Uduzan da biz, səsini çıxarmayan da...
Oxunub: 4600
28 Oct 2018 | 22:19
Uduzan da biz, səsini çıxarmayan da...
Rəhmətlik Nəsibə Zeynalovanın oynadığı bir səhnə var: İnstitutu bitirmiş qızı təyinatlardan danışır və tələbə yoldaşlarının hansı yerlərə təyinat aldığını dedikcə, anası-Nəsibə xanım: “Ağəz, özündən danış” deyir, qız başqalarından danışmağa davam edəndə, yenə: “Ağəz, özündən danış” - deyir və dözməyib qızına əl qaldırır. Bu teatr səhnəsində psixoloji an həm də odur ki, insan öz ağır durumunu dilə gətirməmək üçün və ya qarşısındakını pis xəbərə alışdırmaq üçün özündən danışmır. 
 
Diqqət etmisinizsə bizim mətbuatda qonşu dövlətlərdən tutmuş, dünyanın hər yerində baş vermiş siyasi proseslər haqqında yazılar gedir, ekspertlərdən yaxın, uzaq ölkələrdəki vəziyyət barədə “müdrik şərhlər” alınır, hansısa ölkənin acınacaqlı durumundan “təhlillər” verilir, Kəşmirdən, mübahisəli Kuril adalarından, separatçı Kataloniyadan, sürükləndiyi xaosdan can verən islam dünyasından... Qınamıram, çünki öz ölkəmizdən yazan adamların, içi özüm daxil, hamısının içində bir senzor əyləşib və hərdən nəsə yazsaq da, hörmətli redaktorlar “məqsədəuyğun deyil” - deyib özü pozacaq.  Bu məsələnin bir tərəfidir. Amma, elə məsələ var ki, burda  vəziyyəti olduğu kimi yazmamaq mümkünsüzdür. Qarabağ mövzusu milli mənafe baxımından məntiqlə mümkünsüzə aiddir. Aiddirmi?
  
Ermənistanın rus dilli saytlarının əksəriyyətini davamlı olaraq izləyirəm. Demək olar ki, bu saytların hər birində 24 saat ərzində Qarabağla əlaqədar yazıların, informasiyaların, təhlillərin sayı 5-7 arası olur. Ən əsası odur ki, Qarabağ haqqında ən çox mövqe bildirənlər rəsmi dövlət adamlarıdır. Faktiki Nikol Paşinyan hər gün Qarabağ problemindən, perspektivlərdən danışır. Müdafiə naziri, prezident, parlamentin spikeri və sair məmurlar Qarabağla əlaqədar son vəziyyəti dəyərləndirir, cəmiyyəti məlumatlandırmaqla yanaşı mövqelərini də əks etdirirlər. Ayrıca politoloqların, jurnalistlərin isə Qarabağa dair təhlilləri az qala gündəlik xəbər kimi təqdim olunur və əgər problem yaranıbsa narahatlıqlarını bildirirlər. Özü də bu, hələlik qalib olan ölkədə baş verir. Uduzan biz, səsini çıxarmayan da bizik. Dövlət rəsmilərinin, parlamentin Qarabağla əlaqədar açıqlamaları “seyidin cəddinə arxayınlığı” məntiqindən ibarətdir. Yəni ”dövlətdə lazımı adamlar bu işlə məşğuldur, bizlik bir şey yoxdur, hər şey də uğurla gedir” məntiqi ilə. Bu “uğur” haqqında düz 24 ildi eşidirik, amma ortada bir müsbət nəticə yoxdur.
 
Son günlər Qarabağ ətrafında birbaşa və dolayısı ilə elə hadisələr baş verir ki, işin içində olan səlahiyyətlilərin, xüsusilə diplomatiya idarəsinin ciddi təhlil və açıqlamalarına ehtiyac olduğu bir vaxtda susqunluq davam edir. Boltonun səfəri və açıqlamaları, Con Millsin dedikləri, Rusiyanın hiyləgər müşahidəsi və xüsusi münasibət bildirməməsi, Ermənistan rəsmilərinin ”heç bir ərazi qaytarmaqdan belə söhbət gedə bilməz” bəyanatlarına dövlət rəsmilərinin reaksiyasızlığı yalnız təəccüb doğurur. Xalq bir nömrəli probleminin necə həll olunduğundan rəsmi adamların dilindən xəbər tutmaq istəyir, o da faktiki yoxdur, əvəzində bu işə uzaqdan, yaxından aidiyyatı və bacarığı olmayanlar meydanı boş görüb, elə meydan sulayırlar.
 
Adını “Qarabağ təhlilləri” qoyub  qabiliyyəti “evdar qadının qiybəti” səviyyəsindən o yana keçməyənlərin, Paşinyan  siyasətinin “uğursuzluğundan” və zəhlətökən, ucuz “lazım gələrsə”dən danışanların, cəmiyyətdə Qarabağ mövzusu ətrafında yenicə yaranmış fəallığı  gərəksiz hesab edənlərin  məqsədi Qarabağ deyil, yarınmaqdır, “gözü çıxmış qurd qardaşlarının” aqibətini yaşamamaq üçün yerlərini möhkəmlətməkdir, nəsə ummaqdır. Onları idarə edən səlahiyət sahiblərinin təfəkkürü müasir dövrün qlobal siyasəti ilə daban-dabana ziddir və daxildə ikrah hissi, beynəlxalq aləmdə acı gülüş doğurur. Dünyada, regionda baş verənlərə, ətrafımızda cərəyan edən geoplitik gəlişmələrə adekvat münasibətin olmaması bu təfəkkürdə təkamül prosesinin baş vermədiyinin təcəssümüdür. Bununla uzağa gedə bilmərik! Bu eybəcər mənzərəni hansı işinizdə istəyirsiniz yaradın, (necə ki, yaratmısınız), çalın –çağırın, şəxsi problemlərinizi istənilən sahəyə müdaxilə etməklə həll edin, fərqli düşünənləri söyməkdə davam edin, amma bu düşüncə ilə Qarabağa girişməyin, Qarabağ adına cəfəngiyat danışıb milləti çaşdırmayın. 

Uğursuz dediyiniz Paşinyan siyasətinin Avropaya, demokratik dünyaya necə inteqrasiya yolunu tutduğunu, məhz xalqın dəstəyilə hakimiyyətə gəlib korrupsiyaya qarşı mübarizə apardığını və bununla da ölkəsinin beynəlxalq imicini artırdığını görməzdən gəlmək mümkün deyil. Bu inteqrasiya yolunda düşmənə necə uduzduğumuzun fərqində deyilsiniz. Ermənistanın postsovet dövrünə hazırlaşıb Qarabağ məsələsini qaldırdığı kimi, indi də dərinləşən sanksiyalar nəticəsində post Rusiya və ən azı post Putin dövrünə hazırlaşdığı, bunun üçün yeri gələndə Rusiyanın Ermənistan siyasətini tənqid etməkdən belə çəkinmədiyi ortadadır. 
 
Daxildə ciddi islahatlara çağırış etmək əvəzinə düşük sağlıqlar, tərifnamə deyənlər ilk növbədə Qarabağ işinə ciddi problem yaratdıqlarını bilsinlər. Nə qədər ki, ölkənin beynəlxalq imici bütün göstəricilərdə çox aşağıdır, dünyada tərəfdarlarımız olmayacaq, yanımızda olanların özləri də bizdən pis gündə olduğundan tərəfimizdə durmaqları “ayı xidmətindən” başqa şey deyil. Üstəlik, cəmiyyətin başının altına yastıq qoyduqlarını da bilsinlər. Cəmiyyətin yaddaşını təzələmək yolunda, kütləni fəallaşdırmaq istiqamətində yeni və hələlik miqyası böyük olmayan addımların atılmasına qarşı çıxmaq, elə Qarabağa qarşı çıxmaq deməkdir. 
 
“Qarabağı  azad etməyin vaxtı çatmayıbmı” sualına  “hələ  beynəlxalq tarixi şərait yetişməyib” kimi şablon cavab verən bu “analitiklər” bilmir ki, tarixi şəraiti biz özümüz yaratmalıyıq. Yaratmağa kiçik bir cəhd edənlərin  hərəkətinə  “heç bir ehtiyac” olmadığını hesab edənlər yaxşı olar ki, həmişəki kimi şəxsi mənfəətləri ilə məşğul  olduqları yola davam etsinlər. Qarabağ onların işi deyil. Dünya Yaxın Şərq problemini, Suriyanı, İranı qoyub bizim problemin həlli üçün “tarixi şərait” yaratmayacaq. Suda boğulanın xilas olmağı boğulanın öz işidir. 
  
Nə qədər ağır sosial problemlərin altında qalsa da, xalq dövlətdən Qarabağın taleyinin necə olacağı barədə sözünü gözləyir. Bu işlə məşğul olanlar varsa cavab versinlər, vermirsinizsə, deməli, məşğul olan yoxdur. Əvəzində palaz-palaz yalançı Qarabağ söhbəti edənlərinizə növbəti tapşırığınız bu olsun ki, danışmasınlar. Pis-yaxşı bu işə məsul olanlar danışsınlar.

İlham İsmayıl
Oxşar xəbərlər
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
GÜNLÜK
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO