“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm”
Oxunub: 4785
14 Feb 2019 | 14:44
“Alman faşizminə qalib gələn xalqımızın erməni faşizminə də qalib gələcəyinə əminəm”

“Media veteranlara, onlarla bağlı tədbirlərə həssas yanaşmalıdır”

 

Artıq uzun illərdir ki, Qarabağ konfliktinin həlli, işğal altındakı torpaqlarımızın azad edilməsi ölkəmizi düşündürən, onun qarşısında duran bir nömrəli problem olaraq qalmaqdadır. Problemin sülh yolu ilə həlli cəhdlərinin hələ də səmərə verməməsi, münaqişənin hərbi müstəvidə həll ehtimalını yüksəltməkdədir. Bu isə müharibə veteranlarını, onların döyüş təcrübəsini, hərbi bilik və bacarığını, həmçinin onların gənclərə təlqin etdiyi hərbi vətənpərvərlik sevgisini dövlətimizin və  xalqımızın maraqları baxımından ikiqat əhəmiyyət kəsb edir.

Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bu və bu kimi məsələləri şərh etməyə, təşkilatın gördüyü və planlaşdırdığı işlərə nəzər salmağa çalışdıq.

 

-Cəlil müəllim, öncə Respublika Veteranlar Təşklatının 2018-ci ildə həyata keçirdiyi layihələrlə bağlı fikirlərinizi bilmək istərdik. Ötən ili təşkilatınızın fəaliyyəti baxımından nə dərəcədə uğurlu hesab edirsiniz?

 

-Ötən il bir sıra tədbirlərlə əlamətdar olub. Biz 2018-ci ildə Ümummili liderimiz Heydər Əliyevin 95 illiyi,  Cümhuriyyətin və ordumuzun yaranmasının 100 illiyi ilə əlaqədar təşkilatımız tərəfindən bir sıra tədbirlər təşkil edilib. Ötən il təşkilatımızın 30 illiyini də yüksək səviyyədə keçirmişik. Bu tədbilərdə beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib.

Cümhuriyyətin 100 illiyi ilə bağlı Bakıda və regionlarda, qonşu ölkələrdə,  həmçinin ali və orta məktəblərdə gənclərlə görüşlər keçirmişik. Ordumuzun 100 illiyi ilə bağlı cəbhə bölgələrində olmuşuq, zabit və əsgərlərlə görüşmüşük. Yaxşı xidmət edən hərbi qulluqçuları təşkilatımızın təsis etdiyi medallarla, fəxri fərmanlarla, diplomlarla mükafatlandırmışıq. Həmçinin 100 illiklə əlaqədar təşkilatımız tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” adlı kitab nəşr olunub.

Ümummilli liderimizin xalq qarşısındakı xidmətləri danılmazdır və biz bunun təbliğini də özümüzə borc bilirik. Onun istər sovet dönəmində, istərsə də müstəqillik dönəmində veteranlara göstərdiyi diqqət və qayğını heç kim unuda bilməz. Biz kimsəyə imkan vermərik ki, onun gördüyü işlərə kölgə salmağa cəhd etsin.

Prezident İlham Əliyevin də veteranlara qayğısı göz qabağındadır. Bizim təşkilatımız üçün yaradılan şərait də ölkə başçısının veteranlara olan qayğısının bariz nümunəsidir. 2015-ci ildə  ölkə başçısı I vitse-prezident Mehriban xanımla birlikdə təşkilatımızda olublar, veteranlarla görüşüblər, inzibati binanın açarını bizə təqdim ediblər və veteranların burada çalışması, tədbirlər keçirməsi, qonaqlar qəbul etməsi üçün şərait yaradıblar. Veteranlarımız da bu diqqətin  müqabilində Vətən və xalq qarşısındakı borclarını layiqincə yerinə yetirməyə çalışırlar. Onlar hərbi təcrübələrini, hərbi biliklərini gənclərlə bölüşməyi özlərinin əsas işi hesab edirlər. Çalışırlar ki, tez-tez cəbhə bölgəsində olsunlar, əsgər və zabitlərlə görüşsünlər. Orta və ali məktəblərdə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi işi təşkilatımızın həyata keçirdiyi əsas istiqamətlərdən biridir. Təhsil Nazirliyi, Müdafiə Nazirıliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gənclər və İdman Nazirliyi, həmçinin digər qoşun növləri ilə işgüzar əlaqələrimiz qurulub.   

Gələcək planlarımız da genişdir. Bildiyiniz kimi prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb. Bununla bağlı   məktəblərdə müxtəlif tədbirlər, o cümlədən fevral ayının 22-də veteranlarımızın iştirakı ilə Caspian Təhsil Mərkəzində Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcək.

Keçirilən tədbirlərdə məqsədimiz odur ki, gənclərimiz ölkəmizin güclənməsinə, inkişafına öz təhfələrini versinlər, ölkənin iqtisadi həyatına yeniliklər gətirsinlər. Bizim həm İkinci Dünya müharibəsində, həm Qarabağ müharibəsində, həm də Əfqanıstan müharibəsində böyük igidliklər göstərən hərbçilərimiz olub. Biz onların təbliğatını da həyata keçiririk. Bu qəhrəmanlarımız haqqında filmlərin çəkilməsində, kitabların yazılmasında, onların tanıdılmasında Respublika Veteranlar Təşkilatının mühüm rolu var.

 

-Respublika Veteranlar Təşkilatı xaricdəki veteran təşkilatlari ilə də əməkdaşlıq edirmi?

 

-Dünyanın 34 ölkəsinin Veteran Təşkilatları ilə əlaqə yaratmışıq. Ötən il Bakıda 24 ölkənin nümayəndəsinin iştirak etdiyi “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda keçirilən beynəlxalq konfransda Dünya Veteranlar Federasiyasının sədri Dan-Viggo Bergtun qonağımız oldu. O, qayıdandan sonra prezidentimizə təşəkkür məktubu göndərdi. O, məktubunda qeyd etmişdi ki, Azərbaycanın veteranlar təşkilatını dünya veteranları təşkilatlarına nümunə göstərmək olar. Biz əməkdaşlıq etdiyimz təşkilatlar qarşısında tez-tez Qarabağ məsələsini qaldırır, onları Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə səsləyirik.

 

-Dünya Veteranlar Federasiyası da Qarabağ problemi haqqında məlumatlandırılıbmı?

 

-Əlbəttə ki, məlumatlandırılıb. Biz Dünya Veteranlar Federasiyasına Qarabağ məsələsi ilə bağlı  geniş məlumatlar verdik. Rəyasət Heyəti adından dünya veteranlarına bəyanat qəbul edildi. Bəyanatda dünya veteranlarının Qarabağ məsələsindəki biganəliyi qınanıldı, bundan duyduğumuz təəssüf öz əksini tapdı. Bu məsələ 16-18 fevral tarixində Fransada Dünya Veteranlar Federasiyasının 29-cu Baş Assambleyasında müzakirəyə çıxarılacaq. Məni də bu tədbirdə iştiraka dəvət ediblər. Lakin maddi durumumuz bizim orada iştirakımıza imkan vermir və bu səbəbdən də Xarici İşlər Nazirliyinə ünvanladığımız məktub əsasında həmin tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələrinin iştirakını xahiş etmişik.

 

-Cəlil müəllim, Azərbaycan ordusu təkmiləşməkdə, öz müdafiə qüdrətini artırmaqda davam edir. Sizcə ölkəmizin artan gücü Ermənistanı sülhə vadar edə, onu işğal etdiyi torpaqları müharibəsiz azad etməyə vadar edə bilərmi?

 

-Azərbaycanın hərbi gücünün günbəgün artdığı, ordumuzun hərbi-texniki imkanları yüksək səviyyədə olduğu kimsəyə sirr deyil. Məhz Azərbaycanın artan hərbi gücü Ermənistanı sülhə vadar etmək baxımından ən mühüm, ən  həlledici amildir. Ermənistan gec-tez Qarabağ problemini sülh yolu ilə həll etməyə məcbur olacaq. Çünki onun başqa yolu yoxdur. Ermənistan kimi ikinci bir ölkə yoxdur ki, öz xalqına bu qədər zülm etsin, iqtisadi blokadada saxlasın. Çünki Azərbaycan sülhpərvər dövlətdir. Əgər Ermənistan problemin sülh yolu ilə həllinə tərəfdar olmasa, yenə öz işğalçılıq mövqeyində təkid etsə, o zaman Azərbaycan məcburdur ki, problemi hərbi müstəvidə həll etsin. Sovet İttifaqının, ümumiyyətlə mütərəqqi dünyanın faşizmə qalib gəlməsində Azərbaycanın xüsusi rolu və xidmətləri mövcuddur. Bu gün biz erməni faşizmi ilə üzbəüzük. Biz erməni faşizminə də qalib gələcəyik. Lakin bu məsələdə dünya birliyi, aparıcı ölkələr, beynəlxalq təşkilatlar da aktiv olmalı, işğalçıya təzyiq göstərməlidir. Bizim xüsusilə Rusiyadan böyük gözləntilərimiz var. Rusiya Azərbaycana dost olan, qonşu olan böyük bir dövlət kimi Qarabağ məsələsində ədalətli mövqe ortaya qoymalı, Ermənistana təzyiq göstərməlidir ki, Ermənistan heç bir şərt qoymadan işğal altındakı Azərbaycan torpaqlarını azad etsin.

 

-Gələn il İkinci Dünya Müharibəsinin başa çatmasının 75 illiyi qeyd olunacaq. 75 illiklə bağlı hansı təklif və planlarınız mövcuddur?

 

-Azərbaycan vətəndaşlarının Böyük Vətən Müharibəsindəki xidmətləri ilə bağlı çoxlu kitablar, filmlər var. Lakin bunlar müasir tələblər səviyyəsində deyil. Bu materialları müasirləşdirmək, onların elektron versiyalarını hazırlamaq, daha geniş filmlər, daha ətraflı kitablar yazmaq lazımdır. Azərbaycanın faşizm üzərindəki qələbədəki rolunun dünya ictimaiyyətinə daha ətraflı və daha geniş şəkildə çatdırılmasına nail olmalıyıq. Bizim bir çox insanlarımız var ki, onlar bu müharibədə iştirak ediblər və onların taleyi hələ də məlum deyil. Bu insanların harada, hansı şəraitdə həlak olması ilə bağlı məlumat yoxdur. Biz bu insanlarımızın taleyinə aydınlıq gətirmək üçün bir sıra ölkələrlə yazışmalar aparırıq. Rusiya, Ukrayna, Belarus və Avropa ölkələrinin arxiv idarələri, dövlət orqanları ilə bu yöndə iş aparırıq və sevindiricidir ki, bununla bağlı nailiyyətlərimiz var. Biz Ukraynada 309 nəfər vətəndaşımızı tapmışıq. Hansı ki, onlar haqqında əvvəllər məlumat olmayıb. 206 nəfər vətəndaşımızı isə Moldovada tapmışıq. 24 nəfər soydaşımızın isə Rusiyada, Moskva yaxınlığındakı döyüşlərdə həlak olduğunu müəyyənləşdirdik. İtaliyanın partizan hərəkatında iştirak edən bəzi azərbaycanlıların həlak olması ilə bağlı məlumatlar əldə etdik. Onlara xatirə lövhəsinin qoyulmasına nail olduq. Moldovada, Kişinyov şəhərində parkın salınmasına, həlak olan azərbaycanlılarla bağlı abidənin qoyulmasına nail olduq. Kerçdə, Volqoqradda, Sloveniyada bunlar mövcuddur.

Bu məlumatların əldə edilməsi və orada döyüşən soydaşlarımızın xatirəsinə abidələrin, xatirə lövhələrinin yardılmasının digər bir əhəmiyyəti də var. Həmin ölkələrdə bu gün də azərbaycanlılar yaşayır. Onlar fəxrlə deyə bilirlər ki, bu ölkənin, bu rayonun, bu şəhərin azad olunmasında Azərbaycan xalqının, Azərbaycan oğullarının rolu olub. Bu ərazilərin azad edilməsində onların babaları yaxından iştirak edib. İstəyirik ki, Avropa da, dünya ictimaiyyəti də bilsin ki, bu qələbənin qazanılmasında Azərbaycan xalqının xüsusi rolu olub.

Böyük Vətən Müharibəsi zamanı Azərbaycanda 123 növdə silah-sursat istehsal olunub. Məşhur “Katyuşa” silahı ölkəmizdə hazırlanıb. 28 hərbi hospital ölkəmizdə fəaliyyət göstərib. Hansı ki, bu hospitallarda sovet döyüşçüləri müalicə alıb, onların xeyli hissəsi yenidən ön xətdə, müharibə meydanına qayıdıb. İnsanlarımız evlərinin əşyalarını satıb həmin vəsaiti cəbhəyə göndəriblər. Bunları unutmaq olmaz. İstəyirik ki, babalarının göstərdikləri bu qəhrəmanlqıları gənclərimiz Qarabağda təkrarlasın.

 

-Azərbaycanın İkinci Dünya müharibəsindəki iştirakı və göstərdiyi qəhrəmanlıqların təbliği, əbədiləşdirilməsi baxımından daha hansı addımalrın atılmasını vacib hesab edirsiniz?

 

-İstərdik ki, Böyük Vətən müharibəsinə həsr edilmiş muzey olsun. Biz xaricdən gələn qonaqlarımıza, eləcə də gənclərimizə Azərbaycanın Böyük Vətən müharibəsində necə iştirak etdiyini göstərək. Biz bu muzeyin Böyük Vətən müharibəsinin 75 illiyində açılışına nail olmaq istəyirik. Əlaqədar dövlət qurumlarına bununla bağlı müraciət etmək niyyətindəyik. Nə qədər ki, bu müharibənin bəzi iştirakçıları sağdır, nə qədər ki, əlimizdə müəyyən imkanlar var, biz bu muzeyi yaratmalı, müəyyən materialların qorunmasına, gələcək nəsillər üçün saxlanılmasına nail olmalıyıq.

Xatırladım ki, Böyük Vətən müharibəsinin iştirakçısı olan soydaşlarımızdan 400 nəfər hələ də sağdır. Onların 8-i 100 yaşını keçib.

Bunu da qeyd edim ki, Qələbə Günü 90-cı illərin əvvəlində bayram günü kimi qeyd edilmirdi. Bu bayram gününün bərpa edilməsi də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin səyi nəticəsində Qələbə Günü bərpa edildi və hər il yüksək səviyyədə qeyd edilir. Şəxsən hər il prezident İlham Əliyev, Mehriban xanım Əliyeva onlarla görüşür, təbrik edir. Veteranlar xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Təşkilatımız da hər il Qələbə Gününü yüksək səviyyədə qeyd edir. Burada müharibə iştirakçıları və azyaşlıların iştirakı ilə tədbir keçirilir. Veteranlar uşaqlarla öz döyüş xatirələrini bölüşür. Uşaqlar isə şeirlərlə, nəğmələrlə çıxış edir, tarix haqqında bu hadisələrin iştirakçılarından məlumat alırlar. Bunun özü də tarixin yaşadılması və xatırlanmasıdır.

 

-Cəlil müəllim, sizcə hərbi vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, bu sahədə atılan addımların ictimaiyyətin diqqətinə çatdırılmasında medianın, televizyaların üzərinə hansı məsuliyyət düşür? Sizcə media bu müstəvidə görülən işlərin işıqlandırlmasına daha çox diqqət göstərməlidirmi?

 

-Əfsuslar olsun ki, bu problemə hamı eyni gözlə baxmır, eyni qayğı göstərmir. Bəzi mətbuat orqanları veteranların keçirdiyi tədirlərə barmaqarası baxır. Bura bəzi televiziyalar da daxildir. Mən onların adını çəkmək istəmirəm. Amma onların münasibəti arzuedilən deyil. Biz tədbirlərlə bağlı televiziylara məktublar göndəririk, xahiş edirik ki, keçirdiyimiz konfrans və ya yubileylərdə iştirak etsinlər. Halbuki, bu tədbirlərdə iştirak onların bir nömrəli işi olmalıdır. Axı veteranı dinləməyib kimi dinləyəcəklər? Bir veteranın sözünü, düşüncəsini ictimaiyyətə, gənclərə çatdırmamaq nə deməkdir?

Biz veteranlarımıza, döyüşən insanlarımıza hər zaman hörmətlə yanaşmalıyıq. Onların sözünün ictiamiyyətə çatdırılması mətbuatın əsas vəzifələrindən biri olmalıdır. Əfsuslar olsun ki, bəzi televizyalarımız şouya daha çox maraq göstərir, veteranlarla bağlı məsələləri unudurlar. Bu, yolverilməzdir. Bizim qarşımızda Qarabağ kimi problem var. Biz onun həllinə nail olmaq üçün veteranlarımızın, gənclərimizin gücündən, sözün gücündən istifadə edərək qələbə qazanmaqda ölkə başçımıza dayaq olmalı, kömək olmalıyıq. Bu, hər birimizin müqəddəs vəzifəsidir.

 

Seymur ƏLİYEV

 

Oxşar xəbərlər
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 13:00
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
02 May 2024 | 12:44
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
02 May 2024 | 12:47
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 13:00
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
02 May 2024 | 12:44
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
02 May 2024 | 12:47
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO