Tank və piyadaların “cangüdənləri” nəyə qadirdir? - “Terminator” və T-15 (FOTOLAR)
Oxunub: 3511
15 Aug 2018 | 21:53
Tank və piyadaların “cangüdənləri” nəyə qadirdir? -  “Terminator” və T-15 (FOTOLAR)
İnsanlar öz təhlükəsizliklərini təmin etmək üçün çox zaman cangüdənlərə müraciət edirlər. Bu peşənin sahibinin isə vəzifəsi, qoruduğu insanı hər bir təhlükələrdən müdafiə etməkdir. Belə təhlükəsizlik metodları və vasitələrindən biri də zirehli və gülləyə davamlı avtomobillərdir. Savaş texnologiyaları baxımından da belə təhlükəsizliyin yükünü müxtəlif növ tanklar, piyadaların döyüş maşınları öz üzərinə götürürdü. Lakin texnologiyalar müasirləşdikcə, bu zirehli maşınların özlərinin də təkmilləşməyə və əlavə qorunmaya ehtiyacları yarandı.

Uzun illər müvəffəqiyyətlə döyüş səhnələrində iştirak edən “aktyorlar”artıq səhnələrin dəyişdiyi zaman bu rollarla ayaqlaşa bilmir. Bu “aktyorlardan” biri də müasir tanklardır. Yaxın tarixdə baş verən Əfqanıstan, Çeçenistan və digər ərazi relyefi çətin ölkələrdə gedən müharibələr, məhz tank və PDM-lərin son dərəcə zəif nöqtələrini göstərdi. Tanklar əsasən dağ ərazilərinin yüksəkliklərindən asanca qumbaraatanlar və TƏRK-lər vasitəsi ilə vurulduğu halda, onlar lüləni müəyyən bucaq dərəcəsindən yuxarı qaldıra bilmir, PDM-lər isə çox yüngül zirehləndiyindən hətta atıcı silahlar tərəfindən zədələnə bilirdi. Bundan əlavə aparılan canlı qüvvənin texnikanın içərisində qorunması da çox zəif və təhlükəli olurdu. Zaman keçdi və tankların “cangüdənləri” meydana gəlməyə başladı və PDM-lər isə daha da təkmilləşmə zərurətinə gəldi. 

“Terminator-2 və Terminator-3” BMPT (TDDM - Tankların Dəstəyi Döyüş Maşını)


Yəqin Arnold Şvartseneggerin “Terminator” filminə çoxlarınız baxıb. Bu filmdə insanabənzər robotlar olan “Terminatorlar” hətta vurulduqda da dirilə bilmək kimi keyfiyyətlərə malik olsa belə, hələlik elmi baxımdan bu sadəcə bir rejissor düşüncəsidir. Bu filmin populyarlığı zirehli maşın istehsalçısını da cəlb edərək, hazırlanmaqda və təqdimata verilməkdə olan maşına bu adı verməklə, daha çox reklam xarakterli bir gediş gətirib. Jurnalistlərin də bu ada qatdıqları “əfsanələr” sonda döyüş maşınına bu adla məhşurluq gətirdi.

“Terminator” (199 “Ramka”) Rusiya istehsalı döyüş maşınıdır ki, əsasən tankların döyüş dəstəklənməsi üçün nəzərdə tutulub. Vəzifəsi əsasən tank əleyhinə raket komplekslərini, qumbaraatanla silahlanmış piyadaları, əks tərəfin tank və PDM-lərini, uzunmüddətli atəş nöqtələrini və başqa yüksək qorunması olan vasitələrini məhv etmək üçün nəzərdə tutulub. Sadə dildə bu, tez reaksiyalı, yüngül, lakin yüksək atəşaçma imkanı olan silahlarla təchiz edilmiş tankdır. 2000-ci ildə geniş kütləyə sərgilənən bu döyüş maşını “Uralvaqonzavod” konserni tərəfindən hazırlanıb. Həmin ildən etibarən “Terminator” demək olar ki, Rusiyanın iştirak etdiyi silah və texnika sərgilərində nümayiş olunur. Böyük ölkələrin marağına səbəb olsa belə, hələ Rusiya Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilməyib. Hər zaman bu modelə maraq göstərən Rusiya Müdafiə Nazirliyi 2010-cu ildə bu döyüş maşınını səbəb göstərmədən almaqdan imtina edib. Hazırkı dövrdə Qazaxıstan Silahlı Qüvvələrinin arsenalında “Terminator” döyüş maşınları var. 2011-2013-cü illər ərzində sifarişlə bu texnikanın 10 ədədini əldə edən Qazaxıstan lisenziyalı olaraq bu döyüş maşınlarını buraxmağı qərara alıb.


Tank “cangüdəninin” ilk prototipindən sonra 2013-cü ildə Nijni Taqildə “Terminator-2” tipli zirehli maşın təqdim olunub ki, bu da məhşur T-72 tankının bazasında hazırlanıb. Bir neçə beynəlxalq sərgilərin qonağı olan bu maşın, dünya hərbi strukturlarında, həm də Rusiyada böyük marağa səbəb olsa da, Rusiya Silahlı Qüvvələrində 1 ədəd də olsa bu maşından yoxdur.

Bu maşınları Rusiya Hərbi sənayesi yenilik kimi təqdim etsə də, maşınların mənəvi “atası” SSRİ-dir. Hələ 80-ci illərdə Əfqanıstan təcrübəsindən nümunə götürən sovet hərbi konstruktorları, belə maşınların buraxılması üçün konstruktor bürolarında iş aparırdılar. Əfqanıstan döyüşləri göstərdi ki, çətin dağlıq və relyefi müxtəlif olan ərazilərdə tanklar sadəcə olaraq asan hədəfdən başqa bir şey deyil. Çünki, dağlarda mövqe tutmuş düşmən piyadası, qumbaraatanlarla silahlanaraq, aşağıda, uçurumlu yol kənarlarında hərəkət edən və topu müəyyən bucaqdan yuxarı qalxmayan tankları asanca vuraraq, başqa texnikanın yolunu bağlayır, sonradan isə böyük tələfatlara məruz qoyurdular. Bundan əlavə ustalıqla maskalanmış TƏRK (Tank əleyhinə raket kompleksləri) də baş bəlası idi. Onlar yüngül daşınan və mobildirlər. Bunlara qarşı isə mübarizə aparan tankların təchizatı lazım olan həddə deyildi.


Bundan əlavə, Rusiya ordusunda qorunmayan zirehli texnikaların şəhər döyüşlərində istifadəsi barədə acınacaqlı tarix var. 1 yanvar 1995-ildə Çeçenistan paytaxtının dəmir yolu vağzalına yaxınlaşan Maykop briqadasının yürüş qüvvələrinin texnikası tam məhv edildi. Bir neçə dəqiqə ərzində dalan və evlərin damında mövqe tutmuş qumbaraatanlar briqadanın bütün avtomobil və zirehli texnika karvanını məhv ediblər. Bundan əlavə sovet qüvvələri Əfqanıstanda dağ massivlərində mövqe tutmuş düşmənlə mübarizə üçün tanklardan məhdud istifadə edirdilər. Yuxarıda yazıldığı kimi, tankların topu yüksəklik traektoriyasının vurulması üşün bucaq yüksəkliyindən əziyyət çəkirdilər. Bunu əvəzləmək üçün çox zaman “Şilka” özüyeriyən zenit qurğularından istifadə olunurdu. Bu zaman da çətinliklər özünü gözlətmirdi. Bu tip döyüş maşınlarının zirehi çox zəif olduğundan, onlar hər zaman təhlükə mənbəyinə çevrilirdilər. Bundan əlavə bu maşınlarda ümumən yer hədəflərinin məhvi üçün nişanlama sistemləri zəifdir.

Tankların “cangüdənləri”nin yaradılmasına 80-ci illərdə başlanılsa belə, 2000-ci ildə təqdim olunan “Terminator”ların döyüş qülləsində 1 ədəd 30mm-lik avtomatik top və ona paralel qoşulmuş 7.62 çaplı pulemyot, 4 ədəd tank əleyhinə raket “Kornet” və 2 ədəd hərəkət xətti ilə atəş açan AQS tipli avtomatik qumbaraatan vardı. Sonralar isə qüllədə olan 30 mm-lik avtomatik topa əlavə birini də qoşdular. Bundan əlavə döyüş dəstində (KUB) ATAKA tipli idarəolunan döyüş vasitəsi də yer aldı. Aparıcı kompleksə bu zaman T-90 tanklarının şassisi tətbiq olundu.

30 mm-lik avtomatik top kompleksi yüngül zirehli texnikanı 1500 metrlik məsafədə asanlıqla məhv etmə qabliyyətinə malikdir. “Şturm” tipli TƏRK bilavasitə düşmənin zirehli texnikasını 6 km məsafədə, AQS tipli avtomatik qumbaraatan isə TDDM-ın qarşısındakı sahədə düşmənin piyada qüvvələrini buraraq məhv etmək üçün nəzərdə tutulub. Atəşin idarə olunması kompleksi ”Terminator”a 3 fərqli hədəfin birdəfəyə vurulmasını təmin edir. Mütəxəssislərin fikrinə görə “Terminator”un atəş sistemi iki motoatıcı taqımı (6 PDM və 40 şəxsi heyət nəfəri) əvəz edə bilir. Bundan əlavə “Relikt” tipli dinamik qorunma vasitəsi, TDDM-lərini düşmən tərəfdən kütləvi olaraq TƏRK–dan istifadə zamanı davamlı qoruya bilir. Maşının heyəti əsasən 5 nəfərdən ibarətdir. Bunlar: komandir, tuşlayıcı-operator, sürücü-mexanik və iki hərəkət sektoru üzrə AQS qumbaraatanlarının atıcılarıdır. “Terminator”lar NAVSTARGLONASS naviqasiya sistemi ilə təchiz olunub. Döyüş maşınının daxilində yerləşdirilmiş təmizləyici – ventilyasiya qurğusu, maşının heyətini kimyəvi zəhərləyici maddələrdən və radioaktiv tozdan qoruyur. Bundan əlavə əvvəlcədən mina və fuqasların partladılması üçün elektromaqnit-radioidarəolunan qurğular da nəzərdə tutulub.

Şərh və analizdən göründüyü kimi “Terminator” güclü silahlanmaya malik, yüksək manevrli və texniki cəhətdən müasir texnikadır. Lakin niyə Rusiya Silahlı Qüvvələri bu maşını almaqdan yan keçdilər? Bu sual bir çox hərbi icmalçı və ekspertləri düşündürür. Başqa tərəfdən isə Rusiya Silahlı Qüvvələrinin komandanlığı “Terminator”u TDDM-72 (BMPT-72) səviyyəsinə yəni, sadə dildə desək “Terminator-2” səviyyəsinə çatdırmaq üçün yenidən konstruktor bürosuna müraciət edib?

Birinci “Terminator”un yaranışında hərbçilərin ona reaksiyası eyni olmadı. Bir hissəsi bunun vacib olduğunu, digər hissəsi isə lazımsız olduğunu iddia etdilər. Etiraz edən hərbçilər əsasən maşının TƏRK-lərinin qorunmaması, heyətin çoxluğu, atəşin idarə olunması sisteminə idi. Ən əsası da maşının aparıcı şassisinin T-90 tankından olması, onu çox bahalı edirdi. Silahlı qüvvələrə kütləvi qəbul, həddindən artıq böyük maliyyə bahasına başa gəlirdi. Buna görə də istehsalçı başqa variant təklif etdi. Aparıcı şassi dəyişdirilərək, böyük anbarlarda işsiz qalan T-72 tanklarının şassısınə uyğunlaşdırıldı. Bu da qiymətin hiss olunacaq dərəcədə azalmasına gətirib çıxardı. 

TDDM-72-də digər təkmilləşmə işləri aparıldı:

- Tank əleyhinə raket kompleksi qəlpələrdən və güllələrdən qorunmaq üçün zirehli örtüklə bağlandı;
- Hərəkət üzrə yerləşdirilmiş AQS tipli avtomatik qumbaraatanlar yığışdırıldı. Bu da şəxsi heyətin ixtisarına gətirib çıxardı;
- Döyüş maşınında sifarişçinin istəyi ilə həm Rusiya, həm də xarici ölkələrin istehsalı olan əlaqə və naviqasiya sistemləri quraşdırıla bildi;
- Atəşin idarəetmə sistemi yenilənərək panoramalı termal kanallı nişangahla təmin olundu. Belə nişangah müasir T-90 MC tanklarında da istifadədədir;
- Maşının çəkisi 3 ton azaldıldı;
- TDDM-72 də daha güclü mühərrik qoyuldu (1000 l.s qədər). 

Lakin mütəxəssislər bu təkmilləşmələrdən daha da məyus oldular. Belə ki, AQS qumbaraatanlarının ləğv olunması, maşının atəş gücünü hiss olunacaq dərəcədə azaltdı. Maşın “Terminator”dan fərqli olaraq bir hədəfə atəş açır, əvvəlki isə 3 hədəfi birdəfəyə məhv edə bilirdi. Bundan əlavə heyətin azaldılması “görən gözlərin“ məhdudlaşdırılmasına gətirib çıxardı.

Lakin layihə bir çox bundan əvvəlki təkliflər kimi qapanmadı. İstehsalçı daima yeni təkliflər üzərində işləyərək maşının təkmilləşməsini davam etdirir. Hərbçilər də bu qənaətdədirlər ki, son illərin döyüşləri tankların döyüş çölündə vacibliyini azaldır və onları yüngül hədəfə çevirir. Əsasən də şəhər mühitində tanklar daha yöndəmsiz və tez məhv ediləndir. Bunu Suriyada gedən döyüşlər də sübut etdi. Ona görə də TDDM-lərə böyük ehtiyac var və yaxın gələcəkdə müasir və tam atəş güclü belə maşınlar silahlanmaya qəbul ediləcək.

T-15 tipli PDM 

Yaxın ilin son göstəricilərinə görə Rusiya ordusuna “Armata” tanklarının istehsal olunaraq verilməsi perspektivi real görünmür. Buna görədə artıq mütəxəssislər T-14 “Armata” tankının bazasında T-15 tipli zirehlənən piyadanın döyüş maşınlarının istehsala buraxılmasını daha məqsədəuyğun sayırlar. Bu konsepsiyaya görə motorlaşdırılmış piyada hissələri artıq daha davamlı zirehlənmiş, manevrli, keyfiyyətli və yeni növ atəş sistemli döyüş maşınlarına sahib olacaq.

İlk andan bu döyüş maşını mütəxəssislərdə müxtəlif fikir ayrılığına gətirib çıxardı. Görünüşdən maşın, motoatıcı hissələrin şəxsi heyətini daşımaq üçün zirehli transportyor təsiri bağışlayır. Lakin güclü silahlanma və davamlı zireh qatı bizi əmin edir ki, bu ağır zirehli transportyordur ki, onun yaradılması konsepsiyasında şəxsi heyətin daha yaxşı qorunması və atəş açması üçün müxtəlif növ silah kompleksləri və müasir zireh qatı işlənib hazırlanıb. T-15 tipli PDM hal-hazırda Rusiya Silahlı Qüvvələrində silahlanmada olan bütün bu tip maşınların üstündən xətt çəkərək, ortaya yeni konsepsiyalı döyüş maşını anlamını gətirir. 


”Soyuq müharibə” illərində Sovet ordusunda yaradılmış və sonradan kiçik modernləşməyə məruz qalmaqla hal-hazırda Rusiya ordusunda istifadədə olan PDM-lərə nisbətdə T-15 tipli PDM döyüş çölündə tam olaraq müstəqildir. Köhnə PDM-1 və PDM-2 lər əsasən döyüş çölündə tank hissələrinin dəstəyi üçün və motoatıcı hissələrin bilavasitə döyüşün qaynar yerlərinə çatdırılması üçün nəzərdə tutulub. Bu maşınların yüngül çəkisi və buna görə də manevr qabliyyətinin yüksək olmasına baxmayaraq, maşınlar zəif zirehin vasitəsi ilə, tez sıradan çıxa bilən vasitələr sırasına daxildir. Buna misal 40-cı ordunun Əfqanıstan ərazisində apardığı hərbi əməliyyatlarıdır ki, təcrübəyə görə, bu maşınlar adi PK pulemyotları ilə sıradan çıxarıla bilir, şatatda olan 76 mm-lik və 30 mm-lik avtomatik toplar öz aktuallığını itirir.

Haşiyə: Döyüşə atılan xarici və rus istehsalı olan bütün piyadanın döyüş maşınları, düşmənin tank əleyhinə və piyada əleyhinə vasitələrinin yüngül ovuna çevrilib, qumbaraatanlar, əl qumbaraları, pulemyotlar bu maşınları asanca hərəkətsiz etməyi bacarıb. ABŞ ordusunun İraqdakı qüvvələri, Rusiya ordusunun Çeçenistandakı qüvvələri şəhər şəraitində döyüş aparma zamanı bu maşınların zirehinin həddən ziyadə zəif olduğu problemini bariz ortaya qoydu.

T-15 tipli PDM “Barbaris” tipli döyüş maşını, istehsalçının iddiasına görə tank zirehi qazanaraq, bundan əlavə piyada, zirehli texnika əleyhinə vasitələrlə təchiz olunaraq həm açıq, həm də şəhər şəraitində piyadaları aktiv qoruyaraq döyüş aparmaq funksiyalarına malikdir. Bu zaman çəkinin artması labüddür ki, daha güclü mühərrik bu amilin də öhdəsindən gəlməyə qadirdir. 


T-15 tipli PDM “Barbaris” bütövlükdə T-14 ”Armata” tankının aparıcı şassisinin üzərində qurulub. Maşın son tamamlama işləri bitdikdən sonra 48 ton çəkiyə malikdir. Əvvəlki növ PDM-1,2 əsasən 12 ton çəkiyə malik idi. ABŞ-ın “Bredli” döyüş maşınlarının çəkisi isə 22-24 ton (modifikasiyasına əsasən) çəkidədir. Çəkisinin yüksək olmasına baxmayaraq, güclü transmissiya və güclü mühərrik baxımından keyfiyyətli manevrə malikdir ki, saatda 70-km sürətlə irəliləyə bilir. Bu zaman arxa hissədə yerləşən desant bölümündə 7-9 motoatıcı şəxsi heyət də daşıya bilir. T-15 tipli PDM “Barbaris”in döyüş qülləsi ənənəvi qüllələrdən fərqli olaraq insansız avtomatik ”Epoxa” adlı moduldan ibarətdir. Modulda yerləşdirilmiş silah, qurğu və vasitələr məsafədən idarə olunur. “Epoxa” tipli modulda 30 mm-lik 2A42 tipli avtomatik top, Kalaşnikovun tank pulemyotu, 4 ədəd ”Kornet” tipli TƏRK yerləşdirilib. Bundan əlavə qüllədə tüstü qumbaraatanları üçün də buraxıcı qurğu var. Əgər 30 mm-lik avtomatik top və PKT pulemyotu piyada əleyhinə silahdırsa, ”Kornet” tipli TƏRK-lər artıq tanklarla da mübarizə stimulunu verir. Səhra yoxlamaları zamanı, hərbi mütəxəssislərin tələbinə uyğun olaraq T-15 tipli PDM “Barbaris” 57 mm-lik avtomatik top və “Ataka” tipli TƏRK-lərlə təmin olunub. 30 mm-lik topdan fərqli olaraq artıq 57 mm-lik avtomatik top ,yüngül zirehlənmiş texnika ilə də mübarizə aparmaq funksiyasını qazandı. Bundan əlavə döyüş maşını aktiv müdafiə sistemi ”Afqanit”lə təmin olundu ki, bu zaman maşına yaxınlaşan mərmi və raketlər bu sistem vasitəsi ilə tanınaraq məhv edilir. Əgər mərmi və ya raket sistemi keçərsə, bu zaman ikiqat zireh modulu işə düşərək, onların əsas gövdəyə yaxınlaşmasının qarşısını alır. Hələlik maşın uzunmüddətli səhra yoxlamalarından keçir. Bu yoxlamaların nəticəsini analiz edən hərbi mütəxəssislər, sonda Rusiya ordusunda olan köhnə nümunəli PDM-lərin əvəzlənməsi üçün son rəylərini verəcəklər.

Hərbi ekspert Abuzər Əbilov 
Ordu.az
Oxşar xəbərlər
23:10, Bu gün
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
23:07, Bu gün
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
23:03, Bu gün
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
GÜNLÜK
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt