Dünya siyasətçilərinin cangüdən seçimi - bilinməyən detallar
Oxunub: 1303
16 Jan 2019 | 10:54
Dünya siyasətçilərinin cangüdən seçimi - 
 bilinməyən detallar

Polşada bələdiyyə sədrini cangüdəni olmadığı üçün öldürdülər; bəs digərləri?

Polşanın Qdanski şəhərinin bələdiyyə sədri bıçaqlanıb. Hadisə Qdanski şəhərində keçirilən ianə festivalı zamanı baş verib. Bələdiyyə sədri Pavel Adamovicz səhnəyə çıxarkən bıçaqlanıb. Onu təcili xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

53 yaşlı Adamoviczi öldürən şəxs isə daha öncə məhkumluq həyatı yaşamış, 27 yaşlı bir gənc olub. Hücumçu bağıraraq, Adamoviczin keçmiş partiyasının hökumətdə olduğu dönəmdə haqsız yerə həbsə atıldığını söyləyib. Hadisə yerindən çəkilən videogörüntülərdə isə görünür ki, bir neçə gün öncə həbsdən çıxan hücumçu “Adamovicz öldü” deyə qışqırır və həbsxanada işgəncə gördüyünü deyir. Polşa mediası hücumçunun səhnəyə qəzetçi kartı ilə girdiyini açıqlayıb.

“Yeni Müsavat” bu xəbərdən çıxış edərək, siyasətçilərin, dövlətləri, şəhərləri idarə edən şəxslərin mühafizə xidməti ilə bağlı bəzi detalları araşdırıb. Şübhəsiz, sözügedən olayda bələdiyyə sədrinin cangüdəni olsaydı, bu hadisə baş tutmayacaqdı. İndi dünya siyasətçilərinin əksəriyyəti cangüdən heyəti olmadan hərəkət etmir. Və gündən-günə bu sahə ilə bağlı artan təhlükəsizlik tədbirləri, hücum taktikaları bizə mövzuya yenidən baxmağı mütləq etdi.

Pavel

Öncə prezident mühafizəçiləri haqda. Ümumiyyətlə, bu sahədə çalışmaq risk tələb edir. Məsələn, 1999-cu ildə təkcə Amerika prezidentinin məxfi xidmətində 31 əməkdaş qətlə yetirilib. 2003-cu ildə isə məxfi xidmət ölən və yaralananlarla bərabər 34 xəfiyyə itirib. Təbii ki, bu itkilərin detalları açıqlanmır.

Pavel

Amerikanın keçmiş prezidenti Reyqanın şəxsi mühafizəsində çalışmış Con Barletta deyir ki, 21-ci əsr cangüdənlərinin işi çox çətindir. Belə ki, indi texnikanın imkanları kosmik sürətlə inkişaf etdiyindən zərbənin haradan gələcəyini proqnozlaşdırmaq da mümkün deyil: “İndi təkcə tapança, avtomat və ya snayperdən gələn təhlükə ilə iş bitmir. Təyyarə, raketdən açılacaq zərbə, jurnalist, narazı vətəndaş qiyafəsində prezidentə yaxınlaşa biləcək şikayətçi... Bunların hamısını düşünəndə cangüdən dinc həyatı ancaq yuxusunda görə bilər”.

Yumurta, mayonez, pomidor hücumları cangüdənlərin qorxulu röyası olub. İlk baxışda gülməli görünə biləcək bu “silahlar” nadir halda da olsa xarici səfərə gedən prezidentlərin başına bəla açır. Rusiya mətbuatına inansaq, Putin bir, Medvedyev isə iki dəfə belə hücuma məruz qalıb. Amma cangüdənlər nə özlərini, nə də müdafiə etdikləri şəxsləri bu “silahdan” qoruya bilmir. Son vaxtlar bu sayaq hücumları zərərsizləşdirmək, məsələn, onların ləkəsini saxlamayacaq geyimlər tapmaq prezident mühafizələrində ən aktual mövzudur. Artıq bununla bağlı lazımi addımlar da atılır.

Cangüdən

Siyasətçilər cangüdən sözünə baxır, oliqarx isə yox

Yaltada bir neçə il öncə keçirilən cangüdənlərin 4-cü çempionatında isə onlar mediaya birinci şəxslər və oliqarxların mühafizəsindəki fərqlərdən danışıb. Onlar bildiriblər ki, siyasətçilərin, ölkə rəhbərlərinin cangüdənliyini etmək oliqarxlarla işləməkdən daha asandır. Çünki siyasətçilər oliqarxlardan daha intizamlıdırlar və məsləhətə də qulaq asırlar. Bu mənada biznesmenlərin də maraqlı iş ortağı olduğu deyilir. Onlar da öz çeviklikləri ilə fərqləndikləri üçün cangüdənlərin sevimlisidir.

Oliqarxlar qeyri-təvazökarlıqları və tez-tez əhval dəyişkənlikləri ilə fərqlənsələr də, siyasətçilərdən fərqli olaraq pul məsələsində daha səxavətlidilər.

Cangüdənlərin 12 saatlıq iş rejimi olmalıdır. Əks halda, onlar ayıq-sayıqlıqlarını saxlaya bilmək üçün psixoloji güc toplaya bilmirlər. Birinci şəxslərin səfəri ciddi hazırlıq tələb edir. Öncə səfər olunacaq məkanda axtarış əməliyyatı aparılır, sonra həmin bölgə analiz edilir, ardınca səfər edəcək heyət ora yola düşür.

Cangüdən bir müddət sonra sirdaşa, yaxın dosta çevrilir

Amma ildən-ilə dəyişən hücum taktikalarına qarşı məmurların cangüdənləri də xüsusilə qorunurlar. Məsələn, Türkiyənin müdafiə naziri Fikri İşıq cangüdənlərini yerli istehsal olan MPT-55 markalı avtomat silahlarla təmin edib. Müdafiə nazirinin təlimatı ilə yaxınlarda kütləvi istehsala başlanacaq yeni silahın bir çox üstünlükləri var. Son model yerli silahla təmin edilən cangüdənlər bundan sonra Fikri İşıqın təhlükəsizliyini daha etibarlı qoruyacaq.

Xatırladaq ki, NATO standartlarına uyğun olaraq istehsal olunan MPT-55-lər 3.2 kq ağırlığındadır. Dəqiqədə 850 güllə atır, 400 metr məsafəni dəqiq vurur. Yeni silaha hər cür optik cihaz taxmaq mümkündür. Bundan başqa, MPT-55 avtomatik silah sərt soyuq və isti havada, eyni zamanda, qum, su, palçığın altında kilidlənmir, dəqiq hədəfləri vura bilir.

Bəzi prezidentlər, məmurlar isə cangüdənlərindən bir metr də aralı gəzmirlər. Məsələn, Qazaxıstan prezidenti Nazarbayev bir neçə il bundan öncə dənizə də cangüdənləri ilə birgə girib və 75 dəqiqə suda üzüb. Qaldığı hotelin sahilində yürüş edən prezidentin cangüdən ordusu ilə gəzməsi diqqətdən yayınmayıb. Bodruma bu yaxınlarda xüsusi yaxta ilə yollanan 75 yaşlı Nazarbayev onu tanıyanlarla salamlaşaraq fotolar çəkilməsinə icazə verib.

Amerika prezidenti Donald Trampın da cangüdənləri ilə yaxşı münasibətləri var. Məsələn, o, FBR rəhbəri Ceyms Komini vəzifəsindən uzaqlaşdırmaq qərarı verəndə, bunu ona cangüdəni Kit Şiller vasitəsilə göndərdiyi məktubla bildirib. Çünki Şiller Trampla uzun illər işgüzar münasibətləri nəticəsində onun ən etibar etdiyi şəxslərdən birinə çevrilib. Cangüdənlikdən məsləhətçisinə qədər yol gəlib.

Trampın keçmiş məsləhətçisi Kori Levandovski deyib ki, prezident Kitə qeyri-adi dərəcədə etibar edir. “Əgər prezident ona nəyisə etməyi deyirsə, o, bunu mütləq edəcək”.

Şiller Trampın cangüdənindən onun məsləhətçisinə çevrilib və sonradan da ona hüquq-mühafizə orqanları ilə bağlı məsələdə tövsiyələr verir. O, FBR-in Hillari Klintonla bağlı məsələdəki araşdırmasında sərt mövqe tutub və Trampa da təsir göstərib.

Dünya mediası yazır ki, Şiller Trampın təhlükəsizlik xidmətinə təsadüfən düşüb. Belə ki, Trampın ikinci arvadı Marli Malps çantasının oğurlanmasından sonra Nyu-York polisinə müraciət edib. Həmin vaxt Şiller orada detektiv olub. Malpsda onunla bağlı yüksək təəssürat yaranıb və o, daha sonra biznesmen Trampla tanış olub.

Şiller hazırda Trampın cangüdəni vəzifəsini icra etsə də, ingilis dilində onun vəzifəsinin adı “pguard” yox, “pman” olub. Bu isə öz növbəsində “möhkəmləndirici” mənasını daşıyır.

Bu vəzifə prezident Corc Vaşinqtonun zamanında yaranıb. Həmin vaxt onun şəxsi köməkçisi və cangüdəni Tobias Lir eyni zamanda “pman” olub. Barak Obamanın vaxtında isə bu vəzifəni amerikalı futbolçu Reci Lav həyata keçirib. O, bir qayda olaraq prezidenti müşayiət edir, onun telefon zənglərinə cavab verir, prezidentin qalstukunu və sevimli qələmini əlində hazır saxlayır, onu çoxsaylı səfərlərində müşayiət edirdi.

Eks-prezident Obamanı tanıyan şəxslərdən biri danışıb ki, onunla Lav arasında münasibət dostcasına olub. Boş vaxtlarda prezident onunla basketbol oynayıb. Yazılmamış qaydalara uyğun olaraq, onlar heç vaxt siyasətdən danışmazdılar. Söhbətlərinin mövzusu ancaq musiqi, idman olub. Amma nəzərə almaq lazımdır ki, Lavın politoloq dərəcəsi olub, o, bu mövzulardan baş çıxarıb.

Amerikanın sabiq prezidenti Abrram Linkolnun və onun “pman”in hekayəsi də maraqlıdır. Sonuncu Virciniyadan olan vəkil Vord Hill Lamon olub. Belə ki, o, öncə prezidentin hüquqşünası olub, daha sonra uzun müddət onun cangüdəni vəzifəsini icra edib. Xaricdə diplomat vəzifəsi arzusunda olan Lamon eyni zamanda prezidentlə çiyin-çiyinə olub, onun silahlı köməkçisi vəzifəsini daşıyıb. Onların münasibətləri də yetərincə dostcasına olub.

Linkolna qarşı hədsiz qayğısına baxmayaraq, o, prezidenti qoruya bilməyib. O, 1865-ci ildə, prezident sui-qəsdə uğrayanda onun yanında olmayıb. Həmin vaxt Lamon prezidentin şəxsi tapşırığı ilə göndərildiyi Virciniyada olub.

Daha bir ilginc hadisə isə Bill Klintonla onun cangüdəni arasında yaşanıb. Belə ki, Arkanzasın qubernatoru olduğu zaman cangüdənləri ilə dostluq münasibətlərində olub. Jurnalistlərin daha sonradan aydınlaşdırmasına görə, Bill Klinton arvadı evdə olmayanda cangüdənləri vasitəsilə evinə qadınlar dəvət edirmiş.

Amma cangüdənlər zaman-zaman özləri də romantik münasibətlərin tərkib hissəsinə çevrilirlər. Belə hekayələrdən biri prezident Franklin Delano Ruzveltin həyat yoldaşı Eleonorla onun cangüdəni Erli Miller arasında baş verib. Keçmiş hərbçi Miller boksla məşğul olur, eyni zamanda sirkdə akrobatlıq edirdi. Miller birinci lediyə çox bağlı olub. Onu ata mindirir, tennis oynayırdı. Amma indiyə qədər də mübahisə olunur ki, cangüdəni ilə Eleonora arasında romantik münasibətlər olub, yoxsa onlar, sadəcə, dost olublar.

“O, bizim ailənin bir parçasına çevrilmişdi və yoldaşının, bizim ona verə bilmədiyimiz sevgini ona verirdi. O, Eleonorun özünü əsl qadın kimi hiss etməsinə yardımçı olmuşdu” - bu barədə Eleonora Ruzveltin oğlu öz xatirələrində yazırdı.

Azərbaycan müxalifətinin nümayəndələri: “Cangüdənə ehtiyacımız yoxdur”

Keçək Azərbaycana. İndi bir çox məmurlar, nazirlər cangüdənlə gəzirlər. Onlar hətta xarici səfərlərində də cangüdənlərini özləri ilə aparırlar. Ötən ilin yayında sui-qəsdə məruz qalmış Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyevin də sağ qalmasındakı faktorlardan biri cangüdəninin onu qoruması idi.

Amma müxalifət nümayəndələri cangüdənlərə ehtiyac duymurlar.

Ä°lgili

Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dünyanın müxtəlif ölkələrində vəzifəli şəxslərə qarşı sui-qəsd törədilib. Onun sözlərinə görə, bunların arasında cangüdənlə gəzənlər də olub, cangüdənsiz gəzənlər də: “Adamı öldürəndə onun yanında cangüdən olub-olmamasına baxmırlar. Mən cangüdənsiz gəzirəm və hər hansı təhlükə hiss etmirəm”.

Sərdar

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, ümumiyyətlə, cangüdən insanları planlaşdırılmış cinayətlərdən azad etmir: “Tarixdə bir çox belə hekayələr olub ki, prezidentlər, baş nazirlər terrora məruz qalıblar. Halbuki onların da yanında çox güclü cangüdənləri olub. Cangüdən insanın canını yüz faiz qorumur. O, sadəcə olaraq, bir çox hallarda təsadüfi şeylərdən insanı qurtara bilər”.

S.Cəlaloğlu hazırda cangüdəni olmadığını və onun  yoxluğunu hiss etmədiyini dedi.

Oxşar xəbərlər
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 11:37
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
01 May 2024 | 11:41
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
01 May 2024 | 11:35
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 11:37
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
01 May 2024 | 11:41
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
01 May 2024 | 11:35
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO