Kredit faizlərinə limit qoyulacaq
Cəmiyyət
Oxunub: 1671
20 Mar 2019 | 19:33
Kredit faizlərinə limit qoyulacaq
Bu günlərdə Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin iclasında “Banklar haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

Qanuna əlavə edilən 36.6-1-ci maddəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

İclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü Asim Zülfüqarov məsələni şərh edərək bildirib ki, son günlərdə ölkə başçısının problemli kreditlərlə bağlı imzaladığı fərman inqilabi addım hesab olunur. “Banklar haqqında” qanuna edilən düzəliş vətəndaşların sosial rifahının yaxşılaşdırılması, istehlakçıların hüquqlarının qorunması baxımından böyük əhəmiyyət daşıyır. İnsanlara çox aşağı faizlə güzəştli kreditlər veriləcək.
 
Millət vəkili, Milli Məclisin adıçəkilən komitəsinin üzvü Əli Məsimli Musavat.com-a bildirir ki, banklar iqtisadiyyatın qan-damar sistemidir: “Qan-damar sistemi normal işləməyən orqanizmi sağlam hesab etmək mümkün olmadığı kimi, bank sistemi normal işlməyən iqtisadiyyatı da sağlam hesab etmək olmaz. Bank faiz dərəcələrinin ifrat dərəcədə yüksək olması, bank sisteminin fəaliyyətinin dövlət və cəmiyyət üçün səmərəlilyini aşağı salan, kreditlərin əlçatanlığını və vaxtında qaytarılmasını problemə çevirən, banklarla iqtisadiyyatın real sektoru arasında uçurum yaradan, bank sistemində müştərinin ödəmə qabiliyytinin fərqinə varmadan kredit verib, xaos yaradan çox ziyanlı bir məsələdir.

Mərkəzi Bankın uçot dərəcəsinin 1 faiz, yoxsa 11 faiz olmasından asılı olmayaraq, bank faiz dərəcələri həmişə demək olar ki, eyni dərəcədə yüksək olmaqda davam edir. İnflyasiyanın 2-3 faiz olduğu bir şəraitdə inflyasiyanın dərəcəsindən 11-12 dəfə yüksək faizlə kredit verilməsinə soyğunculuqdan başqa ad vermək olmaz. Martın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında “Banklar haqqında” qanuna bankların müştərilərlə kredit müqavilələrində faiz dərəcəsinin yuxarı həddinə limit qoyulması barədə dəyişiklik müzakirə olunanda, bir sıra Komitə üzvləri bu dəyişikliyin qüsurlu olması barədə çox konstruktiv movqe sərgilədi. Bankların müştərilərlə kredit müqavilələrində faiz dərəcəsinə limit qoyulması məsələsi bir sıra ölkələrin təcrübəsində yer alsa da, belə çox ciddi və mürəkkəb bir məsələnin Azərbaycana tətbiqində birtərəfli yanaşaraq şablona yol verilməsi bir sıra yan effektlər yarada bilər.

Azərbaycanda bank faiz dərəcələrinin yüksək olmasına görə bunu tez-tez soyğunçü faiz dərəcələri adlandıran və faiz dərəcələrinin aşağı salınması məsələsini ən çox qaldıran bir adam kimi, həm də hesab edirik ki, bank faiz dərəcələrini inzibati yollarla heç bir fəsad yaratmadan etibarlı şəkildə aşağı salmaq mümkün deyil. Ona görə də Komitədəki çıxışımızda bildirdik ki, əgər belə bir dəyişiklik qəbul olunursa, onda inzibati yolla faiz dərəcəsinin aşağı salınmasını yalnız qısamüddətli bir “aralıq mərhələ” kimi işlətmək və paralel olaraq digər müvafiq tədbirlərlə tamamlamaqdan söhbət gedə bilər”.

Millət vəkilinin fikrincə, faiz dərəcələrinin aşağı salınmasına etibarlı şəkildə nail olmaqdan ötrü bu məsələyə onu yaradan səbəbləri obyektiv araşdırıb, daha çox istisadi üsullara üstünlük verilməklə kompleks yanaşılmalıdır: “Çünki faiz dərəcələrinin aşağı salınmasına yalnız inzibati yollarla nail olmağa üstünlük verilsə və bu üsulun tətbiqi məqbul sayıla biləcək zaman kəsiyindən çox çəksə, onda bunun yan effektləri, məsələn, dollar satışına limit qoyanda olduğu kimi, faiz dərəcəsinə də uzunmüddətli sərt limit qoyulması bu sahədə müəyyən miqyasda “qara bazar” yaranmasına gətirib çıxara bilər və sair. Ona görə də Azərbaycan üçün çox aktuallıq kəsb edən yüksək faiz dərəcələri probleminin həllinə doğru belə addımlar atılarkən, ona kompleks yanaşılmasını zəruri hesab edirik.

Çünki bank faiz dərəcələrinin etibarlı şəkildə aşağı salınmasının yolu bu məsələyə kompleks yanaşmaqla bank sistemindəki monopoliyann aradan qaldırılmasından, sağlam rəqabətin yaradılmasından keçir. Bu cür kompleks yanaşma baxımından belə hesab edirik ki, Maliyyə Bazarlarına Nəzarət Palatası kredit faizinin yuxarı həddini müəyyənləşdirəcəksə, mütləq kredit bazarındakı problemlər və faiz dərəcələri müzakirə olunarkən bankların daha çox hallandırdıqarı “risklərin” azaldılması, rəqabət mühitinin formalaşması və sair bu kimi çox zəruri məsələlərin də həllinə yönəlik real nəticəli işlərin görülməsini zəruri hesab edirik. Onu da xüsusi vurğulamağa dəyər ki, problemli kreditlərlə bağlı 28 fevral tarixli fərmanın reallaşdırılması bütün bankların tam sağlaşdırılmasına gətirib çıxarmasa da, hər halda bankların likvidliyini artırmaqla onların durumuna müsbət təsir göstərəcəyi şəksizdir. Banklar illik 0,1 faizlə, yəni əslində faizsiz güzəştli kredit əldə edəcəklər.

Banklar onlara veriləcək 682 milyon manat kredit və 215 milyon dollarlıq qiymətli kağızlar, xüsusən də dövlət dəstəyi hesabına əhalidən borclarını geri almaqla maliyyə imkanlarını xeyli yaxşılaşdıracaqlar. Bu yöndə ən vacib məqamlardan biri də budur ki, fərmanın reallaşdırılmasına yönəldilən böyük maliyyə resursları və onun multiplikativ effekti hesabına həm də müəyyən dərəcədə yüz milyon manatlarla ölçülə bilən ucuz kredit resursları yaranacaq. Bundan məqsədyönlü şəkildə istifadə etməklə iqtisadiyyatın qan-damar sistemi olan bank sistemi, münasib xarici bankları da cəlb etməklə sağlamlaşdırılmalı, yenidən qurulmalı, bu sahədə sağlam rəqabət yaranmalı və 26-28 faizlik soyğunçu faiz dərəcələri ilə işləyən bank sistemindən birrəqəmli faiz dərəcələri ilə fəaliyyət göstərən sivil bank sisteminə keçid sürətləndirilməlidir. Amma bu məsələdə də komplekslik təmin edilməlidir, çünki banklar ikirəqəmli faizlə banka pul vəsaiti cılb etməkdə davam edəcəksə, heç vaxt birrəqəmli faiz dərəcəsi ilə kredit verə bilməz. Həm də elə yanaşmalar tətbiq etmək lazımdır ki, kreditlərlə bağlı reallaşan fərman problemi həll edəndən bir müddətdən sonra yenidən eyni problem yaranmasın və əhalini narazı salmasın.

Problemli kreditlərin sürətlə artmasının və bu vəziyytə gəlib çatmasının əsas səbəbi 2015-ci ilin 2 şok devalvasiyası, yüksək faizlər, onun üstünə gələn dəbbə pulları və sair olsa da, onun mürəkkəbləşdirilib, əhalinin borc tələsinə salınmasının bir sıra nüansları həm də kredit verilərkən valyuta seçimi və məzənnə məsələsində əhalinin bu sahədə lazımı səviyyədə bilgilərinin olmamasından sui-istifadə edən bankların manipulyasıyaları oldu. Bu hal devalvasiyadan sonra indiyədək yeni bağlanan kredit müqavilələrində də yer alır. Ona görə də “İstehlak kreditləri” haqqında qanunun da qəbul edilməsini zəruri sayırıq ki, bu sahədə də qətiləşdirilmiş bir hüquqi baza yaransın ki, banklar bir də vətəndaşlara məişət texnika və avadanlıqları almaq, ev təmir etdirmək, xəstəsinin Azərbaycanda müalicə xərclərini qarşılamaq və sair bu kimi məsələlərə dollarla kredit vermək kimi absurd yollara əl ata bilməsin”.

Qeyd edək ki,layihə müstəqil ekspertlər tərəfindən etirazla qarşılanıb. Məsələn, iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, şübhəsiz ki, Azərbaycanda kreditlər çox bahadır: “Amma bunun əsas səbəblərindən biri bankların özlərinin cəlb elədiyi resursların bahalığıdır. Hazırda bank sektoru üzrə resursların 65 faizi (maliyyə institutlarının depozitləri nəzərə alınmadan) depozitlərdən formalaşır. Depozitlərin, xüsusilə milli valyutada depozitlərin fazilərinin xeyli yüksək olduğu hər kəsə məlumdur.

Bir qayda olaraq, bazar qanunlarının effektiv çalışdığı, bank sektorunda rəqbət mühitinin yüksək səviyyədə təmin edildiyi şəraitdə Mərkəzi Bankın əməliyyatları üzrə faiz dərəcələri, açıq bazar əməliyyatları, kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi kimi alətlər, uzun pulların qıtlığı hiss edilmədiyi effektiv borc bazarının fəaliyyət göstərməsi iqtisadiyyatda uzuz resursların yaranmasına imkan yaradır.
Kredit faizləri üçün maksimum tavan müəyyənləşdirmək siyasəti Mərkəzi Bankın əlində olan rıçaqların işləmədiyinin etirafıdır.
Rəsmi inflyasiyanın 2 faiz olduğu iqtisadiyyatda 9 faizlik uçot dərəcəsi olarsa, banklar ucuz kredit verməkdənsə öz resurslarını daha sərfəli gəlirlilik şərtlərilə dövlət qiymətli kağızlar bazarına, depozit hərraclarına yönəldər. Yəni bu tip amillər düyün nöqtələridir - bu düyünlər necə çözüləcək”?

Ekspertin fikrincə, kredit fazilərinə yuxarı tavan müəyyən etməklə bərabər, qanunvericilliyə bankların resurslara ədalətli çıxışı üçün də mexanizmlər gətirilməldir: “Məsələn, dövlət resurslarının banklarda yerləşdirilməsi, dövlət vəsaitlərinin xidmət haqqı müqabilində benefisiarlara çatdırılması üçün bütün banklara adil hüquqi şərtlər təmin edilməlidir.

Daha açıq desək, pensiyaların, büdcə maaşlarının və subsidiyaların paylanılması, dövlət təşkilatlarına maliyyə xidmətləri göstərmək yalnız kiçik bir qrup bankın imtiyazı, təminatlı gəlir mənbəyi olmamalıdır”.

İqtisadçı-ekspert Samir Əliyev də qeyd edir ki, Azərbaycanda kredit faizlərinin yüksək olması heç kimə sirr deyil və bu, dəfələrlə ekspertlər tərəfindən vurğulanıb: “Kredit faizlərinin yüksək olmasının əsas səbəbi banklar tərəfindən kredit vermək üçün cəlb edilən resursların bahalığıdır. Statistik təhlil göstərir ki, bankların öhdəliklərində bütün mənbələr üzrə depozitlərin payı ötən il 78 faizə çatıb. Halbuki devalvasiyadan öncə bu rəqəm 60 faiz civarında olub. Depozitlərdən yüksək asılılıq kredit faizlərinin deposit faizlərindən asılılığına gətirib çıxarır. Hazırda banklarda spred (kredit və deposit faizləri arasındakı fərq) 5 faiz civarındadır. Əgər milli valyutada olan əmanətlərin illik faiz dərəcəsi 14-15 faizə gəlib çatırsa, kreditlərin faiz dərəcəsi heç bir halda 20 faizdən aşağı olmayacaq. Deməli, depozitləri ucuzlaşdırmaq yolu ilə kreditlərin ucuzlaşmasına nail olmaq olar. Bunun üçün maliyyə sabitliyi dayanıqlı olmalı, dövlət resursları daha çox bank arasında bölüşdürülməli, mərkəzləşdirilmiş kreditlərin həcmi və əhatə dairəsi genişlənməlidir. Ancaq nəzərə almaq lazımdır ki, depozitlər ucuzlaşdıqdan sonra əmanətçilərin davranışını proqnozlaşdırmaq da çətindir. Ən azı manatın məzənnəsinin sabitliyi ilə bağlı əhalidə əminliyin tam olmaması fonunda aşağı faizli əmanət qoyuluşunun cəlbediciliyi azalır və gələcəkdə banklar resurs qıtlığı ilə üzləşə bilərlər”.

Ekspert hesab edir ki, bundan başqa digər problemlər də aradan qalxmalıdır: “Girov mexanizmlərinin mürəkkəbliyi, məhkəmə qərarlarının qeyri-obyektivliyi, real sektorda riskin yüksək olması və s. Bu problemləri həll etmək əvəzinə inzibati yolla xidmətləri tənzimləmək fayda verməz. Ölkədə əgər bazar münasibətləri varsa bu halda iqtisadiyyatın pulla təminatı da bazar alətləri və institutları vasitəsilə həyata keçirilməlidir. Dövlətin müdaxiləsi birbaşa yox, iqtisadi rıçaqlar vasitəsilə olmalıdır. Onsuz da sahibkarlıqda özəl sektorun rolu getdikcə azalır, dövlət isə prosesdə ya birbaşa, ya da qiymətləri inzibati qaydada tənzimləmək yolu ilə iştirak edir. Belə şəraitdə dövlət büdcəsinin yükü artır, vəsaitlərdən istifadənin şəffaflığı və səmərəliliyi azalır, rəqabət mühiti pozulur.

Təcrübədə banklar tərəfindən xidmət haqlarının süni şəkildə artırılması halları mövcud olub. Hətta müştərilərə göstərilən digər xidmətlərə görə də (arayışın və ya hesabdan çıxarışın verilməsi və s.) əlavə haqq tələb edilməsi müşahidə edilir. Belə hallar Qanuna dəyişiklik etmək istəyənlərin mövqeyini gücləndirir. Ancaq ölkədə 30 bank fəaliyyət göstərir və müştərilərin imkanı var ki, haqsız tarif tətbiq edən banklarla əməkdaşlığı dayandırsın. Kredit faizləri isə ancaq iqtisadi rıçaqlar vasitəsilə aşağı salına bilər.

Kim zəmanət verə bilər ki, sabah ucuz dövlət resurslarına asan çıxışı olan banklardakı aşağı kredit faizlərini əsas götürüb bütün banklara faiz tavanı tətbiq edilməyəcək? Ona görə də parlament bu dəyişikliyi etməkdən vaz keçməlidir və imkan verməlidir ki, kredit faizlərini və xidmət haqlarını bazar tənzimləsin. Əks halda, bu addım kredit faizlərini aşağı salmadan bank sektoru üçün ciddi problemlər yarada bilər”.(musavat.com)
Oxşar xəbərlər
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
03 May 2024 | 10:50
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
03 May 2024 | 10:36
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
03 May 2024 | 10:40
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
03 May 2024 | 10:45
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
03 May 2024 | 10:56
İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 | 10:55
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
03 May 2024 | 10:54
Bərdədə kişi intihar edib
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
03 May 2024 | 10:50
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
03 May 2024 | 10:36
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
03 May 2024 | 10:40
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
03 May 2024 | 10:45
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
03 May 2024 | 10:56
İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 | 10:55
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
03 May 2024 | 10:54
Bərdədə kişi intihar edib