlar. Mövlud Süleymanlının necə gözəl yazıçı dili var, amma oxumurlar.

- İndi bir dəb də çıxıb, hər sözün başında Frans Kafkanın adını çəkib intellektual görünmək...

- Ay sağ ol. Kafka kimi çətin yazıçının adını çəkmək dəb olub. Vallah, Murakamini oxumuşam, Ayxan Ayvazlının hekayələri ondan yaxşıdır. İndiki bəzi cavanlar ədəbiyyata təzədən kənd koloritini gətiriblər, xariciləri oxuyub uzaqlaşmasalar yaxşıdır. Mən də onlara həmişə dəstək verirəm, işə götürürəm. Amma mətbuata gələn cavanların çoxu rusca bilmir. Yaxşı bilmirsən, Haqverdiyevi, Mirzə Cəlili oxu da.

Uzağa getmirəm, elə sizin qəzetdə Xalid Kazımlı və Zamin Hacı Türkiyədə tanınan köşə yazarlarından qat-qat istedadlı yazırlar. Sadəcə, onların əhalisi böyükdür, fantastik məbləğdə qonorar alırlar. Biz Türkiyə mediasına çox meyllənirik, onlardan öyrənmək istəyirik. Axı “Tatlısəsin çibanı çıxıb” xəbəri kimə lazımdır? Telekanallarımız da onlara oxşamağa başlayıblar. O gün oxuyuram ki, hansısa müğənnimizin şərab içməsini yazıblar. Xalid Kazımlı da sağ olsun, yaxşı yazmışdı ki, bura İran, Səudiyyə deyil, kim nə içib özü bilər.

Türkiyədən gələn qalmaqalların nəticələridir. Rusiyadakı tok-şoulardan kənarda qalmışıq. Mən rus dilini göyə qaldırmaq istəmirəm. Sadəcə, reallıqdan danışıram.

O vaxt türklər rus təyyarəsini vuranda dedim ki, səhv ediblər, üstümə qalxdılar. Dedilər ki, rus agentisən. Burdan bura Ağdama gedə bilmir, hayqırırdı ki, Türkiyənin yanındayıq. Həmin hadisənin axırı da məlum oldu ki, necə qurtardı.  Biz “ayı”nın da nə olduğunu bilirik. Hikmət Hacızadə hörmət etdiyimiz siyasətçidir, məni agent çıxardı. Amma Aqil Abbas rusca zəif bilir, məndən agent olmaz. Rus agenti olmağım üçün gərək tərcüməçi ayırsınlar (gülür - E.S.) İndi bilirəm ki, bu müsahibəmə görə də üstümə töküləcəklər.

- O vaxt “soğan əkin” deyəndə də üstünüzə gəlmişdilər...

- Mən soğanı elə formada deməmişdim. Demişdim ki, kənddə işləyirsə, pay torpağı varsa, işsiz sayılmır, əksin-becərsin, ailəsini saxlasın, üstümə töküldülər... Ona görə rus dili haqqında deyirəm ki, hər kəsin seçiminə hörmət etmək lazımdır, əsas rusca danışanın təfəkkürü rusca olmasın.(musavat.com)
Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."