“Rus NATO-su”nda “soyuq müharibə” ruzigarı - Bakının “küləyi” və petrolu...
Oxunub: 1209
20 Nov 2018 | 09:46
“Rus NATO-su”nda “soyuq müharibə” ruzigarı -  Bakının “küləyi” və petrolu...

Təşkilatda Ermənistana qarşı etimadsızlıq güclənir; səbəb həm də Azərbaycan faktorudur; Paşinyanı ən yaxşı halda məğlubiyyətə bərabər heç-heçə gözləyir; politoloqlar deyir ki...


Azərbaycan prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb. Ziyarət çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb ki, bu da iki ölkə arasında əlaqələri daha yüksək səviyyəyə qaldıracaq, ikitərəfli münasibətlərə yeni və əlavə təkan verəcək. Söhbət həm də hərbi-texniki sahədə əməkdaşlığı dərinləşdirməkdən gedir.

İki ölkə arasında dost münasibətlər həmçinin regional və beynəlxalq məsələlərdə bir-birinin köklü maraqlarını gözləməklə ortaq hərəkət etməyi nəzərdə tutur ki, bunu da Bakı və Minsk hələ ki uğurla uzlaşdıra bilir. İlham Əliyevin Belarus səfəri, səfər zamanı keçirilən görüşlər, əldə olunan anlaşmalar və verilən bəyanatlar buna bariz sübutdur.

*****

Azərbaycan üçün Belarusla isti əlaqələrin daha bir önəmi, onun işğalçı Ermənistanla birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT - “Rus NATO-su”) təmsil olunması, eyni zamanda qurumda söz sahibi olmasıdır. Prezident İlham Əliyevin səfəri həm də KTMT daxilində baş katiblik məsələsi ilə bağlı Minsklə İrəvan arasında yaşanan gərgin dövrə təsadüf etməsi ilə diqqətdədir.

Lukaşenko

Məlumdur ki, Belarus lideri Aleksandr Lukaşenko bu məsələdə prinsipial mövqe tutur. O dərəcədə ki, artıq Ermənistan XİN və baş nazir əvəzi Nikol Paşinyan buna olduqca qıcıqlı, hətta diplomatik etiketə sığmayan tərzdə əsəbi reaksiya verib. Minskin cavabı da gözlənildiyi kimi, gecikməyib və çox sərt olub.      

Məsələ ondadır ki, rəsmi Minsk blokda bütövlükdə Azərbaycanla münasibətlərə daha böyük önəm verdiyini nümayiş etdirir, nəinki “blok üzrə tərəfdaş və müttəfiq” Ermənistanla. İrəvanı təlaşlandıran ən əvvəl budur. Təbii ki, Bakı da təşkilat daxilində işğalçı ölkənin təklənmiş duruma və “izqoy” duruma düşməsində maraqlıdır. Buna xeyli dərəcədə nail də olunub. KTMT-nin 5 üzvündən (Ermənistan xaric) 4-ünün - Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın Azərbaycana məxsusi simpatiyası var. Rusiya isə ən azından bizə düşmən münasibətdə deyil, Azərbaycanı tərəfdaş ölkə sayır.

*****

Yeri gəlmişkən, KTMT-nin Astana sammitində yeni baş katib məsələsində də bu reallıq özünü göstərib. İrəvanın öz adamını təzədən “Rus NATO-su”na rəhbər gətirmək təklifini Kreml dəstəkləməyib. Demək, dolayısı ilə Bakının mövqeyi müdafiə olunub. Moskvadan verilən son açıqlama bu qənaəti möhkəmlədir.

KTMT

Belə ki, KTMT baş katibi səlahiyyətlərini icra edən rusiyalı general Valeri Semerikov xüsusən də Qazaxıstanın və Belarusun mövqeyinə işarə edərək bildirib ki, erməni Yuri Xaçaturovun vaxtından əvvəl istefasından sonra qalan il yarımlıq müddətə yenə Ermənistan təmsilçisinin bu posta  təyin edilməsinin effektiv olması əksər üzv-dövlətlərdə sual yaradıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilmiş məlumatda deyilir.

Yəni Moskva açıq şəkildə işarə vurur ki, KTMT-nin 6 dekabr növbədənkənar sammitində istənilən halda İrəvan deyən olmayacaq, çünki Ermənistanın məsələyə yanaşması artıq məqbul və konstruktiv hesab edilmir, bununla bağlı konsensus var. Üstəgəl, baş katibin vaxtından əvvəl istefa verməsi halında eyni ölkənin təzədən öz namizədini irəli sürməsi haqda KTMT nizamnaməsində heç nə yoxdur.   

Bəzi müşahidəçilərə görə, Moskva İrəvan üçün ən yaxşı variant kimi öz adamı Semerikovun namizədliyi üstündə dayana bilər - ta ki, əlifba sırası üzrə növbə 2020-ci ildə Belarusa - Ermənistanın “mehriban düşməni”nə çatana kimi...

KTMT

*****

“Rus NATO-su” ətrafında son baş verənlər İrəvanda ələlxüsus Azərbaycanla bağlantıda analiz edilməkdədir. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, 1 in.am erməni portalında analitik Sərkis Arsruni yazıb: “Ötən bir neçə gündə KTMT baş katibi seçkisi ətrafında böhran öz kulminasiya nöqtəsinə çatdı, hətta bir-birinə formal müttəfiq sayılan  Belarusla Ermənistan arasında əsl diplomatik savaşa çevrildi. Bu böhran KTMT-nin süni qurum olduğunu faş edir. Azərbaycan isə yaşanan böhranda üzv ölkələrin vaxtaşırı yararlandığı yanakı faktor, eyni zamanda benefisiarlardan biri qismində çıxış edir (benefisiar - baş verənlərdən qazanc götürən üçüncü maraqlı tərəf - ”YM")". Reallıq daha çox bundan xəbər verir ki, Ermənistan baş katiblik məsələsində öz namizədi ətrafında konsensus formalaşdıra bilməyib".

Buna paralel, erməni şərhçi etiraf edir ki, Bakı İrəvan üçün xoşagəlməz olan bu prosesdə öz “benzini” ilə odu “alovlandıra” bilib. Söz düşmüşkən, rusiyalı təhlilçilər də eyni şeyi deyirlər. “Mən düşünərəm ki, Peterburqda hamını qane edən qərar veriləcək. Ancaq indiki mərhələdə Ermənistan nümayəndəsi baş katib olmayacaq”. Bunu rusiyalı tanınmış hərbi ekspert Vladimir Yevseyev söyləyib.

Baş katiblik məsələsi Paşinyan iqtidarı üçün indi daxili dayaqları möhkəmlətmək baxımından da xüsusi önəm kəsb edir. Çünki 6 dekabr sammitindən cəmi 3 gün sonra Ermənistanda erkən parlament seçkiləri keçiriləcək. Siyasi rəqibləri Nikolun KTMT fiaskosundan yüzdə yüz anti təbliğatda istifadə edəcəklər.

Öz növbəsində rusiyalı tanınmış telejurnalist və şərhçi Vladimir Solovyev hesab edir ki, Paşinyan çox istərdi ki, dekabrın 6-da Sankt-Peterburqdan İrəvana baş katiblik titulu ilə qayıtsın, ona görə ki, dekabrın 9-da parlament seçkiləridir. “Ancaq bu post Belarusa nəsib olsa, o zaman Paşinyanın opponentləri onun bu uğursuzluğundan səsvermə öncəsi istifadə edəcək, daha sonra isə uzun müddət bunu yada salacaqlar. Bu məsələdə güzəşt Paşinyanın zəifliyi kimi görünəcək, ”onu sındırdılar" deyəcəklər" - analitik qeyd edib.

Politoloqa görə, bu səbəbdən N.Paşinyana Peterburqda uğur, yaxud heç olmasa, “heç-heçə” lazımdır: “Sonuncu ssenari əslində istisna deyil. O halda Valeri Semerikov baş katib əvəzi kimi yaxın ilyarımda bu postda qalacaq”.

Semerokov isə Rusiyanın təmsilçisidir. Başqa sözlə, Paşinyan ən yaxşı halda “məğlubiyyətə bərabər heç-heçə”yə ümid edə bilər... (müsavat.com)

Oxşar xəbərlər
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
03 May 2024 | 10:00
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 09:54
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
03 May 2024 | 10:22
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
03 May 2024 | 10:13
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
03 May 2024 | 10:50
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
03 May 2024 | 10:00
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 09:54
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
03 May 2024 | 10:22
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
03 May 2024 | 10:13
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
03 May 2024 | 10:50
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb