Beynəlxalq Miqrant Gününə həsr edilmiş konfrans keçirilib
Oxunub: 1213
19 Dec 2018 | 09:12
Beynəlxalq Miqrant Gününə həsr edilmiş konfrans keçirilib

1990-cı il dekabrın 18-dә BMT Baş Mәclisi tәrәfindәn qәbul edilmiş “Bütün әmәkçi miqrantların vә onların ailә üzvlәrinin hüquqlarının müdafiәsi haqqında” Konvensiyası Azәrbaycan Respublikası Milli Mәclisinin 1998­-ci il 11 dekabr tarixli Qanunu ilә ratifikasiya olunmuşdur. 2000­-ci ildәn etibarәn isə dekabrın 18-­i dünyada Beynәlxalq Miqrant Günü kimi qeyd olunur.

Moderator.az Ombudsman Aparatının mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar Azәrbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Dövlәt Miqrasiya Xidmәti və Beynәlxalq Miqrasiya Tәşkilatının (BMqT) ölkə nümayәndәliyinin birgә tәşkilatçılığı ilә həmin günə həsr edilmiştədbir keçirilib.

Konfransda Ombudsman Elmira Süleymanova, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai, BMqT-nin ölkəmizdəki nümayəndəliyinin rəhbər əvəzi Meltem Ersan çıxış edərək, ictimaiyyətin diqqәtinin miqrasiya məsələlərinə yönәldilmәsi, bu istiqamətdə cəmiyyətin hər bir üzvünün maraqlarına cavab vərən çevik mexanizmlərin yaradılmasına təkan vərəcək ”Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə Qlobal Kompakt”ın həyata keçirilməsində kütləviliyin vacibliyini vurğulamışlar.

Tədbirdə dövlət qurumları, qeyri-kökümət təşkilatları və KİV-in nümayəndələri ilə yanaşı Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes, habelə digər beynəlxalq təşkilatların və xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri  iştirak etmişlər.

Müvəkkil məruzəsində 2018-ci ilin həm milli, həm də beynəlxalq əlamətdar tarixlərlə zəngin olduğunu, belə ki Şərqdə ilk Parlamentli dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyini, dəyərli qərarları sırasında ayrı-seçkiliyin yolverilməzliyi, hüquq bərabərliyi, bir çox dövlətlərdən əvvəl qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüququnun verildiyini, habelə ölkəmizdə bütün xalqların sərbəst inkişafına şərait yaradılmasının bəyan edildiyini bildirmişdir. O, hər bir insanın eyni hüquqlara malik olması fikrinə əsaslanan və BMT-nin insan hüquqları sahəsində ilk və təməl sənədi olan, bu il bütün dünyada 70 illiyini qeyd edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin  bütün insanların hüquqlarının bərabər imkanlar əsasında beynəlxalq səviyyədə tanınmasına və təşviqinə yönəldildiyini, bu prinsipin bir çox Konvensiyalarda, o cümlədən Bütün əməkçi miqrantarın və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Konvensiyada da təsbit olunduğunu qeyd etmişdir.

BMT-nin Baş katibinin Beynəlxalq Miqrant Günü ərəfəsindəki “Gəlin Qlobal Kompaktın bizə göstədiyi yolu seçməklə miqrasiya məsələlərinə hamını cəlb edək” çağırışının Dayanıqlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqinə yönəldildiyini qeyd edən Müvəkkil ölkəmizdə bu çağırışa uyğun insanlara qarşı hörmət, onların təhlükəsizliyinin qorunması, fiziki, intellektual və əmək potensiallarından səmərəli istifadə, vətəndaşsızlıq və sənədsiz yaşama hallarının qarşısının alınması üzrə preventiv tədbirlərin artırıldığını bildirmişdir.

Qeyd edilmişdir ki, dünyanın zəngin, bəziləri özlərini demokratiyanın beşiyi bəyan etdiyi dövlətlərdə son illərdə intensivləşmiş miqrant axınlarına qarşı BMT-nin qərarlarına və beynəlxalq hüquqa zidd olaraq qəddar, açıq nifrət, qeyri-insani rəftar, əzab və işgəncələr, islamofobiya və ksenofobiya tüğyan etdiyi halda, 30 ildən çox davam edən qonşu Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün əhalisi olmasına baxmayaraq, iqtisadi inkişafına və sabitliyinə, tolerantlıq və multikulturalizm ənənələri ilə cəlbedici olan Azərbaycanda daha çox qonşu ölkələrdən miqrantlar daxil olur və həm beynəlxalq normalara, həm öz öhdəliklərinə uyğun olaraq, ölkəmizdə miqrantlar üçün münbit şərait yaradılır, normativ-hüquqi aktlar təkmilləşir, onlara göstərilən xidmətlərin keyfiyyəti davamlı olaraq artırılır.

O, ölkə Müvəkkilinin miqrantların hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vərərək, bildirmişdir ki, bu əhali qrupunun vəziyyəti, problemləri və müraciətləri araşdırılaraq təhlil edilir, əldə edilmiş nəticələr üzrə qanunvericliyin təkmilləşdirilməsi, bu sahədə əhaliyə göstərilən xidmətlərin və məlumat bazasının keyfiyyət səviyyəsinin artırılması, dövlət siyasətinin ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə əlaqədar aidiyyəti dövlət qurumlarına təkliflər ünvanlanır. Bununla yanaşı, qeyd edilmişdir ki, sığınacaq və miqrasiya məsələlərinə cəlb olunan dövlət qulluqçularının bilik və bacarıqlarının, o cümlədən peşəkarlıq səviyyəsinin daha da inkişaf etdirilməsi məqsədilə kurslar və treninqlər təşkil olunur, orta və ali təhsil müəssisələrində davamlı məlumatlandırma işi aparılır.

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinə mütəmadi baxışlar keçirildiyi, orada saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, saxlanılma şəraiti, onlara qarşı rəftarın öyrənildiyi, həmin şəxslərə Müvəkkilin səlahiyyətləri çərçivəsində mümkün köməklik göstərildiyi bildirilmişdir.

Xüsusi qeyd edilmişdir ki, Ombudsman olaraq ölkə daxilində olan miqrantlarla yanaşı ölkədən gedən Azərbaycan Respublikası vətəndaşları ilə də müntəzəm iş aparılır, bu məqsədlə həm Dövlət Miqrasiya Xidməti, həm də xarici dövlətlərin ombudsmanları ilə, o cümlədən həmin ölkələrin Azərbaycandakı və ölkəmizin xarici dövlətlərdə diplomatik nümayəndəlikləri ilə yaradılmış əməkdaşlıq əlaqələri inkişaf etdirilir. 15 xarici ölkələrin Ombudsmanları ilə imzalanmış ikitərəfli müqavilələr əsasında xarici ölkələrdə, xüsusilə Rusiya Federasiyasında yaşayan və işləyən soydaşlarımızın üzləşdikləri problemlərin həlli və qanuni miqrasiyanın təbliği məqsədilə mütəmadi olaraq yerlərdə görüşlər keçirilir, qeyri-müəyyən vəziyyətdə yaşayan şəxslərin statusları müəyyən edilir, bu istiqamətdə mütəmadi birgə tədbirlər görülür. Bu əməkdaşlıq sayəsində təsisatların Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrin ərazilərində, həmin ölkələrin vətəndaşlarının isə ölkəmizdə hüquqlarının pozulması halları ilə əlaqədar məlumatlandırma prosesi sürətləndirilir, pozulmuş hüquqların bərpasında daha effektiv nəticələr əldə olunur.  Bu tədbirlərin nəticəsi olaraq vətəndaşlarımızın əmək fəaliyyətinin leqallaşdırılmasına yardım göstərilir, miqrasiya qaydalarının və ona müvafiq normativ-hüquqi aktlarının liberallaşdırılması ilə bağlı təkliflər irəli sürülür, statuslarını rəsmiləşdirmək üçün qeyri-leqal miqrantlara daha çox vaxt verilir, hər bir miqranta fərdi yanaşmaqla, şəxsi və ailə vəziyyətləri nəzərə alınır, beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərindən olan “ailə birləşməsi” və digər normaları rəhbər tutulur, inzibati qaydada ölkədən çıxarılan şəxslərə qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsi prosesi daha çevik həyata keçirilir, çıxarmazdan əvvəl şəxsə vaxtında xəbərdar edilməsi, deportasiya və ya ölkədən məcburi çıxarılma zamanı zorakılıq hallarının qarşısı alınır, bu halların aradan qaldırılmasına xidmət edən əhatəli, ardıcıl və sistemli maarifləndirmə tədbirləri davam etdirilir.

Müvəkkil İnsan Hüquqları üzrə Ali Komissarının “Hər bir kəsin insan hüquqlarının müdafiəsinə qalx” çağırışına cavab olaraq miqrasiya prosesləri iştirakçılarının hüquqlarının təmini, onların cəmiyyətə inteqrasiya olması üçün praktiki tədbirlərin vaxtlı-vaxtında və yüksək səviyyədə həyata keçirilməsinə beynəlxalq təşkilatlarla yanaşı vətəndaş cəmiyyəti üzvlərinin də dəstəyinin vacibliyini xüsusi qeyd etmişdir.

E.Süleymanova xüsusi vurğulamışdır ki, Qlobal Kompakt və hazırlanmaqda olan “Azərbaycan Respublikasının 2019-2024-cü illər üçün Milli Miqrasiya Strategiyası” miqrantların hüquqlarının səmərəli müdafiəsi və bu sahədə inkişafa dair gələcək fəaliyyət üzrə vətəndaş cəmiyyəti üzvlərinin dövlət qurumları ilə əməkdaşlığı üçün yol xəritəsi olacaqdır. Bununla bağlı birgə tədbirlərin planlaşdırılması məqsədilə yaxın zamanda müzakirələrin təşkil edilməsinin zəruriliyi bildirilmişdir.

Ombudsman qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycan siyasəti və təcrübəsi kimi, miqrantlara da yanaşmada dünya tərəfindən müsbət təcrübə, örnək kimi tanınması üçün birgə səylərin gücləndirilməsini təklif etmişdir.

Tədbirin sonunda miqrasiya ilə bağlı qısametrajlı videoçarx nümayiş etdirilib,  yekunlaşma üzrə olan “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinə aid təqdimatlar dinlənilib.

 

 

Oxşar xəbərlər
23:39, Bu gün
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
23:10, Bu gün
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
23:07, Bu gün
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
23:03, Bu gün
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
21:00, Bu gün
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
GÜNLÜK
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..