Paşinyan -100 və ya dövlət kimin ətəyindən yapışmalıdır? - Qarabağ müşkülü...
Oxunub: 6420
17 Aug 2018 | 12:29
Paşinyan -100 və ya dövlət kimin ətəyindən yapışmalıdır?  - Qarabağ müşkülü...
Başlıqdakı rəqəmin Paşinyanın 100 yaşının deyil, rəsmən hakimiyyətdə olmasının yüz gününə işarə edildiyini yəqin diqqətli oxucu bildi. Hakimiyyətdə olmasının 100 günü ərzində Paşinyanın nəyə nail olub olmadığını şərh etmək məqsədimiz deyil, hərçənd düşmən də olsa qeyd etməliyik ki, öz xalqı, dövləti üçün inqilabçı baş nazir yüz gündə xeyli strateji əhəmiyyətli işlər görüb, ən əsası cəmiyyətinə ümid verib. Bu başqa məsələdir, bizim isə bir işimiz, bir məsələmiz var – Qarabağ. Bu mənada Paşinyanın bu yüz gündə Qarabağla əlaqədar dedikləri, yönəltdiyi siyasət birbaşa bizim üçün daha çox maraq kəsb edir, nəinki ölkəsinin daxilinə yönəlik siyasəti. Paşinyanın Qarabağ konflikti ilə bağlı ilk bəyanatı bu oldu ki, Azərbaycanla danışıqlar aparacaq, amma Qarabağın iştirakı ilə. Bu hiyləgər bəyanatda inqilabçı Paşinyan topu birbaşa əsas oyunçuya-Rusiyaya atdığını elan etmiş oldu. Paşinyan Rusiyaya mesaj verdi ki, Cənubi Qafqazda onun təzyiq vasitəsi olan Qarabağla əlaqədar heç bir müstəqil addım atmayacaq və Rusiya Qarabağla bağlı indiyədək necə siyasət aparıbsa davam edə bilər. 
Paşinyan Qarabağa gəldi, getdi, oğlunu əsgərliyə məhz Xankəndinə göndərdi ki, status-kvonu dəyişməyə nə həvəsi, nə də marağı var. Hakimiyyətdən yıxılmış Qarabağ klanına da açıq sözü bu oldu ki, onu Qarabağa biganəlikdə şantaj edə bilməzsiniz, burda indiyədək söz sahibi ruslar olub, bundan sonra da olacaq.
  
Bəs, biz nə etdik bu 100 gündə? Faktiki olaraq dəyişən Ermənistanda baş verən prosesləri analiz edib hansı nəticələrə gəldik və adekvat addımlarımız nə oldu? Biz Ermənistan-Rusiya münasibətlərindəki bəzi yeni çalarların  (dəyişikliyin yox) eyforiyasındayıq. Kütlə ilə bərabər onu hər gün təbliğatının hədəfində saxlayan bəzi analitiklər Putinin bu işdən qəzəblənəcəyini, Ermənistanı cəzalandırıb Qarabağı Azərbaycana qaytaracaq kimi sadəlövh ümidlərə qapıldılar.  Bu gün də bəzi səlahiyyətlilər, millət vəkilləri, politoloqlar hələ də yanlış fikirlərlə cəmiyyəti inandırmağa çalışırlar ki, Rusiya Ermənistanı cəzalandıracaq. Axı, Ermənistan Rusiyaya qarşı nə edir ki?

Paşinyanın xarici siyasət kursu Sarkisyanınkından heç nə ilə fərqlənmir. Paşinyan baş nazir seçiləndən həmən sonra bildirdi ki,  ölkə xarici siyasət kursunda kəskin reveranslar etməyəcək. Rusiya Federasiyası ilə münasibətlər prioritetdir, Ermənistan Avrasiya ittifaqında da, KTMT-də qalacaq. Paşinyanın ən çox vurğuladığı fikir isə bu oldu ki, “xalq daxili həyatda dəyişiklik istəyir, tələb edir, amma xarici siyasətdə dəyişikliyi tələb etmir”. Ermənistan İranla da, Avropa İttifaqı ilə də, ABŞ- la da əməkdaşlıq edəcək. Tezliklə İrana səfəri gözlənilən Paşinyan hazırlaşır ki, Çinə, Hindistana da səfərlər etsin.  
Paşinyandan kəskin anti Rusiya bəyanatları gözləyən Ermənistanın keçmiş hakimiyyət nümayəndələri də yanıldıqlarını tez anladılar. Paşinyan bildirdi ki, Ermənistan-Rusiya münasibətlərinin inkişafına “heç bir siyasi maneə görmür və bircə o qalır ki, yalnız mövcud potensialı inkişaf etdirsinlər”. Qısa müddətdə onun iki dəfə Putinlə görüşünü və dünən də telefon danışığını tərəflər çox pozitiv adandırıb.
 Düzdür, Rusiya mətbuatında ultra-şovinistlər, millətçilər, imperiya ambisiyası ilə yaşayan bəzi ekspertlər Paşinyanı qeyri - müəyyənlikdə, populizmdə, qısasçılıqda, komandasındakı qərbpərəstlərlə ittiham etdilər, Koçaryan və Xaçaturova görə hətta Sergey Lavrov etiraz bildirdi, amma Ermənistanda  rəsmilər tərəfindən Rusiya heç vaxt tənqid olunmur, ayrı-ayrı KİV – lərin anti Rusiya mövqeyi isə rəsmi siyasəti əks etdirmir. 

Qəribəsi ondadır ki, Azərbaycanda da Paşinyanı eynilə rus politoloqlar kimi tənqid edirlər, onun Qərbə üz tutduğunu, komandasının Sorosun şinelindən çıxdıqlarını yazırlar.  Belə çıxır ki, Paşinyanı Qarabağa dair verdiyi bəyanatlara, tutduğu qeyri-konstruktiv mövqeyə görə yox, demokrat olduğuna,  birbaşa xalq tərəfindən hakimiyyətə gətirildiyinə, ölkəsində korrupsioner rejimi çökdürdüyünə, monopoliyanı ləğv etdiyinə və sairə bu tip əməllərinə görə söyür, tənqid edirik.  Hətta, əgər Paşinyan anti Rusiya mövqeyindədirsə (üzdə belə bir siyasət yoxdur) Azərbaycan onu nəyə görə söyməlidir? 
Ermənistan üzünü tam olaraq qərbə yox, Qərb dəyərlərinə tutub. Ermənistanın Avropa İttifaqı ilə saziş imzalaması hələ Sarkisyanın zamanından başlamışdı və Rusiya buna xüsusi qısqanclıq nümayiş etdirmədi və etdirməyəcək də. Avropadan, ABŞ-dan demokratik islahatlar üçün ayrılan vəsaitlər, Ermənistana verilən yardımlar Rusiyanın da işinə yarayır. Zəif iqtisadiyyatı olan Ermənistanın yükünü çəkmək Rusiya üçün asanlaşaır. Rusiyaya lazım olan çoxdan onun əlindədir və bu vəziyyət hər iki tərəfi qane edir. Rusiyanın hərbi kontingenti -102 nömrəli briqada Ermənistanın təhlükəsizliyini qoruyur? Qoruyur. Dağlıq Qarabağ və ətrafını işğal edib Ermənistana verib? Verib. Ermənilərin Qarabağda sərbəst şəkildə qurub-yaratmaq prossesi davam edir? Edir. Ermənistan xarici siyasətində ən azı bu yüz gündə Rusiyanın mövqeyinə əks olan bir addım da atmayıb. Necə deyərlər “alan məmnun, verən məmnun”, bəs biz hansı günümüzə məmnun görkəm almışıq? Bu yüz gündə diplomatik və hərbi sahədə ciddi bir addım atmayıb seyrçi mövqedə qalmağımız bir tərəfə, indi də KTMT təbliğatı başlanıb.
 
Rusiya ilə münasibətlərdə Ermənistan  xüsusi bir dəyişiklik etmədiyi halda, guya yeni situasiyanı nəzərə alıb bizim bəzi səlahiyyətlilər Azərbaycanın  KTMT üzvü olmağının zəruriliyindən danışır, daha doğrusu  təbliğatını aparır. Və arqumentləri də budur ki, Azərbaycan KTMT üzvü olarsa “Rusiya Qarabağ məsələsi ilə daha yaxından məşğul olacaq”.  Rusiyanın Cənubi Qafqaz siyasətini, yaranmış və formalaşmağa doğru gedən yeni geopolitik situasiyanı və bu istiqamətdə qarşıda gözlənilən təsir və təzyiq vasitələrini, daxili və xarici amilləri nəzərə almadan bu tip mövqe sərgiləmək və təbiğ etmək çox zərərlidir. Elementar olaraq Qarabağ probleminin həllinin KTMT üzvülüyündən asılı olmadığı hər kəsə məlm olduğu halda, bizi hansı təslimçiliyə hazırlayırlar?  Bu üzvülüklə Azərbaycan  malik olduğu yüngül təzyiq vasitələrindən də məhrum edilmirmi? Ümumiyyətlə, indiyədək aparılan siyasətin üstündən xətt çəkmək deyilmi?
 
Bu gün Paşinyan xalq qarşısında 100 günün hesabatını  və gələcək vədlərini verəcək. Dünən də Putinlə telefon danışığı aparıb, hər iki tərəf də bu danışıqdan razı qalıb. 

Dövlət və millət olaraq 25 ildir Qarabağla əlaqədar heç kim, heç kəs qarşısında hesabat verməyib, heç ona cəhd də olmayıb. “Seyid cəddinə arxayın olan kimi” oturub erməni-rus qarşıdurmasını gözləyənlər bu gedişlə daha bir 25 il də gözləyəcək. O vaxta kimi Rusiyanın özünün hansı vəziyyətə düşəcəyi sual altındadır və daha çox pis günlərə qalacağı proqnozlaşdırılır.Ona görə də erməninin bir əli Qərbin ətəyindədir. 
 
Amma, tarix sübut edib ki, dövlətin tutacağı ən yaxşı ətək xalqın ətəyidir, xalqın da tutacağı dövlətin. Hər ikisi bir-birindən bərk yapışsa çox müşkülləri həll etmək olar, o cümlədən Qarabağ müşkülünü də...

İLHAM İSMAYIL
Oxşar xəbərlər
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
02 May 2024 | 14:01
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 | 13:58
Füzuli sakinlərinə ŞAD XƏBƏR
02 May 2024 | 13:54
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
02 May 2024 | 13:52
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
GÜNLÜK
02 May 2024 | 01:06
İnfarkt riskinizi özünüz ölçün
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 01:06
İnfarkt riskinizi özünüz ölçün
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz