“Atamın nə vaxtsa geri qayıdıcağına inanmağa məcburam” -MÜSAHİBƏ
Müsahibə
Oxunub: 6343
18 May 2018 | 15:49
“Atamın nə vaxtsa geri qayıdıcağına inanmağa məcburam” -MÜSAHİBƏ

“O, bizi kitablarla həmişəlik dost etdi”

 

Bu gün mərhum hüquqşünas, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimovun anadan olmasının 60 illik yubileyidir. Moderator.az saytı olaraq Əyyub Kərimovun qızı Ellada Kərimli ilə söhbətimizdə tanınmış hüquqşünasın bilinməyən özəlliklərinə, arzu və istəklərinə, aydınlıq gətirməyə çalışdıq, ailə üzvlərinin onunla bağlı xatirələrini dinlədik.

 

“Hələ ki, şok yaşayırıq, ağrı isə hələ qabaqdadır”

 

-Ellada xanım,  Əyyub Kərimovun qəfil vəfatı onu yaxından-uzaqdan tanıyan hər kəsdə sözün həqiqi mənasında şok effekti yaratdı. Bilmək istərdik ki, atanızın vəftından keçən bu müddət ərzində qismən də olsa toparlana, bu qəfil sarsıntının təsirindən müəyyən qədər də olsa çıxa bilmisinizmi?

 

-Atamın vəfatı bizim üçün həqiqətən də böyük zərbə oldu. Bu cür sonluq kimsənin ağlına əsla gəlməzdi. Biz hələ də yaşadıqlarımızın şokundan xilas ola bilməmişik. Atamın vəfatı mənə pis, dəhşətli bir yuxu kimi gəlir. Hələ də qəlbimin dərinliklərində ümid edirəm ki, bir neçə dəqiqə və ya bir neçə saatdan sonra bu yuxudan ayılacam, atamı yenə də yanımda görəcəm.

Bilirsiniz, bu gün bizim yaşadıqlarımız yenicə güllə yarası alan insanın hiss etdikləri kimidir. Hansı ki, qəfil güllə yarası alan şəxs də yaralandığını başa düşür, bədənindən axan qanı görür, amma şok keçirdiyi üçün ağrını bütün şiddəti ilə hiss etmir. Bu yara soyuduqca, ilkin psixoloji sarsıntı keçib getdikcə, ağrı özünü daha çox büruzə verməyə başlayır. Bu gün bizim yaşadıqlarımız ağrıdan çox şokdur. Bilirəm ki, əsl ağrı hələ qabaqdadır. Bu ağrıya nə qədər, hara kimi dözə biləcəyik – buna cavab verməkdə acizəm.

 

“Onun çap edilməyən kitabları vardı”

 

-Əyyub bəyin qəfil vəfatı ilə əlaqədar onun yarımçıq qalan hansısa işi, layihəsi oldumu?

 

-Atam ailədə iş həyatından danışmağı xoşlamırdı. O, evdə olduğu vaxtı mütəliəsi xaricində ailəsinə həsr edirdi. Atamın bir sıra planları, arzuları var idi. Lakin o, bu arzuların demək olar ki, tamamını qardaşım Zakirə bağlamışdı. Atam vəfat edən ərəfədə qardaşımın həqiqi hərbi xidmətdən gəlməyinə az qalırdı. O, əksər arzularını qardaşımın əsgərlikdən gəlişi ilə əlaqələndirirdi. Bəzən bu məndə bir övlad kimi qısqanclıq da doğururdu. Yarızarafat-yarıciddi atama deyirdim ki, niyə bütün planlarını ancaq Zakirə bağlayırsan, bəs mən?

Atamın həm iş, həm də yaradıcılıqla bağlı bir sıra plannları var idi. Hansı ki, biz bu planların bəzisi ilə yalnız onun vəfatından sonra tanış ola bildik. Atamın vəfatından sonra bizə bəlli oldu ki, o, iki kitab üzərində işləyirdi və onu çapa hazırlayırdı. Həmin kitablar korrektə olunmuşdu və çox güman ki, yaxın günlərdə çap ediləcəkdi. Amma ölüm atamın digər planları kimi bu planlarını da yarımçıq qoydu.

 

-Həmin kitabları yaxın gələcəkdə çap etdirmək niyyətiniz varmı? Hər halda bu, Əyyub bəyin başladığı işi məntiqi sonluqla nəticələndirmək baxımından da məqsədəuyğun olardı.

 

-Doğrusu, indi bu haqda dəqiq bir söz söyləmək çətindir. Təbii ki, atamın aylar, illər ərzində üzərində işlədiyi, min bir əziyyətlə ərsəyə gətirdiyi kitabların çap edilməsi, ictimaiyyətə çatdırılması istərdik. Ancaq hələ ki, bu haqda düşünmək, bunu həyata keçirmək iqtidarında deyilik. Və yəqin ki, atamın yoxluğunu həzm etmək, özümüzü bu itkiyə inandırmağımız üçün bizə hələ uzun zaman lazım gələcək. Yalnız bundan sonra digər məsələlər kimi atamın çap edilməyən kitabları ilə bağlı da yəqin ki, bir qərar verəcəyik.

 

“Haqlısınızsa, məni də inandırın” deyirdi...”

 

-Əyyub bəyi bir ata, bir ailə başçısı kimi necə xarakterizə edərdiniz? Ailə adına alınan bütün qərarları təkbaşına özü verirdi, yoxsa, ailə üzvlərinin də fikirlərini nəzərə alır, onlara seçim azadlığı tanıyırdı?

 

-O, mənim üçün hər şeydən əvvəl dost idi. Mən hər şeyi məhz onunla məsləhətləşirdim. Atam düşüncə etibari ilə demokratik insan idi. O, mənə və ya digər ailə üzvlərimizə məsləhət verirdi, amma seçim məsələsinə gələndə bizə heç vaxt təzyiq göstərməzdi. Istərdi ki, hər kəs öz seçimini özü etsin. O, ailəsini amiranliklə, diktə ilə idarə etməyi sevmirdi. Çalışırdı ki, ailə ilə bağlı bütün qərarlar hər bir ailə üzvünün iştirakı və razılığı ilə alınsın. O, müzakirəyə açıq insan idi və hər zaman deyirdi ki, əgər hər hansı bir qərar almışamsa, bu, o demək deyil ki, bu, yeganə doğru qərardır  və mən səhv edə bilmərəm. Əgər kimsə başqa cür düşünürsə və öz düşüncəsini məntiqlə əsaslandıra bilirsə, fikrini desin, təklifini irəli sürsün, məni də buna inandırsın. Əgər bu, məntiqli yanaşmadırsa, bu təklifi qəbul edək.

O, ailə daxilində mehribanlıq və həmrəyliyin möhkmlənməsinə çalışar, bir insanın ən böyük dayağının onun ailəsi olduğunu bildirərdi.

Mən ən xırda şeyi belə atamla məsləhətləşirdim. Atam bir yerdə durmağı, fəaliyyətsiz qalmağı sevən adam deyildi. O, nə qədər sakit və təmkinli görünürdüsə, bir o qədər dinamik idi. Hərəkətdə olmağı, özünü inkişaf etdrməyi, təkmilləşdirməyi sevirdi. Ölüm ona həm də bu mənada yaraşmırdı. Çünki onu susqun, hərəkətsiz təsəvvür etmək mümkün deyil.

 

-Əyyub bəy iş həyatındakı uğur və ya uğursuzluğu necə, ailə üzvü kimi sizinlə bölüşürdümü?

 

-Atamla mənim aramda əsl dost münasibətləri mövcud idi və buna görə də onu düşündrən, maraqlandıran məsələlərdən mənə də bəhs edirdi. Hətta onun apardığı bir neçə məhkəmə prosesində də iştirak etmişəm. O, kənar fikir  və müşahidələri dinləməyi sevirdi. Deyirdi ki, ola bilsin ki, mənim görmədiyim hansısa bir məqamı kənardakı görür. O, bəzən öz gözləntilərini də mənimlə bölüşürdü. Elə işlər olurdu ki, onun nə ilə nəticələnəcəyi ilə bağlı proqnoz verir, bu proqnozu qanun və məntiqlə əsaslandırırdı. O, bir dost kimi də dəyərli insan idi və işlə bağlı bəzi məsələlər haqqında da mənimlə danışırdı.

 

“Atam deyirdi ki, həyat yoldaşı seçimi ən böyük, ən önəmli, ən həlledici seçimdir”

 

-Şübhəsiz ki, bir ata kimi Əyyub bəyin sizə bunca zaman ərzində verdiyi məsləhətlər az olmayıb. Bəs elə bir məsləhət, elə bir tövsiyyə olubmu ki, onu sizə dönə-dönə, məxsusi olaraq xatırlatsın?

 

-Olub. Atam həmişə deyirdi ki, onun  bir şəxsiyyət kimi formalaşmasında, həyatda doğru istiqamətdə irəliləməsində, yeniyetməlik və gənclik illərində üzləşdiyi çətinliklərin dəf edilməsində bacılarının böyük zəhməti və dəstəyi olub. O, bunu hər zaman yada salır, qiymətləndirirdi. Və atam deyirdi ki, onun sonrakı dönəmdə əldə etdiyi uğurlarda isə ən çox pay sahibi olan həyat yoldaşıdır. O, həmişə deyirdi ki, ailə quranda doğru seçim etmək olduqca vacibdir və bu, bütün uğurların, həmçinin uğursuzluqların əsasını təşkil edir. Atam öz həyat yoldaşını nümunə gətirərək deyirdi ki, çalışın həyatda ən böyük, ən həlledici seçim olan həyat yoldaşı seçimində yanılmayın. Bu məsələdə səhv etməyin. Çünki sizin sonrakı həyatınız böyük ölçüdə bu seçimdən asılı olacaq.O, bunu dönə-dənə diqqətimizə çatdırır, xatırladırdı. Atam deyirdi ki, uğurlu ailəsi olmayan insanın işdə, həyatda uğurlu insan olması çətin, hardasa mümkünsüzdür.

 

“İstənilən qayğı və diqqət onun boşluğunu doldurmaqd acizdir”

 

-Atanızın vəfatından sonra onun yaxın çevrəsindən, dostlarından sizinlə əlaqə saxlayan, sizə öz köməkliyini təklif edən insanlar oldumu?

 

-Oldu. Düzü, biz atamın dostlarından, onların göstərdiyi duyarlılıqdan çox razıyıq. Bilirsiniz, mənim atam dostluqda sədaqətli insan idi. Bu günə qədər də olsun yadıma gəlmir ki, o, hansısa dostu, tanışı, ümumiyyətlə hansısa insan haqqında mənfi söz işlətsin, onunla bağlı narazılığını ifadə etsin. Atamı tanıyan hər kəs bildirir ki, o, evdən yox, eldən getdi.

Atamın dostları vaxtaşırı olaraq bizimlə əlaqə saxlayır, sıxıntımız olub-olmadığı ilə maraqlanır. Mən ailəmiz adından onların hər birinə minnətdarlığımı bildirirəm. Lakin bu da aydındır ki, heç bir qayğı onun boluğunu doldura, onu əvəz edə bilməz.

 

-Bu gün Əyyub bəyin ad günüdür. Maraqlıdır, Əyyub bəy öz ad günlərini qeyd etməyi sevirdimi? Yoxsa ad günününü də sıradan bir gün kimi yaşayırdı?

 

-Atam ad günü məsələsində həssas insan idi. Elə bir il olmazdı ki, atam özünün, eləcə də ailə üzvlərimizin ad gününü qeyd etməsin. O, öz ad gününü yaxın qohum və dostlarının çevrəsində qeyd etməyi xoslayardı. Onun bütün dostları bilirdilər ki, hər il 18 may tarixində hökmən atamın ad günü məclisinə yığışacaq, bu günü təntənə ilə qeyd edəcəklər.

Sizə atamın ad gününə olan həssaslığı ilə bağlı yaxın qohumlarımızın dediyi bir əhvalatı danışmaq istəyirəm. Atam hələ uşaq vaxtlarından öz ad gününü qeyd etməyi sevirmiş və çalışırmış ki, heç kim onun ad gününü unutmasın. Bir dəfə atam uşaq vaxtı ad günü olmasına baxmayaraq, evdə heç bir hərəkətlilik müşahidə etmir. Başa düşür ki, onun ad günü unudulub. Bu, atamın xətrinə dəyir və o, öz ad gününü yada salmaq, qohumları onun ad gününü keçirməyə sövq etmək üçün maraqlı üsula əl atır. Bir-bir bütün yaxın qohumların qapısını döyən atam anasının adından onların hamısını evə dəvət edir. Amma anasının onları nə üçün çağırdığı haqqında heç bir söz demir. Axşam düşən zaman bütün qohumlar nənəvin evinə axışır. Nənəm bu qəfil gəlişlərin səbəbini soruşanda məlum olur ki, onları bura anasının adından atam dəvət edib və məqsəd öz ad gününü onlara xatırlatmaq, onların hamısını ad günündə bir masa arxasına yığmaq olub.

 

“Mütaliə onun üçün əsl istirahət idi”

 

-Ellada xanım, Əyyub bəyin kitaba, mütaliəyə olan marağı hər kəsə bəllidir. Lakin istərdik ki,   onun ən yaxın dostu və ailə üzvü kimi bu barədə bir qədər də siz danışasınız. Sizcə kitab eşqi, mütaliə ehtirası Əyyub bəy üçün nə demək idi ?

 

-Bəlkə də sizə qəribə gələcək, amma inanın ki, kitab atamın sayəsində bizim ailəyə, ailəmizin həyatına elə dərindən daxil oldu ki, bu gün də ailəmizin, yaşamımızı kitabsız təsəvvür edə bilmirik. Mütaliə atam üçün zehni-mənəvi dinclik, ruhi istirahət idi. Elə bir gün olmazdı ki, o, mütaliəyə zaman ayırmasın. Atam ömrünün son gününə qədər yeni çap edilən, onda maraq doğuran bütün kitabları böyük həvəslə alır, onları çox böyük şövqlə mütaliə edirdi. O, uşaq vaxtımıdan bizdə də kitaba qarşı böyük məhəbbət oyadır, bizi daima oxumağa, öyrənməyə təşviq edirdi. Evimizdə atamın böyük kitabxanası var və orada əksər kitab iki ədəddir. Atam onlardan birini mənim, digəri isə qardaşım üçün alırdı və istəyirdi ki, gələcəkdə bizim hər birimizin ayrıca kitabxanamız olsun. O, kitablarını rəflərdə səliqə ilə, müəyyən kataloq üzrə yerləşdirir və özünə gərəkli olan kitabı bunca kitab arasında dərhal tapa bilirdi.

Onun kitabı nə dərəcədə sevməsi ilə bağlı sizə bir əhvalat danışmaq istəyirəm. Bir dəfə atam kitabları səliqəyə salmaq istəyəndə döşəmədən tavana qədər qalaqlanan kitabların bir hissəsi onun üstünə töküldü. Atam sözün həqiqi mənasında “kitab uçqunu”nun altında qaldı. “Uçqun” zamanı kardon üzlüklü kitabların bəzisi atamın belini zədələdi, onun kürəyində izlər qoydu. “Uçqun”dan sonra qəddini düzəldən atamın bizə dediyi ilk söz isə bu oldu: “Bax, belə olur e kitablar sıradan çıxır”. Bu, atamın kitaba olan sevgisinin bariz nümunəsi idi.

Bu gün atam yoxdur. Amma mən onun haqqında keçmişdə olmuş bir insan kimi danışa bilmirəm. İnanmaq istəyirəm ki, o, hardasa səfərdədir və bir gün hökmən geri dönəcək. Mən buna inanmağa məcburam. Çünki bilirəm ki, başqa cür yaşaya bilmərəm.

 

Seymur Əliyev

 

 

Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama