Media məkanında dil və mədəniyyət...
Cəmiyyət
Oxunub: 1154
16 Jan 2019 | 11:22
Media məkanında dil və mədəniyyət...

“Dilini tərbiyə etməzdən öncə qəlbini tərbiyə et”.

C. Rumi

Kütləvi informasiya vasitələrində dilin mədəniyyətlə qarşılıqlı əlaqəsini təhlil etməzdən öncə onların birmənalı qarşılanmayan məzmunu ilə mahiyyətinə diqqət yetirmək lazımdır. Bu mənada KİV-in dilindən çox, ədəbi dilimizdən nə dərəcədə istifadə etməyimizin qayğısına qalaq. Çünki KİV-in dili bədii dilin tərkib hissəsi, geniş mənada isə mədəniyyətin bir qoludur. Hər birimiz ana dilimizdə necə danışırıqsa, elə də varıq-desəm yanılmıram. Ana dili bizi mədəniyyətə və sivilizasiyaya aparan, bizə bələdçilik edən fenomendir. Tərəddüdə qapılmadan demək olar ki, ana dilimiz zəngin xəzinəmiz, ulularımızın adı ilə bağlı olan ləyaqətimizdir.

Döyüşçü silaha nə dərəcədə güvənirsə, ədəbiyyatçı, jurnalist, media məkanında çalışan hər bir əməkdaş da bədii arsenalı olan ana dilinə güvənməli, onunla “döyüşməyi” bacarmalı, təhqir və ləyaqəti alçaltmaqdan, böhtandan uzaq durmalıdır. İnformasiya mənbəyi həm media nümayəndəsi üçün, həm də oxucu kütləsi üçün durulan suyun dibindəki daşlar qədər aydın görsənməlidir. Dilini mükəmməl bilən media əməkdaşı tənqidi təhqirdən rahat ayırmağı bacarır. Cümləni qurmaqla fikrini tamamlayıb oxuculara çatdıra bilirsə deməli, dili də bilir. Bu, bir növ jurnalist texnikasına yiyələnmək və ondan məharətlə istifadə edə bilməkdir. Jurnalistin fəaliyyətinə, xəbər portalına qiymət vermək üçün isə heç bir monitorinq keçirmədən bircə yazını oxumaq kifayət edir. Taftalogiya(ritorik fiqur,məntiqi mənada isə buraxılan səhvin son halı, eyni fikrin təkrarı) eyni və ziddiyyətli məlumatlar olduqda müəllifin cəmiyyətə nə demək istəməsi anlaşılmır.

Tarixən dili bilənin dünyası geniş olur-deyirlər. Mücərrəd ideologiyası olan informasiya portalı nümayəndəsinin yazılarını anlamaq oxucu üçün çox çətin olur, bəzən də cəmiyyətdə çaşqınlıq yaradır. Zənnimcə “Mən” dünyaya nisbətdə necədirsə, dil də jurnalistlə cəmiyyətə nisbətdə dəyişən media mühitidir. Dil bəzən də jurnalistin ustalıqla istifadə və qət etdiyi labirintli-dolanbaclı bir yoludur. Səmərəli və orfoqrafiyaya uyğun istifadə edilmədikdə maraqlar toqquşur. Səhih mənbələrə söykənməyən mətnlərin qurbanları(informasiya qurbanları)isə tədbir görülməsi üçün ya Mətbuat Şurasına, ya da, məhkəmələrə müraciət etməyə məcbur olurlar.

Böyük Cəlaləddin Ruminin sözləri ilə ifadə etsəm,“Dilini tərbiyə etməzdən öncə qəlbini tərbiyə et. Çünki, hər qələmə alınan və dil ilə ifadə olunan söz ürəkdən gəlir”. Cəmiyyətin hər bir üzvünə yönələn təhqiramiz və ləyaqəti alçaldan ifadələr tərbiyə olunmayan qəlbin məhsuludur. Belə olmaz!

Tarixən dil insan kollektivinin əsas ünsiyyət vasitəsi kimi işarələr sistemi, təfəkkürün inkişaf vasitəsi və nəsildən nəsilə ötürülən xalqın mədəni tarixi ilə vəhdət təşkil etmişdir. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Rəsul Rza ana dilimizin inkişafı ilə bağlı mülahizələrinin birində demişdi: “Metal alət işlədilməsə, paslanar. Dil də işlədilməsə, get-gedə kəsərini, məna dəqiqliyini və dərinliyini, ifadə incəliyini və gözəlliyini itirər, inkişafdan qalar.”

Son zamanlar demokratik Azərbaycanın media məkanında informasiya agentlikləri və xəbər saytları yağmurdan sonra artan göbələklər qədərdir. Qoy olsun. Ölkədə məlumat azadlığı var. Amma hər bir xəbər məkanı ana dilinə uyğun ad tapmalıdır. Əcnəbi dilindəki belə məlumat məkanları mədəniyyətimizə zidd və milli ruhumuzla uzlaşmır. Məs: “Open.az”, “Report.az” və sonu .az ilə bitən dilimizə yad o qədər xəbər portalları var ki, faktiki olaraq və hüquqi baxımdan fəaliyyətlərinə nəzarət etmək də çətindir.Bunlara sahiblik və “dur”deyə bilən,vətəndaş cəmiyyətinin ruhunu oxşayan bir qanun olmalıdır. Yəqin ki,olacaq.

Başqa lüğətlərə istinad etsək mədəniyyət insan cəmiyyətinin istehsalatda, ictimai və mənəvi həyatda nailiyyətlərin məcmusu kimi müəyyənləşir və zamana görə konkretləşir.

Bəzi alimlər mədəniyyəti təsəvvür edilən münasibətlər və dəyərlər kodeksinin mürəkkəb kompleksi kimi qəbul edirlər. İnsanın harada doğulub boya-başa çatmasına və harada olmasına baxmayaraq düşüncəsinin dərinliyinə qədər etika, siyasət, din və incəsənətə, sadə anlamda isə tərbiyəyə, etik və siyasi davranışları ilə mədəniyyətə köklənməlidir.

Klifford Gekts (Amerikan antropoloqu və sosioloqu) mədəniyyəti müəyyən edərkən yazmışdı:” Bu, tarixən ötürülən əhəmiyyətli model, təsəvvürlərin vərəsəlik sistemidir ki, ildən- ilə və nəsildən-nəsilə ötürülür, bunun əsasında insanların həyat haqda bilgiləri inkişaf edir, bir –biriləri ilə ünsiyyətdə olurlar”.

Beləliklə, linqvistik terminoloji lüğətdə ayrıca mədəniyyət termini yoxdur. (Nitq mədəniyyəti, danışıq mədəniyyəti var.) Ona görə də mədəniyyətlə dil müstəqil olsalar da, bir-birilərinin təməlini təşkil edirlər. Biz yuxarıda qeyd etdik ki, mədəniyyət dil vasitəsilə müəyyən edilir. Bütün hallarda dilin iştirakı olmadan mədəniyyətin anlayışını açmaq mümkünsüz və sadəlövhlükdür. Bu, o deməkdir ki, dil mədəniyyətin anlayışına daxildir və orada özünəxas “özəlləşmiş” yeri var.

Yenə, ötən illərdən qalan dəfinə dəyərli bir iqtibas gətirirəm. 1939 –cu ildə Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri Rəsul Rza Sovet İttifaqının təşkil etdiyi dil müşavirəsindəki çıxışında demişdi: “Aydındır ki, dilin zənginliyi sözün

çoxluğu ilə ölçülmür. Şüurun əsas elementi olan dil ictimai dəyişikliklər, tarixi inkişaf nəticəsində şüurun özü kimi dəyişir və inkişaf edir. Böyük Fransa revolyusiyası zamanında fransız dili o qədər dəyişmişdi ki, Napaleon Bonapart və ondan sonra gələn Fransa padşahları da dilin köhnə aristokrat qayda və çərçivələrinə qayıtması üçün xüsusi qanunlar verməyə məcbur olmuşdular. Lakin canlı həyatı əks etdirən dil geri qayıtmadı. Pol Lafarq (görkəmli siyasi xadim, fransız iqtisadçısı, ölkəyə marksizmi gətirən mütəfəkkir) yazırdı ki, XVIII əsrin yazıçıları ölən dilin yatağı qarşısında bir şəfqət bacısı kimi oturub akademik qərarların köməyilə bu xəstənin ömrünü uzatmaq istəyirdilər” Lakin alınmadı. Rəvayət edirlər ki, fransız dilində əmələ gəlmiş yeni sözlər və yeni ifadələr o qədər çox və qəliz idi ki, XIV Lüdoviqin saray adamlarına bu dili anlatmaq üçün o dövrün qəzet və kitablarını təmiz fransız dilinə tərcümə etmək lazım gəlirmiş... Daha sonra, unudulmaz xalq şairimiz Rəsul Rza ana dili haqqında fikirlərini davam etdirir:... Biz ərəb, fars, osmanlı dillərinin təsiri ilə mübarizə deyəndə, o illərin vaxtilə dilimizə soxulmuş ruhu ilə mübarizə məsələsindən danışırıq... Xalqımıza yad olan, xalq tərəfindən mənimsənməmiş, xalqın dilinə girməmiş, dilimizin ruhuna uymamış sözlərin və ifadələrin dildən qovulmasından danışırıq...” Amma çox təəssüf ki, bu işdə solçuluq edənlər və mahiyyətini anlamayanlar o dövrdə də olub, bu gün də var.

Azərbaycanın media məkanına diqqət yetirdikdə ya təkrarçılıq baş alıb gedir, ya da hakimiyyətin budaqlarında çalışan yüksək çinli bəzi məmurlara qarşı sanki savaşa meydan açılır. Təbii, ölkə Prezidenti dəfələrlə vəzifə və səlahiyyətlərindən sui-istafadə edən məmurlar barədə hər zaman məlumatın verilməsini zəruri sayır. Lakin, yanaşma yalan, böhtan xarakterli və qərəzli olmamalıdır.

Sui-istifadə ilə bağlı faktlar real və səhih mənbələrə istinadən verilmirsə və qarşı tərəfin də münasibətlərinə yer ayrılmırsa bu, dezinformasiyadır, bilərəkdən yanlış, səhv informasiya verməkdir və böhtandan başqa bir şey deyildir. Məqsəd isə cəmiyyətdə çaşqınlıq yaratmaqdır. Hələ yazılı təhqirləri və ləyaqətin alçaldılmasını demirəm. Məsələn yazırlar ki, “İcra başçısı Prezidentə yalan məlumat verdi....” mətnin məzmununda isə təsdiqləyici heç nə yoxdur. Belə, yazıq görkəmdə olan xəbər portallarının nümayəndələrinin düşüncəsinə görə Administrasiyanın icra məmurlarının fəaliyyətləri barədə məlumatları seyrəkdir.(?)Çox təəssüf!

Mən,əldə edilən səhih, etibarlı mənbələrdən alınan məlumatların konservasiyasının əleyhinəyəm. Məlumatların həqiqiliyi şübhələr doğurmursa və qarşı tərəfin də mülahizələrinə yer ayrılmışsa belə məlumatlar dərc edilməlidir. Mediada hamı “bakirə” məlumatları yaymağa çalışır. Burada da bir rəqabət var. Sensasiyalı məlumatı ilk olaraq kim yayacaq? “Yarış” belə başlayır... Bu yarışda bəs uduzan kim, udan kim?!

Elə özəl saytlar var ki, nə gəldi yazırlar, hətta fahişəlik təşviq olunur. İnformasiya qurbanlarını hədsiz aşağılayan mətnlər bəzən ailələrin dağılması ilə nəticələnir. Həyat intiharla üz-üzə qalır, ac qurdlar kimi... Məs: “Sinif müəlliməsi şagirdindən hamilədir!(?)” Həyasızlığın və məlumat azadlığının ifrat dərəcəsinə diqqət edin, şərə, ləkəyə və böhtana baxın!. Və yaxud, ailəli rəfiqələrin “eyni cinsdən olanların segisindən” yazmaqla ağır cinayətlərin törədilməsinə şərait yaradılır... Belə məlumat azadlığı olmaz. Bəs, mənəvi dəyərlərimiz necə qorunmalıdır?! Konstitusiya söz və fikir azadlığını belə diktə etmir. Ehtiyatlı və ətrafın hüquqlarına hörmətlə yanaşmaq hər birimizin vəzifəsidir. Bəzən xəbər portalları ilə tanış olduqdan sonra belə təsəvvür yaranır ki, “Yəqin sözlər dəyərini itirib”. Əslində söz yox, insan dəyərsizləşib. Söz, nə qədər ki, deyilmir sahibinin köləsi və ondan asılı olur. Müxbir öz dəyərini etik davranışları ilə təsdiqləyə bilmirsə, ondan qiymətli söz gözləməyə də dəyməz. Belə gedərsə ana-dövlət dilimizin bəkarətini də qoruya bilmərik! Təbii, Mətbuat Şurası oxşar şikayətlərin müzakirəsi zamanı prinsipal mövqe tutur, ictimai mənəviyyatın qorunmasına çalışır...

Bəzən zərrə qədər “zəhəri” olan sözü zarafatla da söyləmək mümkün olmadıqda, belə yazıları saytlarda oxuyur və “ah” çəkirik. Nə etmək? Media məkanı ilə cəmiyyət və hakimiyyətin budaqları arasında münasibətləri tənzimləyən təkmil bir normativ hüquqi akt qəbul olunmalıdır. Hər bir xəbər portalı media meydanına vəsiqə almaq istəyirsə, rəsmi qeydiyyata alınmalı, jurnalist fəhmi, bədii bacarığı və qabiliyyəti, peşə hazırlığı, şəxsi keyfiyyətləri, dil biliyinin səviyyəsi, hətta dünyagörüşü barədə sınağa çəkilməlidir. Belə yanaşma dilimizə və mədəniyyətimizə olan məsuliyyətin canlı təzahürü kimi xoş ovqatla qarşılanardı. Zənnimcə çox gecikirik, çox! Demokratiyadan və məlumat azadlığından hədsiz sui-istifadə edilir. Sonu olmalıdır. Bu günə qədər olanlara “amnistiya”elan olunsun. Mən, heç bir qələm sahibinin cəmiyyətdən təcrid olunmasının tərəfdarı deyiləm. Hər biri cəmiyyətin üzvü, ailənin başçısı, bir kollektivin ayrılmaz hissəsi, ən başlıcası isə dövlətlə siyasi və hüquqi bağlılığı olan vətəndaşıdır. Onların haqq yoldan azmasına imkan verməməliyik. Onlar bizimdirlər.

Paradoksal haldır ki, dil mədəniyyətin anlayışına daxil olmaqla, həm də onunla fəal əlaqədə olur. Belə qarşılıqlı əlaqənin iki magistral istiqamətini qeyd etmək istərdim:

* Mədəniyyətin tərkib hissəsi kimi dil onun inkişafını sərtləndirir :

* Dil mədəniyyətin müstəqil substansiyası (Bütün əşya və hadisələrin ilkin əsası, mahiyyəti) olmaqla mədəniyyətlə fəal qarşılıqlı əlaqədə olur, onun xarakterinə və spesifikasına təsir edir, bir birini tamamlayırlar.

Dil mədəniyyətlə bir yerdə mənimsənilir(qavranılır). Dil həm də, mədəniyyətin inkişafına imkan yaradır, onun formalaşmasında iştirak edir, xarakterini cilalayır, istənilən danışıqda mədəniyyətin xüsusi funksiyasını yerinə yetirir və qoruyur.

Ədəbiyyat və məlumat üçün dil təkcə fikirlərin ifadə vasitəsi deyil, mövcudluq üsulu, estetik, bədii və spesifik təsir vasitəsi kimi əhəmiyyət daşıyır.

Dil həm də, ədəbiyatın, istənilən mətnin dayağıdır. Bir-birini dəyişən ədəbi axının – klassizmin, sentimentalizmin, (əxlaqi həyatın ölçüsü olaraq duyğunu əhatə edən təlimlərin ümumi adı. Ədəbi termin kimi ilk dəfə 1868-ci ildə İngiltərədə istifadə edilmiş, fransızca hiss, duyğu mənasını verir) romantizmin və realizmin estetik istiqamətində ifadə olunur. Nəsrdə, lirikada yalnız dil komandanlıq və dominantlıq edir. Dil, mən deyərdim ki, müəlliflə bərabər, həmmmüəllifdir. İstənilən yazının kökü dilə söykənir. Müəllifin fikrini diktə və ifadə edə bilən başqa vasitə yoxdur.

Müasir Azərbaycan Respublikasının xəbər portallarında geniş oxucu kütləsinə çatdırılan informasiyalar ilk növbədə redaksiya heyətinin ədəbi bacarığını, milli ideologiyanın və dilin nə dərəcədə mənimsənilməsini cəmiyyətə çatdırır. Jarqon, vulqar ifadələr, səviyyəsiz yazılar, ictimai mənəviyyata zidd halların təbliği, yerli-yersiz məmurların ünvanlarına utanc gətirən ifadələr, məs: “iri buynuzlu məmurlar” ifadələri, (bax. Demokratik az.) Prezidentin vəzifəyə təyin etdiyi və səlahiyyətlərinə xitam verdiyi yüksək çinli vəzifəli şəxslər barədə “sensasiya” xarakterli məlumatlar cəmiyyətimizin, daha çox KİV məkanının və jurnalistin faciəsidir. Əslində belə əyri qələm sahibləri dövlət qulluqçularını qəsdən təhqir edir, onların nüfuzlarını vətəndaşlar arasında aşağılayır, onlara etibarı azaltmaqla lağ obyektinə çevirirlər. Bu gün, jurnalistkada gömrükçü ixtisası ilə çalışanlar, və yaxud, ədəbi, milli dili zəif mənimsəmiş, publisistik fərasəti olmayan, bədii fəhmindən(əgər varsa) faydalana bilməyənlərin sırasında xəbər portallarına rəbərlik edənlər də var. Doğrudanmı XXI əsr çağdaş Azərbaycan mediası bu dərəcədə zəifdir?

Bir az dərinə gedəndə, belə xəbər saytlarının “rekvizitləri” də şübhə doğurur. Əlaqə telefonları, ünvan və redaksiya heyəti barədə məlumat da bəzən olmur və s. Belə prezumpsiya “Reket” fəaliyyətlərini təsdiqləmiş olur.

Əgər XIX əsrdə ədəbi dilin inkişafı bədii ədəbiyyatın dili ilə assosiasiyalaşmışdısa,(ittifaq,birlik,qruplaşmış) müasir dövrümüzdə ədəbi dilin tam hüquqlu və nüfuzlu nümayəndəsi kimi KİV dili çıxış edir.

Müasir anlamda isə KİV-nin dili millətin ümumi dili, kütləvi kommunikasiya dilidir. Kütləvi kommunikasiya vasitələrinin mühüm funksiyası cəmiyyətin əksər hissəsinin ona dəstək verməsi, orada standartların saxlanılması ilə ölçülür. Bu hal Azərbaycan dilinin stilinin qorunmasına imkan verir. KİV-nin dili ədəbi dilin stilistik

sistemində həm mərkəzi, həm də orta yer tutur. Kütləvi kommunikasiya dili funksional stilin hamısına yaxındır, xüsusi ədəbi biliyin tapşırıqlarına cavab verir. Lakin, bəzən xəbər saytlarında ədəbi və milli dili ehtiva etməyən, azərbaycan dilinin orfoqrafik lüğətində olmayan sözlər cəmiyyətə KİV dili kimi məcburən sırınır məs: “gözükməyən” (Bax yenə Demokrtatik az.)

Son zamanlar media portallarında dövlət məmurları haqqında xəbərlər qərəzli başlıqlarla, mətnin məzmunu ilə heç bir əlaqəsi olmayan sərlövhələrlə diqqət çəksin- deyə dərc edilir və uzun müddət manşetdən silinmir. Bu, sözün həqiqi mənasında təqibin, hədənin və tələb etmənin XXI əsrə xas media yoludur.

Azərbaycan Mətbuat Şurasına daxil olan belə şikayətlərə mahiyyəti üzrə baxılsa da, tənbeh etmək imkanları məhduddur. Demokratik, hüquqi dövlətin vətəndaşları kimi qanunun və hüququn aliliyini qoruya bilmirik. Allahın xəlq etdiyi belə qələm sahibləri müqəddəs kitabların qələmlə yazılmasını anlamır, qələmə müqəddəs alət kimi yanaşmırlar. Mətbuat Şurasının ictimai nəzarətin həyata keçirilməsi, media mühitinin sağlamlaşdırılması, KİV məmur və vətəndaş KİV arasında olan münasibətlərin tənzimlənməsi üçün yeni normativ hüquqi akta ehtiyac var.

“Reket” jurnalistikaya qarşı hüquqi “həblər”və müqavimət olmazsa, həm ədəbi, həm də milli dilimiz korlanacaq, mədəniyyət(mədəni)lövhəmizdə qara ləkələrin sayı artacaq. Özünə hörmət edən jurnalist, qələm sahibi tarixən yığcam olub. Amma nə etmək, meşələr əyri ağaclarsız olmadığı kimi, xəbər portalları da qüsurlu “yazar”lardan xali deyil.

Qeyd etmək yerinə düşərdi ki, hərəkət və hərəkətsizliyə yol verən KİV nümayəndələri ilə bağlı Azərbaycan Mətbuat Şurasına daxil olan şikayətlər artımla müşahidə edilir. Şikayətlərin mahiyyəti üzrə müzakirəsi zamanı yazının müəllifi və yaxud, sayt rəhbəri bir daha jurnalist nüfuzu ilə bir araya sığmayan hərəkətlərə yol verməyəcəyi barədə söz versə də, bu vədlər qısa vaxt ərzində pozulur. Bu cür hallar, KİV subyektlərinin öz hərəkətlərini ölçüb – biçə bilməməyinin, daha çox şəxsi maraqlara üstünlük verməsinin nəticəsidir. Etiraf edək ki, daha çox şikayətlər internet xəbər portallarının nümayəndələrinin məlumatları ilə bağlı olur.

Dənizdə çalışanlar küləyi heç vaxt arzulamadıqları kimi, “Reket”lər də adətən qınağı xoşlamırlar, məhkəmələrə üz tuturlar və yaxud, istifadələrində olduğu, sahiblik etdikləri səhifələrdə yenə yalan və böhtan yazıların müəlliflərinə çevrilirlər. Ona görə də Mətbuat Şurasının səlahiyyət dairəsini imperativləşdirmək üçün yeni qanunun qəbulu çox vacibdir.

Ümumiyyətlə KİV dili ədəbiyyatla sıx əlaqədə olduğu üçün ədəbi dilin inkişafında əsas faktor kimi qəbul edilir. Lakin klassik ədəbiyyat üçün o ambivalent rolda çıxış

edir. Yəni bir tərəfdən yamsılayır, digər tərəfdən isə özündən itələyir, bu da qəzetin və ya xəbər portalının dilindən asılı olur.

Azərbaycanın ahıl və gənc jurnalistlərinə yalnız həqiqəti yazmaq arzusu ilə...

Şəmsəddin Əliyev

Azərbaycan Mətbuat Şurasının icraçı katibi
Oxşar xəbərlər
23:10, Bu gün
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
23:07, Bu gün
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
23:03, Bu gün
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
GÜNLÜK
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..