Humay Muxtarova: “Mənimlə bir gecə keçirməyə yarım milyon verirdi”
Oxunub: 12902
21 Jul 2018 | 20:28
Humay Muxtarova:  “Mənimlə bir gecə keçirməyə yarım milyon verirdi”
Aparıcı Humay Muxtarovanın ölkə.az saytına müsahibəsini təqdim edirik:

–  Humay xanım, hərdən nə düşünürsünüz?

 –  Hərdən gələcəyə dair planlarımdan, qazana biləcəyim uğurlar barəsində düşünürəm.

 –  Nəyi edə bilmədiniz?

 – Bir neçə məsələ var ki, onlar hələ həll olunmayıb. O da ki, maddiyyatla bağlı olan məsələlərdir. İnşallah, onlar da həyata keçər.

 –  Bəlkə bir az danışasınız o arzulardan...

 –  Uşaqlıqdan mənim arzum olub ki, ucqar kəndlərin birində məscid tikdirim və kimsəsiz heyvanlara böyük bir sığnacaq açım.


 –  Heyvanları bu qədərmi sevirsiniz?

 –  Hədsiz dərcədə sevirəm. 

 –  Insanları tanıdıqca, itlərə məhəbbətim artır. Bu fikirlə razısınızmı?

 –  Razıyam. İtə su, yemək verirsən, hər gün işə gedəndə gəlib qapıda dayanıb səni yola salır. Amma illərdir ki, qoynunda dostunu bəsləyirsən, dəstək olursan və o, sənə elə bir zərbə vurur ki, sən düşünürsən ki, axı niyə?!

 –  Yəni ki, “sən demə, qoynumda ilan bəsləmişəm” sözünü siz də demisiniz...

 –  Bəli, olub. O “soyuq müharibə” hələ də davam edir. Amma mən heç kimlə düşmənçilik saxlamıram. Belə insanları həmişə Allaha həvalə edirəm. 


 –  Kiminlə “soyuq müharibə”dəsiniz?

 –  Uzun zamandır ki, bir xanımla rəfiqə idim. Dostluq etdik, amma o insanın mənə qarşı etdiklərini düşünəndə anlayıram ki, bu insan üç-dörd il ərzində mənə sevgi yox, nifrət bəsləyib. Ani bir qığılcımdan elə sözlər, elə hərəkətlər gördüm ki, şoka düşdüm. Mən indiyə qədər heç kimə qarşı kin saxlamamışam. Amma o xanımı qiyamətə qədər bağışlamayacağam. 

 –  Nə demişdi sizin barənizdə?

 – Nə deyə bilər ki? İnsan kiminsə haqqında danışmazdan qabaq öz keçmişinə baxmalıdır.  Mənim övladıma sataşanı heç vaxt bağışlamaram.  Uşağımı güddürüb, üzünə “kislata” tökmək istəyirdilər. 7 nəfər cinayətə cəlb olundu. Yaxşı ki, vaxtında hər şeyin üstü açıldı. Polisə müraciət etdim və bu təhlükənin qarşısı vaxtında alındı.

 –  Səbəb nə idi? Nə istəyirdilər sizdən?

 –  O mənə dedi ki, sən niyə qabağa gedirsən, mən yox?! Sırf qısqanclıq ucbatından mənə qarşı belə bir plan qurmuşdu. 


 –  Başınızı başlara çoxmu qoşdunuz?

 –  Mənim ürəyim çox təmizdir. Əvvəl hamıya inanırdım. Ona görə də başım çox ağrıyıb. Amma indi elə deyiləm. Ətrafımda heç kim yoxdur. Sağ olsun menecerim Kəmalə xanım. O məni çox ayıltdı. Onu dediyi sözlər  zamanla düz çıxır. 

 –  Həyat yoldaşınızdan niyə ayrıldınız?

 – Mənim həyat yoldaşım ərəbdir. O mənə Azərbaycandan heç vaxt getməyəcəyini demişdi. Lakin elə oldu ki, doqquz il orada yaşadım. Çox sıxılırdım. Mən anamı burada tək qoya biləməzdim. Evin tək uşağı olduğuma görə ona baxmalı idim.

 – İndi münasibətiniz varmı onunla?

 –  Qızımın atasıdır. Qızıma necə lazımdırsa, baxır, onu təmin edir. 

 –  Birinci evlilikdən sonra yenə ailə qurdunuz. O evlilik niyə alınmadı bəs?

 –  Biz ailə quranda o mənə ailəsindən ayrıldığını demişdi. Lakin sonra məlum oldu ki, ayrılmayıb. Mən bilsəydim, onunla ailə qurmazdım. Biz onunla Kərbəla ziyarətinə də getdik. Hətta hicaba da keçmişdim. Amma  iş o yerə çatdı ki, söz-söhbətə görə yoldaşı intihar həddinə gəldi. Mən də qərara gəldim ki, kənara çəkilim. Ondan sonra məni hicabımı açdığıma görə qınadılar. Mən buna məcbur idim. Çünki aparıcıyam, başqa yerdən gəlirim yoxdur. 


 –  Üçüncü dəfə ailə quracaqsınızmı?

 – Xeyr.

 –  Bəs indi sevdiyiniz insan varmı?

 – Var. O həmişə mənim yanımdadır, mənə dəstəkdir. 

 – O insan subaydırmı?

 –  Bəli, subaydır. İş adamıdır. Azərbaycanlıdır, lakin xarici ölkədə yaşayır. Biz ara-sıra onunla görüşürük. 

 –  Son günlər etdiyiniz fotosessiyaya görə müzakirə mövzusu oldunuz. Əvvəlcədən bilirdinizmi belə qarşılanacağını?

 –  Bu təklif mənə qış ayından var idi. Mən demişdim ki, may ayında qəti cavab verəcəyəm. Onlar mənə yaxşı qonorar da təklif etmişdilər. Lakin tərəddüd edirdim. Bilirdim ki, bu fotosessiya söz-söhbətə səbəb olacaq.  Lakin may ayında təklif olunan qonorarı artırdılar, mən də razılaşdım. Əslində mən bilirdim ki, qınaq obyektinə çevriləcəyəm. Amma bu qədərini gözləmirdim. Az qaldı ki, məni xalq düşməni elan etsinlər. Mənə bir italiyan brendindən təklif gəldi və dəyərləndirdim. Burada böyüdüləcək nə var? Onlar mənim simamı bəyənmişdilər. Hətta deyirdilər ki, çəkili olsaydınız, yenə də sizi çəkəcəkdik.

 –  Bədəninizə yönələn nəzərlər sizi narahat etmir ki?

 – Düzünü desəm, o fotosessiyadan sonra instagramım “dağılır”. Mənə elə adamlardan elə təkliflər gəlir ki, özüm məəttəl qalıram. Həm də gülməyim gəlir. Deyirəm, axı niyə bizim kişilər bir az açıq-saçıq geyinən qadın görən kimi belə olurlar?! 

 –  Sizə olunan təkliflər intim təkliflərmi olur?

 –  Həm intim olur, həm də sevgi təklifləri. Amma mən onları qəbul etsəydim, bəzi xanımlar kimi altdan-altdan iş görərdim. Sadəcə olaraq, intim həyat qarşılığında mənə təklif olunan məbləğlərləri görəndə gülməyim gəlir. Bir tərəfdən deyirəm ki, ay Humay, sənin nə qədər dəyərin var imiş? Digər tərəfdən də düşünürəm ki, kişilər bir gecəlik həzzə görə nələrdən keçirlər...

 – Bir gecə üçün sizə ən çox nə qədər təklif ediblər?

 –  Bir gecəmə yarım milyon verirdi. Başqa ölkədə yaşayan bir azərbaycanlı  mənə bir gecə qarşılığında yarım milyonluq hədiyyə vəd edirdi. 


 –  Özünüzə güvənirsinizmi?

 – Bəli, həmişə özümə güvənmişəm. Özümə baxan insanam. Vaxtımın çoxu gəzməkdə, salonlarda keçir. Bu uşaqlıqdan məndə bir həvəsdir. Çünki anam da özünə baxan bir xanımdır. Həkimdir. Görünür ki, bu xasiyyət mənə ondan keçib (gülür).

 – Ay ərzində öz gözəlliyinizə nə qədər “qurban” verirsiniz?

 – Ay olub ki, 10-15 min xərcləmişəm.  Ay olub ki, 30 min, ay olub ki, 3 min. O baxır mənim aylıq gəlirimə.

 – Sizcə, sizi ən cazibədar göstərən bədəninizin hansı üzvüdür?

 – Gözlərim.

 –  Bəs simadan aşağı düşsək?

 –  Elə 45 kiloqram çəkidə qalmağım (gülür).

 –  Olanlara təəssüflənirsinizmi?

 – Bəli, mən çox tez qərar verənəm. Bəzən tələsib qərar verirəm, lakin sonradan peşman oluram

 –  Tələsib “təndir”ə düşmüsünüzmü?

 –  Düşməmişəm, amma etdiyim bəzi hərəkətlər mənə sonradan zərbələr vurub.

 –  Bəs nəyə gecikdiniz tələsməyə?

 –  Əvvəlki vaxtım olsa idi, qızımın atasından ayrılmazdım. Çünki onun mənə yaşatdığı həyatı heç bir kişi yaşada bilməz. Mənim yoldaşımın məndən başqa 3 yoldaşı var. O yüksək vəzifə sahibidir. Onunla dünyanın bütün ölkələrini gəzmişəm. Brendlər geyinmişəm. İndi o həyatdan çıxıb bu həyata düşməyim məni incidir.

 – Dediniz ki, ananıza görə bura gəldiniz. Bəs ananızı oraya apara bilməzdiniz?

 –  Mənim anamın işi buradadır və o xəstəlikdən əziyyət çəkir. O, orada yaşaya bilməzdi. Hər şeyi anama qurban verdim.

 –  Yenidən barışmaq fikriniz varmı?

 – Qızım atasının yeganə varisidir. 18 yaşı tamam olan kimi atası onu xaricdə oxutduracaq. O, necə lazımdırsa, onu təmin edir. Bir sözlə, qızımın mənim puluma ehtiyacı yoxdur (gülür).

 – Həyat yoldaşınızın 3-cü xanımı olmağa necə razı oldunuz?

 –  Orada bir kişi maksimum 7 qadın ala bilər. İcazə verilir. Əsas kişinin razılığıdır. Məni gördü, bəyəndi, mən də razılıq verdim.

 –  Boğanızda ilişib qalan nədir?

 –  Mən özümlə gecələr çox danışıram. Çox şeylər boğazımda ilişib qalır, amma birtəhər uduram.

 – Özünüzü ittiham edirsinizmi?

 –  Bəli, ən çox ailə məsələlərində və ziyarətə gedib başımı bağlayıb, sonra açmağım məni çox narahat edir. 

 –  Yenidən örtünmək kimi bir niyyətiniz varmı?

 –  Mən örtülü geyimlərə öyrəşmişdim. Hətta Azərbaycana  gələndə bir müddət qapalı geyinirdim. İnşallah ki, yenə də qismət olar. Çünki mən İmam Hüseyn aşiqiyəm. Çalışıram ki, yaxşılıqlar edim, Allah mənim günahlarımı bağışlasın. 

 – Çəkdirdiyiniz fotosessiyaya görə keçmiş həyat yoldaşınız bir söz dedimi?

 –  Biz ayrılmışıq, o mənim işimə qarışmır. Mən bu addımımda indi həyatımda olan insanla məsləhətləşdim və onun razılığını aldım. Başqasının fikri mənim üçün önəmli deyil. 

 – Bu işin davamı olacaqmı?

 –  Olacaq, bundan da betəri olacaq (gülür).

 –  Nəyə ad qoya bilmirsiniz?

 –  İnsanların bu qədər vəhşiləşməyinə ad qoya bilmirəm.

 –  Ova gedərkən ovlandınızmı?

 –  Mən heç vaxt tora düşmürəm. Allah özü məni qoruyur. Günlərin bir günü məni İsrailə toy məclisinə dəvət etmişdilər. Razılaşdım. Məndən başqa oraya iki tanınmamış müğənni də dəvət olunmuşdu. Uçuşuma az qalmış mən ora getməkdən imtina etdim. Qızlar getdilər. Onların başına orada oyun açmışdılar. Döyüb küçələrə salmışdılar. Sonra bir dəfə Şamaxıda avtomobil qəzasına düşdük. Mənim burnum da qanamadı. Deməli, az da olsa, Allahın nəzərində varam. 


 –  Lazımı məqamda temperaturu aşağı sala bilirsinizmi?

 –  Sala bilirəm. Lazımı anda aranı sakitləşdirməyə qadirəm. Psixologiyanı çox gözəl bilirəm.

 – Kimə sözünüz yoxdur?

 –  Məni və qızımı təhqir edənlərə sözüm yoxdur. Bilmirəm ki, onlar insandır, yoxsa şeytan. 

 –  Ayağınızın yerdən kəsildiyi anlar olubmu?

 – Olub. Gün olub ki, evdən çıxmağa 20 qəpik də tapmamışam. Heç kimə əyilməmişəm. Aparıb qızıllarımı satmışam. 

 – Həmin məqamda nə düşünürdünüz?

 – Düşünürdüm ki, Allahın bir sınağıdır. Dözürdüm, səbr edirdim. 

 –  İndiki gənc qızlarda bəyənmədiyiniz nədir?

 –  İndiki qızlar ailəyə kəm baxırlar. Yoldaşları ilə bir problem olan kimi analarının üstünə qaçırlar. Mən peşman olmuşam. Bir növ harınlamış kimi oldum. Qızlara sözüm odur ki, beş-on günlük münasibətlərə aldanmasınlar, öz bakirəliklərini satmasınlar. Ailəyə ailə kimi baxsınlar.  Savadı olmayıb, yoldaşından boşanan və bunun nəticəsində pis yola düşənləri haradasa başa düşmək olar. Amma pula ehtiyacı olmadığı təqdirdə onunla-bununla görüşən qızları anlaya bilmirəm.

 –  Şəhvət qurbanı olmusunuzmu?

 –  Olmamışam. Mən her şeyi yataqda görmürəm. İnsan özünə sevgi və hörmət qazanmalıdır. 

Oxşar xəbərlər
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm