“O səviyyəli adam rayona rəhbərlik edə bilməz” - Sabir Rüstəmxanlı icra başçısıyla davası haqda
Oxunub: 2198
03 Jun 2018 | 16:56
“O səviyyəli adam rayona rəhbərlik edə bilməz”  - Sabir Rüstəmxanlı icra başçısıyla davası haqda
Bir neçə gün əvvəl Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovla Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq nazir və millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı arasında qarşıdurma yaranıb. A.Əsgərov xalq şairinin təhsil aldığı məktəbin şagirdləri ilə görüşməyinə mane olmaq istəyib və bu, ciddi gərginliyə səbəb olub. Məsələyə Prezident Administrasiyası və Təhsil Nazirliyi qarışıb. Yüksək instansiyalar müdaxilə etdikdən sonra icra başçısı geri addım atmağa məcbur olub.

Moderator.az xəbər verir ki, Xalq şairi məsələ ilə bağlı BakuPost-a müsahibə verib və hadisənin səbəblərindən və detallarından danışıb.

- Sabir bəy, bu  barədə sosial şəbəkədə qısa şəkildə yazmışdınız. Sonra mətbuata açıqlamnızdan ümumi məlumatımız oldu ki, Ayaz Əsgərov sizin Yardımlıda şagirdlərlə görüşünüzə  əngəl yaradıb. Amma hadisənin səbəbindən xəbərimiz olmadı. Əslində nə baş vermişdi?
- Ondan başlayaq ki,  universitetlərdə, ali məktəblərdə ölkənin tanınmış yazıçıları, şairləri, sənət adamları, alimləri ilə görüşlərin keçirilməməsi və ya az keçirilməsi məni narahat edən məsələdir. Çünki böyük həyat yolu keçmiş sənətkarların hər biri canlı  məlumat bazasıdır. Onlar  tarixlər arasında, keçmişlə bu gün arasında körpüdürlər,  Sovet rejimini də görüblər, müstəqil Azərbaycanı da görürlər. Söhbətləri, dərslik çərçivələrinə sığmayan təcrübələri gənclərin vətənpərvərlik duyğularının güclənməsinə kömək edir. Onlar Qarabağı gözləri ilə görmüş, qarış-qarış gəzmiş və bu bölgənin Azərbaycan üçün hansı əhəmiyyət daşıdığını bilən adamlardır; ədəbiyyatın, kitabın, mədəniyyətimizin, milli dəyərlərimizin gənclərə sevdirilməsi istiqamətində bu görüşlər ciddi rol oynayır.

Mən bunları öz xatirələrim və dünya təcrübəsinə əsaslanıb deyirəm. Bizim universitet illərimizdədən yadımda qalan ən parlaq hadisələr belə görüşlərdir. Məsələn, Mirzə İbrahimovun pyesi əsasında qoyulmuş tamaşanın müzakirəsi, Mehdi Hüseynin Türkiyə səfərindən sonra tələbələrlə görüşü... Bundan əlavə, o vaxtlar bizim indiki yaşımızdan çox-çox cavan olan şair və nasirlərimizdən Süleyman Rəhimli, İlyas Əfəndiyev, Balaş Azəroğlu, Nəbi Xəzri, Məmməd Araz, Sabir Əhmədli, Söhrab Tahir, Xəlil Rza, Cabir Novruz, Tofiq Bayram və başqalarının görüşləri yaddaşımıza həmişəlik həkk olunub. Bəxtiyar Vahabzadə müəllimimiz idi, hər gün görürdük. Bilirəm ki, o görüşlər tələbələrin hafizəsində necə iz salırdı və onlara necə ciddi təsir göstərirdi. Uzun müddət, bəzən bir həftə o görüşlərin müzakirəsi gedirdi. O görüşlərdən sonra gedib kitablar alırdıq, araşdırmalar aparırdıq, yazılar yazırdıq  və s. Birdən-birə bu görüşlərin arasının kəsilməsi, məncə, nəsillərin rabitəsini itirir və ədəbiyyata, kitaba maraq azalır.  Bütün bunlar  milli hislərlə, vətəndaş mövqeyi və fəallığı ilə birbaşa əlaqəsi olan məsələlərdir. 
 
- Qalmaqala səbəb olan sonuncu görüşünüzün məqsədi nə idi? Hardan doğdu öz doğma məktəbinizə getmək zərurəti? 
- Bir az əvvəl mən bu sualınızın cavabını verdim artıq. Bakının bir sıra məktəbləri, yaxud liseyləri  məni vaxtaşırı görüşə, bayramlara dəvət edir, məktəb buraxılışlarına çağırırlar. Məncə, məktəblərdə öz övladlarımızla görüş, onları dinləmək, təhsilimizin vəziyyəti ilə maraqlanmaq elə vacib işdir ki, bundan ötrü xüsusi bir səbəb axtarmağa ehtiyac yoxdur. Öz oxuduğun məktəbə isə, söz yox, daha həssas olmalı, ora ilə daha tez-tez maraqlanmalısan... Bu il bizim məktəbimizin 90 illiyidir, məktəbi bitirməyimizin isə yubiley tarixidir. Belə bir vaxtda o məktəbə getməyi, şagirdlərlə görüşməyi,  tədrislə maraqlanmağı özümə borc saydım. Eyni zamanda  şagirdlər, müəllimlər də doğma məktəbimizə az-az getdiyimə görə məni qınayır, dəvət edirdilər.

-  Məktəbdə narazı qaldığınız  başqa məqamlar oldumu?
-  Mən indi  bu barədə danışmaq istəmirəm.  Fikir yarana bilər ki,  aradakı qalmaqala görə belə deyirəm. Amma bütövlükə Yardımlı rayonunda  təhsilin indiki səviyyəsi məni razı salmır. Dağ rayonları üçün təhsil çox önəmlidir. İllər uzunu ölkədə ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal yığanlar arasında Yardımlı  məzunları da yer alıb. Son illər bu nəticələr xeyli aşağı düşüb. Səbəblərini bilirəm, ancaq indi bu  barədə  bir söz demək  istəmirəm. Məni məktəbə buraxmaq istəməmələrinin dolayı səbəblərindən biri də budur.

Yardımlı şəhər 1 saylı orta məktəbi bir vaxtlar Azərbaycanın qabaqcıl təhsil müəssisələrindən idi. Şişirtmədən deyirəm ki, mən orta məktəbdə aldığım bilikləri Azərbaycan Dövlət Universitetində ala bilmədim. Orada ürəyimə bir öyrənmək həvəsi, vətən sevgisi, bir vətəndaşlıq odu doldurmuşdular.  Bakıda universitetin dördüncü kursunda oxuyarkən, ümumuniversitet yığıncağında çıxış edərkən demişdim ki, mən  ucqardan, rayon məktəbindən ürəyimdə bir od gətirmişdim, universitet onu gücləndirməkdənsə söndürməyə çalışdı, amma, şükür söndürə bilmədi. Bu sözümün konkret səbəbləri də var idi. Doğma məktəbimizə mən həmişə o  xatirələrin, o güclü təəssüratın iziylə gedirəm və təəssüf ki, hər gedişimdə daha artıq xəyal qırıqlığına uğrayıram. O vaxtlar müəllimlərin geyimi, rəftarı, danışığı, dünyaya baxışı, Azərbaycan coğrafiyasını təmsil etmələri, hərəsi bir bölgədən gəlməsi ayrı bir aləm idi. Məktəb qaynayırdı. Amma indi məktəbimizi ayrı durumda gördüm.  Məktəbdəki ümumi əhval-ruhiyyə, süstlük, divarların boşluğu, müəllimlərin geyim-kecimi, səliqəsizlik ürəyimi ağrıtdı. Direktor yəqin, vəziyyətdən duyuq düşüb məktəbə gəlməmiş və telefonunu söndürmüşdü. Başsız bir durum... Müəllimlər məni bağışlasınlar, lakin şəraitdən, maaşdan asılı olmadan müəllim məktəbdə öz yüksək mədəniyyətini, sənətinə sevgisini və ovqatını qoruyub saxlamağı bacarmalıdır, öz statusunu və şagirdini düşünməlidir.  Direktor olmasa da, tədris hissə müdiri cəsarətli çıxdı:  "gəlmirsiniz, uşaqların sizə ehtiyacı var.  Ona görə görüşü keçirəcəyik”-dedi. Hətta hazırlıq da gördü, siniflərə xəbər verildi. Lakin sonra ona da  nə zəng gəldisə, rəngi ağarmış vəziyyətdə "bu təzyiqin qarşısında başqa addım ata bilməyəcəyini” dedi. Bundan sonra mən icra başçısına zəng vurdum, yəqin, görüşün pozulduğuna arxayın olub bu dəfə telefona cavab verdi. Dedim, axı mən Bakıdan zəng vuranda və ya dünənki görüşümüzdə deməmisən "olmaz”. Onda məktəbə niyə başqa tapşırıq verirsan?  Təəssüf ki onu başa salmaq mümkün olmadı. 
- İcra başçısı görüşünüzə icazə verməməsini nə ilə əsaslandırırdı?
- Həm doğulduğum Hamarkəndin məktəbinə, həm də  Yardımlı şəhər bir saylı orta məktəbinə gedəcəyimi xeyli əvvəldən Təhsil Şöbəsinə çatdırmışdım. Qalan bütün razılaşmalar Təhsil Şöbəsinin işiydi.   Təkrar edirəm, rayona getməzdən əvvəl icra başçısına da zəng eləyib cümhuriyyət bayramı ərəfəsində məktəbdə görüş keçirmək istədiyimi  demişdim. Mənə cavab vermişdi ki, məktəbə bir sözüm yoxdur, amma deyirlər, siz gəlib burada ağsaqqallarla görüş keçirmək istəyirsiniz.  Anlatdım ki, ağsaqqal dedikləri mənim orta məktəb yoldaşlarımdır, mən onlarla görüşəcəyəm. Onlarla görüşmək qadağandırmı?  Ümumiyyətlə, mənim rayonda öz gənclik dostlarımla, böyüklə, kiçiklə    görüşməyimin sənə nə aidiyyəti var, hansı haqla belə işlərə müdaxilə edirsən?   Dedi, bir söz demirəm, gəlin görüşünüzü keçirin.  Yardımlıya çatan kimi yenə yol üstü ona baş çəkdim.  On gün öncə Qazax rayonuna getməyimdən, orda gördüyüm quruculuqdan danışdım. Axşam üstü olsa da, yarıyuxulu qulaq asırdı mənə. Sonra masanın üstünə bir dəstə layih tökdü ki,  Qazaxda gördüyün gözəl binaların hamısını mən tikmişəm. Dedim, lap yaxşı, bu işlərə görə  sağ ol. Yaxşı olardı, o işləri Yardımlıda da davam etdirəsən. Ayrılarkən yenə də dedim, bir problem varsa,  aydınlaşdıraq. Məni məktəbdə gözləyəcəklər. Dedi, məktəbə getməkdə bir problem yoxdur, amma sözarası  başqa bir bəhanə atdı ortaya: Təhsil Şöbəsi zəng edib, Təhsil Nazirliyi ilə razılaşdırmalıdır. İndiyədək bunu niyə dilə gətirməməsinə təəccübləndim. Başa salmağa çalışdım ki, Təhsil Şöbəsi bunu Təhsil Nazirliyi ilə o vaxt razılaşdırar ki, bura tanınmayan, ilk dəfə görüş keçirmək istəyən biri gəlsin; sən özün məni tanıyırsan,  gəl görüşümüzdə iştirak elə, yaxud nümayəndə göndər. Görüşü kameraya çəkdirib bax, qulaq as, hara maraqlanırsa ora göndər və s. Yəni görüşün icazəsini qoydu Təhsil Şöbəsinin və nazirliyinin boynuna və sonra da konfrans adına şöbə müdiri rayondan çıxır və mənim telefonuma da cavab vermir.  Vəssalam. Bu vaxta qədər başçı ilə aramısda narazılıq –filan da  olmayıb.

-  Bəlkə onun qardaşının "vurluması”, səs-küylü məhkəmə prosesləri, özünün isə "cəza” olaraq Yardımlıya göndərilməsi onda elə hakimiyyətə qarşı bir qıcıq yaradıb. Və sizə  münasibəti də bu qıcıqdan doğur?
- Yox! Bütün bunların mənə, mənim məktəbdəki görüşümə nə aidiyyəti? Mənə elə gəlir, bu daha çox onun idarəçilik qabiliyyəti və ya qabiliyyətsizliyi, ümumi mədəni səviyyəsi ilə bağlı bir məsələdir. 
 İcra başçısı kimi kimdən qoruyur? Yaxşı olar ki, o  özünü pis alışqanlıqlarından qorusun. Mənsə ömrüm uzunu Yardımlı camaatını belələrindən qorumağa çalışmışam... Bu kasıb dağ rayonuna yeyib-içmək məkanı kimi yox, xalqa xidmət yeri, iş yeri kimi baxmaq lazımdır... 
 Yeri gəlmişkən onu da deyim ki, bəzi məmurlar buna bənzər işlərlə boş yerdən camaatı narazı salırlar. Hər halda Yardımlı camaatı mənə qarşı elədiyi hörmətsizliyini ona bağışlamaz.  Özlərini hansısa bir obyektin qarovulçusu kimi aparan belə aşağı səviyyəli məmurlar, əslində araya pərdə çəkməklə iqtidarı yox, öz iqtidarsızlıqlarını və çirkin əməllərini gizlədirlər. Buna görə də hansı birisi vəzifədən gedirsə altından külli miqdarda mənbəyi  bəlli olmayan, dövlətdən oğurlanmış, xalqdan çalınmış pullar çıxır...

- Yardımlıda özünüzə qarşı gördüyünüz münasibətin sırf icra başçısının qərarı olduğu fikrindəsiniz? 
- Məncə, belədir.  Çünki  problem PA-nın müdaxiləsi ilə  həll olundu.  Deməli, tapşırıq yuxarıdan gəlməyib.  
Düzü, bu münasibətdən sonra məktəbdən üz döndərib getmək istəyirdim, qoy özləri xahiş eləsin,  həm bu boyda yol gələcəyəm, həm də hörmətsizlik görəcəyəm, əsəblərim korlanacaq... Ancaq müəllimlər buraxmadılar: "Şagirdlərə nə deyəcəyik,  burda prinsip var, imkanınız varsa, Təhsil Nazirliyinə zəng vurun, həll edin bu məsələni!” Mən də məhz həmin prinsipi nəzərə alıb, başçıya yerini göstərmək üçün zəng vurdum; beş dəqiqə sonra  başçının müavini tələsik özünü məktəbə çatdırdı ki, görüş yüksək səviyyədə  keçirilməlidir. Bu nə münasibətdir? Deməli, bunların  öz  düşüncəsi, öz səlahiyyəti yoxdur. İnsan yerində olmayanda belə vəziyyət yaranır. Əlimdə icra başçısının Yardımlıda təhsilə münasibəti ilə bağlı  ciddi faktların toplandığı ərizə var. Bu münaqişədən əvvəl müxtəlif dövlət idarələrinə göndərilib, mənim narazılığımı oxuyandan sonra bir surətini də gətirib mənə verdilər. Bir dəfə getməklə bu qədər acı reallıqlardan xəbər tutdum. Bu faktlardan xəbərim yox idi.  Oxuyanda heyrətə gəldim. Bunu yazan rayonda kifayət qədər yüksək vəzifələrdə işləmiş, məsuliyyətini bilən şəxsdir. Öz adından yazdığı ərizəni mənə verəndə dedi: "Sabir müəllim, bu işi görən adamlar sizin orada görüş keçirməyinizi istərlərmi?” 
 
- Rayonun ən böyük, elə adı kimi bir nömrəli məktəbinin vəziyyətindən qısa da olsa danışdınız və fikrimizcə, bu rayonun təhsilinin ümumi vəziyyətini əks etdirir. Bəs, ümumən rayon haqqında təəssüratınız necədir?
- Dağların məğrur camaatını  sındırırlar. Çirkli pullarla insanların halal çörəyinə haram qatmaq olmaz. Qoy rahat otursun, orucunu tutsun, iftarını açsın. Toyunu, yasını yola versin. Bu nizamı pozmaq olmaz. BUNLAR ÖZLƏRİNİ İCRA BAŞÇISINDAN ÇOX, RAYON MOLLASI KİMİ APARIR. Rayonun öz axundu, mollası var. Siz gedin RAYONUN DUASINI BAŞQA CÜR, BAŞQA YERDƏ  OXUYUN Kİ, İQTİSADİYYATI DÜZƏLSİN, İŞ YERİ OLSUN, CAMAAT ÇIXIB GETMƏSİN, MƏDƏNİYYƏT OCAQLARI BAĞLANMASIN, MEŞƏLƏR QIRILMASIN, SƏRHƏDİN O TƏRƏFİNDƏN OĞURLUQ EDİB TUTULMASIN, NARKOTİKƏ QURŞANMASIN, GİZLİ ALVERLƏ MƏŞĞUL OLMASIN, RAYON TƏHSİLİNƏ AYRILAN PUL GEDİB MƏKTƏBƏ ÇATSIN,  TİKİNTİYƏ AYRILAN PULLA ANCAQ ÜZLÜKLƏR VURULMASIN. Yoxsa yasa-toya ianə edilən qəpik-quruşla camaatı  daha da yaralamayın... Yardımlıda yolun qırağında bir hasar var, mən neçə ildir, görürəm, hər dəfə yeni icra başçısı gələndə o hasarın rəngini, üzlüyünü dəyişir. Bir öz kosmetikaları ilə məşğuldurlar, bir də divarların.

- Sizə qarşı rayon rəhbərliyinin bu münasibətinə camaat nə reaksiya verdi?
- Sosial mediada mənim bu barədə yazdığım yazıya verilən reaksiyaya baxa bilərsiniz. Oxuyanlar  buşçıya qarşı qəzəb püskürür. Bu reaksiyaları, şərhləri oxuyan adam gərək istefa versin. Yardımlı camaatının əksəriyyətinin  bu olaylardan xəbəri yoxdur.  Mən konflikti dərinləşdirmək istəmədim, amma hər halda hesab edirəm ki, o adam bu şəkildə Yardımlıda uzun müddət  işləyə bilməz. Bir həftə içində sözünü bu qədər tez-tez dəyişən, sözünün ciddisiylə, qeyri-ciddisi ayırd edilməyən adama rayon etibar etmək olmaz.

- Məktəbdə görüş necə keçdi?
- Baxmayaraq ki,  görüşümə hazırlaşmış,  şeirimi əzbərləmiş bir sinfi dərsdən buraxmışdılar, amma heç bir hazırlıq görülməsə də balaca uşaqlar qalxıb mənim şeirlərimi dedilər, şagirdlər və müəllimlər maraqlı çıxışlar etdilər, düşündürücü suallar verdilər. Görüş yüksək səviyyədə keçdi. Başçının müavini oturmuşdu, hər yarım saatdan bir zəng gəlirdi, görünür görüşü tez qurtarmaq tapşırığı verilirdi. Çox narahatsansa, prokurorluqdan, polisdən adam göndər, ÖZÜN DƏ GƏL OTUR DİNLƏ. BƏLKƏ ƏDƏBİYYATINIZ  HAQDA BİLGİN  ARTDI. BƏLKƏ ÖZÜN DƏ NƏSƏ ÖYRƏNDİN.

- Direktorun, Təhsil Şöbəsinin müdirinin sizə münasibəti necədir?
- Onların hamısının mənə hörməti var. 

- Sizin məlum statusunuza yazılan rəylərdən belə məlum oldu ki, Təhsil Şöbəsinin müdirini sizə görə işdən çıxarmaqla təhdid ediblər...
- Bəli. Bakıdan başçıya zəng vurub rayona, məktəbə gedəcəyimi dediyim gün şöbə müdirini çağırıb ki, ərizəni yaz get. Buna görə etiraz etdim, mənim görüşümə görə kimsə işdən çıxarılacaqsa, mən gəlmirəm, görüş də keçirməyəcəyəm, - dedim.  Mənə  inandırmaqa çalışdı ki, yox,  mənim onunla ayrı problemim var. Ayrı nə haqq-hesabları olduğunu mən də bilirəm.  Amma söhbətimizin əvvəlində söylədiyim kimi indi bu haqda danışmayacağam.
 
- Siz müxalifət partiyasının sədri kimi deputatlığa, hətta  prezidentliyə namizəd də olmusunuz. Həmin vaxtlar bu və digər icra başçılarından belə münasibət görmüsünüz?
- Xeyr. Hətta Xəzər Aslanovla (Yardımlının keçmiş, Xızı rayonunun hazık icra başçısı – red.) aramızda narazılıq olsa belə, onun rəftarı indiki başçıyla müqayisəyə gəlməz. Xəzər Aslanov incik vaxtlarında da heç vaxt hörmətsizlik etməyib.  
Hesab edirəm ki, buna bir reaksiya olmalıdır.  Sözünün dalınıı-qabağını bilməyən, gündə bir hava çalan adamlar heç vaxt elə vəzifələrə qoyulmamalıdır. Çünki belə hallarda narazılıqlar yaranır.  

- Nə təklif edirsiniz?
- Bu idarəçilik sistemində dəyişiklik olmalıdır. İslahat deyirik, islahatın hansı şəkildə aparıldığına baxaq. Rayonların idarələri birləşdiriblər.   Axı rayonların statusu dəyişməyib, qubernatorluq yaranmayıb, vahid rəhbərlik formalaşmayıb. Onda birdən-birə rayonların müxtəlif sahələrini niyə birləşdirirsiniz? Birləşdirmə  o nəticəyə gətirir ki, mədəniyyət ocaqları, kitabxanalar yarıbayarı azalır. Mədəniyyət işçiləri iş yerlərini itirib işsiz qalırlar. Rayon əhalisinin əsas iş yeri məktəb, xəstəxana və mədəniyyət ocaqlarıdır. Camaatı niyə işsiz qoyursunuz? Bəlkə  rayonlarımıza  mədəniyyət lazım deyil? Hər şey öz-özünə paytaxta yığılır. Məcburi köçkünü Bakıya yığ, mədəniyyət ocağını Bakıya daşı, şəhər dözməz buna. Bununla dağ, sərhəd rayonları boşalır.  Kəndləri qorumaq və abadlaıdırmaq siyasəti başqa cür olmalıdır, camaatı orada saxlamağın yolları düşünülməlidir.  Proses isə bunun  əksinə gedir.  

- Məsələ ilə bağlı rəsmi müraciətiniz olacaqmı?
- DAĞ RAYONUNUN TƏK ÜMİD YERİ TƏHSİLDİR. BU ÜMİDİ QIRMAQ OLMAZ.  Yardımlı təhsilinin vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən təkliflərim var. Bununla bağlı Təhsil Nazirliyində görüşüb danışmaq istəyirəm.
Oxşar xəbərlər
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR