Son günlərin ən çox müzakirə edilən məsələlərindən biri məmurlar üzərində ictimai nəzarətin, eləcə də parlament nəzarətinin təmin olunması ilə bağlıdır. Bəzi millət vəkilləri, siyasilər hesab edir ki, məmurlar üzərində ictimai nəzartin gücləndirlməsi neqativ hallara qarşı daha uğurla mübariz aparmağa imkan verər.
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov ictimai nəzarətin zəruriliyini vurğulasa da, parlamentin birbaşa belə bir nəzarət həyata keçirmək səlahiyyətinin olmadığını qeyd etdi:
“Parlamentin məmurlar üzərində nəzarət həyata keçirmək hüququ yoxdur. Ancaq ictimai nəzarətin təmini vacib məsələdir. 9 ayın yekunu ilə bağlı keçirilən toplantıda da ölkə başçısı xalqa müraciət edərək bildirdi ki, insanların verdiyi informasiyalar, onların ictimai nəzarəti təmin edən məlumatları bizim üçün vacibdir.
Təbii ki, tək məmurlar üzərində deyil, hər kəsin üzərində cəmiyyətin, ictimaiyyətin nəzarəti vacibdir. Şübhəsiz ki, burada söhbət sağlam nəzarətdən gedir. Qərəzli, şər-böhtan dolu nəzarətdən yox. Belə olan təqdirdə vəzifəli hər kəs məsuiyyət hiss edir, davranışına, işinə də fikir verir.
İctimai nəzarət dövlətimizin möhkəmlənməsinə, idarəetmənin şəffaflığının təmin edilməsinə, inkişafın sürətlənməsinə kömk edən amildir. İstər parlament, istər məmurlar, istərsə də digər qurumları üzərində aktiv ictimai nəzarətin olması vacibdir. Bu nəzarətin obyektiv, qərəzsiz olması da olduqca vacib olan məsələlərdəndir”.
Seymur ƏLİYEV