"Tələbələr təqaüd alır, onlara pulsuz yemək və geyim verməyi planlaşdırırıq" -Rektor
Oxunub: 1689
30 Oct 2018 | 17:07
Moderator.az Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun  Sim-sim.az-a müsahibəsini təqdim edir:

– Ceyhun müəllim, təhsilinizi Suriya və Liviyada  almısınız. Hazırda  həmin ölkələr hərb meydanına çevrilib. Təhsil aldığınız ölkələrin bu duruma düşməsi Sizdə hansıtəəssüratlar yaradır?

– Bildiyiniz kimi,  yeddi  il xarici ölkələrdə təhsil almışam; bura həm Suriyanın, həm də Liviyanın tədris müəssisələri daxildir. Televiziya ekranından  bu ölkələrlə bağlı   xoşagəlməz kadrları izlədikcə,  əlbəttə, xatirələr yada düşür. İllərlə yaşadığın, gəzdiyin, olduğun yerlərin dağılıb bərbad vəziyyətə düşdüyünü görmək  insana çox pis təsir edir.  Suriyadan olan tələbə yoldaşlarımızla hərdən danışır, bu barədə fikir mübadiləsi  aparırıq. Həqiqətən,üzücü durumdur; insanlar əziyyət çəkir, doğma yurd yerlərindən qaçqın-köçkünə çevrilirlər.

Suriyada yaşayıb, bu ölkənin ictimai-siyasi, sosial durumuna bələd olan şəxs kimi qeyd edim ki,  ümumiyyətlə, ərəb dili, İslam elmləri sözügedən bölgədə xeyli inkişaf etmişdir. Suriya xalqı, hökuməti  biz tələbələrə çox mehriban münasibət göstərir, isti yanaşırdı.İnşallah, düşünürəm ki, müharibə qurtarar və ölkə  yenidən öz axarına qayıdar; haqqında kədərlə söhbət açdığımız vəziyyət yenidən əvvəlki məcrasına düşər.

– Siz bu vəzifəyə təyin olunana qədər müxtəlif qurumlarda, o cümlədən Prezident Administrasiyasında çalışmısınız. Rektor təyin olunanda hansı hissləri keçirdiniz?

–  Tələbəlik illərindən özümü həmişə təhsildə, müəllim kimi görürdüm.  Azərbaycana  qayıtdıqdan sonra, bir müddət “İrşad” İslam Araşdırmaları Mərkəzində çalışdım.  2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı və Rafiq müəllim (Rafiq Əliyev nəzərdə tutulur – red.) məni həmin quruma işə  dəvət etdi. Əmək fəaliyyətimlə yanaşı,  həm də təhsilimi davam etdirirdim – “Xəzər” Universitetində magistratura səviyyəsi üzrə oxuyurdum. Az sonra Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda elmi iş müdafiə etdim. Dövri olaraq ara-sıra mətbuatda elmi məqalələrim çap olunurdu.

2013-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ayrıldıqdan sonra, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işlədim.  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ayrılanda daha çox elmi fəaliyyətlə məşğul olacağımı düşünürdüm. Necə deyərlər, niyyətin  haradırsa, məqsədin də oradır.  Bu istəklə də Azərbaycan Milli Elmlər Akademiyasının  Şərqşünaslıq İnstitutunda fəaliyyətimi davam etdirdim.

Akademiyada çalışdığım  müddətdə institutun direktoru Gövhər xanım (akademik Gövhər Baxşəliyeva nəzərdə tutulur – red.) mənə tövsiyə etdi:   “Sən uzun müddət dövlət işində çalışmısan və bu səbəbdən, həmin  sahədə fəaliyyətini davam etdirməyin daha uğurlu olar.Sənin yenidən dövlət qulluğuna qayıtmağın üçün çalışacağam...”.  

Günlərin birində Gövhər xanım mənə dedi ki,  Kamal (Kamal Abdulla nəzərdə tutulur – red.) müəllimlə danışmışam, o səninlə  Bakı Slavyan Universitetində görüşəcək. Həmin dövrdə Azərbaycan Respublikası  Prezidenti Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi yenicə yaradılmışdı,  Kamal müəllim həmin şöbənin müdiri idi.  Kamal müəllim, həm də Bakı Slavyan Universitetində laboratoriyaya rəhbərlik edirdi. Şənbə günü vədələşdiyimiz vaxtda Kamal müəllimlə orada görüşüb söhbət etdik. İki gün sonra  Prezident Administrasiyasından zəng olundu ki, Kamal müəllim səni çağırır və beləliklə,  yenidən dövlət qulluğunda  fəaliyyətimi davam etdirdim.

Üç ildən artıq müddətdə Kamal müəllimlə bir yerdə fəaliyyət göstərdik. Kamal müəllim həmin dövrdə Azərbaycan Dillər Universitetinə rektor təyin olunduqdan sonra, bu ali təhsil ocağında dərs deməyi mənə təklif etdi. Müəllimlik  çoxdankı arzum idi, ona görə də böyük məmnuniyyətlə təklifi qəbul edib, orada dərs deməyə başladım.

İş elə gətirdi ki, tədbirlərin birində Mübariz müəllimlə görüşdüm (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı nəzərdə tutulur – red.). Bu həmin vaxt idi ki,  cənab Prezident İlahiyyat İnstitutunun yaradılması haqqında artıq Sərəncam imzalamışdı. Mübariz müəllim məndən tərcümeyi-halımı istədi.  Bir müddət sonra isə mənim həmin təhsil müəssisəsinə rəhbər təyin olunmağım barədə namizədliyimi irəli sürmək  niyyətində olduğunu dedi. Söhbət əsnasında bu təklifə necə yanaşdığımı və münasibət bildirməyimi öyrənmək istədi. Müəyyən fikir mübadiləsindən sonra,  bir müddət keçmiş mənə məlumat verdi ki,  rektorluq üçün sənədlər Prezident Administrasiyasına göndərilib və  namizədlər arasında  mənim də adım var.

Müəyyən müddət sonra rəhbərlik məni qəbul etdi və cənab Prezidentin  Sərəncamı ilə  rektor təyin olundum. Bir daha bildirmək istəyirəm ki, həmişə təhsil sahəsində fəaliyyət göstərməyə can atmışam, tələbələrlə ünsiyyətdə olmağa səy  göstərmişəm. Cənab Prezident  böyük etimad göstərib məni rektor təyin etdi.

– İlahiyyat İnstitutunun rektoru olaraq, bu gün Azərbaycanda dini vəziyyəti necə qiymətləndirirsiniz?

– Azərbaycanda bu gün dini durum əvvəlki dövrlərlə müqayisədə tam fərqlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi davamlı olaraq müxtəlif maarifləndirmə tədbirlərikeçirir. Bir çox müsəlman ölkəsində çox ciddi proseslərin getdiyinin şahidiyik. Hazırdamüsəlman ölkələrində sabitliyi pozmaq üçün zaman-zaman din amilindən məharətlə istifadə edilir. Müxtəlif dini qruplar arasında münaqişə yaradılır. Bu nöqteyi-nəzərdənAzərbaycanda dini təhlükəsizliyin təmin edilməsi  üçün xeyli iş görülmüşdür;  məsələn:Mənəvi Dəyərlərin Təbliği Fondu yaradıldı ki, bu qurum Azərbaycanda  icmalara, din xadimlərinə dəstək verir. Nəhayət, Azərbaycan İlahiyyat  İnstitutunun yaradılması ölkəmizin  bu sahəyə çox böyük töhfəsi olacaq.

1993-cü illəri araşdırdıqda, xüsusilə 90-cı illərin əvvəllərində Azərbaycanda çox ciddi problemlər var idi. Radikal islam, qeyri-islam təriqətləri çalışırdılar ki, Azərbaycanda əhalini öz tərəflərinə çəksinlər. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra,Azərbaycanda din sahəsində xeyli iş görüldü. 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Sonrakı dövrlərdən bu günədək  cənab Prezident İlham Əliyev Ulu Öndərin  bu siyasətini uğurla davam etdirir. Bu gün Azərbaycanda sabitliyin əsasını dövlətin din sahəsinə göstərdiyi qayğı təşkil edir.

Bildiyiniz kimi, dövlət tərəfindən məscidlər, kilsələr, sinaqoqlar təmir edilir. Azərbaycan yeganə və az sayda müsəlman ölkələrindəndir ki, dövlət bilavasitə dinə qayğı göstərir, dini icmaları və din xadimlərini maliyyələşdirir. Təbii ki, bu səpkidə işlər ölkədə sabitliyin qorunmasına öz ciddi təsirini göstərir.

–   Mənəvi Dəyərlərin Təbliği Fondu bəzi dini icmalara avtomobil verib. Bu layihə, nədənsə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olundu. Sizin bu məsələyə münasibətiniz maraqlı olardı...

– Din  strateji sahədir; nəinki avtomobil verəndə, xatırlayırsınızsa,  din xadimlərinə dövlət tərəfindən  maliyyə yardımı göstəriləndə də sosial şəbəkələrdə bu məsələ xeyli müzakirə olundu. Burada əsas məsələ odur ki, din son dərəcə həssas  strateji sahədir və eyni zamanda, biz burada öz dini təhlükəsizliyimizi təmin etməyə çalışmalıyıq. Dövlət bütün sahələrə diqqət göstərir, o cümlədən din xadimlərinə  qayğı göstərməsi, onlara dəstək durması olduqca əhəmiyyətlidir. Prezident Administrasiyasında çalışdığım zamanlarda Polşadan qonaqlar gəlmişdilər. Biz onlarla ünsiyyətdə olduq. Polşada  dövlət bütün dini icmalara, din xadimlərinə dövlət büdcəsindən maaş verir. Türkiyədə Dəyanət İşləri Başkanlığı  din  xadimlərinə əməkhaqqı verir. Bu baxımdan, dövlətin din adamlarına qayğıgöstərməsi vacibdir.Dövlət bununla həm də öz təhlükəsizliyini qoruyur. Xarici qüvvələr bəzən hansısa ölkədə sabitliyi pozmaq üçün din amilindən məharətlə istifadə etməyə çalışırlar.  Müxtəlif ölkələrdə din xadimlərinin maliyyələşdirilməsi və  onlara xarici dəstəyin verilməsi  zaman-zaman müşahidə olunub. Dövlət bu dəstəyi bilavasitə özü verməsə, həminehtiyaclar başqa yerlərdən təmin oluna bilər.

Azərbaycan cəmiyyətində bəzi insanlar dinə həssas yanaşmırlar. Bu da haqlı olaraq təəssüf doğurur. Sözügedən  məsələ strateji  əhəmiyyət daşıdığından, son dərəcə ehtiyatlı olmalıyıq.  Dünya təcrübəsi sübut edir ki, hər hansı bir qığılcımdan böyük  problemlər yarana bilir; məsələn: dinlə bağlı hər hansı  karikatura, hər hansı  söz və s.

Bir məsələni də xüsusi vurğulayım ki, dini qadağan etmək mümkün deyil. Sovet hökuməti  uzun müddət bunu etməyə çalışdı və günümüzdə belə,  onun fəsadlarını hələ də yaşayırıq. Əsas istiqamət maarifləndirmə, təbliğat işi yönündə olmalıdır.

– İnstitutda neçə nəfər təhsil alır?

– Hazırda institutda 103 tələbə təhsil alır.  Bu il təhsil müəssisəsinə 65 tələbə qəbul olunub. Eyni zamanda, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsindən müəyyən sayda tələbələr gəlib. İnstitutda iki ixtisas var – Dinşünaslıq və İslamşünaslıq. Dinşünaslıq ixtisasına 25, İslamşünaslığa isə 35 yer ayrılıb. Builki qəbulda yerlərin tam dolması da məmnunluq yaratdı.

– Tələbələrlə münasibətinizi necə qurursunuz? Yəni şablon rektor-tələbə münasibət, yoxsa bir qədər yaxın?

– Bir məsələni xüsusi vurğulamaq istərdim. İnstitutda sistemi elə qurmuşuq ki, bütün rəhbər heyət dərs deyir; məsələn: bilavasitə tələbələrlə ünsiyyətdə olur, multikulturalizm fənnini tədris edirəm. Eyni zamanda, iki prorektorumuz dərs deyir. Tələbələrə öz övladlarımız kimi yanaşırıq. Qapım onların  üzünə həmişə açıqdır. Gün ərzində bir neçə dəfə auditoriyaları gəzir, tələbələrlə ünsiyyətdə oluram. Bizim elə tələbələrimiz var ki, onlar qayğıya daha çox ehtiyac duyur. Biz onları daim nəzarətdə saxlamağa çalışırıq. İnstitutda  elə mühit   formalaşıb  ki, tələbələr arzu etdikləri vaxt rəhbərliyə, rektorun özünə bilavasitə müraciət edə bilsinlər. İdarəçiliyi düzgün qurmaq, təhsilə töhfə vermək üçün tələbələrlə daim ünsiyyətdə olmağı, onların dərdlərini dinləyib  kömək etməyi başlıca meyar kimi formalaşdırmışıq. 

– İlahiyyat İnstitutuna keçid balını Dövlət İmtahan Mərkəzi 150 bala endirdi.Bunun abituriyentlərin və valideynlərin istəyi ilə həyata keçirildiyi bildirildi. Sizcə, bu keçid balı normal mütəxəssislərin hazırlanması üçün aşağı deyil?

– Bizə bu sualı tez-tez verirlər. Bir məsələni unutmayaq ki, Azərbaycan İlahiyyat İnstitutu yeni yaradılıb. İnstitutun tam formalaşması, əhali tərəfindən qəbul olunması üçün zamanaehtiyacımız var. Təsəvvür edin, Sərəncam fevral ayında imzalandı, mən 31 mayda rektor təyin olundum. Qısa zaman kəsiyində  qarşımızda bir çox işlərin görülməsi dururdu, həttaehtimal var idi  ki,  kifayət qədər tələbə yığa bilməyək. İlk gündən bütün gücümüzü səfərbər edib tələbə toplamağa çalışdıq. Doğrudur, 150  aşağı baldır. Bizim tələbələrin böyük əksəriyyəti 250-300, hətta 350 bal toplayıb. İnstitutumuza bu il qəbul olunan tələbələrin orta balı 177 civarındadır. Sizə mühüm  bir amili də demək istəyirəm ki, tələbələrin dərsə münasibəti, təfəkkürü, düşüncəsi bizi qane edir; əsas odur, onların marağı, həvəsi var. Bu gün biz tələbələrlə işimizi maksimum  səmərəli qurmağa çalışırıq.

Daha vacib bir məsələni nəzərə çatdırım; İslamşünaslıq fakültəsi üzrə bizdə  35 yer nəzərdə tutulub, 35 yerə 100 abituriyent müraciət etmişdi. Biz həmin 35 nəfəri seçib instituta daxil olması üçün aidiyyəti  prosedurları həyata keçirdik. Bu gün  birinci kurs tələbələri bizdə nikbin  fikir yaradır. İşimizi düzgün qursaq, bu tələbələrin Azərbaycan dinşünaslığına, islamşünaslığa lazımi töhfə verəcəyini düşünürəm.

– İnstitutda təhsil alan tələbələrin daha yüksək biliyə yiyələnmələri üçün hansı işlər görülür?

– Biz təhsil prosesini iki hissəyə bölmüşük ki, birincisi tədris prosesidir. Bundan başqa,  institutda əlavə  kurslar yaratmışıq. Bu kurslar tamamilə ödənişsizdir. Kurslarda ərəb və ingilis dilləri  öyrədilir. Yaxınlarda rus dili kursunun açılacağını planlaşdırırıq.  

Azərbaycan İlahiyyat İnstitutunda davamlı olaraq müxtəlif seminarlar, görüşlər, tədbirlərkeçirilir.  Seminarlar müxtəlif elmi mövzularda olur. Görüşlərdə  Azərbaycan yazıçıları, ziyalılar tələbələrlə səmimi ünsiyyət qurur, qarşılıqlı fikir mübadiləsi aparılır.

Önəmli olan cəhətlərdən biri də budur ki, Azərbaycanda fəaliyyət göstərən  səfirlərlə tələbələri  görüşdürürük. Tələbələrin hazırlanması üçün vacib olan  bütün işləri həyata keçiririk. Eyni zamanda,tələbələrin milli-mənəvidəyərlərə sadiq, sağlam ruhda böyümələri üçün lazımlı  tədbirləri görürük. Qarşıdakıayda  tələbələri  Cocuq  Mərcanlı kəndinə aparmağı planlaşdırırıq. Bundan başqa, tələbələrimizi Azərbaycanın dini abidələri çox olan rayonlara, Bakıda fəaliyyət göstərən muzeylərə, sərgilərə aparmağı da nəzərdə tutmuşuq.

Tədbirlər planımıza  müsabiqələrin, bilik yarışlarının keçirilməsi də daxildir.  Hesab edirik ki, tədris prosesi ilə bərabər, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün institut lazım olan  bütün məsələləri reallaşdırmalıdır.

İnstitutun elmi jurnalını çap etmək niyyətindəyik. Bu jurnalın ildə iki dəfə nəşr olunması nəzərdə tutulur.

– Tələbələrin yataqxana problemini necə həll etməyi planlaşdırırsınız?

– Hazırda institutda təhsil ödənişsizdir və tələbələrə təqaüd verilir. Bundan əlavə, tələbələrə dərs vəsaiti pulsuz paylanılıb.  Onlara yeməyin pulsuz  verilməsinə çalışırıq; o cümlədən gələcəkdə geyimin də ödənişsiz paylanmasını  planlaşdırırıq.

Tələbələrin yataqxana ilə təmin olunması gündəmdə dayanan məsələlərdən biridir.  Hazırda bu istiqamətdə işlər  aparılır. Biz,  ilk növbədə, maddi vəziyyəti, sosial təminatı qənaətbəxşolmayan tələbələrin  yataqxana  ilə təmin edilməsi barədə intensiv iş görürük. Hesab edirəm ki, yaxın müddətdə bu işlər öz həllini tapacaq.

İnstitut müvəqqəti olaraq bu binada yerləşir. Gələn ildən  başqa binada fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq. İnstitut üçün kampusun yaradılması və tələbələrin bütün ehtiyaclarının tam qarşılanması nəzərdə tutulur.

– Tələbələr üçün vahid geyim forması olacaq, yoxsa?

- Müsəlman və digər ölkələrdə dini təhsilin təcrübəsi var. Adətən, dini təhsil müəssisələrinin bir çoxunda bu sahəyə kompleks yanaşma var – tələbə həm yataqxana,  həm  də geyimlə təmin olunur. Xaricdə təhsil almaq istəyən tələbələrin bütün ehtiyacı həmin dövlət tərəfindən ödənilir. Əgər həmin ehtiyaclar ödənilməsə,  arzuolunan nəticə əldə edilə bilməz.  Vahid geyim  dedikdə, digər müsəlman ölkələrində olduğu kimi, tələbələrin xüsusi geyim forması  nəzərdə tutulur.

Bildiyiniz kimi, bir çox ölkədə din xadimlərinin xüsusi geyimi var. Bu səbəbdən, tələbələrdə bu vərdişin yaranması üçün belə  tədbirin həyata keçirilməsi planlaşdırılır.

– Sizin yazıçınız kimdir?

–  Ümumiyyətlə, axır vaxtlar bədii ədəbiyyat oxumağa vaxtım az olur. Kamal Abudlla ilə əsərləri barədə müzakirələr də aparmışıq.  Vaxt yarandıqda, Cəlil Məmmədquluzadənin və başqa klassiklərimizinəsərlərini təkrar-təkrar oxuyuram. Mirzə Ələkbər Sabirin şeirlərində tənqid elədiyi məsələlərlə, təəssüf ki,müasir dövrdə də rastlaşırıq.Azərbaycan aydınları dini xurafata qarşı yorulmadan mübarizə aparıblar. Cəlil Məmmədquluzadə, Seyid Əzim Şirvaniyaradıcılıqlarında bu məsələlərə kifayət qədər toxunublar. Azərbaycanda o dövrün dini mənzərəsi haqqında təsəvvür yaratmaq üçün onları oxumaq maraqlıdır.

Bu yaxınlarda  Çingiz Abdullayevlə institutda  görüş keçirdik. İmkan düşdükcə, onun əsərlərini oxumağa çalışıram. Rus yazıçılarını, məsələn, Lev Tolstoyu oxumaq xüsusi zövq verir. Xarici yazarlardan Erix Maria Remarkın və Herman Hessenin əsərlərini çox bəyənirəm. Birincinin “Zəfər tağı”, ikincinin “Yalquzaq” əsərlərini böyük maraqla oxudum.Bəzən yorulanda bədii ədəbiyyat oxumaqla dincəlirəm.

– Hazırda Azərbaycan televiziyalarında müxtəlif seriallar nümayiş etdirilir.Təəssüfedicidir ki,  yerli kanallarda dini maarifləndirmə, dini radikalizmə qarşı seriallar yoxdur. Bununla bağlı rəhbərlik etdiyiniz institut  hər hansı iş aparmağı planlaşdırırmı?

– Bu gün dünyada dini radikalizmə qarşı bir neçə metoddan istifadə olunur ki, onlardan biri inzibati üsuldur. Dövlət qurumları lazım bildiyi zaman inzibati tədbirlər həyata keçirir. İnzibati tədbirlərlə yanaşı, ən səmərəli üsullardan biri maarifləndirmədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə bir neçə film çəkib ki, bunlardan “Fitnə”, “Şəhadət”və digərlərini nümunə göstərmək olar. Bu filmlər gənclərin tərbiyəsinə öz töhfəsini verir. Həmin filmlərin bəzilərinin təqdimat mərasimində iştirak etmişəm.  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə işləyir. Biz ali təhsil ocağı olaraq gələcəkdə, təbii ki, müəyyən sənədli filmlərin çəkilişini, kitabların hazırlanmasını, o cümlədən müxtəlif  mövzularda beynəlxalq konfrans keçirməyi  planlaşdırırıq.
Oxşar xəbərlər
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
GÜNLÜK
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU