Rusiyada yaşayan azərbaycanlı jurnalist: “Bizim dövrdə mətbuatda çalışan xanımların çoxu əcnəbi ilə ailə qurub” - MÜSAHİBƏ
Oxunub: 1239
19 Apr 2019 | 10:16
Rusiyada yaşayan azərbaycanlı jurnalist:  “Bizim dövrdə mətbuatda çalışan xanımların çoxu əcnəbi ilə ailə qurub” - MÜSAHİBƏ
Moderator.az xəbər verir ki, modern.az-ın qonağı uzun illərdir Rusiyanın Sankt-Peterburq şəhərinə yaşayan həmkarımız Hicran Qurbanlıdır. 

- Hicran xanım, Azərbaycanda olarkən bir neçə mətbu orqanda çalışmısınız. Gəlin, o tarixə qayıdaq. Necə xatırlayırsınız o illəri? 

- Yada saldığınız üçün təşəkkür edirəm. O illərə qayıtmaq bir az kədərlidir. Çünki hazırda vətəndən və mətbuatdan uzaqdayam. 2004-cü ilə qədər müxtəlif mətbu orqanlarda çalışmışam. Aradan az vaxt kecməyib. Düz 15 il... Az qala bir nəsil dəyişib. Amma qəribədir ki,  vətəndən çıxdığıma görə illərin fərqinə varmıram. Sanki  zaman dayanıb və hələ də içimdə bir inam var ki, nə vaxtsa yenidən  qaldığım yerdən davam edəcəm. Bəzən tarixi yazanda az qala diksinirəm. Bilmirəm, bəlkə də bütün vətəndən uzaqda yaşayanlarda olur bu hisslər, yoxsa mən adaptasiya ola bilməmişəm.

Mətbuat həyatımda təbii ki, xatirələrlə yadda qalıb. Gözəl dostlar qazanmışam. Gözəl insanlarla işləmişəm. İlk dəfə redaksiyaya ayaq basdığım gündən, ilk kiçik informasiyamdan, ödül qazanan yazılarıma, peşəkarlığından dərs aldığım redaktorlarıma, musahibim olan insanlara qədər  hamısını sayğı ilə xatırlayıram. Böyük əksəriyyəti “Feysbuk” dostluğumda var, daha yaxınlarla əlaqələrim də qalır. 

- Bəs hansı hadisə baş verdi ki, siz Sankt-Peterburqa getməyə qərar verdiniz? 

- Mətbuatdan və ölkədən getməyimin səbəbi ailə qurmağımla bağlı oldu. Həmişə söz düşəndə deyirdim ki, Azərbaycan sərhədindən bir metr belə kənarda yaşamaram, yaşaya bilmərəm. O ki qala Rusiya, bu, heç ağlıma da gəlməzdi. Necə deyərlər,  heç vaxt “heç vaxt”  demə.  Əslində, həyat yoldaşım söz vermişdi ki, uzağı 2-3 ilə ozü də Azərbaycana qayıdacaq və orda yaşayacağıq. Gordüyünüz kimi hələ burdayam. İrad tutanda da deyir, o rəqəmlərin yanında “0” da var idi, sən görməmisən.

- Rusiya azərbaycanlıların ən çox üz tutduğu ölkələrdəndir. Siz ora gedərkən hansı maneə və problemlərlə üzləşdiniz? 

-  Rusiya azərbaycanlıların vaxtilə ən çox üz tutduğu olkələrdən biri idi. Son illərdə soydaşlarımız işləmək və yaşamaq üçün artıq başqa ölkələri – Türkiyəni, Avropa ölkələrini seçirlər.  Bununla belə,  Rusiyada  xeyli həmvətənimiz var. Rəsmi rəqəmlərlə desək 600 mindən çox, qeyri-rəsmi 2 milyonadək.  Əksəiyyəti paytaxtda və böyük şəhərlərdə məskunlaşıblar, o cümlədən mən yaşadığım Sankt-Peterburqda. 

Bura gəldiyimdə sanki SSRİ dovrünə qayıtmışdım.  Dünyanın ən boyük şəhərlərindən biri olsa da,  gözəlliyi ilə, insanlarının mədəni səviyyəsi ilə seçilsə də,  Sankt-Peterburq SSRİ -nin dağılmasından sonra dəyişməmişdi sanki. O illərin ab-havası hər yerdə vardı- küçələrdə, idarələrdə, tibb məntəqələrində, dükanlarda və s.  Sovet dovründəki uşaqlıq illərimizi xatırlatdığına görə xoş gəlsə də,  sonradan çətinliklərini də gördüm. Məsələn, ilk aylarda yaşadığımız ərazidə bircə internet klub belə tapa bilmədim ki, Azərbaycanla əlaqə saxlayım.  İnternet provayderleri isə yox dərəcəsində idi. Soruşanda isə adama təəccüblə baxırdılar. Yalnız “Vətənə zəng et” adlı telefon kartları movcud idi ki, az qala yüz rəqəm yığmalı idin - bizim mobil operatorlara düşmək üçün. Vay o gündən zəng elədiyimiz nömrə  məşğul və ya əhatə dairəsindən kənarda ola. Bu zaman rəqəmləri yenidən yığmaq lazım gəlirdi. Həmin dövrdə Azərbaycanda sovet dovründən əsər-əlamət qalmamışdı. İndiki kimi olmasa da, internet istifadəsi hər kəs üçün əlçatan idi. Hər yerdə internet klublar, idarə və müəssisələrdə internet, normal işləyən mobil operatorlar vardı. 

Ona görə də ilk vaxtlar mənə Azərbaycandan fərqli olaraq çətin oldu.  Özümü “Robinzon Kruzo” film-komediyasınıın qəhrəmanı Robinzon kimi hiss edirdim. İnformasiya mənbəyim yalnız yaxınlarımın yazdığı mesajlar, qeyd etdiyim kartlarla zəng etdiyim qohum-əqrəba və ayda-ildə bir dəfə əlimə gəlib çatan “Millətin səsi” qəzeti idi. Bu qəzet Moskvada həmvətənlərimiz tərəfindən nəşr olunurdu və böyük şəhərlərə gəlib çıxırdı. Hər nömrəsi mənə gəlib çatana qədər üstündən bir-iki ay keçmiş olurdu bəzən. Amma mən onu eynilə  Robinzon kimi oxuyurdum. Sonradan internet imkanlarım yarananda qısa müddətli də olsa, həmin qəzetlə əməkdaşlıq etmişdim.

- Niyə orada jurnalist kimi işləmədiniz, sizi bu sahədən uzaqlaşdıran səbəb nə idi? 

- İlk illər  “informasiya blokadası”na gorə fəaliyyətimi davam etdirə bilmədim. Sonralar fasilələrlə internet üzərindən muxtəlif qəzet və saytlarla əməkdaşlıq etmişəm. Qaynar.info saytında və “Azadlıq” qəzetlərində köşə yazılarım çıxırdı, müxtəlif saytlar üçün Rusiya mətbuatından informasiya və məqalələr tərcümə edirdim. Sonralar Sankt-Peterburqda  iki dildə nəşr olunan “Azəri”qəzetində Azərbaycan bölməsinin redaktoru kimi çalışdım. Təssüf ki, hazırda bu qəzet fəaliyyətini dayandırıb. 

- Hazırda nə işlə məşğulsunuz? 

- Hazırda əsas işim uşaqlardır. Onlar bağçaya gedəndə fikirləşirdim ki, bir az böyüsünlər, məktəbə getsinlər, sonra işlərimi davam edərəm. Amma məktəbə başlayandan sonra anladım ki, mənim əsas işim indi başlayır. Düzdür, vaxt tapanda ictimai fəaliyyətə də can atıram. Burada xeyli tanıdığım azərbaycanlı ailələr, xanımlar var.  

Hərdən yığışırıq, uşaqlarımızı biri-birləri ilə tanış edirik. Uşaqlarımız  üçün  milli rəqs  kursumuz var, artıq ikinci ildir fəaliyyət göstərir. Burada məşhur olan və yüksək səviyyədə Azərbaycanı təmsil edən “Çinar” rəqs ansamblı, onun professional rəqqasları var.  Bundan əlavə, azərbaycanlı xanımlar üçün də rus dili kursumuz vardı.  Bu il təəssüf ki, ofis probleminə görə təşkil edə bilmədim.

- Hər halda Rusiya televiziya və mətbuatını izləyirsiniz. Rusiya cəmiyyətini də bu mediada görmək olar. Rusiya cəmiyyətində siz getdiyiniz dövrlə indinin arasında fərq görürsünüzm?

- İndiki dövrdə cəmiyyəti klassik KİV-də deyil, daha çox sosial şəbəkələrdə görmək mümkündür.  

KİV isə hər zaman həqiqəti əks etdirmir və ya əks etdirə bilmir. Ən azından bizdə və Rusiyada belədir. Fərqə gəlincə, təbii ki, var. Burada hakimiyyət “dəyişməz və əbədi “olsa da, cəmiyyət dəyişir, inkişaf edir. Sürətlə dəyişən və inkişaf edən texnologiya əsrində dəyişməz qalmaq mümkünsüzdür. Demək olar ki, dəyişməyən bircə Rusıyanın Azərbaycana qarşı siyasətidir. Bu da tarixdən  məlum olduğu  kimi yəqin ki, dəyişməz qalacaq.  

- Azərbaycanlı həmkarlarınızdan kimlərlə yaxın əlaqələriniz qalıb?

- Yuxarıda qeyd etdiyim kimi, böyük əksəriyyəti “Feysbuk”  dostluğumda var. “Feysbuk” profili yaradanda ilk axtardığım qohum-əqrəba və həmkarlarım olub. Maraqlıdır ki, bizim dövrdə mətbuatda çalışan xanımların çoxu hazırda ölkədən kənarda yaşayır, xarici ölkə vətəndaşları ilə ailə qurub və ya özləri  köçüb gediblər. Az qala hər ölkədə belə həmkarım var. 

- Siz Azərbaycanda hər zaman milli təəssübkeş kimi tanınırdınız. Rusiyada ermənilərlə aranızda problem olubmu? 

-  Burda azərbaycanlılar kimi  ermənilər də çoxdur.  Ona görə, istər-istəməz hər yerdə qarşılaşırıq. Onlarla problemimiz olmasa da, heç vaxt yaxın münasibətim də olmayıb. Qonşum vardı, Bakı ermənisi, yaşlı qadın idi. Həyətdə görəndə, hər bəhanə ilə yaxınlaşıb Bakı xatirələrini danışır, azərbaycanlıları-ordakı qonşularını tərtifləyir,  səbəbkarları lənətləyirdi. Dediyinə görə, Bakıdan Emənistana köçübmüşlər, amma orada yerli ermənilər  “Türkdən dönmə” deyib sıxışdırdıqlarına görə Rusiyaya gəlməli olublar. O vaxt onunla bağlı reportaj yazmışdım.

- Heç ailəniz haqda məlumat vermədiniz...

- Yoldaşım qarabağlı - ağdamlıdır. Müharibə iştirakçısı olub. Qarabağı, Ağdamı və ev-eşiyini  itirdikdən sonra  Rusiyaya köçüb.  İki övladımız var. Oğlum Teymur 7-ci sinifdə oxuyur. Qızım Jalə isə 2-ci sinfə gedir. Hər ikisi paralel olaraq, musiqi məktəbində təhsil alırlar. Teymur  tarixlə, coğrafiya ilə maraqlanır. Bağça vaxtlarında işi-gücü xəritədə turkdilli ölkələri birləşdirmək olurdu. Yollar axtarırdı, birliklər qururdu öz aləmində.  “Proqnoz” və “siyasi şərhləri”nə saatlarla qulaq asmalı olurdum.  Hətta bir dəfə mənə yaxınlaşıb soruşmuşdu: “Sən türkdilli ölkələri birləşdirə bilərsən?”. Demişdim “ağ eləmə”. 

Jalənin də gələcək üçün “böyük planları” var. Peşə seçimi üçün uzun bir  siyahı tutub. Bir gün balerina olur, səhəri gün pediatr olub bütün xəstə uşaqları sağaldacağına qərar verir, o biri gün  fikirləşir ki, yaxşısı budur veterinar olsun, bütün yiyəsiz heyvanlara sahib çıxsın. Görək də, nə edirik... 

Umidim, arzum və çalışdığım budur ki, böyüyəndə türkdilli ölkələri birləşdirə bilməsələr də, Azərbaycan üçün  gərəkli vətəndaş, dünyanı gəzəlləşdirən insanlardan olsunlar.
Oxşar xəbərlər
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:00
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
03 May 2024 | 12:47
Sabahın hava proqnozu AÇIQLANDI
03 May 2024 | 12:50
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
03 May 2024 | 12:40
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:00
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
03 May 2024 | 12:47
Sabahın hava proqnozu AÇIQLANDI
03 May 2024 | 12:50
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
03 May 2024 | 12:40
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək