Psixoloq: “Seksdə uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir” - MÜSAHİBƏ
Oxunub: 1592
22 Feb 2019 | 09:38
Psixoloq:   “Seksdə uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir” - MÜSAHİBƏ

Gülnarə İnanc: “O qadın ərinə xəyanət edib əzab çəkir, amma özünü də idarə edə bilmir”


“Seksual tərbiyə Azərbaycan məktəblərində çox vacibdir”

 

Kvant psixoloqu Gülnara İnanc Modern.az saytına geniş müsahibə verib. Moderator.az onunla söhbəti təqdim edir:

- Gülnara xanım, kvant şüuru üzrə araşdırmaçısınız. Bu, şüurun kvant nəzəriyyəsidir. Sadə dillə izah edərdiniz.  

- Kvant fizikası haqqında yəqin ki, eşitmisiniz. Kvant şüuru da kvant fizikasından yaranan, insan şüuru ilə bağlı olan bir sahədir. 2007-ci ildən bu sahə ilə məşğul olmağa başlamışam. Bu istiqamət 20-ci əsrin 80-ci illərində yaranıb. Kvant şüuru nəzəriyyəsini Amerikanın məşhur alimi, anestezioloq və psixoloq Stüart Hameroff və fizik Rocer Penrouz yaradıblar. Hazırda Amerikada Kvant Şüuru İnstitutu da var.

Bu sahə insanın problemlərini onun bədənində yox, kənarda axtarır. Daha doğrusu, problemlərin insanın cismində yox, ruhunda axtarılmasını öyrənən sahədir. Bu, ilahi elmlərə, ilahi varlığa inananlar üçün daha yaxşı qavranılan bir istiqamətdir. 

- Kvant mexanikası qeyri-müəyyənlik prinsipinə əsaslanır. Siz dediyiniz ilahi qanunlar isə mütləqlik prinsipi deməkdir. Yəni, kvant fizikası ilahi qanunlara tabe deyil. Bəs necə olur ki, siz kvant şüurunu ilahi qanunlarla izah edirsiniz?
 

- İlahi qüvvə, ilahilik özü də qeyri-müəyyənlikdir. Konkret heç bir şey yoxdur. Mənim içimdə və məndən kənarda olan ali şüur – biz meditasiyalar vaxtı belə ifadələrlə müraciət edirik. Kvant sahəsi nöqtə və dalğadan ibarətdir. Hər bir şey nöqtə və dalğadan ibarətdir. Nöqtə və maddə - maddənin çox böyük hissəsi həmin dalğada və enerji vəziyyətindədir. Bizim həyat yollarımız, kvant sahəsində, boşluqda yerləşir. Bu, sahə sonsuza qədərdir. Siz burdasınız, mən başqa yerdə, amma bizim enerjilərimiz nəticədə birləşir. Ayrıca, əlahiddə bir şey yoxdur. Biz şüurumuzu da sonsuza qədər genişləndirə bilərik. Bu halda da insan həyatını özü yarada bilər.

İki versiya təklif olunur. Birincisi odur ki, həyatımı fikirlərimlə özüm yaradıram. İkincisi isə, mən yaranmış variantlardan birini seçirəm. Tale yolları da sonsuzluğa qədərdir, bunu Allah seçir. Mənim sonsuz sayda seçim, tale yollarım var. Taleni qismət etmək üçün o yollardan birini seçirəm. Tale ilə qismətin də fərqi budur. Bu hal nağıllarda da qeyd olunub. Məsələn, “it hürən tərəfə, yoxsa işıq gələn tərəfə” deyirlər. Bu seçim bizdədir. Bu seçimi bizim əvəzimizə heç bir ilahi qüvvə həll etmir.


- Yəni düşünürsünüz ki, tale, alın yazısı əvvəlcədən insana yazılmayıb?


Onlar bu dünyada yazılı vəziyyətdə var. Sadəcə olaraq, onu seçən bizik. Yaxşını da, pisi də seçən bizik. Həyatımız fikirlərdən və enerjilərdən yaranıb, bu, artıq sübut olunmuş bir faktdır.

Çox maraqlı tədqiqatlar var ki, bunlardan biri də su ilə bağlıdır. Suya “pis və ya yaxşı” nəsə deyirsən, o donanda bütün strukturu dəyişir. Məsələn, mən bir stəkan suya “pis” desəm, o donanda, strukturu pis olur. “Yaxşı” deyiləndə isə strukturu nizamlı olur. 


- Maraqlıdır, amma təbiətdə insanlar su olan yerlərin hamısına gedib sözünü demir. Amma söz deyilməyən ərazilərdəki sular donanda bəziləri, siz dediyiniz kimi yaxşı, bəziləri isə pis görünür. Onlara ali şüur nəsə deyir? 

- Şübhəsiz ki, elədir. Mən ali şüura inanıram, amma dindar deyiləm. Dünya öz-özünə yarana bilməzdi. Yaradıcı qüvvəyə kim nə ad verirsə, versin – nəticədə o mövcuddur. Belə bir nəzəriyyə var ki, heç nəyin olmadığı, sabit, hiss, emosiya olmayan yer Allahın olduğu məkandır. Çaydakı suyun həcmi çoxdur, biz onu pis fikirlə korlaya bilmərik. Hər şeyə ilahi nəzarət var.

İlahi güc kainatda bütünlüklə hər bir şeyə hopub. Biz ilahi varlıq deyilən substansiyadan kənarda deyilik. İlahi varlıq, bizim nəfəsimizdə, hüceyrəmizdə - hər bir şeydədir. 

- Yaxşı, bəs şüur birinci yaranıb yoxsa maddə? Bəlkə ikisi də eyni anda mövcud olub? 

Çalışıram ki, əllaməlik etməyim. Mənim hissimə görə, əvvəlcə ilahi enerji olub.  Biz ondan qopan zərrələriksə, deməli, biz Onunla birgə əbədiyik. O itmir, məhv olmur. İtən bədənimiz, yəni maddədir. Ruh isə enerjidir və əbədidir. Biz enerjini və maddəni  qavradığımız şəkildə  mövcud olur. Həmin o ilahi güc həm mənim içimdə, həm də məndən kənardadır. Biz nəfəs alırıq, nəfəs duran kimi həyat bitir. 

- Cəmiyyət, ailə, fərdi həyatda insanların problemləri çoxdur. Kvant şüuru bu problemlərin kökünü nə dərəcədə effektiv araşdırıb ortaya qoya bilir? 

- Gəlin, bir az uzaqdan başlayaq. Ailə probleminin yaranma səbəbi, vaxtı var. İstənilən problem həmin anda yaranmır. Məsələn, ailədə problem iki cütlük evlənəndə yaranmayıb.

O problem cütlüklərdə ayrı-ayrılıqda yaranıb, sonra onlar birləşəndə problemlər böyüyüb. Alimlər də sübut edib ki, kainat fikirlərdən ibarətdir. Mən neqativ düşünürəmsə, neqativ, pozitiv düşünürəmsə, pozitiv yaşayıram. Yəni, mən səhər durub “nə bədbəxtəm, yenə maaş verilməyib” və ya başqa neqativ şeylər desəm, gedib mənfi məqamlarla rastlaşacağam. Əgər səhərimi açıb “mən zənginəm, mən uğurluyam, mən xoşbəxtəm” desəm, o zaman müsbət şeylər qarşıma çıxacaq. Bilirsiniz niyə? Axı kainat bizimlə danışır, o insanların, hadisələrin vasitəsi ilə bizimlə həmsöhbət olur. 
Pozitiv düşünmək və özünü əsl mənada pozitiv hiss etmək çox vacibdir. Yalandan “mən xoşbəxtəm, təmizəm” deyib, ağlıma qara-qura fikirlər gəlirsə, bu zaman mən xoşbəxt olmayacağam. Yəni o xoşbəxtliyi hiss etməliyəm. 

- Ortaya məntiqi sual çıxır. Mənim nəzərimdə, dünyada edilən dualar daha çoxdur. Bəs dünyada niyə neqativlər çox olur? 

- Neqativlər çox deyil. Ağ kağıza bir qara nöqtə qoyulsa, hamı onu görəcək. Amma görün nə qədər hissə ağdır! Dünyada qara çox olsaydı, çoxdan məhv olmuşduq. Kainatımızda ağlar çoxdur. 


- Amma elə qara şeylər olur ki, insan dəhşətə gəlir. Məsələn, güllə yağışı altında, körpələrin məhv olması, onların iniltisi, qadınların, qocaların dramatik görüntüləri kimi. Bəs bunlar nədir? 

- Mən karmaya inanıram. Karma ruhun bədəndən bədənə keçməsidir. Quranın özündə də bu, sətiraltı yazılıb. Mənim öz karmik həyatım uşaqlıqdan yadımdadır. Mən ədaləti onda tapdım. Mən körpələr, balaca uşaqların ölüm səbəbini bildim. Dərk etdim ki, körpə uşaqlar o biri həyatında ağır cinayət etdiyinə görə, onlar, vəhşicəsinə ölməlidir. 

- Anlamadım, o cinayəti kim edib? 

- Həmin uşaq özü. Dedim axı, ruhun bədəndən bədənə keçməsi var. Həmin uşağın içindəki, ruh əvvəlki həyatında ağır bir cinayət törədib. Ona görə də, onun taleyinə öldürülmək yazılıb. Amma ataya, anaya görə uşağın əzab çəkməsi fikri ilə razılaşmıram.

- Bu necə sübut olunub ki, bir uşağın ruhu o biri dünyasında cinayət edib? Bunun, elmi bir əsası varmı? 

- Təcrübə aparıb, sübut edirlər. İnanıb-inanmamaq isə hər kəsin öz işidir. Bizim görməyimiz və inanmağımızdan asılı olmayaraq  çox şey mövcuddur. Biz məgər toxumun cücərmə prosesini görürük? Yalnız nəticəni - artıq yetişmiş buğdanı görürük. Hər kəs görmək istədiyini görür. 

- Sizə elə gəlmirmi ki, yanaşmalarınız, arqumentləriniz parapsixologiyaya daha çox yaxındır?

- Alternativ psixologiya deyilən bir sahə var. Bura həm psixologiya, həm də parapsixologiya daxildir. Mənim təlimlərimə dindarlar da gəlir. Maraqlıdır ki, mənim dediklərimi din də rədd etmir, əksinə qəbul edir. Qərbdə parapsixologiyanı da qəbul edirlər. Parapsixologiya, psixologiya, kvant şüuru – bu sahələr hamısı bir birinə çox yaxındır. Sərhədləri bir birinə keçir. Başa düşək ki, hər şeyi ruh formalaşdırır. Kvant şüuru beşölçülü dünyadır. Bu, sonsuzluqdur. Kvant şüurunda zaman, çəki yoxdur. Kiminsə hər hansı bir problemi varsa, onu bu gündə axtarmırıq. Kiminsə ailədə problemi yaşanırsa, onun səbəbi keçmişdədir. “Mənim ruhumda, keçmişimdə nə baş verib ki, qarşıma bu cür insanlar çıxıb” deyə düşünmək lazımdır. “Hər şeyin səbəbkarı mənəm” deməliyik. Bunu etiraf etmək lazımdır. Mən problemli ailələrlə işləyirəm. Heç kimsə özünün günahkar olduğunu qəbul etmir. “Necə yəni, mənəm günahkar?” deyirlər. Bəli, sənsən. 

- Qəribədir. Fərz edək ki, bir insandır, məsumdur, heç bir bəd əməli yoxdur. Amma qarşısına elə adamlar çıxır ki, ona çoxlu problemlər yaradır. Mən də sual edirəm – o adam nə edib ki? 

İnsanın inkişaf mərhələləri var. Ruh inkişaf etdikcə, oradakı proseslər də artıq dəyişir. Heç kim özünü qüsurlu  hesab etmir. Bəs niyə bizim həyatımızda problemlər yaranır? Karmaya müraciət edək. Buna genetika da deyə bilərik. Nə zamansa, sənin ulu baban adam başı kəsibsə, sən onun əzabını çəkirsən. Bir ailə var idi. Kişinin həyat yoldaşı intihar etmişdi. Məlum oldu ki, həmin xanımın nəslində də əvvəllər intiharlar olub. Nəsildə olan problemlər davam edir.

İndi siz dediyiniz kimi, fərz edək ki, mən məsumam. Amma qarşıma pis insanlar çıxır. Deməli, nəslimdə pis insanlar olub ki, mən də onun cəzasını çəkirəm. Ona görə də, qarşıma pis insanlar çıxır.

Çox deyirlər ki, filankəs yaxşı adam idi, o niyə ölməli idi?! Baxın, səbəblərdən biri də budur.

İkincisi isə dərsdir. Maddiyyatda görünən son nəticə də orada yaranmayıb. Bütün nə varsa, hamısı kvant sahəsində mövcuddur.

Üçüncü versiyaya gələk. Məsələn, başıma daş düşənə, pis iş gələnə qədər mənə dəfələrlə xəbərdarlıqlar olunub. Amma mən onu hiss etməmişəm, gələn mesajları başa düşməmişəm. Söhbət “qarşımdan qara pişik keçdi” kimi mövhumatlardan getmir.

Kiminləsə işgüzar danışıqlara gedirik, amma başımıza pis iş gələ bilər. Buna görə də, mütləq maşınımız qəzaya düşməlidir ki, biz orada 100 manat itirək, gələcəkdə 100 min manat itirməyək. 


- Siz özünüz başınıza nə gələcəyini bilirsiniz?

- Mən fikirləri durdura bilirəm. Fikirləri durduranda, beyin boş olur və nə baş verəcəyini bilirsən. Müasir psixologiyaya görə hər kəs öz həyatını 10 dəqiqədən, yarım ilə qədər öncədən bilir. Amma beynimiz fikir xaosu ilə dolu olduğu üçün bunları görə bilmirik.

- Pasiyentləriniz əsasən, hansı kateqoriyadan olan problemli adamlardır? 

- Biznes, ailə məsələləri, intihar hadisələri ilə bağlı mənə müraciət edirlər. Bir sözlə, həyatını dəyişmək istəyən insanlar mənim konsultasiyama yazılırlar. 

- Kvant şüuru cadunun, falın da praktiki təsirini təsdiqləyir? 

- Kvant şüuru akademik biliklər üzərində qurulub. Cadu, tilsim fikirlərin, enerjilərin, hisslərin məqsədyönlü ötürülməsidir. Cadu edən adamlar isə bütün gücünü, ruhunu toplayır ki, insanlara qarşı neqativ göndərsinlər. Vacib deyil ki, onlar hamısı oturub dua yazsınlar. Mən demirəm ki, cadu yoxdur, sadəcə o, enerjidir. İnsan öz fikirləri ilə problemləri yaradır. Falçı yanına da gedəndə, falçı qayıdıb deyir ki, sənə cadu olunub. Halbuki, heç kim cadu etməyib, mən onu öz içimdə, əməlimlə, həyat tərzimlə yaratmışam. Burada məndən xoşu gəlməyən gəlinimin, qonşumun günahı yoxdur ki, o fikirlərlə yaşayıram. Ekstrasenslik çox təhlükəli bir sahədir. 


- Sualıma tam olaraq cavab almadım. Siz cadunun, tilsimin, ovsunlamağın praktiki təsirinə inanırsınız? 

- Təbii ki, cadu var. Amma insanın həyatını onunla dəyişmək mümkün deyil. 

- Mövzunun istiqamətini dəyişək. 2018-ci ilin statistikasına görə, Azərbaycanda 14857 boşanma olub.  Balaca ölkə üçün boşanma hallarını əks etdirən bu rəqəm çox böyükdür. Boşanmaların çoxalmasının dərin psixoloji səbəbləri nədir? 

Əvvəla düşünmək lazımdır ki, uşaq hansı ailədə böyüyüb və ailə münasibətləri necə olub. Səbəblərdən biri budur. Uşaq ailədə hansı münasibətləri görübsə, onu ideallaşdırır, o cür ailə axtarır. Qız atası kimi ər, oğlan da anası kimi qadın axtarır.  Və ya qorxur ki, atası kimi ər ya da anası kimi qız tapacaq. İkincisi isə münasibətlər pisdirsə, uşaq üsyan edərək “mən bu cür ailə istəmirəm” deyir. İnsan da üsyan etdikcə, qarşısına elə o cür ailə çıxacaq. Geştald psixologiyada deyilir ki, hər bir şey – bütün komplekslər, problemlər uşaqlıqda gizlənib.

İnsanın ailəsi pis olanda da, evlənmək istəyəndə ideal bir ailə qurmaq istəyi ilə yaşayır. İdeal axtaranda da, problemlər yaşanır. İnsan ideal axtardıqca, ilahi qüvvə o ideallığı dağıdır.

Mənim yanıma gələnlərdən biri içirdi. Soruşdum ki, niyə içirsən? Dedi ki, vaxtı ilə atası da içib. O da atası kimi olmaq istəməyib, o cür ailəyə nifrət edib. Amma özü də axırda o cür olub. Biz boşanmaların səbəbini faktın özündə yox, mahiyyətində axtarmalıyıq. İctimai fikrin də bizlərə təsiri var. Biz normal halda başqalarının fikrini düşünürük. Bəzən insanlar tez-tez acır, yemək yeyir. Düşünmək lazımdır ki, həmin anda hansısa insan başqa bir yerdə acdır. Mən də o informasiyanı permanent kimi qəbul edirəm ki, özüm acam.

Azərbaycan xalqı spesifik, ənənələrlə yaşayan toplumdur. Ya hər şeyi qəbul edir, ya da hər şeyi rədd edir. Cəmiyyətdə müasir dövrün çağırışları var. Avropa həyat tərzi fərqlidir. Amma onların həyat tərzi ucdantutma boşanmalardan ibarət deyil. 

- Boşanma tək Azərbaycana xas deyil. Qərbdə də boşanmalar olur, xüsusilə Amerikada ildən-ilə boşanma halları çoxalır. 

- Baxın, səbəblər kasıblıq ya da hansısa bir maddi problemlə əlaqəli deyil. Azərbaycanda deyirlər ki, qız 20 yaşında mütləq ərə getməlidir, oğlan 25 yaşına çatdı, mütləq evlənməlidir. Çox zaman uşaqların yerinə valideynlər qərar verir, məsələlərini həll edirlər.

İlk baxışdan açıq fikirli görünən insanlar da görürsən ki, övladının yerinə qərar verir. Axı insanın seçim hüququ var. Boşanmaların səbəblərindən biri də budur ki, cütlüklər ailə qurarkən özləri seçmirlər. 


- Boşanmaların bir səbəbi də evli kişi və ya evli qadınların özlərinə başqa partnyor axtarmasıdır, el dili ilə desək, xəyanət. Bu mövzuda siz nə düşünürsünüz, xəyanətə görə boşanma faizi nə qədərdir? 

- Bir müddətdən sonra sevgi deyilən hiss avazıyır. Bu müddət, 1 il, 5 il, 10 il, 20 il də ola bilər. Çox nadir hallarda olur ki, cütlüklər 50 il bir yerdə sevgi ilə yaşayırlar. Bizdə xüsusi texnikalar var. Ürəkdə sevgi hissini böyütməklə sevgi hissini yenidən gücləndirmək olur. Dediyimiz müddət bitəndən sonra qadın və ya kişi üçün qarşısındakı həyat yoldaşı maraqlı deyil. Bu hal xüsusilə uşaq doğulandan sonra özünü göstərir.

Əvvəllər belə hallar kişilərdə çox idisə, indi qadınlar da bu baş verir. Bəzən qadın gəlir, mənə deyir ki, ərinin xəyanət etdiyindən şübhələnir. Mən sual edirəm ki, nəyə görə belə düşünür? Deyir ki, ərinin telefonuna baxıb. Bəs yaxşı, sən hansı ixtiyarla həyat yoldaşının telefonuna baxırsan?! İnsanı nəzarətlə özünə bağlayıb saxlamaq olmaz. Mən yoldaşının xəyanətindən şübhələnənlərə deyirəm ki, içlərində sevgini artırsınlar. İnsan sevgini artırsa, daim vurğunluq halında olur. 

- Evli kişilər var ki, həyat yoldaşı ilə də münasibətləri normaldır, amma daim özünə başqa partnyorlar da axtarır. Və onu da bilir ki, seçdiyi partnyor da xanımı qədər sevgi göstərməyəcək. Amma yenə də onunla münasibət yaşayır, cinsi əlaqədə olur. Bu psixoloji problemdir ya cinsi tələbatın həddindən artıq olmasından irəli gəlir? 

- Oğlanla qızın evlənməyinin səbəblərindən biri də cinsi tələbatı ödəməkdir. Bu hal isə normal deyil, bunun üçün evlənməzlər. Cinsi təminat üçün evlənsən, seçdiyin həyat yoldaşı sənə uyğun gəlməyə bilər. Seks də bir enerjidir. Seksdə də uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir.

Düşünürəm ki, Qərbdəki yanaşma, yəni əvvəlcə qızla oğlanın bir yerdə yaşayıb, cinsi əlaqədə olub, sonra evlənməsi daha doğrudur. Ancaq bizim cəmiyyət üçün doğru deyil. Həmişə deyirəm ki, Azərbaycanda bir oğlan cinsi münasibətdə olduğu qızla evlənməyəcək.

Kişi başqa qadının yanına niyə gedir? Səbəb yalnız xanımı ilə fiziki tələbatının  ödənməsində deyil. İnsan daim təzə bir şey axtarır. Axı vurğunluq halı onda çoxdan keçib. O, sağına da, soluna da baxır. Amma elə hallar olur ki, ərli biri başqasını sevir. Ötən günlərdə bir xanımla danışdım. Bir kişinin artıq ikinci arvadıdır, amma yenə də başqasını sevir. Kişi arvadından kənar başqa qadınla görüşürsə, bu, o demək deyil ki, həmin qadın da pozğundur. Həyat birmənalı deyil, Aqşin! Kimisə nədəsə qınamaq olmaz, müztləq öz başına da gələ bilər! Bir kişi başqa bir qadınla münasibətdədirsə, bu təkcə cinsi tələbata görə olmaya da bilər. Burada mənəvi tələbat da, enerji yaxınlığı da rol oynayır. Biz əxlaqi tərəfdən yanaşıb onları günahlandırmayaq. Sadəcə özümüzü onların yerinə qoyaq. Evli kişi hər bir qadının üzərinə durub-durası cummur ki! Deməli, ruhsal, enerji yaxınlığı var. Lakin bir kişi hər gördüyü xanıma yaxınlaşırsa, onun seksual pozğunluğu var.

- Yanınıza xəyanət edib, bundan əzab çəkənlər gəlir? 

- Qadınlardan olub. Qadın ərinə xəyanət edib əzab çəkir, amma özünü də idarə edə bilmir. Əvvəl sevdiyi biri ilə rastlaşıb, kövrəlib, özünü idarə edə bilmir. 

- Düşünmürsünüz ki, cəmiyyətin bu tip qadın və ya kişiyə kəskin münasibət bəsləməsi normaldır? 

- Dünyanın hər yerində bu cür hallara yaxşı münasibət göstərmirlər. Heç bir cəmiyyət bunu normal qarşılaya bilməz.


- İnsan var ki, həftədə bir qadınla münasibət yaşayır, amma tələbatı ödənmir, daim yeni partnyorlar axtarır. Axı onun, cinsi tələbatı tez-tez ödənilir! Bu da seksual pozğunluqdur? 

- Bu cür başıpozuq həyat ona xoş gəlir. İnsanlar var ki, barlarda gəzir, qadınlarla tez-tez münasibətdə olurlar. Bu da psixoloji səbatsızlığın nəticəsidir. Həyatdakı boşluqları sanki bu cür həyat tərzi ilə doldurur.

- Sosial şəbəkələr boşanmalarda nə qədər rol oynayır? 

- Sosial şəbəkələr canlı ünsiyyəti azaldır. Ünsiyyət olmayanda isə münasibətlər inkişaf etmir, buna görə də insanların bir-birinə marağı itir. Sosial şəbəkələrin müsbət tərəfləri də çoxdur. Amma insanlar orada cəfəng söhbətlər gedirsə, mənasız sözlər yazılırsa, bu, insan şüurunun kiçilməsi deməkdir. 


- Sual təhsillə bağlı olacaq. Valideynlər, təhsil ekspertləri şagirdlərin dərs yükünün çox olmasından şikayətlənirlər. Hamı bunun şagirdlərdə zehni yoğrunluğa gətirib çıxardığını deyir. Bəs bu cür hal gələcəkdə həmin uşaqların şüuruna necə təsir edə bilər? 

- İnsan beyninin qavrama gücü var. Bundan artıq yüklənmə olanda yorğunluq, halsızlıq, yuxusuzluq, hətta psixi problemlər yaranır.

İndiki uşaqlar informasiyalıdır, amma bu, o demək deyil ki, onların şüuru genişlənib. Fikir verirsinizsə, uşaqlar arasında oxumağa meyl azalıb. Bilgisizlik bir dəbə çevrilib.

Dərsliklərdə qoyulan mövzularla bağlı da şikayətlərə rast gəlirəm. Dərsliklərdə normal olmayan mətnlərin olduğunu bildirirlər. Dərslikləri hazırlayanda, psixoloqlarla, psixiatrlarla işlənilirmi ki, uşaqların beyni nələri qavraya bilər, nələri yox? Bu sahəni araşdırmamışam. Lakin onu bilirəm ki, dərsliklərin hazırlanmasına psixoloqların, psixiatrların cəlb olunması çox vacib məsələdir.


- Məktəblərdə seksual tərbiyə ilə bağlı fənnin salınmasına ehtiyac görürsünüz? 

- Bəli. Seksual tərbiyə bu gün üçün Azərbaycan məktəblərində çox vacibdir. Qərbin bəzi cizgi filmlərində erkən seksual inkişaf üçün tendensiyalar görmək mümkündür.

Yəni dediyimiz odur ki, onsuz da uşaq seksual həyatı kimdənsə öyrənəcək. Ona görə də, məktəblərdə savadlı şəkildə öyrənməsi yaxşı olardı. Uşaqlar qarşı cinslə necə münasibət qurmağı indidən bilməlidir. Bu yanaşmanı Qərbdəki kimi bizdə tətbiq etmək çox çətindir.

Amma biz tətbiq etmədikcə, əvəzimizdə bunu cizgi filmləri, virtual oyunlar edəcək. Uşaqlar üçün barbi cizgi filmlərində erotik səhnələr ortaya atırlar. Düzdür, birbaşa erotik səhnə deyil, bunu səslərlə, hərəkətlərlə büruzə verirlər.

Təəssüf ki, cizgi filmini yazanların bir çoxunun psixi pozuntusu olub.  Məsələn, "Simpsonlar" cizgi filmini yaradanlar. Onların arasındakı gizli pedofillərin olması da mümkündür. İnsanın şüuraltısı ağlasığmaz informasiyalar daşıyır. Vaxtilə bu haqda yazı da yazmışdım...

Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək