“Həqiqətən də qəhrəmanımı sevirəm və istəyirəm ki…”
Oxunub: 1058
18 Apr 2019 | 23:00
“Həqiqətən də qəhrəmanımı sevirəm və istəyirəm ki…”
Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Milli Məclisin (MM) üzvü , Xalq yazıçısı Elmira Axundovanın sabiq dövlət başçısı-mərhum Heydər Əliyevin həyat və fəaliyyəti haqqında türk dilində nəşr olunmuş “Heydər Əliyev: Şəxsiyyət və zaman”, “Heydər Əliyev: Kremldə beş il” və “Heydər Əliyev: Qayıdış” üçcildliyinin Ankara şəhərində təqdimatı keçirilib.

Azərbaycan və Türkiyəni təmsil edən rəsmi şəxslər, deputatlar, tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, qardaş ölkə ictimaiyyətinin nüfuzlu simaları, Ankarada təhsil alan azərbaycanlı tələbələr və kursantlar təqdimatda iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra  Heydər Əliyevin, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin iştirakçılarını salamlayan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim  eks-prezident Heydər Əliyevin zəngin və mənalı həyat yolunu əks etdirən nəşrlərin əhəmiyyətindən danışıb. Səfir əminliklə qeyd edib ki, bu kitablar qardaş Türkiyədə geniş oxucu kütləsi tərəfindən seviləcək.

Heydər Əliyevin şəxsiyyətinin ucalığı, Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyası, həyata keçirdiyi layihələrin təkcə Azərbaycan və Türkiyə üçün deyil, Avrasiyanı əhatə edən böyük bir coğrafiyada ölkələrin inkişafına və xalqların rifahına göstərdiyi təsir barədə ətraflı məlumat verən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb ki, təqdim olunan üçcildlik mərhum dövlət başçısının  zəngin həyat və fəaliyyətini əks etdirən ən dəyərli nəşrlərdəndir. Kitablarda əksini tapan faktların, arxiv sənədlərinin rəvan yazı üslubunda qələmə alınmasının nəşrlərə böyük dəyər gətirdiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib: “Oxuculara təqdim olunan kitabların ən böyük dəyəri ondadır ki, əsərlər tarixi xilaskarlıq missiyası ilə xalqın əbədi məhəbbətini qazanan Heydər Əliyev şəxsiyyətini tərənnüm edir. Digər qiymətli amil isə budur ki, bu kitablar məhz yüksək intellekti və dünyagörüşü olan tanınmış yazıçı Elmira Axundova tərəfindən qələmə alınıb”.

Əli Həsənov bildirib ki, Heydər Əliyev türk dünyasının dahi şəxsiyyətləri arasında layiqli yer tutan liderdir: “Ulu Öndərin söylədiyi “Biz bir millət, iki dövlətik” və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” kəlamları bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri əsasında özünü tam şəkildə doğruldur. Təqdim olunan əsərlərin xarici dillərə tərcüməsi tarixi əhəmiyyət daşıyır. Üçcildliyin Türkiyə oxucularına çatdırılmasının ən böyük önəmi budur ki, Heydər Əliyev Azərbaycanda olduğu qədər də qardaş ölkədə sevilir və məhəbbətlə yad olunur. Türkiyə oxucuları bu əsərlər vasitəsilə Heydər Əliyev şəxsiyyəti barədə daha mükəmməl informasiyalar əldə edə biləcəklər”.

Çıxışında Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin dinamikasından və iki dost ölkənin inkişafında böyük xidmətləri olan Heydər Əliyev şəxsiyyətinin ucalığından danışan Türkiyə xarici işlər nazirinin müavini Səlim Yavuz Kıran vurğulayıb ki,  onun qurduğu dövlət Azərbaycan xalqına əmanətdir: “Bu əmanətin qorunması Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də əhəmiyyət daşıyır. Xalq yazıçısı Elmira Axundovanı təqdim olunan əsərlər münasibətilə təbrik edən nazir müavini əminliklə vurğulayıb ki, təqdim olunan kitablar Türkiyədə böyük oxucu rəğbəti qazanacaq”.

Heydər Əliyevin siyasi hakimiyyəti dövründə Azərbaycanda əldə olunan tarixi nailiyyətlərdən bəhs edən MM-in Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov vurğulayıb ki, ölkəmiz müstəqilliyinin ilk illərində parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı: “Heydər Əliyev xalqın birliyinə arxalanaraq ölkəmizi xilas edib, dövlətimizin gələcək inkişafını təmin edib. Elmira Axundova gərgin bir zəhmət hesabına ərsəyə gətirdiyi əsərləri ilə Ulu Öndərimizin şərəfli ömür yoluna işıq salır”.

Heydər Əliyevin yüksək insani keyfiyyətlərindən, öz xalqı qarşısında gördüyü nəhəng işlərdən danışan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım böyük şair Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsini sovet dönəmində həyata keçirilməsi çox çətin olan bir iş kimi dəyərləndirdi. Heydər Əliyevlə bağlı xoş xatirələrini danışan Şamil Ayrım Heydər Əliyevin Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk qədər vətənpərvər və cəsarətli bir şəxsiyyət olduğunu bildirib. Azərbaycanın qısa zamanda bütün sahələrdə inkişaf etdiyini, böyük kadr potensialı yaratdığını vurğulayan deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər kəsi fəal olmağa çağırıb. O, Türkiyəyə qarşı saxta “erməni soyqırımı” iddialarını kəskin şəkildə qınayıb. Əminliklə ifadə edib ki, təqdim olunan əsərlər Türkiyədə kitabsevərlər tərəfindən rəğbətlə qarşılanacaq.

Heydər Əliyevin Azərbaycan və Türkiyə üçün həyati əhəmiyyət kəsb edən nəhəng layihələrini tarixi missiya kimi dəyərləndirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünüvar təqdim olunan əsərlərin böyük zəhmət və sevgi ilə ərsəyə gətirildiyini qeyd edib. O deyib ki, kitablar tarixin əsl daşıyıcısıdır: “Bu əsərlər müasir Azərbaycan tarixinin Heydər Əliyev dövrünü tərənnüm edir”.

Əsərlərinin yüksək səviyyədə təqdimatına görə, təşkilatçılara və iştirakçılara minnətdarlığını ifadə edən deputat, Xalq yazıçısı Elmira Axundova  Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək deyib. “Əsərin iki qəhrəmanı var: Heydər Əliyev və zaman” fikri ilə oxucuların alqışlarını qazanan yazıçı çıxışını bu sözlərlə tamamlayıb: “Üçcildliyin ön sözünün müəllifi görkəmli qazax yazıçısı Oljas Süleymenov deyib ki, bu kitabları yazdıran məhəbbətdir. Mən həqiqətən də qəhrəmanımı sevirəm və istəyirəm ki, üçcildliklə tanışlıqdan sonra sizin qəlbinizdə də böyük Heydər Əliyevə eyni duyğular kök salsın”.

Qeyd edək ki, türkdilli oxuculara təqdim olunan üçcildlik roman-tədqiqat Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə münasibətlər, Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) arxivlərindəki, Prezidentin şəxsi arxivindəki sənədlər əsasında yazılıb. Böyük zəhmətlə ərsəyə gələn əsər Azərbaycanda və onun hüdudlarından kənarda oxucular arasında geniş əks-səda doğurub. Roman-tədqiqat yüksək peşəkar səviyyədə yazılıb və Azərbaycan xalqının dahi oğlunun həyat və fəaliyyətinin öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyətə malikdir.

Üçcildlik “TEAS Press” Nəşriyyat evi tərəfindən çap olunub. Əsərləri türk dilinə Azad Ağaoğlu tərcümə edib.

Sonda yazıçı Elmira Axundova kitablarını öz imzası ilə tədbir iştirakçılarına təqdim edib.

“Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında yazdığım üçcildliyin türk dilinə tərcümə olunması və yüksək təşkilatçılıqla Ankarada Türkiyə ictimaiyyətinə çatdırılması mənim üçün çox sevindiricidir. Ümidvaram ki, kitablar yaxın zamanlarda daha çox tirajla təkrar çap olunacaq”.

Bu fikirləri isə Elmira Axundova  AZƏRTAC-a açıqlamasında söyləyib.

Xalq yazıçısı bildirib ki, əsərlər tanınmış tərcüməçi Azad Ağaoğlu tərəfindən türk dilinə mükəmməl şəkildə tərcümə edilib və qısa zamanda Türkiyədə geniş oxucu rəğbəti qazanacaq: “Üçcildlik “TEAS Press” Nəşriyyat evi tərəfindən çap olunub. Bütün bu işlərin keyfiyyətlə görülməsi Heydər Əliyev şəxsiyyətinə olan yüksək ehtiramı nümayiş etdirir. Mən həmişə arzu edirdim ki, Ulu Öndərə həsr edilən bu əsərlər türk dilinə də tərcümə olunsun. Ankarada keçirilən təqdimatdakı izdiham, xüsusilə gənclərin kitaba göstərdikləri böyük maraq məndə çox dərin təəssürat yaratdı. Ümummilli lider Heydər Əliyev Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük məhəbbətlə sevilir, onun şəxsiyyətinə ehtiram göstərilir. Əminəm ki, ulu öndər Heydər Əliyevin həyat yoluna işıq salan əsərlərim Türkiyədə bütün azərbaycansevər oxucuların qəlbini oxşayacaq”.

3

3

3

3

3


Oxşar xəbərlər
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:43, Bu gün
İranda zəlzələ olub
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib