Terrorçunun abidəsi və Azərbaycana qurulan tələ...
Oxunub: 1613
15 Feb 2019 | 22:58
Terrorçunun abidəsi və Azərbaycana qurulan tələ...
Xəyanətkarlar

Ermənistan 200 ilə yaxındır ki, Cənubi Qafqazın vahidliyi və Türk dünyası üçün problem mənbəyi kimi bəslənməkdədir. Ötən əsrin əvvəllərində erməni diversiyaları Türkiyəyə xəyanət maşınına çevrilmiş, kürd faktoru arxa planda saxlanılırdı. İndi isə Türkiyəyə daxildən zərbə batalyonu rolunda PKK – bölücü terror təşkilatı və onun siyasi qolu HDP ilə idarəolunan bir prosesin mərkəzində qərar tutublar. Erməni lərəisə saxta soyqırım iddiası ilə “diplomatik, uzaq mənzilli taktika”nı tapşırıblar. Erməninin əsas vəzifəsi Rusiyanın nəfinə Qafqazın bütövlüyünü pozmaq, demokratik və bütövlük yolunda qonşu Gürcüstan və Azərbaycana buxov olmaqdan ibarətdir. Böyük Ermənistan xəstəliyinə yoluxmuş erməni zehniyyəti bunun Türkiyə, Azərbaycan və Gürcüstan torpaqları hesabına qurulması kimi sərsəm iddiaya susadılmışlar. 30 ilə yaxın bir dövrdə Azərbaycan və Gürcüstanın məhz erməni xəyanətinin yaratdığı problemlər səbəbindən demokratiyaya keçidi  çətin bir prosesə çevrilmişdir.

Strateji müttəfiqliyin tələbləri

Azərbaycan, Gürcüstan və Türkiyənin strateji müttəfiqliyini bu labirintdən çıxmaq üçün həmişə vacib hesab etmişik.  Strateji müttəfiqlik həm də bir-birinin milli məsələlərinə ehtiram nümayişi deməkdir. Erməni terrorçusuna Axalkalakidə abidə qoyulması  bu məsələdə problem olduğunu, Gürcüstanın  hələ də Azərbaycanın milli məsələlərinə hazırlanmadığı  özünü biruzə vermişdir. Burada erməni barmağı  olduğu birmənalıdır.  Bu təxribat önlənməli,  ayıq-sayıq gürcü kəşfiyyatı və siyasi rəhbərliyi cəsarət sərgiləyərək Azərbaycanı incidəcək addım atmamalı idi.  

Prezident niyə susur?

Ola bilər ki, xaç amili burada rol oynayıb. Bəs Gürcüstan Azərbaycanı niyə bu oyuna qoşdu, dostluq prinsiplərini tapdaladı? Hələ arxası ilə Azərbaycan iqtidarını ittihama tuş edərək  Gürcüstan XİN sözçüsü abidə məsələsinin Azərbaycanla razılaşdırılması haqqında mətbuata mesaj ötürdü. Maraqlıdır. Bəs, Azərbaycan tərəf bu ciddi ittihama niyə reaksiya verməyib, susqunluğun kökündə nə durur? Bəlkə Kreml göz ağardıb?! Deyəsən bizimkilər bu sualın cavabını əlahəzrət zamana buraxdılar.

Azərbaycanı Rusiyanın ayağı altına atma planı

Paralel olaraq Kremlin Azərbaycana birbaşa və dolayı formada  müxtəlif səpkili basqıları müşahidə olunmaqdadır. Özü də Gürcüstan üzərindən.  Nə istəyirlər? Rusiya etdikləri xidmətlər müqabilində, daha doğrusu Azərbaycan iqtidarını himayəsinin müqabilində daha çox mənfəət  istəyənə oxşayır. Gürcüstan şefi İvanişvilinin kapitalının ağırlığının  Rusiyada olduğunu söyləyənlər çoxdur. Rusiya ilə Gürcüstanın alt qatda  siyasi işbirliyinin Azərbaycanı cəzalandırmaq meyli və ya Ermənistana pozitiv meyllənmələri də siyasi oriyentasiya ilə, öz canlarının xilası naminə Azərbaycanı Rusiyanın ayaqları altına atmağa razılaşmaqla bağlı ola bilər. Son zamanlar Ermənistana Abxaziya, Cənubi Osetiyadan yeni daha rahat yolun açılması, Rusiyadan Gürcüstanın qaz alacağı ilə bağlı danışıqların getməsini də təsadüfi hesab etmək doğru deyil. 

Azərbaycanın geopolitik gələcəyi və Rus imperializmi

Etiraf olunmalıdır ki, Azərbaycan  strateji məkandır. Böyük Turan idealının mərkəzidir. İranda 35 milyon Azərbaycan türkü öz müqəddəratını təyin etmək istəyindədir. Azərbaycan təbii ehtiyatları ilə zəngindir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın inkişafı, bütövləşməsi  regionda, eyni zamanda Orta Şərqdə yeni münasibətlər sisteminin yaranmasına gətirib çıxara bilər. Azərbaycanın demokratikləşməsini də buraya əlavə etsək Rusiyanın onun üzərində oyun oynama imkanlarə minimuma enər. İndi görünən odur ki, Rusiya bütün vasitələrlə, hətta Gürcüstanı NATO - ya buraxmaq bahasına da olsa, Azərbaycanı buraxmaq istəmir. İvanişvilinin də döngədə atı dəyişdirməsinin, Azərbaycanın kürəyinə xəncər saplamasının kökündə bu amilin durması rol oynaya bilər. Azərbaycan iqtidarının, konkret halda islahatçı imicinə sahiblənmək istəyən Azərbaycan Prezidentinin  bu versiyaya susqunluğu məncə, hakimiyyətdə rusofillərin hələ ki nəzarəti əldə saxlamaları ilə bağlıdır. 

Hakimiyyət daxili savaş – mühafizəkarların dirəyi

Azərbaycan iqtidarı monolit təsir bağışlasa da, kifayət qədər ziddiyyətlər qazanına bənzəyir. Mətbuatda gedən məlumatlar əsasında bu qənaət hasil olur ki, muhafizkarların və ya demək mümkünsə Kremlin əsas dayağı rolunda Prezident administrasiyasının rəhbəri  Ramiz Mehdiyev dayanır. Hökumətdə aparıcı fiqurlar, yeli İcra hakimiyyətləri və parlament məhz onun nəzarətindədir. Daha doğrusu Kremlin vizası ilə görəvlidirlər. 

ASAN  xidmətin təqdimatında iştirakımı xatırladım. Təqdimatı həyata keçirəndən “ASAN” abiverturasının açılışının məzmununu soruşdum. O isə hərfi mənada əks olunduğu kimi “asan”, “yüngül”, “rahat” xidmət anlamına gəldiyini bildirdi. Daha sonra “dövlət hakimiyyət orqanları işi çətinə saldığı üçün yaradılıb yəqin”,  sorğuma təbəssümlə cavab verdi. Görünən odur ki, mühafizəkarların əlində olan hakimiyyət rıçaqları hər tərəfdə problemlər yaradaraq ölkəni demokratik dünyadan təcrid edərək Rusiyaya meylli nastolji aşılamaq xəttinə önəm verməkdədirlər. 
Son müsahibəsində Prezident elan etdi ki, ASAN xidməti məhz o yaradıb. Məncə açar burada axtarılmalıdır. Duyduğum odur ki, mühafizəkarların himayədarı, yəni Moskva hələ güclü olduğu üçün mühafizəkarlar söz sahibidirlər və islahatçı zehniyyətin meydana daxil olmasını bütün vasitələrlə əngəlləməkdədirlər. İslahatçıların lideri kimi özünü təqdim etməyə çalışan Prezidentin rəhbərliyində qurulmuş alternativ hakimiyyət orqanı olan ASAN xidmət hələ ki, özünün rəhbərlik etdiyi Prezident aparatının yanında gücsüzdür və o səbəbdən baş verənlərə seyrçi qalmağa üstünlük verməklə susqundur. Yenə o fikirdəyəm ki, Gürcüstanda erməni terroristinə abidə ucaldılması, özü də həssas 20 yanvar günü onun açılışının edilməsi, bunun arxasınca Ermənistanın blokodadan məhz Gürcüstan əraziləri vasitəsilə çıxarılmasına cəhd, Rusiyanın Ermənistana daha müasir silahlar satacağı ilə bağlı verdikləri bəyanatlar və ya Rusiya qazının Gürcüstana satılması məsələsinin gündəmə gəlməsi pressinqdir və İlham Əliyev danışdırılmalıdır! Hökumətin verdiyi təxribatçı qərar da hakimiyyət daxili savaşın, daha doğrusu siyasi oriyentasiyanın müəyyənləşməsinə diqtələrdir. 

Demokratikləşən Ermənistan

Ermənilər demokratik seçki keçirdi. Paşinyan da nəhayət gücü öz xalqından aldı. Yəni Ermənistan siyasi baxımdan daha da gücləndi. Rusiyanın dəstəyinin üzərinə Qərbin də birmənalı dəstəyi gəldi. Fransanın erməni soyqırımını xüsusi qeyd edəcəkləri ilə bağlı israrı da bunun göstəricilərindən sayıla bilər. Digər Avropa dövlətlərinin də oxşar mövqe sərgiləyəcəkləri ehtimalı yüksəkdir. 

Azərbaycana xəyanətin fəlsəfəsi

Qonşu Gürcüstanda, özü də Azərbaycan və Türkiyə ilə strateji müttəfiq hesab olunan Gürcüstanın indiki iqtidarının Azərbaycana xəyanət etməsi də bu kompleksin tərkibinə oxşayır. Gürcüstan Azərbaycana bağlanıb Rusiyanın xarabalıqlarında qalmaq istəmir. Azərbaycana xəyanət hesabına da olsa, Qərb seçimini Rusiya ilə də razılaşdıra bilir. Acı da olsa etiraf edim ki, Azərbaycanı, 200 ildi qanımızı içən, hələ də qanları qurumamış Xocalı soyqırımını Ermənistanla birlikdə törədən, düşmənimizin dostu, 20 yanvar qətliamını törədən Rus ayısının ağzına atmaq istəyən qonşularımız və onların siyasətinə xidmət edən rus canişinlərin avtoritet olduğu iqtidarın işğalı altında yaşamağa, inləməyə məhkum edilmişik. Ötən əsrin 20-ci illərində baş verənləri xatırlamalı, xətaları təkrarlamamalı, ən az itki ilə bu durumdan çıxmalıyıq.

Mühafizəkarlar və İslahatçıların savaşı

Mühafizəkarlar əksər sahələrdə çirkli kapitalla zəngindirlər. Rəsmi hakimiyyət strukturlarında kök salmış mafiya, ən əsası isə Kremlin timsalında qan içən imperiya maşını mühafizəkarların cəbbəxanasıdır. Milli-ideoloji sistemə, M.Ə.Rəsulzadənin ideya-siyasi irsinə, Elçibəy şəxsiyyətinə barışmazdırlar. Milli məfkurədən, xalqdan ifrat uzaq məsafədə qərar tutmuş, antidemokratik zehniyyət sahiblərinin qruplaşmasıdır. Qorxuludurlar. Öz missiyaları və maraqları naminə hətta qurulu dövləti də uf demədən uçurarlar. Missiyaları Azərbaycanı yenidən rus imperiyasına təslim etməkdir. 
İslahatçı qanad özünü göstərməkdədir. Təbii ki, subyektiv mülahizələrimdir. İslahatçı qanada hələ ki Prezident və xanımı iddialı görünür. Xüsusi bir tələbat olmadan birinci vitse prezident postunun təsis olunması və xanımın o məqamda qərar tutması uzaq məsafəli stratejinin, həm də gizli qruplararası savaşın tərkibidir. Rəsmi səlahiyyətləri var, biri olmadıqda o birisi görəvdədir, qəfil hadisələrdən sığortalıdırlar. Komandaları isə ASAN xidmət və könüllülərdir. Daha çox gənclərin bu cinahda təmərküzləşməsi də diqqət çəkəndir. İdeoloji və siyasi oriyentasiya ilə bağlı açıq mövqeləri yoxdur. Hər halda mən görmürəm. AXC-Musavat cütlüyü deyərək milli hakimiyyəti lənətləmələri ciddi şübhələrə yol açır. Ən azı gerçək islahatçı, millətə yaxın bir xəttin aparıcısı iddiasındadırlarsa, bu məqama toxunmaya da bilərlər. Bəlkə də mühafizəkarların diqtəsi öz işini görür. 
Ən qorxulu məqam bu qütblərin toqquşmasıdır. Bu dağıdıcı ola bilməklə Rus tanklarının sərhəddimizi  keçməsinə münbit şərait yarada bilər. Fikrimcə, daha çox mühafizəkarların nəzarətində olan trollar və media onları iç savaşı körükləməkdədir.  Milli qüvvələr xaotik axtarışdadır. Təbii ki, ən kritik anda məsuliyyəti öz üzərinə götürəcək qüvvə də onlardır. Bu dartışmalar bir uzlaşma ilə əvəz olunar, inşallah. 

Qurtuluş yolu

Fikirlərim müəyyən basqılara məruz qalmağıma səbəb ola bilsə də,  ən optimal çıxış yolu, fikrimcə bu ola bilər. Prezident səmimidirsə milli qüvvələrə əl uzatmalıdır. Əsas aparıcı siyasi qüvvələr və hamının etibar etdiyi nüfuz sahibi olan  aydınlarımızla dialoqa start verilməsi gündəmə gəlməlidir. Prezident mütləq səlahiyyətlidir. “Prezident”, “milli qüvvələr” və “xalq” üçlüyünün ümumdövlət məsələlərində bir konsepsiyada əməkdaşlığı ən doğru yol olardı. Prezident və onun komandasının bu sahədə düşünməsi, bu və ya buna oxşar bir modeldə təşəbbüskar olması Azərbaycan dövlətçiliyi baxımından tarixi şans olardı. Onda heç kimin bizimlə oyun qurma imkanları olmaz, Azərbaycan sürətlə gerçək mahiyyətini dünyaya nümayiş etdirə bilər. Bunlar olmadığı üçün hərə bostanımıza bir qara daş atmağa cəsarət tapır. Abidə təxribatı bu yola təkan verə bilər...

Abidə təxribatı və Millətin görəvi

Axalkalakidəki caninin abidəsi oyun da olsa, götürülməlidir. Orada gözərən təxribat alovunu milli qurtuluş alovuna çevirmək millətimizin borcudur. Heç kimdən, xüsusilə şimaldan imdad olmayacağına inanaraq özümüzə güvənə bilsək, yumruq kimi birləşsək zəfər bizimdir. Dövlətimizə sahib çıxmalıyıq. Əks halda bu dövləti məhv edə, müqəddəs bayrağımızı əbədi olaraq endirə bilərlər.


Zəlimxan Məmmədli, "Borçalı" Cəmiyyətinin sədri
Oxşar xəbərlər
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
GÜNLÜK
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
AYLIQ
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi