Diplomatların davası, müəmmalı məktublar və çat verən səfirlik – Kiyevdən reportaj - FOTOLAR
Oxunub: 1420
13 Dec 2018 | 15:22
Diplomatların davası, müəmmalı məktublar və çat verən səfirlik – Kiyevdən reportaj - FOTOLAR
İlk dəfə Ukraynaya jurnalistlərdən ibarət böyük bir heyətlə getmişdik. 2014 -cü ilin noyabr ayı idi, “Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində “Dnepr”lə qarşılaşacaqdı. Təxminən 20 nəfər jurnalist buradan qatarla Tiflisə, oradan isə təyyarə ilə Kiyevə üz tutmuşduq. 

Kiyevə çatıb, təzəcə otelə yerləşmişdik ki, səfirlik əməkdaşları bizimlə əlaqə saxladılar. Gəlişimizi ölkə mətbuatından xəbər tutumuşdular. Dedilər ki, səfir Eynulla Mədətli hamını Ukraynadakı EVİMİZDƏ görmək istəyir. Ardınca Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovdan zəng gəldi. Çox keçmədi ki, diaspor nümayəndələri qaldığımız “Dnepr” otelinin qarşısında toplaşdılar. “Qarabağ”- “Dnepr” qarşılaşmasının keçiriləcəyi stadiona yürüşümüzü də elə onlar təşkil etdi... 
                                                                                       
Ertəsi gün heyətimizidən bir qrup Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin (UABK) sədri Rövşən Tağıyevlə görüşdü. Ümumiyyətlə, oyundan əvvəl uşaqlar yazmaq üçün xeyli material toplamışdılar. Musavat.com-un redaktoru Xalid Kazımlı iki daşın arasında Ukraynanın birinci prezidenti Leonid Kravçuku tapıb, ondan müsahibə almışdı...

Unudulmaz səfər oldu. “Qarabağ”ın qalib gəlməsi, diaspor nümayəndələrilə ilk və xoş ünsiyyət, səfirliyimizdə təntənəli qarşılanma, səfir Eynulla Mədətli adından ziyafət, maraqlı görüşlər, müzakirələr... Nə isə, çox da uzatmayaq, xatırladıqca “Kərəmi ağlamaq tutur...” Niyə? Hə, bax burası biraz qəlizdir, hövsələnizi basıb axıra qədər oxusaz, bəlkə siz də yaylıq çıxarmalı olduz... 

b_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_IMG_2174.JPG

Bu ilin yayında da yolumuz Ukraynaya düşmüşdü. Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbəri, hörmətli Fuad Muradov diaspor təşkilatları arasında yaşanan anlaşılmazlıqları aradan qaldırmaq və Koordinasiya Şurasını yaratmaq məqsədilə Kiyevə səfər etmişdi. “Azadinform” İnformasiya Agentlliyinin baş redaktoru Niyaz Niftiyevlə birgə Dövlət Komitəsi tərəfindən keçiriləcək tədbirlərdə iştirak etməliydik. Fuad Muradovun diaspor nümayəndələri ilə ilk görüşünün səfirliyimizdə keçirilməsi nəzərdə tutulmuşdu. Bu sətirlərin müəllifinin və Niyaz Niftiyevin adı da Komitə tərəfindən tərtib olunmuş siyahıda səfirliyə verilmişdi. Düşünürdük ki, fürsətdən istifadə edib, səfirimiz Azər Xudiyevlə də tanış olar, görülmüş işlər, iki ölkə arasındakı münasibətlər və sairə məsələlərə dair söhbət apararıq. Amma bizi – Azərbaycandan gələn iki jurnalisti səfirliyə buraxmaq istəmədilər. Qapıda dayanıb keçid prosesinə nəzarət edən, səfirlikdəki vəzifəsini bu vaxtadək dəqiqləşdirə bilmədiyimiz Xəyyam Həqiqətoğluna yaxınlaşıb, nə baş verdiyini soruşduq. Heç bir izahat verə bilməyəcəyini dedi. Yalnız onu öyrəndik ki, səfirlik siyahıdan adımızı çıxarıb. Üzümü Niyaz Niftiyevə tutub, “Bir neçə il əvvəl burada Azərbaycandan gələn jurnalistlərin ayağı altına qırmızı xalı sərmişdilər. Amma indi səfir Azər Xudiyev bizi qapıda saxlayıb” dedim. Niyaz başını yelləyib dərin bir köks ötürdü... 

Bizim üçün maraqlı idi, tədbirin təşkilatçısı olan Dövlət Komitəsinin tərtib etdiyi siyahıda adımız olduğu halda səfirlik nədən bizə maneə yaradır? Günahımız nə idi? Bəlkə diaspor təşkilatları ilə isti münasibətimiz, təşkilat rəhbərləri ilə dostluğumuz, onların keçirdiyi və bilavasitə dövlət maraqlarına cavab verən tədbirlər barədə xəbər yaymağımız səfirliyə keçidimizə əngəl olub? Axı diaspor təşkilatları ilə əməkdaşlıq, onların işinə verdiyimiz informasiya dəstəyi ümumi maraqlara xidmət edir. Biz diasporumuzun güclənməsində, mövqelərinin möhkəmlənməsində maraqlıyıq. Yazılarımız da, yaydığımız xəbərlər də ancaq bu maraqdan irəli gəlir. Elə isə niyə qapıda qalmışıq? Niyə cənab səfir bizi içəri buraxmaq istəmir? Niyə qapısını döyən əməkdaşlıq imkanlarını dəyərəndirmir, buna maraq göstərmir? Axı təkcə AzTV kamerasına sığınmaqla kifayətlənmək olmaz... Onun evinə, torpaq sahəsinə, həyətyanı baxçasına, bostanına, lənət şeytana, tarlasına gəlməmişik ki, bizimlə istədiyi kimi rəftar eləsin. Azərbaycanın BİR PARÇASI olan əraziyə, keçmiş səfir Eynulla Mədətlinin dediyi kimi, öz EVİMİZƏ keçmək istəyirik. Bunun qarşısını almaq üçün ciddi səbəblər olmalıdır axı. Soruşduq, maraqlandıq, izahat istədik, bir kimsə çıxıb demədi ki, qapıda qalmağımızın səbəbi nədir. 

Düşüncələr içində var-gəl etməkdən başqa əlimizdən heç nə gəlmirdi. Qəfil Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəblinin səsini eşitdik:

- Tədbir başlayır, keçin içəri.

- Bizi buraxmırlar. Dedilər ki, adınız siyahıdan çıxarılıb. 

- Təzədən salındı, gəlin. 

Təsəvvür edin, həmin an Daşqın müəllim gözümüzə ən əziz, ən doğma adam kimi göründü. Sıxılmışdıq bizə “yad adam” kimi baxanların əhatəsində... Elə Daşqın müəllimdən öyrəndik ki, Dövlət Komitəsinin sədri Fuad Muradov bizim içəri buraxılmadığımızı öyərənən kimi, ona məsələni yoluna qoymağı tapşırıb. Beləcə cəmi bir neçə il əvvəl qapıları üzümüzə taybatay açılmış, indi isə qarşımızda “Simnar xanın” qalası kimi dayanan səfirliyimizə çətinliklə də olsa keçə bildik. Qapıda bizi vəzifəsi naməlum olan adam saxlasa da, dövlətin adamı içəri keçməyimizi istəmişdi... 

b_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_IMG_2088_1.JPG

Ukraynaya budəfəki səfərimiz gərgin dövrə təsadüf edirdi - Rusiya gəmilərinin Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna hücum etməsindən dolayı Ukraynada hərbi vəziyyət elan olummuşdu. Düşünürdük ki, elə hava limanında müharibə vəziyyətinin tələb etdiyi yoxlanış prosedurundan keçəcək, sorğu-suallar artacaq, gəlib-gedənlərə nəzarət bir qədər sərt xarakter alacaq. Lakin belə olmadı, hava limanında hər hansı dəyişiklik müşahidə etmədik. Heç bu dəfə, “Niyə gəlmisiz?”, “Neçə gün və harada qalacaqsız?” kimi sualları da eşitmədik. Yan pəncərədə sənədləri yoxlanılan Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov da orada çox ləngimədi. Hə, lap unutmuşduq, sabiq komitə sədri ilə eyni təyyarədə idik. O da bizim kimi təyyarədən düşüb ümumi avtobusla sərhəd keçid məntəqəsinə gəlmişdi... Axı daha, “Axşamınız xeyir, Şakir Şəkəroviç”, “Gecəniz xeyirə qalsın, Şakir müəllim”, “Həmişə siz gələsiz, yoldaş Şirinov” dövrü bitib. İndi onu trapın qarşısında VİP avtomobillər qarşılamır, çantalarını daşıyanlar sıraya düzülmür, yolu biznes sektordan salınmır. Sadəcə hamı kimi təyyarədən düşüb, “qarmoşkalı” avtobusa minir... Avtobusda üz-üzə dayanmışdıq. Bir xeyli gözünü üzümdən çəkmədi. Qəzəbli baxışlarından anlayırdım ki, lənətləyir. Bəs necə, vəzifəsini itirməzdən bir neçə saat əvvəl barəsində sərt tənqidi yazı yayımlamış jurnalisti bağrına basıb, alnından da öpəsi deyildi ki... 

Ukraynaya səfərimizdə məqsəd sözsüz ki, müharibə vəziyyətinin özəlliklərini araşdırmaq deyildi. Bizi ancaq səfirliklə diaspor fəalları və səfir Azər Xudiyevlə keçmiş səfir Tələt Əliyev arasında yaşanan gərginliyin gerçək səbəbləri maraqlandırırdı. Niyyətimiz o idi ki, mübahisəli məsələlərlə yerində tanış olaq, insanlar ünsiyyət qurub, ölkədə gündəm olmuş söz-söhbətlərin mahiyyətinə aydınlıq gətirək. Zarafat deyil, hazırkı səfir Azər Xudiyev 8 il əvvəl Ukraynada səfir olmuş Tələt Əliyevi səfirliyin binası təmir olunarkən külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edib. A.Xudiyev iddia edir ki, mənimsəməyə yol verildiyindən təmir işləri keyfiyyətli aparılmayıb, binanın divarlarında çatlar əmələ gəlib. Sabiq səfir Tələt Əliyev isə bu iddiaları qəbul etmir. O, Kiyevdə keçirdiyi mətbuat konfransında mənimsəmə iddialarının şəxsi qərəzçilikdən irəli gəldiyini, binadakı çatların isə yaxınlıqda çoxmərtəbəli bina tikilməsi səbəbindən yarandığını deyib. T.Əliyevin sözlərinə görə, səfir vəzifəsində çalışarkən həmin binanın ərsəyə gətirilməsinə imkan verməyib, Kiyev şəhər rəhbərliyinə dəfələrlə məktublar yazaraq, tikinti işlərinə mane olmağa çalışıb. Ondan sonra səfir olan şəxslər də diplomatik missiyanın binasına bitişik ərazidə göydələn tikintisinə icazə verməyiblər. Sabiq səfir deyib ki, yalnız A.Xudiyev gələndən sonra həmin binanın tikintisinə başlanılıb. Bax, bütün bunları yerində araşdırmaq, ittihamların nə dərəcədə əsaslı olduğunu müəyyənləşdirmək, sənədlərlə tanış olmaq və diaspor fəallarının fikirlərini dinləmək məqsədilə mütləq Kiyevə üz tutmaq lazım gəlirdi. 

Kiyev bizi -12 dərəcə şaxta ilə qarşıladı. Şəhər hələ mürgülü vəziyyətdə olsa da, “OCEAN” Plaza adlanan ticarət mərkəzinin qarşısında insanların etiraz aksiyasına hazırlaşdığını gördük. Bir qədərdən sonra əraziyə bayraqlar, avtomobil şinləri və səs gücləndirici vasitələr gətirildi. Marağımız kəsb etdiyindən əraziyə toplaşmış insanlara yaxınlaşıb nə baş verdiyini soruşduq. Məlum oldu ki, “OCEAN Plaza”nın səhibləri rusiyalı iş adamlarıdır və onların bundan sonra da Ukraynada qalıb pul qazanması yaranmış vəziyyətə adekvat hesab olunmur. Aksiyanın əsas şüarı isə belə idi: “Ukraynadan rədd olun”. Təxminən 1 saat ərzində rusların və şəxsən Vladimir Putinin ünvanına müxtəlif ittihamlar səsləndirib dağılışdılar. Ticarət mərkəzinin qapıları açıldı, giriş-çıxış bərpa olundu və beləliklə rusların obyekti həmişəki rejimdə fəaliyyətə başladı...
 
b_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_IMG_2097.JPG

Kiyevdə ilk müsahibimiz sabiq səfir Tələt Əliyev oldu. Bu bizim onunla ilk ünsiyyətimiz idi. Görüşə yekə bir qovluqla gəlmişdi. Görüşüb hal-əhval tutan kimi, söhbətə başladı: 

- Görürsüz də hansı vəziyyətə düşmüşəm. Azər Xudiyev məni qonşularımın içində də rüsvay edib. Camaat deyir ki, bu kişi ahıl yaşında nə iş görüb ki, evində axtarış aparılır? Yoldaşımın səhhəti pisləşib, hamilə olan qızımın səhhəti üçün təhlükəli vəziyyət yaranıb, özüm hər gün ovuc-ovuc dərman atıram. Anlaya bilmirəm ki, nə baş verir və Azər Xudiyevin yaratdığı həngamənin gerçək məqsədi nədir.

- Səfiriyin binasında problemlər üzə çıxıb. Deyilənə görə, suvaqlar qopur, divarlarda çatlar yaranır... Bütün bunları isə keyfiyyətsiz təmir işləri ilə əlaqələndirirlər. İddia olunur ki, külli miqdarda vəsait ayrıldığı halda təmir işləri lazımı səviyyədə aparılmayıb, mənimsəmə hallarına yol verilib. Təmir işləri bilavasitə sizin rəhbərliyinizlə aparılıb. Adınızın hallanması, araşdırmalara cəlb olunmağınız normal deyilmi? 

- Təmirdən 10 ilə yaxın vaxt keçib. Necə oldu ki, məndən sonra səfir təyin olunan şəxslər heç bir problem aşkarlamadı, amma Azər Xudiyev aşkarladı? Lap elə tutalım hansısa problem yaranıb. Bu məsələ ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməyə nə ehtiyac var idi? Əvvəlcə mənim özümü də səfirliyə dəvət edib, dedikləri problemlərlə tanış edə bilərdilər. Amma Azər Xudiyev Azərbaycana aid məsələyə Ukraynanın hüquq-mühafizə orqanlarını cəlb etdi. Dəfələrlə demişəm, yenə də deyirəm ki, səfirliyin binasında problemlərin yaranmasına səbəb yaxınlıqda tikilən çoxmərtəbəli binadır. Mən səfir olanda binanın tikintisinə qətiyyətlə etiraz edirdim. Çünki bilirdim ki, ərazi sürüşməyə meyillidir, qazıntı işləri səfirliyin binasında problemlər yaradacaq. Bundan başqa, səfirlik binasının təhlükəsizlik məsələlərini də nəzərə alırdım. Həmin binanın aşağı mərtəbələrindən də səfirliyin bütün ərazisi aydın görünür. Oradan otaqların daxilini də aydın şəkildə müşahidə etmək mümkündür. Eynulla Mədətli də binanın tikintisinə şərait yaratmadı. Amma Azər Xudiyev gələn kimi binanı tikməyə başladılar. 

-  Açıqlamalarınızda qeyd edirsiniz ki, səfir Azər Xudiyev sizə qarşı düşmənçilik edir, qərəzli mövqe tutur. Bu iddialarınız o qədər də inandırıcı görünmür. Təqaüddə olan adamsız, Azər Xudiyevlə yollarınız kəsişmir, ona problem yarada biləcək statusunuz yoxdur, niyə sizə qarşı qərəzli mövqe tutsun ki?

- O mənə vaxtilə barəsində Xarici İşlər Nazirliyinə yazdığım şikayətləri bağışlamır. Özü mənə deyib ki, siz mənim karyera yüksəlişimi ləngitdiz, siz olmasaydız, mən indi daha yuxarı postlarda idim. Bəli, mən inkar etmirəm, onun barəsində fikirlərimi yazmışam. Buna onun qaydalara uyğun gəlməyən davranışları məni məcbur edib.

- Konkret olaraq hansı davranışlarını nəzərdə tutursunuz?

- Mən bu məsələlər barədə danışmaq istəmirdim. Amma məcburam ki, bəzi məqamları açıqlayım. Azər Xudiyevi Moldovaya diplomatik nümayəndə kimi göndərmişdik. Büdcədə onun yalnız məvacib, mənzil və avtomobillə təmin olunması nəzərdə tutulurdu. Nümayəndə kimi də təbii ki, bilavasitə Azərbaycanın Ukraynadakı Səfirliyinə tabe idi. İşə başlayandan bir qədər sonra Moldovanın Xarici İşlər Nazirliyindən mənə məktublar gəlirdi ki, nümayəndəniz hər yerdə səfir kimi qarşılanmasını tələb edir. Təsəvvür edin, səfirliyə bildirmədən Kişinyovda özünə ofis icarəyə götürmüşdü. Qapısına da lövhə vurmuşdu ki, bura Azərbaycanın nümayəndəliyidir.

b_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_IMG_2091.JPG

- Nümayəndəlik üçün ofis yaratmağın nəyi pisdir ki?

- Axı bu, diplomatik fəaliyyətdir. Biznes şəbəkəsi, kommersiya qurumu deyil ki, kim necə istəyir elə də davransın. Atılan bütün addımlar dövlətin müəyyən etdiyi qaydalara əsaslanmalıdır. Özbaşına hərəkət etmək olmaz axı. Dövlət lazım bilsəydi, nümayəndəlik üçün ayrıca yer müəyyənləşdirərdi. Əgər mənimlə əvvəlcədən məsləhətləşsəydi, təbii ki, buna etiraz edərdim. Amma biz Azər Xudiyevin işlərindən sonralar xəbər tuturduq. Bir qədərdən sonra isə öyrəndim ki, Azər Xudiyev Avropa ölkələrinin Moldovadakı səfirliklərinə məktub yazaraq özünə və tanımadığımız başqa şəxslərin adına viza açılmasını istəyir. Həmin notalar Moldovadan mənə göndərilirdi ki, “bu işgüzar” səfərlərdən sizin xəbəriniz varmı? Gah Fransa səfirliyindən viza istəyirdi, gah Almaniya, gah da Rumıniya. Təsəvvür edin, bu səfərlərdən nə səfirliyin, nə də XİN-in məlumatı olurdu. Viza istədiyi adamların adı qarşısında müxtəlif vəzifələr yazırdı. Fransaya bir xanımla gedirdi, Almaniyaya başqa xanımla. Halbu ki, nümayəndədən başqa bizim başqa bir ştatımız yox idi. Ümumiyyətlə, nə biz, nə də XİN onu həmin müddətdə hansısa digər ölkəyə səfərə göndərməmişik.

b_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_48281666_333225927264348_5991942375394508800_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_48378649_276552389725752_6457026843231911936_n.jpg

T.Əliyev səfir A.Xudiyevin Moldovada nümayəndə olarkən xarici ölkə səfirliklərinə göndərdiyi məktubların nüsxələrini bizə də təqdim etdi. Əvvəlcə Almaniya səfirliyinə göndərilmiş məktubla tanış oluruq (Şəkillər əlavə olunur - Red). A.Xudiyev Almaniyanın Moldovadakı səfriliyindən xahiş edir ki, “işgüzar səfərlə” əlaqədar olaraq ona və Nadejda Krukoviç adlı xanıma viza açılsın. Məktubda xanımın vəzifəsi “tərcüməçi” kimi qeyd olunub. Səfər Kişinyov-Buxarest-Berlin-Kişinyov marşurutu üzrə 07-14 iyun 2004-cü il tarixlərini əhatə edib. Maraqlıdır ki, A.Xudiyev Almaniya səfərindən qayıdandan az sonra Fransaya yollanıb. Bu dəfə isə başqa bir xanımla. Fransa səfirinə göndərilmiş məktub da eyni məzmundadır. Yenə də işgüzar səfər. Lakin bu dəfə onunla tərcüməçi kimi Tatyana Jitari adlı xanım gedib. Fransaya səfər Kişinyov-Buxarest-Paris-Berlin-Kişinyov marşrutu üzrə 17 gün davam edib – 12-29 iyul 2004-cü il. 

b_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_-----------------------------------------------.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_----------------------------------.jpg

Bu səfərlərdən əvvəl isə A.Xudiyev Rumıniyanın Moldovadakı səfirliyinə məktub göndərərək özünə və İlqar Gülmalıyev adlı şəxsə viza istəyib. İkincinin vəzifəsi isə məktubda “Nümayəndənin asistenti” kimi qeyd olunub. Halbu ki, A.Xudiyevin rəsmən hər hansı köməkçisi, asistenti olmayıb.

T.Əliyev deyir ki, bütün bu məsələlərlə bağlı o XİN-ə öz fikirlərini yazılı şəkildə göndərib: “Mənə hələ də məlum deyil ki, Azər Xudiyev adını “işgüzar” qoyduğu səfərlərə əslində niyə gedib. Amma təkcə bu deyil. Başqa məsələlər də var və mən hamısını açıqlamaq istəyirəm. Başqa sənədlər də var, onları da göstərəcəm. Ayrı-ayrı adamlara görə Moldovanın dövlət idarələrinə arayışlar təqdim edib ki, bütün bunlardan səfirliyin xəbəri olmayıb...”

b_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_------------------------------------------------------------------------------------------.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_-------------------------------------------------------------------.jpg

Sabiq səfirlə söhbətimizin ardını növbəti hissədə oxuya biləcəksiniz. Onu da biləcəksiniz ki, səfirliyimizin binası ilə “çiyin-çiyinə” dayanan çoxmərtəbəli binaya necə çətinliklə daxil olduq, cənab səfirlə Dnepr şəhərində nə danışdıq və o bizi nədə günahlandırdı, diaspor fəalları hansı mətləblərə toxundular...(missiya.az)
Oxşar xəbərlər
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir