“Ona dedim, a kişi, bu milləti niyə biabır edirsən?” -Ali sovetin keçmiş sədri
Oxunub: 3238
14 May 2018 | 19:40
“Ona dedim, a kişi, bu milləti niyə biabır edirsən?” -Ali sovetin keçmiş sədri
Moderator.az Kulis.az-a istinadən  tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Ali Sovetinin keçmiş sədri Yaqub Məmmədovla müsahibəni təqdim edir.

- Yaqub müəllim, masanızın üstündə xeyli kitab gördüm. Özü də aralarında təkcə elmi kitablar deyil, dini kitablar, şeir kitabları da var.

- Vaxtında xeyli roman, qalın-qalın əsərlər oxumuşam. İndi o qədər vaxtım yoxdur deyə daha çox şeir kitabları oxuyuram. Bir də siyasi proseslərlə bağlı yazılmış əsərləri, siyasətçilərin memuarlarını sevirəm. Baxın(kitab rəfini göstərir), burda var.

- Brejnev haqqında kitab görürəm...

- Brejnevdən də, Andropovdan da, Kluçkovdan da, Molotovdan da var. Şeir kitabları da oxuyuram. Mirvarid Dilbazinin, Bəxtiyar Vahabzadənin, Cabir Novruzun kitabları stolumun üstündədir, baxın. Aşıq Şəmşir haqqında bir neçə kitab göndəriblər, oxuyuram. Şeir kitabı elədir ki, onu ovqatdan asılı olaraq arabir açıb içindən bir neçə şeir oxuyursan. Mənə gənc yazıçılar da kitab gətirirlər. Onları da oxuyuram. Sabir Allahverdioğlunu, İlham Qəhrəmanı oxuyuram. Düzdür, indikilər də yazırlar, ancaq köhnə şairlərə çata bilmirlər. Nə yetişdisə Sovet dövründə yetişdi: Ramiz Rövşən o dövrün yetişdirməsidir. Anar, Elçin, Fikrət Qoca - hamısı o dövrün yetişdirməsidir. Çingiz Abdullayevin kitablarının əksəriyyəti məndə var, oxuyuram. Özüylə də şəxsi münasibətim var.

- Bəs sizcə niyə görə indikilər sovet dövrünün qələm adamları kimi yaza bilmirlər?

- Yəqin ki, dövr pis oldu. Maddi sıxıntıları var, kitab çap eləmək çətindir. Çox güman ki, indiki yazarlar da yazırlar, nə vaxtsa üzə çıxaracaqlar. Gənclərdən tanıdıqlarım da var: Kəramət Böyükçöl adlı bir yazıçı var, mənə "Çöl” romanını vermişdi, oxudum, biabırçılıqdı. Cəmiyyətin bütün murdar qüsurlarının hamısını götürüb kitaba salıb. Elə şeylər var ki, onları yazmaq olmaz. Özünə də demişəm. Orda elə açıq sözlərdən istifadə edib ki, dedim, a kişi, sən bu milləti niyə biabır edirsən? Düzdür, yazdıqlarının hamısı real həyatda var, ancaq bunu yazıb oxucuya çatdırmaq olmaz, gizlədilməlidir. Ümumiyyətlə, təkcə Kəramət Böyükçöl yox, əksər cavan qələm adamları mənə kitab gətirirlər, oxuyub fikrimi bildirirəm. Həmid Herisçi mənə "Konspiroloq” kitabını verib, oxumuşam, xoşuma gəlib, ancaq dili mürəkkəbdir.

İndiki dövrdə mütaliəyə bir o qədər vaxt qalmır. Əsasən məktəbli və tələbəlik illərimdə çoxlu mütaliə edirdim. O illərdə bütün Azərbaycan şairlərini, rus şairlərini, yazıçılarını, dünya ədəbiyyatını oxumuşam, tamaşalara baxmışam. Cəfər Cabbarlı sevimli yazıçımdır, onun bütün əsərlərini oxumuşam, pyeslərinə baxmışam.

Mənim sahəm elədir ki, xeyli tibbi əsər oxumalısan, buna görə sonralar bədii ədəbiyyata vaxt az qalırdı. Daim rəhbər vəzifələrdə işləmişəm. Belə bir gərgin həyatın içində mütaliə üçün vaxt tapmaq sizə asan görünməsin. Buna baxmayaraq, aktual məsələlərə həsr olunmuş əsərləri qaçırmıram, hələ də oxuyuram.

- Qarşınızdakı açıq kitab nədən bəhs edir?

- Kissencerin kitabıdır. Belə kitablara həvəsim çoxdur. Trampın həyatı haqqında olan kitab evdədir, onu da evdə oxuyuram.

- Yəqin özünüz də siyasətçi olmusunuz deyə siyasətçilərin həyatına bu qədər marağınız var.

- Hə, doğrudur, özüm də siyasətlə məşğul olmuşam(gülür), bu gün də hamı siyasətin içərisindədir. Siyasətdən kənar mümkün deyil.

- Memuarlarını oxuduğunuz siyasətçilərdən kimin həyatı daha çox xoşunuza gəlib?

- Konkret kiminsə adını çəkmək olmaz. Hərənin özünün müsbət və mənfi cəhətləri var. Amerika prezidentlərindən Niksonun, Klintonun, Obamanın və başqalarının həyatını oxumuşam. Bəyəndiyim də var, bəyənmədiyim də.

- Bəyəndiyiniz siyasətçi kimdir?

- Bəzi məsələlərdə Kennedinin dəsti-xətti xoşuma gəlir, Klinton və Obamada da müsbət cəhətlər var.

- Özünüzü hansı siyasətçiyə bənzədirsiniz?

- Çətin suladır. Mən nə deyim? Bu suala cavab verə bilmərəm.

- Bayaq dediniz ki, Sovet dövrü Azərbaycan ədəbiyyatında hər kəsi oxumusunuz. Ancaq o dövrdə yazılmış elə əsərlər var ki, indiki dünyagörüşü, ideologiya ilə uyğun gəlmir. Həmin əsərləri yenidən oxuculara təqdim etmək doğrudurmu?

- Sovet dövründəki əsərləri olduğu kimi saxlamaq lazımdır, tarix dəyişib deyə, onları da silib atmaq olmaz. Görürsən ki, haqqı çatan da, çatmayan da Səməd Vurğundan danışır. Olmaz! Səməd Vurğun dahi şairdir, yaradıcılığı bu gün də aktualdır. Onu qaralamağın mənası yoxdur. 25-26 ildir müstəqilik, deyin görək bu dövrdə Səməd Vurğun səviyyəsində yetişmiş şairlərimiz varmı? Yoxdur. İndiki şairlər o dövrün şairlərinə heç yaxın düşə bilməzlər.

- Niyə yoxdur? Aqşin Yenisey var, Qismət var, Şəhriyar del Gerani var... Yeri gələndə klassiklərə meydan oxumağı da bacarırlar. Misal üçün, Şəhriyar del Gerani deyir, Səməd Vurğundan böyük şairəm.

- Mən onu tanımıram; nə əsərini oxumuşam, nə də şəxsi tanışlığım var. Ancaq əgər Səməd Vurğun haqqında bu cür fikir söyləyirsə, qəbul eləmirəm, insan bir az təvazökar olar. Mən rast gəlirəm, Səməd Vurğun və başqa klassiklərimiz haqqında tez-tez yazır, nə gəldi danışırlar. Tarixi şəxslərə münasibəti dəyişmək olmaz. Karl Marks kimi nəhəng alimin heykəlini yıxıb yerində "benzinkolonka” tikdilər, yaşadığım Mendeleyev küçəsinin adını dəyişib Qulu Quliyev qoyublar, heç bilmirik kimdir. Belə adamları silmək, ləğv etmək olmaz, onlara yaşatmaq lazımdır. Hərənin öz dövrü olub, indi durub Səməd Vurğunla indiki şairlərimizi müqayisə edək?

- Səməd Vurğunun belə bir şeiri də var: Xəbərdar eləyin Ərəbistanı, / Ocaqda yandırdı anam quranı. Bunu oxuyan dindar adamın Səməd Vurğuna münasibəti necə olmalıdır?

- Baxın, mənim stolumda dini kitablar da var. O dövrdə oxumamışam, indi imkan var, oxuyuram. Bayaqdan Səməd Vurğun haqqında necə böyük sevgi ilə danışdığımı da gördünüz. Yəni dinin öz yeri var, ədəbiyyatın öz yeri.

- Az-çox bildiyimizə görə tibb adamları adətən ateist olurlar. Bəs Yaqub Məmmədov niyə dini kitablar oxuyur? Buna mənəvi ehtiyac duyur, yoxsa?

- Dini kitabları həm dinlə maraqlandığım üçün, həm də bəzən mənəvi ehtiyac yaranır deyə oxuyuram. İndi din haqqında hərə bir cür danışır. Mən də dedim ki, özüm oxuyub maraqlanım. Quranın Azərbaycan dilində tərcüməsini iki-üç dəfə oxuyandan sonra belə qərara gəldim ki, başqa dini kitablara da baxım, məndə din haqqında fikir formalaşsın. Evimdə də dinə aid kitablar var, burda da. Hər gün işə gələndə əvvəl dini kitabları oxuyuram, sonra elmi kitablara, memuarlara keçirəm. İş gününün sonuna yaxın isə şeir kitabları oxuyuram.

- Sovet dövründə din haqqında öyrəndikləriniz sizi qane etmədi ki, yenidən dini kitablar oxumağa başladınız?

- Sovet dövründə din haqqında ancaq tənqidi fikirlər yazılır, dinin üstün tərəfləri qeyd olunmurdu. Dinin müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri də çoxdur. Müsbət cəhəti odur ki, insanın tərbiyəsində, əxlaqının formalaşmasında böyük rolu var. Mənfi cəhətlərindən bəziləri isə elmin inkişafının, tərəqqinin qarşısını almağa çalışmasıdır. Düzdür, Məhəmməd peyğəmbər özü deyir ki, elmlə məşğul olmaq dini ayinləri yerinə yetirməkdən yüz dəfə üstündür. Ancaq çox təəssüf ki, təcrübədə bunu görmürük. Dinin hökmran olduğu ölkələrdə də inkişafa baxın, hökmran olmadığı ölkələrdə də. Din öz işi ilə məşğul olmalıdır, dövlət işinə qarışmamalıdır.

- Stolunuzun üstündə Məhəmməd peyğəmbərin, İmam Əlinin həyatına həsr olunmuş kitablar var. Bu kitablardan nə alırsız?

- Çox şey... Çox şey... Bu kitablar məni kamilləşdirir, onların həyatından örnək götürürəm.

- İmam Əli haqqında kitabı oxuyandan sonra onun necə bir obrazı yarandı?

- İmam Əli bütün həyatını cəmiyyətdə ədalətin bərqərar olunmasından ötrü xərcləyib. Onun ədalət haqqında dediyi fikirlərin hamısı elə kommunizmin əxlaq kodeksidir, İmam Əlidən götürüblər. İmam Əlinin bütün həyatı, sosial sahədə gördüyü işlər eynən kommunizm kitablarında var.

- Dini kitablarda oxuduğunuz mifləri, əfsanələri qəbul edirsiniz?

- Mifləri, əfsanələri qəbul eləmirəm. Meracın olduğuna inanmıram, ən müasir texnologiya belə izah edə bilmir ki, Məhəmməd peyğəmbər kosmosa necə uçub, orda Cəbrayıl vasitəsilə Allahla söhbət edib. Bunlar inandırıcı gəlmir, mifdir.

- Dini ayinləri yerinə yetirirsiniz?

- Hamısını yerinə yetirmirəm. Ancaq yerinə yetirdiklərim də var. Hər halda dinin mənə müsbət təsiri ondan ibarətdir ki, çalışıram davranışlarımda dini qaydalara əməl edim, ədalətli olum.

- Həccə getmək istəyirsiniz?

- Hələ ki planımda yoxdur, bəlkə gələcəkdə getdim. Ancaq oğlum, qardaşım oğlu gedib. Mənim övladlarım namaz qılır, oruc tuturlar, dini ayinlərə əməl edirlər.

-(Harun Yahyanın kitabını göstərirəm)Bunu da oxuyursunuz? Amma Harun Yahya təkamülü inkar edir.

- Harun Yahyanın kitabını bu yaxında göndəriblər. Bu kitabda Darvinin təkamül nəzəriyyəsi tamamilə inkar olunur. Guya Allah hər şeyi belə yaradıb, heç bir təkamül yoxdur. Mən bu kitabda yazılanlara inanmıram, təkamülə inanıram. Canlı aləmin yaranması təkamül prosesi nəticəsində baş verib. Elə şeylər var ki, bu gün elm tamamilə izah edə bilməsə də, gələcəkdə mütləq aydınlaşdıracaq.

- Deməli, Allahın varlığını qəbul edirsiniz?

- Hər şeyin bir yaradanı var. Mən də Allahın varlığını qəbul edirəm.

- Ancaq tələbə vaxtı sizə allahsızlığı öyrədirdilər.

- Mən heç vaxt Allahın varlığını inkar eləməmişəm. Mənim valideynlərim də Allahın varlığını inkar eləməyib. Atam da, anam da, həmişə dinin tələblərinə riayət ediblər, baxmayaraq ki, bizim Gədəbəy rayonunda məscid olmayıb. Mollalarımız da vardı, yas mərasimlərini aparırdılar. Deyirlər ki, Sovet dövründə din qadağan olunub, ancaq mən görməmişəm, yaşlı adamlar dini ayinləri yerinə yetirirdilər, Məhərrəmlikdə biz cavanlar onlara qoşulub şaxsey-vaxsey deyirdik.

- Kəndi, uşaqlığınızı tez-tez xatyırlayırsız?

- Təbii ki. Yaşa dolduqca daha çox uşaqlığı xatırlayıram. Yuxuda da daha çox uşaqlığımı görürəm.

- Hansı musiqiləri xoşlayırsınız?

- Əsasən Azərbaycan xalq mahnılarını, muğamı çox sevirəm. Aşiq musiqisini də xoşlayıram. Qabaq saz çalmağı bilirdim, çoxdandı çalmıram. Bizim evdə həmişə saz-söz olub. Toyda-büsatda aşıqlar yığışıb dastan bağlayardılar, mənim valideynlərim savadsız adamlar olsalar da dastanları əzbər bilirdilər.

- Şair-yazarlarımızdan kimlərlə dostluq edirsiniz?

- Mirzə İbrahimovla, Süleyman Rəhimovla şəxsi münasibətim olub. Yusif Səmədoğlu, Anar, Elçin Seyran Səxavətlə də əlaqəm var. Sabir Rüstəmxanlı ilə indi də arabir zəngləşirik. Mən rektor olduğum vaxtları yazıçıların əksəriyyəti ilə tələbələrin görüşünü keçirmişəm, ondan sonra da münasibətim yaranıb. Bəxtiyar Vahabzadənin "Axı dünya fırlanır” adlı kitabını dövlət mükafatına biz təqdim etmişdik.

Bədii əsərlərin oxunmasının insanın formalaşmasında böyük rolu var. Çox təəssüf ki, indiki gənclər oxumurlar. Mən tələbələrimdən görürəm də. Nəinki bədii əsərləri, heç öz ixtisaslarına aid kitabları oxuyan yoxdur. İmtahanları testlə verdiklərinə görə maraqları yoxdur. Hər şey internetdə var, sualı da, cavabı da. Ancaq biz onların hamısını oxuyur, təhlil edirdik.

- Testə qarşısınız?

- Testin müsbət cəhətləri var, ancaq bütün təhsili test üstündə qurmağın əleyhinəyəm.

- Müasir gəncliklə kontakt qurmaq çətin deyil ki?

- Kontakt qururuq, ancaq tələbələrlə hər şeyi müzakirə eləmək mümkün deyil.

- Nə səbəbdən? Hazırcavabdırlar, yoxsa?

- Hazırcavablıqları yoxdur, əzbərçiliklə məşğuldurlar. Testi əzbərləyib imtahanları verirlər. Danışıq qabiliyyətləri yoxdur, mükalimə eləməyə çətinlik çəkirlər.

- Sizin dövrün gəncləri ilə indiki dövrün gənclərini yanaşı qoysaq hansını seçərdiniz?

- O dövrkü gənclərini. O dövrkü gənclərdə daha geniş mükalimə eləmək imkanları vardı, oxuyurdular. İndikilər başlarını internetlə, sosial şəbəkələrlə qatırlar. Özümdə Facebook yoxdur, ancaq uşaqlarımda var, girib baxıram, görürəm necə təhqiramiz, xoşagəlməz yerdir. Tərbiyəni belə şeylər korlayır. Kim istəyir girib oxuyur, qadağan yoxdur ki.

- Belə başa düşdüm ki, gənclərdən narazısınız.

- Yox, narazı deyiləm, ümumiyyətlə gənclərdən narazı olmaq olmaz, ayrı-ayrı fərdlərdən narazı qalmaq olar. Gözəl, qabiliyyətli gənclərimiz çoxdur.
Oxşar xəbərlər
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
GÜNLÜK
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
AYLIQ
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO