30 manatla işə başlayıb milyonlar qazanan Əzizə Mustafazadə sirrlərini açdı - FOTO/VİDEO
Oxunub: 2231
16 Nov 2018 | 21:38
30 manatla işə başlayıb milyonlar qazanan Əzizə Mustafazadə sirrlərini açdı -  FOTO/VİDEO
Müasir ingilis ədəbiyyatının ən möhtəşəm nümunələrindən olan bir romanda oxumuşdum: Autizm sindromlu insanlar bioloji və psixoloji baxımdan normal qəbul edilən insanlardan daha zəkalıdır. Bəli, bəli... bizim əqli, psixoloji çatışmazlıq damğası vurduğumuz insanlar bizdən daha intellektual, yaddaşlı, diqqətli və daha ədalətlidirlər.

Roman haqqında saatlarla danışa bilərəm, ancaq məni romandan daha çox maraqlandıran autizm, daun və bu kimi "sindromları” olan insanların hiss etdikləri, xəyalları, bacarıqları və öz yüksək potensiala malik beyinlərində qurduqları aləmin gerçəkliyidir. Çox maraqlı bir nüans var: bu tip insanların gerçəklik hissiyyatı digər insanlardan qat-qat yüksəkdir. Yəni biz özümüzü aldada bilirik, gerçəkliyi istədiyimiz kimi görə, ona istədiyimiz mənanı verə bilirik. Autizm və daunlar isə sadəcə gördükləri kimi görürlər. Nə varsa, odur.

Onların gördüklərini görmək marağı uzun müddətdir məni rahat buraxmır. Şükürlər olsun ki, bu marağın verdiyi istiqamət üzrə getdiyim yolda əliboş qalmadım. Və nə uzaq, nə də daha uzaqda, elə Bakının mərkəzində, burnumuzun dibində bir yer tapdım: axtardığım xəyallar aləminin gerçəkliyə çevrildiyi, nağılların reallaşdığı, hər şeyin özü olduğu, rənglərin ən gözəl göründüyü, "autizmlərin gördüklərini görmək” dünyasının gizləndiyi o sirli məkanı – "KİLİMÇİ”ni...


Xalçaçılıq, toxuculuq, rəssamlıq, musiqi, rəqs, qayğı və sevginin bir arada toxunduğu o xəyallar aləmi. Bu nağıllar aləminin qapısı nə sehrli sözlərlə açılır, nə də qızıldan hazırlanıb. Hər zaman toxunduğumuz qapılardan biridir. Özü kimi deyil də, qüsurlu kimi qəbul edilən körpə ruhların dincəldiyi "məbəd”in tanrıçası isə heyvanların, bitkilərin və uşaqların himayəçisi, yunan allahı Artemida kimi gözəl, gənc, istedadlı və azərbaycanlı Əzizə Mustafazadədir. Özü də onun 22 yaşı var.

Qapıdan içəri girəndə sehrli nağıllar kimi nə gözləriniz qamaşır, nə də qırmızı xalçalar öz-özünə sərilir. Gözləri qamaşdıran sadəcə məkanın rəng koloritidir. Xalçaları isə öz əllərinizlə toxuyursunuz. Hətta bu xalça tamamilə sizinkiləşir... Bu məkanın sirri isə başqa şeydədir...

"Qobelen”

İçəri daxil olduqda qonaqları ilk olaraq abstrakt əl işləri qarşılayır. Bu əl işlərinin məxsus olduğu incəsənət sahəsi isə "qobelen” adlanır. Ölkəmizdə bu sənətin təməli 1996-cı ildə qoyulub. Vaxtilə bizim sənətşünaslarımızı Pribaltika ölkələrinə aparıblar ki, nəsə yeni bir şey öyrənsinlər və gəlib İncəsənət Universitetində tədris etsinlər. Çünki İncəsənət Universitetində oxumağa çox az adam maraq göstərirmiş. Hamı Neft İnsitutuna, hüquqşünaslığa, müəllimliyə istiqamətlənirmiş. "Qobelen”ə əvvəllər böyük maraq yaransa da, sonradan bu sənəti davam etdirən çox az sayda insan olub. Çünki insanlar bu sahənin gəlirli olmadığını düşünürlər.

Azərbaycanda nadir yerlərdə rast gələcəyiniz bu sözün anlamını Əzizə xanımın öz dilindən öyrənirik:

"Qobelen” Müasir Təsviri və Tətbiqi İncəsənətdir. Bu sənətlə ilk Uşaq Yaradıcılıq Mərkəzində tanış oldum. Bir müddət məşğul olduqdan sonra dərslərimdə axsama oldu və bu sənətdən uzaqlaşdım. Uzaqlaşmağın həm də başqa səbəbi var idi. Bizi sərgilərə aparırdılar. Orada mənim işlərim çox da bəyənilmirdi. Mənə olduqca sadə və adi görünən işlərə isə təəccüblə, heyranlıqla yanaşırdılar. Düşünürdüm ki, mən axı burada sənət yaratmışam, möhtəşəm iş ərsəyə gətirmişəm, niyə axı süni şeyləri bəyənirlər, amma mənim əsərlərimi yox? Bunların təsiri ilə də "Qobelen” sənətini atdım. Ancaq hazırda dörd ildir bu sənətlə məşğulam. Yaxşı ki d məşğulam. Bu sənət mənə milyonların qazandırdığı qədər dəyər qazandırıb.


"Anam qonaqpərvər olmadığı üçün...”

Əzizə "Kilimçi”nin yaranış səbəbini belə nağıl edir:

Təxminən iki il öncə dayəm rəhmətə getdi. O, həmişə mənə tövsiyə edirdi ki, tikiş, toxuma və bu kimi işləri öyrənim. Deyirdi ki, bir qadın üçün bundan gözəl sənət yoxdur. O, dünyasını dəyişəndən sonra qərara aldım ki, tövsiyəsinə əməl edim. Əvvəl özüm evdə məşğul olmağa başladım. Daha sonra bu işi genişləndirmək istədim. O zaman cibimdə otuz manat civarında pul vardı. Bu pulla sadə toxucu dəzgahları, rəngli saplar aldım. Ancaq anam çox da qonaqpərvər (zarafatla) olmadığı üçün evdə bu sənəti öyrətmək alınmadı. Yer axtarıb tapdım və "Kilimçi”ni açdım. Kursu açanda uşaqlarla işləyəcəyimi nəzərdə tutmamışdım. Əvvəlcə böyüklər gəlib öyrənməyə başladı. İki-üç aydan sonra isə kiçik yaşlılar maraqla kursa axın etdilər. Onları məmnuniyyətlə qəbul etdim. Çünki uşaqlarla bağlı travmam var idi. Yaşadığımız evin yaxınlığında uşaq evi yerləşirdi. Oradan həmişə azarlanan uşaqların səsləri gəlirdi. Düşünürdüm ki, görəsən, o kimsəsiz uşaqlara necə köməklik göstərə bilərəm? Təkcə çörək verməklə olmur. Deməli, onlara nəsə öyrətmək lazımdır ki, gələcəkdə özləri öz sənətləri ilə çörəklərini qazansınlar. Qərara gəldim ki, onlara toxumağı öyrədim. Ancaq nə praktiki təcrübəm var idi, nə də bu təcrübəni toplamaq üçün işə girə biləcəyim yer. Çünki hüquqi sənədim yox idi.


Qərara gəldim ki, əvvəlcə hansısa uşaq evlərindən birində bir müddət işləyib təcrübə toplayım. Bütün uşaq evlərinə, sığınacaqlara zəng etdim. Özümü təqdim etdim, danışıb ideyamı dedim. Əlbəttə, ilk sualları bu oldu ki, siz kimsiniz, sizi kim yönləndirib, məqsədiniz nədir? Təəssüflər olsun ki, mənə inanan bir kimsə tapılmadı. Mən isə vaz keçmədim və böyük bir yalan danışaraq Binə-Buzovna tərəflərdə yerləşən uşaq evinə qəbul olundum. Dedim ki, nazirlikdən göndərilmişəm. Əvvəlcə qorxdum ki, məni araşdırıb yalan danışdığımı öyrənəcəklər və həbs edəcəklər. Ancaq sonra hər şey öz axarınca getdi və davam etdim. Altı aya yaxın orada kimsəsiz uşaqlara dərs dedim. Təmənnasız işlədim və elə həmin dövrdən "Kilimçi” fəaliyyətə başladı”.

"Saçlarımı dartışdırırdı ki...”

Hazırda "Kilimçi”nin normal tələbələrlə yanaşı, bir neçə daun və autizm sindromlu sakini var. Ancaq bu sakinlərin Əzizə xanımla tanışlığı təsadüfi olmayıb:


"Bir dəfə marşurt avtobusu ilə gedirdim. Arxa oturacaqdakı bir uşaq başladı saçlarımı dartmağa. Bir dəfə, iki dəfə... Dözməyib çevrildim geriyə ki, görüm nə istəyir. Bir də gördüm ki, vao, uşaq daun sindromludur. Sən demə, bu istəyirmiş ki, mən çevrilim ona baxım. Məqsədinə çatması onu həddən artıq sevindirdi və qəşş edib dayanmadan gülməyə başladı. Söhbət etməyə çalışdım, ancaq nitqi o qədər səlis olmadığı üçün bu, bizdə alınmadı. Düşündüm ki, mən əqli və fiziki məhdudiyyətli insanlara da kömək edə bilərəm. Daun sindromunu araşdırmağa başladım və eyni zamanda, autizm sindromlu uşaqların rebilitasiya mərkəzində işə düzəldim. Bir qədər təcrübə topladıqdan sonra kurs üçün elan verdim ki, artıq fiziki və əqli məhdudiyyəti olanlar da kursumuza gələ bilər. Kursa gələn ilk ailənin övladı daun sindromlu idi. Bu uşağın valideynləri elə ilk dərsdəncə başladılar uşağa təzyiq göstərməyə. Mən uşağa suallar verirdim, valideynləri dərhal səslərini ucaldırdılar ki, axı sən bunu bilirsən, niyə cavab vermirsən? Bəzi uşaqları isə zəbt etmək mümkün olmurdu. İlk təcrübi hallar məndə təşviş yaratdı və bir müddət fasilə verdim. Fasilədən sonra yalnız qızlarla işləməyə başladım. İlk tələbələrimin müəyyən qədər təlimi var idi. Bilirsiniz, sindromlu uşaqlarla kontakt qurmaq asan məsələ deyil. Bəzilərinin nitqi zəifdir, bəzilərinin eşitməsi. Daun sindromluların spesifik bir özəlliyi var: təriflənməyi, əzizlənməyi dəhşətli dərəcədə sevirlər. Birini onun yanında tərifləsən, bitdi, artıq heç bir hərəkət etməyəcək, sakit, özünəqapanmış formada oturacaq və belə desək, qınına çəkiləcək. Ta ki, onu tərifləyənə, öpüb-qucaqlayana qədər bu proses davam edəcək.


Daun sindromlular fiziki baxımdan yorulmağı hiss etmirlər. Yorulurlar, dayanırlar. Ancaq niyə yorulduqlarını bilmirlər. Daha sonra onların boynunda həssas yer var ki, o nahiyə zədə alsa, ölüm riski çoxalır. Yəni boynu üzərinə yıxılsalar, ölə bilərlər. Ona görə onlarda boyun hissəsi daha qalındır.

Bir də belə insanlarda ehtiraslanma yüksəkdir. Lakin bu, bizim bildiyimiz seksual ehtiraslanma deyil. Onlar rənglərə, səslərə, işığa tez reaksiya verirlər. Rəngli bir şey geyinəndə fikirləri ancaq məndə qalır, aksesuarlarım səs çıxarırsa, gözlərini onlara dikirlər. Ona görə çalışıram ki, dərs vaxtı bu məqamlara diqqət edim, aksesuar taxmayım. Onlarla göz kontaktı qurmaq olduqca çətindir. Gözləri bir nöqtəyə fokuslanmır. Autizm reabilitasiya mərkəzində öyrəndim ki, onların fikirləri olduqca dağınıqdır. Müəllim diqqət cəlb etmək üçün bərkdən nəyisə taqqıldadır. Ancaq daunlarla bunu etmək mümkün deyil. Onlara bir az səsini ucaldan kimi diksinirlər və özlərinə qapanırlar. Ona görə də gərək onları sığalla, pişim-pişimlə öyrədəsən. Belə uşaqlar, ümumiyyətlə, çox istedadlı olurlar. Bir tələbəm var idi. Muncuq tikməkdən ötrü ürəyi gedirdi. Ancaq adi insanlardan fərqli olaraq, parçanı çevirib muncuğu tərs tərəfdən tikirdi. Özü üçün yeni üsul kəşf etmişdi”.


Lakin bu cür xüsusi uşaqlarla işləmək Əzizə xanım üçün heç də çətin deyil. Bunu onunla söhbət edərkən daha yaxşı dərk etdim. O qədər, səlis, həlim və adı kimi əziz danışır ki, insanı öz gözəl dünyasının ab-havasına asanlıqla sala bilir. "Kilimçi”nin başlıca məqsədi də elə budur: insanlara gözəl, öz əllərilə toxuduğu dünya bəxş etmək.

"Əvvəllər xalçaçılıq, aşpazlıq, dərzilik kimi sənətləri uşaqlar evində tədris edirdilər. Ona görə kimsəsizlər dövlət qayğısından çıxandan sonra özlərinə iş tapa bilirdilər. İndi bunu etmək mümkün deyil. Onlara sənət vermirlər. Əvvəl dərs dediyim uşaqları tapıram və görürəm ki, heç yaxşı yolun yolçusu olmayıblar. Çünki əllərində heç bir sənətləri, bacarıqları olmayıb. Mən bu gün könüllü olaraq hər yerdə dərs deyə bilərəm. İstəyərəm ki, bütün uşaqlar evində öyrədim bu sənəti. Lap o uşaqlar kursumuza gəlsinlər. Ancaq pedaqoji, hüquqi sənədim olmadığına görə məni hər yerə buraxmırlar”-, deyir Əzizə xanım.


"Səbir etmək, yola vermək, anlaşmaq...”

Arzusunun səbəbini isə belə izah edir:

"İstərdim ki, bu sənət uşaqlar evində, sığınacaqlarda öyrədilsin. Çünki bu sənət insanların matorikası üçün əhəmiyyətlidir. Xalçaçılıqda insan hər iki əlini eyni zamanda işlədir. Bu da beynin hər iki yarımkürəsinin paralel fəaliyyətdə olması deməkdir. Xalça toxuyan zaman sol əlin son iki barmağı bütün prosesə nəzarət edir. Bu da hər sənətdə mümkün olmayan bir şeydir. Xalça toxumaq həm də mental arifmetikanı mükəmməlləşdirir. Riyazi qabiliyyəti artırır. İnsana səbir etməyi öyrədir.


Biz xalça toxuyanda zikr edirik. Bütün pisliklərdən uzaqlaşır, əsəblərimizi soyuduruq. Buna görə də xalçaçılıq çox maraqlı və faydalı sənətdir. Xüsusilə, uşaqların matorikası, danışıq qabiliyyətinin yaxşılaşması üçün faydalıdır. Əllərimiz nə qədər çox işləyirsə, beyin yarımkürələri o qədər fəaliyyətdə olur. Bu da birbaşa insanın dilinə, nitqinə təsir edir. Bu prosesdə uşaqlara nəsə öyrətməklə yanaşı, özüm onlardan da çox şey öyrənirəm: səbir etməyi, yola verməyi, anlaşmağı və s.”

Təbii ki, toxumaçılığın sadalanan bütün faydaları körpələrdə qalıcı təsirlər buraxır. Əzizə xanım deyir ki, öncəliklə, fantaziyalar kamilləşir. Hətta bəzi tələbələrdə parodiya etmək qabiliyyəti də yaranıb:

"Elə tələbələrim var ki, evdə məni parodiya edirlər. Onlara tutduğum iradları onlar da öz valideynlərinə tuturlar. O gün birinə demişəm ki, filan şeyi yemə, bu ziyandır. O da gedib evdə öz anasına deyib ki, ana, onu yemə. Müəllimə deyir ki, ziyandır”.


Oxucularımızın "Qobelen” sənətinin xüsusiyyətlərinin marağında qaldığını düşünüb bu sualın cavabını da elə işin mütəxəssisindən almaq istəyirəm:

"Qobelen”in xalçaçılıqdan nə kimi fərqləri var?

"Uşaqlar uzun müddət eyni işlə məşğul olmaqdan yorulurlar. Hər gün gəlib eyni şeyi nə qədər edəsən axı? İlmə vurmaq da bir yerə qədər maraqlı olur. Lakin "qobelen” belədir ki, burada istənilən materialdan istifadə edib toxuduğun əşyanın üzərinə əlavə edə bilərsən, müxtəlif fantaziyalar qura bilərsən. Toxuduğun əşyanı xovlu da, xovsuz da edə bilərsən. Xalçada hər ilməni nəzərə almaq, yadda saxlamaq vacibdir. Ancaq "qobelen”də buna ehtiyac yoxdur. Toxumaq istədiyin şeyin eskizini çəkirsən və təqribi toxuyursan. Uşaqların da istədiyini toxuya bilməsi onlara daha maraqlı gəlir. Ən əsası çətin olmur. Tələbə matorikası üçün toxuma texnikasını öyrənir, nə toxuyacağı isə artıq onun öz ixtiyarındadır”.

"İpək xalçaları oğlan uşaqlarına toxutdururdular ki...”

Əzizə xanım xalça sənətinin məktəbləri və tarixi ilə də yaxından tanışdır:

"Qobelen” kilim və xalçanın daha asan versiyasıdır. Kilim xovsuz xalçadır və çeşidləri azdır. Yalnız ornamentlərlə işlənir. "Qobelen” tətbiqi incəsənətdir. Çeşidləri genişdir. Xalça isə bunların daha dərin, çətin versiyasıdır. Hətta xalçanın bir neçə məktəbi var: Qarabağ, Şirvan, Gəncə-Qazax... Bu məktəblərin də özünəməxsusluqları mövcuddur: Qarabağ xalçalarında tünd rənglərdən istifadə edilir, Şirvanda nisbətən açıq rənglər hakimdir. Gəncə-Qazaxda isə iri ornamentlərlə toxunur.


Keçmişdə Şamaxıda böyük xalça sexi fəaliyyət göstərib. Maraqlıdır ki, orada kiçik oğlan uşaqlarını çalışdırıblar. Bunun da xüsusi səbəbi olub. Birincisi, uşaqlarda görmə qabiliyyəti böyüklərə nisbətən daha yaxşıdır, daha diqqətli olurlar. Üstəgəl, uşaqların barmaqları nazik olur. Ən çətin toxunan xalça növü ipək xalçalardır. Çünki orada səhv etmək materialı ziyana vermək deməkdir. İpək xalçanı qırxdıqdan sonra yerdə qalan materialı yenidən toxumaq mümkündür. Bunu isə yalnız barmaqları kiçik olan şəxslər edə bilərdilər. Günün sonunda isə onlara zəhmətləri qarşılığında pul deyil, çörək veriblər. Hazırda Hindistanda da bu ənənə davam edir”.


Gözlərimi divarda məşhur və məşhur olmayan filmlərin obrazlarından, rəssamların, cizgi filmlərinin müxtəlif personajlarından çəkə bilmirəm. Bu əsərlər isə uşaqların dünyagörüşündən və fantaziyasından çox şeyi xəbər verir. Burada "Atena” musiqi qrupundan məşhur italiyalı heykəltaraş və rəssam Amadeo Modilyaninin "Ceyn” əsərinə, uşaqlığımızın sevimli cizgi filmlərindən tutmuş, Məryəm anaya qədər hər cür personya rast gəlmək mümkündür. Əzizə xanım isə bu müxtəlifliyi belə izah edir:

"Biz uşaqlara yalnız toxumağı öyrətmirik. Çünki bu yorucu prosesdir. Biz həm də uşaqlarla rəsm çəkirik, musiqiyə qulaq asırıq, rəqs edirik, mahnı oxuyuruq. Düzdür, daun sindromlularla bunları ütmək çətindir. Çünki onlar nisbətən ləng hərəkət edirlər. Ancaq autizmli uşaqlar bizimlə ayaqlaşa bilir, hərəkətdə olmağı sevirlər”.

Əzizə xanım söhbətimizi dəzgahların qarşısında, ilmələrlə davam etdirməyi təklif edir və birlikdə sehrli dünyanın rəngli sonsuzluğuna qərq oluruq...(publika.az)
Oxşar xəbərlər
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ