Zəncandakı beynəlxalq konfransda Qarabağla bağlı yekdil mövqe -FOTOLAR
Oxunub: 1795
16 Oct 2018 | 09:32
Zəncandakı beynəlxalq konfransda Qarabağla bağlı yekdil mövqe   -FOTOLAR
Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri davam edir. Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib.

Nümayəndə heyəti Zəncan şəhərində təşkil olunan “Qarabağ islam torpağıdır” beynəlxalq konfransına qatılıb. “Yeni Müsavat”ın konfransda iştirak edən əməkdaşının verdiyi məlumata görə, konfransda İrandan olan ziyalılar, din alimləri, tələbələr iştirak ediblər.

Zəncandakı İslami-Azad Universitetinin beynəlxalq siyasət müəllimi Seyyid Fərşid Cəfəri konfransı giriş sözü ilə açaraq Azərbaycan Respublikasından gələn qonaqları səmimi salamlayıb və iştirakçıları bir-bir təqdim edəndən sonra tədbirin məram-məqsədindən bəhs edib: “Biz bir sıra həqiqətlərin üzə çıxarılması üçün bu kimi konfransların təkrar keçirilməsini faydalı hesab edirik. Amma istəyirik ki, bu kimi tədbirlərdə biz nəticə əldə edək. Biz heç vaxt özümüzü Azərbaycan Respublikasndan, Azərbaycan Respöublikasının xalqından ayrı bilmirik. Gözümüzü Qarabağa dikmişik”.

Aparıcı bunun ardınca İran İslam Respublikasının Qarabağ məsələsi ilə bağlı mövqeyindən bəhs etdi. Dedi ki, İranın Qarabağ məsələsinə baxışı işıqlı baxışdır. Sonra isə o, iki ölkənin əlaqələrindən danışdı: “Bizim Azərbaycan Respublikası ilə çox yaxın əlaqələrimiz var. Bizim tariximiz, dilimiz, dinimiz birdir. Bunlar səbəb olur ki, biz Azərbaycanla yaxın olaq. İstəsək də, Azərbaycandan uzaq ola bilmərik. Biz hesab edirik ki, Qarabağ islam torpağıdır. Bu baxışı bizim böyük rəhbərimiz həzrəti Xamenei də bəyan edib. İran İslam Respublikası Qarabağın azadlığı üçün çalışır. Qarabağın işğaldan azad olunması uğrunda həlak olanları İran İslam Respublikası şəhid olaraq tanıyır və onlara çox böyük hörmət bəsləyirlər”.

Seyyid Fərşid Cəfəri qeyd etdi ki, İran Qarabağı heç vaxt özündən uzaqda görmür: “Bizim o baxışımız ki, Fələstinə var, Qarabağa da o cür baxırıq. Bir sıra dövlətlər bu birliyə razı deyillər və istəmirlər ki, İran işıqlı baxışını Qarabağ məsələsinə göstərsin. İsrail heç vaxt razı olmaz ki, İran-Azərbaycan münasibətləri normal olsun”.

QAT sədri Akif Nağı Zəncan Universitetinə konfransı təşkil etdiyinə görə təşəkkür etdi. Həmçinin tədbirdə iştirak edənlərin arasında gənclərin üstünlük təşkil etməsindən məmnunluğunu ifadə etdi: “Qarabağ uğrunda mübarizənin önündə, islam dünyasındakı problemlərin həllində gənclərin xüsusi rolu var. Biz inanırıq ki, gənclərimiz böyük uğurları, qələbələri ilə hər zaman bizi sevindirəcəklər.

Qarabağ islam torpağıdır. Bu ifadənin müəllifi olan hörmətli Seyid Əli Xameneiyə xüsusi olaraq təşəkkür edirik. Bu mübarizədə kimlər bizə kömək edirlərsə, onlara böyük minnətdarlığımızı bildiririk. Bu kömək də əsasən islam dünyasından gəlir. Biz düşmənin qarşısında gücsüz, cəsarətsiz deyilik. Bizim düşmənimiz Ermənistandır, erməni təşkilatları və onları himayə edənlərdir”.

A.Nağı İrana səfərinin məqsədi barədə də danışdı: “Bizim əsas məqsədimiz budur ki, həqiqətlərimizi daha geniş miqyasda yayaq. İkinci məqsədimiz ondan ibarətdir ki, işğalçı Ermənistanın arxasında dayanan böyük güclərə qarşı biz də inandığımız, etibar etdiyimiz dost ölkələrlə - İran, Türkiyə, Pakistanla bir yerdə olmalıyıq. Biz bu ölkələrlə din, tarix, mədəniyyət baxımından bir yerdəyik. Bizim Ermənistana gücümüz çatar. Bunu dəfələrlə sübut etmişik. Mübariz İbrahimov kimi oğullarımız on minlərlədir və Ermənistana həmişə dərs verə bilərik. Sadəcə Ermənistanın arxasında böyük güclər var ki, onlara qarşı dayanmaq üçün biz də bir yerdə olmalıyıq”.

A.Nağı dedi ki, erməni işğalçıları Azərbaycanın işğal altındakı ərazilərdəki məscidlərdə donuz saxlayır: “Çox istərdik ki, İran ictimaiyyəti, Zəncan əhalisi bu acı həqiqətlərdən xəbərdar olsun. Bizim Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin mövqeyi ondan ibarətdir ki, Qarabağ məsələsinin həlli hərbdən keçir. Çünki sülh nəticə vermədi. Minsk Qrupunun həmsədrləri xristian dövlətlərindən ibarətdir və Ermənistanı himayə edirlər. Müharibəni biz də istəmirik, çünki müharibə qan-qada, ölüm deməkdir. Amma əgər Ermənistan bəşəri normalara zidd addımlar atırsa, o halda hərbdən başqa çıxış yolu qalmır”.

QAT sədri dedi ki, Ermənistanda “Böyük Ermənistan” iddiası var və onlar təkcə Azərbaycana deyil, İran, Türkiyə, Gürcüstana da torpaq iddiası irəli sürürlər. Dövlət səviyyəsində hansı dəstək olacaqsa, bu, öz yerində, amma biz istəyirik cəmiyyət olaraq bizə dəstək verəsiniz.

A.Nağı İrəvan Azərbaycan xanlığının ərazisində Rusiyanın dəstəyi ilə Ermənistan adlı dövlət yaradıldığını bildirdi: “Ermənilər İrəvanda islama aid bütün abidələri məhv ediblər. Həmçinin işğal etdikləri Dağlıq Qarabağ və ətraf 7 rayon ərazisində İslam izini itiriməyə çalışırlar, İslama aid nə varsa, hamısını məhv edirlər. Əgər Azərbaycan Qarabağı itirəcəksə, bu, islam dünyasının da böyük itkisi olacaq. İstərdik ki, İslam dünyası bu məqamı unutmasın!”

 

“Azərbaycan Qardaşıqsa, qardaş qardaşa əl tutar, borc verməz”
 

Din alimi Mamusta Əbdülsəlam da səslənən fikirlərlə həmrəyliyini ifadə etdi: “Biz müsəlmanlar islamın qoyduğu qaydalara əməl edək. İslamda göstərilir, hər yerdə ki, müsəlman incidilir, əzab çəkir, gərək onun yanında olasan. Qarabağ münaqişəsində də biz müsəlmançılıq gözü ilə baxsaq, bu münaqişədə Azərbaycan xalqını və dövlətini müdafiə etməliyik. Biz universitetlərimizdə “islam oyanışı” ifadəsini işlədirik. Bizlər gərək oyanaq. Əgər bu oyanma hasil olmasa, onda müsəlmanlara qarşı hücumlar davam edəcək. Biz Qarabağ məsələsində müsəlman dövlətlərdən dəstək gözləyirik. Mən təəssüf edirəm ki, müsəlman ölkələri düşmənlərə xidmət edirlər. Məsələn, Səudiyyə Ərəbistanı kimi böyük dövlət özünü bəzi dövlətlərə dayayıb, hansı ki, onlar şərə xidmət edirlər”.

Qarabağ uğrunda İslami Müqavimət Hərəkatının sədri Hacı Rövşən Əhmədli də tədbirin önəmindən bəhs etdi: “Belə bir beynəlxalq konfransın bizim gözəl Zəncanımızda keçirilməsinə çox şadam. Hətta bu konfransların baş tutmaması üçün müqavimət göstərənlər də var idi”.

Qarabağın işğalından danışan R.Əhmədli bu məsələnin təqdimatına etirazını bildirdi və zəruri düzəliş etdi: “Bu məsələ münaqişə məsələsi deyil. İran-İraq müharibəsi var idi, münaqişə idimi? Xeyr! İraq İranın ərazisinə soxuldu və İran toparlanıb işğalın qarşısını aldı. Qarabağ da işğal olunub”.

R.Əhmədli İranın Azərbaycana verdiyi dəstəklə bağlı səslənən fikirlər barədə də maraqlı münasibət bildirdi: “Qardaşıqsa, qardaş qardaşa əl tutar, borc verməz ki. Ona görə də burda iştirak edənlər Qarabağın işğalını öz torpağının işğalı saymalıdır. Eyni zamanda bütün müsəlmanlar islam torpağı olan Qarabağın işğalına qarşı çıxmalı, Qarabağ məsələsində bir olmalıdır. Bizim yanaşmamız budur ki, Qarabağın işğalı Qüdsün işğalının davamıdır. Azərbaycan öz tərəfində ilk növbədə islam ölkələrini bilir. Çünki xristian gücləri Ermənistanı himayə edirlər. Gərək ki, bizim ruhani qardaşlarımız Fələstin, Yəmən, Bəhreyndən söz salanda Qarabağdan da danışsınlar. Ümid edirik ki, inşallah Qarabağ qələbəsinin konfransını keçirəcəyik”.

Beynəlxalq konfrans digər çıxışlarla davam etdi.

Qeyd edək ki, konfransda Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Vətəndaş İnkişafı Partiyasının sədri (VİP) Əli Əliyev, QAT sədrinin müavini İlqar Əli, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Qarabağın Azadlığı Uğrunda İslami Cəmiyyətinin sədri Hacı Rövşən Əhmədov və AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı, şəqrşünas alim Əkrəm Bağırov iştirak edirdi.(musavat.com)

        
Oxşar xəbərlər
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI