"Qarabağla bağlı hansı işləri görməliyəm və görürəm, kim bilməlidirsə, o adam bilir..."
Oxunub: 7237
18 Sep 2018 | 00:27
O, elmi bütün məşğuliyyətlərdən cəlbedici sayır: “Mən özümü həmişə elm adamı kimi hiss etmişəm və elmi nailiyyətlərimdən daha çox ləzzət alıram, nəinki biznesdəki uğurlarımdan”. Kitaba olan marağın azaldığı bir vaxtda Bakının mərkəzində gerçəkləşdirdiyi “Hüquq ədəbiyyatı” adlı ixtisaslaşmış kitab evi layihəsi dediklərinin əyani surətdə sübutudur. Bu nümunəvi kitab evində əlaçı tələbələrə kitabların pulsuz verilməsi nəzərdə tutulub, amma... Amma həmsöhbətim özü də təəssüflə etiraf edir ki, bu gün, ümumiyyətlə, oxumaq istəyən azdır… 

Beləliklə, Moderator.az hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Ekspress”ə maraqlı müsahibəsini təqdim edir:

- Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsinə (KTMT) qoşulması ilə bağlı məsələ yenidən gündəmdədir. Milli Məclisin parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri, parlamentin Hüquq məsələləri və dövlət quruculuğu üzrə komitəsinin sədri Əli Hüseynli hesab edir ki, Azərbaycanın KTMT-də iştirakına baxılması məqsədəuyğun olardı. Azərbaycanın KTMT-yə əvvəlcə müşahidəçi statusuyla qoşula biləcəyi barədə eyhamlar da səsləndirilir. Sizin fikrinizcə, Azərbaycan indiki durumda KTMT-yə üzv ola bilərmi və bu, bizə nə verə bilər?

 - Əvvəla, onu bildirim ki, Azərbaycanın KTMT-yə qoşulub-qoşulmaması ilə bağlı dövlətin rəsmi mövqeyi səsləndirilməyib. Doğrudur, bununla bağlı Azərbaycanda müxtəlif fikirlər var. Amma səhv etmirəmsə, bu məsələni birinci dəfə Əli Hüseynli gündəmə gətirib. Hesab edirəm ki, bu fikri səsləndirməklə ictimaiyyətin mövqeyini öyrənmək istəyiblər.

Digər tərəfdən, bu ağlabatan, inandırıcı məsələ deyil. Müharibə şəraitində yaşayan iki dövlətin eyni hərbi təşkilatda təmsil olunmasını təsəvvürünüzə gətirirsinizm? Məsələn, NATO üzvləri arasında belə dövlətlər yoxdur.

Mən həmişə demişəm, hansısa təşkilata üzv olmaq problem deyil, ən başlıcası, gərək niyyətini biləsən. Gərək əvvəlcədən yaxşıca götür-qoy edək ki, KTMT-yə qoşulmaq Azərbaycanın xeyrinədir, ya ziyanına. Biz müstəqil dövlətik və müstəqil də qərar qəbul etməliyik, heç kim bizi zorla hər hansı quruma dartıb apara bilməz.

Əgər Azərbaycanın KTMT-də üzvlüyü bizə xeyir gətirəcəksə, bu təşkilata ilk yarananda üzv olmalıydıq. Amma indi istəsək belə, üzv ola bilmərik. Çünki  hazırda Ermənistan da bu qurumda təmsil olunur və təşkilatın Nizamnaməsinə görə, başqa bir dövlət üzv olmaq istəyərsə, üzv ölkələrin hamısının razılığı olmalıdır. Belə bir durumda isə Ermənistan buna veto qoya bilər.

 
- Elə erməni siyasətçilər də Azərbaycanın KTMT-yə ehtimal olunan üzvlüyünü əngəlləmək üçün indidən öz narahatçılıqlarını bildirirlər. Onlar bu məsələylə bağlı “Ermənistan veto hüququndan istifadə etməlidir” fikrini irəli sürürlər...

 - Təbiidir. Ermənistan  Azərbaycanın KTMT-də təmsil olunmasına bir şərtlə razılaşar: Azərbaycan Dağlıq Qarabağın “müstəqilliyini” tanısın. Bu isə heç vaxt ola bilməz.

 Məsələnin başqa bir tərəfi də var. Əgər təşkilat yeni yarananda üzv olmaq istəsəydik, qurumu yaradanlar ya hər iki dövlətə “yox” deməliydi, ya da hər iki dövlətiüzvlüyə qəbul etməliydi. Ancaq bunun baş verməsi, müharibə şəraitində olan iki ölkənin KTMT-də olması qurumu yaradanlara da sərf etməzdi. 

 
- Amma bəzi deputatlar Qarabağın azad olunması qarşılığında Azərbaycanın KTMT-yə üzv olmasında heç bir təhlükə görmədiklərini bildirirlər...

 
- Açığı, məsələyə bu qədər qeyri-ciddi yanaşılacağına inanmıram. 

 
- Məlum olduğu kimi, sentyabrın 25-də Rusiya Prezidenti Vladimir Putininin Azərbaycana səfəri olacaq. Bu, iki ölkə prezidentlərinin bu ayda keşirilən ikinci görüşləridir. Sentyabrın əvvəlində baş tutan, indisə ayın sonunda keçiriləcək görüşləri rəsmi Bakı ilə Moskva arasında dialoqun intensivləşdiyinin göstəricisi hesab etmək olarmı? Rusiya Prezidentinin bu səfərindən Sizin gözləntiləriniz nədir? Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa yeniliklər ola bilərmi?

 - Bu görüşlərin Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa ciddi yeniliklər gətirəcəyinə inanmıram. Sentyabr ayının əvvəlində Azərbaycan və Rusiya prezidentləri Soçidə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş müzakirələr aparıblar. Amma Dağlıq Qarabağ problemi Azərbaycan üçün çox aktual olduğundan bu mövzu daim müzakirəyə çıxarıla bilər.

- Bir neçə gün əvvəl Putin Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşmüşdü. Amma bu görüş Paşinyanın ümidlərini puça çıxardı. Elə bundan dərhal sonra, Moskvada “Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir” kimi sərsəm bəyanatla çıxış etdi. Sizcə, bu cür bəyanatlar, Qarabağ danışıqlarına son qoya bilərmi?

- Azərbaycan Prezidenti kimi Ermənistanın baş nazirinin də Rusiya Prezidenti ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıproblemin müzakirə edildiyi bəlli məsələdir. Paşinyan bu danışıqlarda təzədir. Mənim fikrimcə, Putin belə görüş-söhbətlərdə hələlik problemlə bağlı onun fikirlərini öyrənir.

Ancaq əminəm ki, Paşinyan ictimaiyyətə yönəlik “Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir” bəyanatını Putinlə görüşdə də səsləndirib.

- Münaqişənin həllindən danışarkən, “bunun həllinin açarı Rusiyadadır” fikri irəli sürülür. Problemi kim həll etməlidir?

 - Bu məsələylə bağlı mənim özümə də çoxlu suallar verirlər: “İlham müəllim, Putinin dostu kimi niyə ondan Qarabağ münaqişəsini həll etməsini istəmirsiniz”. Həmişə də eyni cavabı təkrarlamalı oluram: axı, mən Putinlə bir siyasətçi, dövlət başçısı kimi deyil, daha çox tələbə yoldaşı kimi ünsiyyətdə oluram. Bu çür siyasi müzakirələr aparmaq mənim səlahiyyətimdə deyil. Düzdür, Putinlə hər dəfə görüşəndə bu haqda da danışırıq, ona şəxsi mövqeyimi çatdırıram. Bir azərbaycanlı kimi Qarabağ problemi təbii mənim də dərdimdir. Ancaq bu söhbətlər qeyri-rəsmi xarakter daşıyır. Rəsmi söhbətləri rəsmi adamlar aparmalı olduğundan onunla hansısa məsələ ilə bağlı rəsmi söhbət apara bilmərəm.

Ancaq bir azərbaycanlı kimi səlahiyyətim olsa da, olmasa da özümə borc bilirəm ki, əlimdən nə gəlirsə, onu edəm. Yenə deyirəm: əgər bununla bağlı mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm. Bir də Qarabağ problemi bir adamın səlahiyyəti ilə həll olunan məsələ deyil, axı. Digər tərəfdənsə,bu problemlə bağlı hansı işləri görməliyəm və görürəm, kim bilməlidirsə, o adam bilir.

O ki qaldı münaqişənin açarının Rusiyanın əlində olmasına, həqiqətən Suriya hadisələrindən sonra böyük dövlətlər bu məsələdə bir az geri çəkiliblər. Faktiki olaraq, böyük dövlətlər özləri münaqişənin həllinin açarını Rusiyanın ixtiyarına veriblər.

Görünür, böyük dövlətlər fikirləşirlər ki, bu problem Rusiyaya bağlı məsələdir. Rusiyanın münaqişə olan yerlərdə öz gücünü göstərməsi səbəbindən də fəallıq göstərmirlər.

Minsk qrupunun həmsədrlərinin işi yalnız bölgəyə gəlib-getməkdən ibarətdir

- Bəlkə elə bu səbəbdən də Minsk qrupu münaqişənin həllində zəiflik göstərir. Bəziləri artıq bu qrupun fəaliyyətsizliyini görüb ona ehtiyac olmadığını bildirir. Siz necə fikirləşirsiniz?

 - Minsk qrupu yarananda Ədalət Partiyasının sədri İlyas İsmayılov demişdi ki, bu qrupdan heç nə gözləməyə dəyməz. Zaman da göstərdi ki, Minsk qrupunun həmsədrlərinin işi yalnız bölgəyə gəlib-getməkdən ibarətdir. Perspektivdə də Minsk qrupunun münaqişənin həlli ilə bağlı hansısa addım atacağına inanmıram.

Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir

- Siz hüquq sahəsində nüfuzlu alim, tanınmış iş adamısınız. Rusiyanın bir sıra aparıcı elmi qurumlarında təmsil olunursunuz. Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində müəyyən əməyiniz var. Sizcə, bu gün Rusiya ilə Azərbaycan arasındakı əlaqələr yetərlidirmi? Əgər yetərli deyilsə, Siz bu inkişaf perspektivini necə görürsünüz?

 - İndiki dövrdə Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir. İki ölkə arasında istər iqtisadi, istərsə də siyasi əlaqələr çox güclüdür.

- Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyəti dayandırıldıqdan sonra Moskvada azərbaycanlıların yeni diaspor təşkilatının yaradılacağı gözlənilirdi. Ancaq bugünədək yeni qurumun yaradılması nədənsə yubanır. Bununla bağlı hər hansı bir məlumatınız varmı? 

 -Var, təbii ki. ÜAK-ın fəaliyyətinin ləğvindən sonra Rusiyada yeni diaspor təşkilatının formalaşdırılması ilə bağlı birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu sahədə işlərə başlamışıq. Detalları tam açıqlamaq istəmirəm, bircə onu deyə bilərəm ki, uğurlu nəticə əldə ediləcək.

- Son dövrdə Rusiya-Türkiyə arasında bütün istiqamətlərdə tarixdə görünməmiş yaxınlaşma var. Bu əlaqələrin inkişaf etdirilməsində Sizin də müəyyən əməyinizin olduğundan məlumatlıyıq. Bu barədə bəlkə bir qədər ətraflı danışasınız?

- Rusiya-Türkiyə münasibətləri Putin hakimiyyətə gələndən sonra istiləşməyə başlayıb. Rusiya Prezidentinin Türkiyəyə səfərindən öncə Dumanın bir qrup deputatının Türkiyəyə, eləcə də Türkiyə deputatlarının Rusiyaya səfərlərini mən təşkil etmişdim. Təbii ki, bütün bunlar Putinin razılığı əsasında olub. Rusiya-Türkiyə münasibətləri nə qədər yaxşı olsa, bundan Azərbaycan da xeyir görə bilər. Bizim məqsədimiz də budur ki, Türkiyə Rusiya vasitəsi ilə Ermənistana təsir edə bilsin. Qarabağ münaqişəsinin həllində Türkiyənin də sözü olsun.

- Zaman-zaman Azərbaycanda ölüm hökmünün bərpası məsələsi gündəmə gəlir. Necə düşünürsünüz, bu, cəza növü bərpa olunmalıdırmı və niyə?

- Başa düşürəm ki, hazırkı dövrdə ən dəhşətli, ən ucuz və iyrənc cəza növü olan ölüm cəzasının əleyhdarı kimi çıxış etmək daha rahatdır. Lakin bu cəza növünün əleyhinə çıxış edən ən görkəmli alim və mütəfəkkirlər bu mövqelərinin düzgünlüyünə müəyyən dərəcədə şübhə ilə yanaşdıqlarını ifadə ediblər. Mən isə əxlaqi baxımdan ölüm cəzasını inkar edərək, prinsipcə, bu cəzanın faydasız, ədalətsiz olması, müasir reallığımızda isə, təəssüf ki, hələ də rast gəldiyimiz amansız qətl cinayətləri ilə mübarizədə ona ehtiyacın olmaması ilə bağlı irəli sürülən fikirlərə daha dərin şübhə ilə yanaşıram.

Əxlaqilik nöqteyi-nəzərindən ölüm cəzasını inkar etməklə yanaşı, bu cəza tədbirinin ən yüksək qorxu yaratma xassəsinə malik olduğunu təsdiq edirik. Çünki real ictimai həyatda əxlaq prinsipi iləyanaşı, sağlam düşüncə prinsi də hökmranlıq edir. Ona görə də ağırlaşdırıcı hallarda törədilən və ağır nəticələrlə müşayət olunan qəsdən adamöldürmə cinayətlərinə görə qeyri-müəyyən müddətə ölüm cəzasının saxlanılmasını məqsədəuyğun, ədalətli və deməli, əxlaqi olduğunu qeyd edirik.

Mən sovet dövründə sübut etmişəm ki…

- Siz postsovet məkanında ən gənc elmlər doktoru olmusunuz və doktorluq dissertasiyanız “Azadlıqdam məhrumetmənin effektliyi və onun artırılması yolları” adlanır. Azadlıqdan məhrum olan insan, doğrudanmı, islah oluna bilər?

 - Mən sovet dövründə sübut etmişəm ki, azadlıqdan məhrum olunan şəxsi islah etmək olar. Bilirsiniz, o vaxt yalnız sovet ədəbiyyatı oxuyur, ondan yararlanırdıq. Sovet dövründəki islah əmək müəssisələrində azadlıqdan məhrum olunan insanları əməyə cəlb edirdilər. Amma indi bu, çox çətin məsələdir. Elə bir şərait yoxdu ki, islah əmək müəssisələrində onları əməyə cəlb etsinlər. Əmək olmayan yerdə islahdan söhbət gedə bilməz. İnsan özü özünü islah etməlidir.

Ona görə elmlə məşğul oluram ki…

- Elmi bütün məşğuliyyətlərdən cəlbedici sayırsınız. Nüfuzlu bir elm adamı kimi bu gün Azərbaycan elminin vəziyyəti Sizi qane edirmi?

- Bəli, mən özümü həmişə elm adamı kimi hiss etmişəm və edirəm, elmi nailiyyətlərimdən daha çox ləzzət alıram. Hər dəfə yeni kitabım çıxanda inanın ki, çox böyük zövq alıram. Sualınızın ikinci hissəsinə gəlincə, tam səmimi cavab verəcəyəm: təəssüf ki, məşğul olduğum sahə üzrə, vəziyyət yaxşı deyil (Gözünü masanın üstündəki kitablara zilləyib susur).

- Və belə bir vaxtda Siz regionda bir ilkə imza ataraq, Bakıda “Hüquq ədəbiyyatı” kitab evini açdınız...

- Həmin kitab evinə başqa ölkələrdə çap olunmuş kitabları gətizdirirəm. Əlaçı tələbələrə, professorlara kitablar böyük güzəştlərlə verilir. Yetər ki, tələbə oxuduğu ali məktəbdən əlaçı olmasını təsdiqləyənsənəd gətirsin. Amma nədənsə kitaba maraq azalıb və bu hal getdikcə artır.

Bu gün əksəriyyət elmin ləzzətini bilmir, bunu dadmaq istəmir. Mən ona görə oxumuram ki, desinlər güclü alimdir, ona görə elmlə məşğul oluram ki, bundan özüm zövq alıram.

- Rəhbərlik etdiyiniz Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının faəliyyəti barədə nə deyə bilərsiniz? Qarşıda hansı tədbirləriniz var?

- Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası  oktyabrın 8-də  “Beynəlxalq  terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirəcək. Tədbirə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Bolqarıstan və eləcə də digər Avropa dövlətlərindən tanınmış hüquqşünaslar iştirak edəcək. Hazırda həmin tədbirin təşkilatçılığı ilə məşğuluq.
Oxşar xəbərlər
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
GÜNLÜK
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb