"Azərbaycan Ordusu arxalana biləcəyimiz yeganə gücdür"
Oxunub: 939
23 Oct 2018 | 13:21
 
Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur.

Ölkəmizdə ordu quruculuğunun  yeni mərhələsinin başlandığını elan edən Ali Baş Komandan,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdir ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq: “Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib.”

Heç də təsadüfi deyil ki, Ali Baş Komandanımızın nitqindən dərhal sonra işğalçı Ermənistanın mətbuatı bu çıxışda səsləndirilən hər bir fikri ayrı-ayrılıqda təhlil etməyə başlayıb. Ancaq düşmənin məsələyə hər hansı münasibəti reallığı dəyişmir. Məhz son bir neçə ildə  Azərbaycan Ordusu bir-birinin ardınca elə qələbələrə imza atıb ki, artıq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd- şərtsiz azad etməkdən başqa çıxış yolu qalmır. İndi Ermənistan KİV-ləri və sosial şəbəkələrində Azərbaycanın güclü ordusu haqqında etiraflarını davamlı olaraq dilə gətirirlər. 

Ordumuzun Qarabağdakı 2016-cı ilin şanlı Aprel döyüşlərindən sonra Naxçıvanın Günnüt kəndindəki  zəfəri də ermənilərdə ciddi narahatlıq yaradıb. Bu, o deməkdir ki,  Azərbaycan cəbhə bölgəsində hədəfinə doğru addım-addım irəliləyir. Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.

Son bir neçə ildə Azərbaycanın dövlət büdcəsindən çox iri həcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrılır. Təbii ki, bu belə də olmalıdır. Çünki müharibə aparan ölkənin güclü ordusunun olması şərtdir. Ölkəmizin başçısının da dediyi kimi, ordumuz qısa müddətdə işğal altında olan ərazilərimizi erməni terrorçularından təmizləməyə qadirdir. O günə çox az qalıb və biz tezliklə Dağlıq Qarabağda hərbi paradımızı keçirməyə nail olacağıq.

Təbii ki, bunlar gəlişi gözəl sözlər deyildir, real gücə söykənən qəti fikirlərdir. Çünki Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfə artıb.

Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Məhz bu amili vaxtında dəyərləndirən Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. Həmin dövrdən başlayaraq nazirliyin müəssisələrində  silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün nazirliyin tərkibində müdafiə sənayesi müəssisələrinin sayı 58-ə, istehsal məmulatlarının çeşidi 1200-ə çatıb. Bu illər ərzində nazirliyin müəssisələrində ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məmulatların həcmi 42 dəfə artıb. Ən mühüm amil isə odur ki, Azərbaycan dövləti artıq istehsal etdiyi silahlarını xaricə ixrac edir. Artıq 10 ölkə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır. Son 10 ildə hərbi məhsullarımızın  ixrac həcmi 2,7 dəfə artıb

Son 4 ildə dörd hərbi zavodun açılması reallaşıb. 2017-ci ildə respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2016-cı illə müqayisədə 7,3 faiz artıb. Ən başlıcası isə nazirliyin müəssisələrində istehsal olunan məhsulların çeşidləri 1200-ə çatdırılıb.

Müdafiə sənayemizin davamlı olaraq böyüməsi ilə ölkəmiz xarici ölkələrin silah-sursat asılılığından azad olur. Bu, müharibə aparan ölkə üçün çox önəmli amildir. Azərbaycan MDB məkanında dörd ölkədən biridir ki, onun müasir tələblərə cavab verən  müdafiə sənayesi mövcuddur. Eyni zamanda qürurverici haldır ki, bu gün ölkəmiz ən müasir silahların ixracatçısıdır. Prezident İlham Əliyev iclasda bu barədə deyib: “Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib.”

Bu bir həqiqətdir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Prezident İlham Əliyev həmin müqəddəs günün uzaqda olmadığının anonsunu verdi.


Analitik Ehtiram Aşırlı
Oxşar xəbərlər
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ