Ədəbiyyatın gücü, siyasət və ədəbiyyat konfliktində tənhalaşan qaliblər... III məqalə
Oxunub: 2514
10 May 2018 | 10:37
Ədəbiyyatın gücü, siyasət və ədəbiyyat konfliktində tənhalaşan qaliblər... III məqalə

 (A.Soljenitsının “Birinci çevrə” romanı haqqında)

II burda: //www.moderator.az/news/223210.html

Kral lütdür!

V.Havel “Gücsüzlərin gücü” kitabında yazırdı ki, “yalanlar dünyasının örtüyü qəribə maddədən düzəldilib. Nə qədər ki, o, bütün cəmiyyəti bürüyüb, əhatə edir,  adama elə gəlir ki, o, daşdandır. Ancaq kimsə onun bir hissəsini qoparmağa başlayırsa, dağıdırsa, “Kral lütdür!”- deyə qışqırırsa, bircə nəfər oyunun qaydalarını pozub, baş verənlərin, sadəcə, oyun olduğunu faş edirsə, qəflətən hər şeyin üzərinə işıq başqa tərəfdən düşür. Və həmin qopmuş hissədən barmağımızı içəriyə uzatdıqda görürük ki, daşdan yox, sadəcə palçıqdan düzəldilmiş, torpaq kimi ovulub tökülən bir büt var. Beləcə həmin yalanlar durmadan parçalanır, sökülüb tökülür”...

Deməli, insan əhatə olunduğu bütün riyakarlıq, yalan dolu dünyaya ram olmamalı, barmağı ilə də olsa, həmin “daş”ı döyəcləməli, didməlidir! Mütləq altında uçulub tökülən torpaq bütlər görəcəyik! Yetər ki, döyəcləyək, dırnağımızla da olsa o “yalan” adlı daş qapıları qoparmağa çalışaq!

Soljenitsın dırnaqları ilə daş qapıları didirdi və deyirdi: “Daim nədənsə qorxarıqsa, insan olaraq qala bilərikmi?”   Minlərlə sövet  yazıçısına sona qədər əks mövqedə oldu. Həmin yazıçılar Soljenitsının təkcə istedadına yox, həm də iradəsinə nifrət edirdi. O isə öz “həqiqət” adlı  yoluna, bəlkə də dar dalanlara, çıxılmazlıqlara, bir sözlə, yolsuzluqlara aparıb çıxaran məşəqqətli bir ünvana üz qoymuşdu. 89 yaşına qədər gəldi və bizi inandırdı ki, daşı dırnaqla deşmək, böyük bir dünyaya qapı açmaq olar! SSRİ dağıldı, yazıçılar əslində qalib kimi qarşılanacaq yazıçını yenidən yanlış yozumlarla təqib etməyə, gözdən salmağa çalışırdı.  “Soljenitsının ölümü ilə Rusiya ən böyük müasir yazıçısını itirdi. O, Lev Tostoyun ən layiqli varisi idi; ədəbi dəyərinə görə XX əsr rus yazıçılarının heç biri onun səviyyəsinə çata bilmir, hətta Şoloxov da. Soljenitsın böyük və qəribə bir dünya yaratmışdı; bu dünya ədəbi baxımdan çox parlaqdır. Bir çoxlarının fikrincə onun “Qırmızı təkər”i XX yüz illiyin “Hərb və sülh”üdür. (Media Kaşigər)

Lakin qəribədir ki, M.Kaşigər Soljenitsının şəxsiyyəti ilə yaradıcılığı arasında olan ziddiyyəti onun ədəbi portretinə şamil edir. Bu isə, zənnimcə, tamamilə yanlış yanaşmadır. Soljenitsının şəxsi həyatı, ailəsi, arvadı və yazıçı dostları ilə münasibəti onun bədii, ictimai-siyasi dünyagürüş və fəlsəfəsinə aid edilməməlidir. Məsələn, müəllif bu fikirlərini belə izah edir: “Maraqlıdır, belə görünürdü ki, o demokratik düşüncəli bir adam olmalı idi. Amma yox, o, tamamilə irticaçı bir insandır. Soljenitsın azadlığı qətiyyən xoşlamırdı və cahanşümul demokratik dəyərləri  qətiyyən sevmirdi. Bəs niyə o SSRİ-yə zidd gedirdi? Onun ideyaları sovet düşüncə və hakimiyyət strukturuna xeyli yaxındır. Onun SSRİ ilə ziddiyyəti insanı özündən ayıran bir quruluşa qarşı çıxmasından qaynaqlanırdı”.  M.Kaşigər daha sonra deyir: “O, həbsxanadan çıxandan sonra öz  ortadoksal xristian görüşlərində elə ifrat həddə varır ki, hətta həyat yoldaşı da ondan ayrılır. Bu qadın sonralar “Mənim Soljenitsınla həyatım” adlı bir kitab yazır. Soljenitsının həmin kitabdakı obrazı qətiyyən xoşagələn deyil. Burada heç kəsin varlığına dözməyən hökmran və diktator bir kişi təsvir olunur”.

Dahi yazıçılardan və ya rəssamlardan, bəstəkarlardan ailə üzvləri, həyat yoldaşları dad deyənlər azmı olub?  Siyasi, fəlsəfi, dini  görüşləri ətrafdakılarla, lap həmkarları ilə tən gəlməyənlər? Qarşımızda ən azından Tolstoy misalı var. Ailə konflikti ilə bağlı söz-söhbət az qala bütün dünyanı dolaşdı. Onu da elə mənalandırmalıyıqmı?

Modernizmə, postmodernizmə, ümumiyyətlə, yeni ədəbi-estetik nəzəriyyələrə də Soljenitsının birmənalı münasibətini ədəbiyyatşünaslar, tənqidçilər müxtəlif cür izah edirdi. M.Kaşigər göstərirdi ki, “həmin dövrdə nəsrdə Bulqakov, teatrda Meyerhold, poeziyada akmeistlər vardı.  Lakin mərkəzləşdirilmiş hakimiyyət sistemi modern sənət nümunələrinə qarşı repressiyaya başlayır. Və 1930-cu illərdən etibarən sovet ədəbiyyatı yaradıcıları dünya ədəbiyyatında gedən proseslərdən  çox az hallarda xəbərdar  ola bilir. Ola bilsin ki, həmin dövrdə  bir çox başqaları kimi Soljenitsın heç modern ədəbiyyat nümunələrini oxumamışdı. O bu işi sonralar da görmür, çünki artıq çox gec idi...”

Bu fikirlərlə də razılaşmaq olmur, çünki, Soljenitsının həyatı, xarakteri, ədəbi zövqü və sənətə estetik baxışı məhz acı katorqa reallığının realizmini yaratmalıydı...

 Riçard Tempest yazırdı ki, “siyahıda qeyd etdiyim kitablar (“Bülbülü öldürmək” - Harper Li, “Anna Frankın gündəliyi”, “Kor edən zülmət” - Artur Kestler, “1984” - Corc Oruell, “Görünməyən adam” – Ralf Ellison, “İvan Denisoviçin bir günü” – A.Soljenitsın) amerikan məktəblərində əsasən tədris mətnləri kimi, yəni müasir dövrün tarixi faciələrini ədəbi anlayış nümunələri, sağ və ya sol totalitarizm (Frank, Kestler, Oruell, Soljenitsın) və ya ABŞ-da irqi ayrıseçkilik (Li, Ellison) fenomenləri kimi öyrədilir. On minlərlə amerikan şagirdi Soljenitsını oxuduğundan, hətta “Barnes and Noble” və ya “Borders” kimi kütləvi kitab mağazalarında siz demək olar ki, həmişə “Bir gün”ün ekzemplyarını və ya bir il əvvəl nəşr olunmuş “QULAQ arxipelağı”nın ixtisar olunmuş bircildlik nəşrini tapa bilərsiniz.

Soljenitsının “Bir gün” və başqa əsərlərinin statusu, ideyası  rus və amerikan antistalinist, antikommunist təhlillərində, diskurslarında artıq çoxdan müəyyən edilmişdi. ABŞ-da yazıçını Andrey Saxarov, Lex Valensa və Ronald Reyqan ilə birlikdə kommunizmin təşəbbüskarı kimi qiymətləndirirlər. Jurnalistikadakı  məşhur deyimlərə görə,  bu böyük dördlük “Berlin divarını yıxdı” və beləliklə, öz mədəni, tarixi missiyasını həyata keçirdi və hətta bitirdi.  Bundan əlavə, həm Rusiyada, həm də Qərbdə özünü Dotoyevski və Tolstoyun şagirdi adlandıran və modernizm incəsənətini dəfələrlə tənqid edən Soljenitsının yaradıcılığına əsas etibarilə ingilis alimi Ketrin Belsinin “Tənqidçilik praktikası” kitabında olduğu kimi, “ədəbiyyata sağlam düşüncə nöqteyi-nəzərindən yanaşma” bucağından baxılır. O (Ketrin Belsi) izah edir ki, belə ənənəvi baxışa əsasən, “əhəmiyyətli ədəbi mətnlər dövrlər, onların yaranması, bütövlükdə dünya və insanın təbiəti haqqında” əsil həqiqəti deyir. Buradan geniş yayılmış bir fikir meydana gəlir ki, Soljenitsın - ədəbi mühafizəkar, zərərli realist, Fadeyev və Fedin kimi mənfi (və ya istəsəniz, müsbət)  bir fiqurdur...”

Riçard Tempestin “zərərli realist” ifadəsi, təbii ki, qeyri-estetik və qeyri-dəqiq şəkildə ifadə olunmuş fikrin ümumiləşdirməsidir. Söhbət təkcə “antistalinist” və “antikommunist” ədəbiyyatdan getmir. Söhbət bizim yaxşı bələd olduğumuz   tarixi şəraitin (Stalin rejiminin) bütöv bir ziyalı nəslinin, azad düşüncə formalarının repressiyasından gedir. Soljenitsın mətnləri, minlərlə roman səhifələri C.Orueldə də olduğu kimi, ölümlə üz-üzə dayanan, amma əsil  simasını saxlamaq uğrunda  mücadiləyə qalxan “sonuncu insanlar”ın məhv edilmək üzrə olan hisslərinə həsr edilirdi. Təkrar edirəm ki, məhz hisslərə!   Məncə, Soljenitsın  zorakılıq və nifrətlə repressiya edilən həmin insan şüuru və duyğusu ilə postmodern oyunlar “oynamağı” özünə rəva görmədi. Müharibə və sürgün, məhbəs həyatı görmüş yazıçının yumorla yazmaq metodu, ifadədə oyun üslubu bəlkə də alınmazdı. Soljenitsın elə bu soyuq tərzi, klassik üslubu, acı realizmi və birxətli ənənəyə sadiqliyi ilə də üslub yarada bildi. Onu bədii formalardan çox məna və məzmun, mahiyyət maraqlandırırdı – insanın mahiyyəti... Soljenitsın Amerikaya mühacir kimi gedəndə (1973-cü il fevralın 12-də Soljenitsın dövləti cinayətkar kimi həbs edilmiş, sovet vətəndaşlığından çıхarılmış, ertəsi gün isə SSRİ-dən AFR-ə deportasiya olunmuşdu. İki il Süriхdə yaşayan Soljenitsın  1975-ci ildə ailəsi ilə birlikdə  ABŞ-ın Vermont  ştatına köçmüş və burada məskunlaşmışdı.) hələ 80 yaşı yox idi (1918-ci ildə anadan olub). Yəni, yaradıcılığını yeni mühitdə davam etdirən Soljenitsın modern və postmodern sənət dünyasının bircə addımlığında, Amerikada idi. Görünür, o sona qədər öz “acı realizm”ini, məhz “Soljenitsın realizmi” kimi, ədəbiyyatda özünə obraz qazanmış realizmini başqa ifadə forması ilə əvəzləmək fikrində olmamışdı.

Aydındır ki, Soljenitsın “Birinci çevrə” romanındakı qəhrəmanların taleyini o şəkildə təsvir etməklə  təkcə haqsızlığa, zülmə, zora məruz qalmış insanlar haqqında roman yazmaq istəməyib.  Müəllifin əsas məqsədi yalnız onlara qarşı rəhm hissi oyatmaq istəyi ilə əlaqədar deyildi. Məqsəd milyonların on illərlə inanmaqda davam etdiyi gələcəksiz rejimə qarşı münasibəti alt-üst etməkdən, “Kral lütdür!”- həqiqətini qışqırmaqdan  ibarət idi. Və Soljenitsının ədəbiyyat adına gördüyü bu iş həm də siyasi, sosial və mədəni mühitin adamlarının düşüncəsində oyanış yarada bildi. Bu romanın baş qəhrəmanı Soljenitsın özüdür. O özü və “cəhənnəm yoldaşları” haqqında romanlar yazdı...

Bəs bu insanlar, cəhənnəm sakinləri, əslində kimlərdir? Təkcə “alçaldılmış və təhqir olunmuşlar” və ya, aldadılmışlar da deyil. Onların hamısı “cəhənnəmin birinci qatı”nda, saraşkada cəza çəkir. Saraşka adlı məkanda mənən ölmüş bu insanların, axtarsan, bəlkə çox az bir hissəsi sovet hökumətini qəbul etmir. Onların arasında Patapov kimi ixtirasının sirrini verməyib, “and içmişəm”- deyən, sovet hökumətinin mənafeyini düşünən, amma əsil satqınlarla eyni cəzanı (10 il) çəkən alimlər, Rubin kimi Leninə sadiqlər də var...

İnnokentinin metrodakı telefon köşklərindən birindən katibliyə zəng edib səfiri soruşması və sonda aviasiya attaşesinə bir həyəcan doğurucu xəbəri (“-Qulaq asın! Qulaq asın!- o, əlacsızlıqla dedi. – Bu günlərdə sovet agenti Koval radio mağazasında atom bombasının istehsalı üzrə vacib texnoloji sənədlər alacaq...”) verməsi ilə başlayan romanda bütün təhkiyə və dialoqlar diktatura oyunlarının və bu oyun qaydaları ilə ölkəni uçuruma aparan məmurların mahiyyəti, xisləti ilə bağlı həqiqəti açmağa xidmət edir.

Qleb Nerjin obrazının düşüncələrində daha çox soljenitsınlıq var. Heç cür razılaşmır, heç cür barışmır və qəbul etmir. Ona görə də elə hey cəzalanır. Bütün cəzalar isə adətən düşüncələrə, azad iradə sahibliyini qorumağa görə olur... Dialoqlardan birində oxuyuruq: “- Bu necə oldu? Axı heç vaxt və heç kəsi buraxmırlar, bunu mənə kamerada izah etmişdilər: təqsirkarsan, təqsirkar deyilsən – on il əlinə, beş də buynuzuna – birbaşa düşərgəyə.

Buynuzuna – bu nədir belə?

Yəni beş il də buruntaq.

Bəs buruntaq nədir?

İlahi, siz necə də bisavadsınız. Özü də prokurorun qızı. Atanızın nə ilə məşğul olması sizə necə maraqlı olmaya bilərdi? “Buruntaq”, yəni, qapmaq, dişləmək olmaz. Vətəndaş hüquqlarından məhrum edilmə. Seçmək və seçilmək olmaz!”.

Romanda ideyaların, mövzu ilə bağlı oxucuya çatdırılacaq əsas fikirlərin obrazlar arasında dəqiqliklə paylaşılması, bölünməsi ustalığı da diqqəti cəlb etdi. Məkan və sitüasiyalar, dialoqlardakı tərəf müqabillərinin düzgün seçilməsi metodu da uğurludur. Kim kimlə necə, hansı mövzuda və hansı dildə, hansı üslubda söhbət edə bilər? – sualının cavabı mətndə dəqiq həlini tapıb. Məsələn, Qleb Nerjin və başqa dustaqlar onlara ildə cəmi bircə dəfə və yarım saatlığa verilmiş ailə üzvləri ilə görüşə gedərkən, avtobusda, yol boyu sürəkli mühakimələr yürüdürlər. Bu düşüncələrin də taleyi onların müəmmalı sonluqları kimidir. Bu düşüncələrin də həbsxana ağrısı var. Bayırda onları gözləyən əzizləri üçün maneəyə, əngələ, bədbəxtliyə çevrilən bu ziyalı insanlar hər kəsdən üzr istəmək məcburiyyətindədirlər. Onların adı ailə üzvləri üçün baryer, şlaqbaum, qırmızı hərflər və nida işarəsi ilə yazılan “YOX!” – demək idi. Arvadları, ərləri, övladları onların adını üstlərindən silməli, “ləkəsiz” yaşamağa davam etməli idi. Bunu edənlər isə çox olduğu kimi, etməyənlər də var.

“Əsl məhbəs hissi uzun və sonsuz illər boyu yaranır. Nadya məktubunda yazır: “Sən qayıdandan sonra...” Dəhşət də elə bundadır ki, qayıdış olmayacaq. Qayıtmaq – olmaz. On dörd cəbhə və həbsxana ilində bədənin bircə də olsa hüceyrəsi, ola bilər, əvvəlki kimi qalmasın. Yalnız təzədən gəlmək mümkündür. Əvvəlki ərinin soyadını daşıyan yeni, tanımadığın bir adam gələcək, əvvəlki arvad görəcək ki, onun əvvəlki, yeganə on dörd il özünə qapanıb gözlədiyi insan daha yoxdur, o, molekullara bölünərək buxarlanmşdır”.

Saraşkada insanların  “milliyyəti” qrafasında milli mənsubluğunu deyil, “dustaq” sözünü  yazırdılar. Onlar hamısı məhbus paltarında eyni dəmir qablarda qaşıqları taqqıldadarkən belə, eyni təhqiramiz baxışlar altında iş görəndə, yemək yeyəndə, hava almaq üçün həyətdə var-gəl edərkən -  hər saniyə, hər an bu alçaltmanın acısı ilə yaşamaqda davam edirdilər. Orda akademiklik, ixtiraçılıq xüsusi status, imtiyaz vermirdi heç kimə...  “1950-ci ildə həbsinin on səkkizinci ilini yola salmış qocaman riyaziyyat professoru Çelnovun qələmi çoxlu texniki kəşflə – düzaxarlı qazandan başlamış, reaktiv mühərrikə kimi – bağlı olmuşdu, bu kəşflərin bəzilərinə isə o, bütün ruhunu qoymuşdu. Yeri gəlmişkən, professor Çelnov hesab edirdi ki, “ruhunu qoymaq” ifadəsi ehtiyatla işlədilməlidir, belə ki, yalnız dustağın ölməz ruhu olur, azadlıqda olana isə mənasız yerə çox ora-bura qaçdığına, vurnuxduğuna görə bundan imtina olunub. Soyumuş balanda kasası və ya buğlanan kakao fincanı arxasında gedən dustaq söhbətlərində Çelnov bu fikri Pyer Bezuxovdan əxz etdiyini də gizlətmirdi. Fransız əsgəri onu yolu keçməyə qoymayanda Pyer qəhqəhə çəkərək demişdi: “Ha-ha! əsgər məni buraxmadı. Kimi – məni? Mənim ölməz ruhumu buraxmadı!” Marfino şaraşkasında professor Çelnov yeganə dustaq idi ki, kombinezon geyməməyə icazəsi vardı (bu məsələ ilə bağlı şəxsən Abakumova müraciət olunmuşdu). Bu cür güzəşt üçün əsas səbəb isə ondan ibarət idi ki, Çelnov Marfinonun daimi dustağı deyildi, o, köçəri dustaq idi: keç mişdə Elmlər Akademiyasının müxbir üzvü və Riyaziyyat İnstitutunun direktoru olmuş bu adamı hər dəfə hansı şaraşkada riyaziyyatla bağlı problem yaranırdısa, ora da göndərirdilər. Problem əsas cizgilərində həll olunduqdan və hesablama metodikası aydınlaşandan sonra isə professor başqa yerə göndərilirdi.

Marfinoya Çelnov mütləq şifrləyicinin riyazi əsaslarını hazırlamaq üçün göndərilmişdi”.

 Dustaqlar hətta ildə bircə dəfə və yarım satlıq görüşdükləri qadınları ilə qucaqlaşa, əl tuta və öpüşə bilməzdilər. Və özləri, real vəziyyətləri barədə də ancaq təlimatda göstərildiyi kimi “Hər şey yaxşıdır, heç nəyə ehtiyacımız yoxdur”-deməlidirlər,  başqa heç nə haqqında danışmaq olmazdı...

“- Bəs nədən danışaq? –kimsə bərkdən soruşdu. – Siyasətdən?

Klimentyev əziyyət çəkib bu suala cavab vermədi, çünki onun yersiz olması hamıya aydın idi.

- Öz günahınızdan, -dustaqlardan kimsə məsləhət verdi, - peşmançılıqdan.

- İstintaq işindən də danışmaq olmaz, məxfidir, - Klimentyev halını pozmadan təklifi rədd etdi. –Ailənizlə maraqlanın, uşaqlarınızla. Daha sonra. Yeni qayda: bugünkü görüşdən etibarən öpüşmək və əl tutub görüşmək qadağan edilir.

... Nerjin öpüşməyin qadağan edildiyini eşidəndə gözlərinin qaraldığını hiss etdi. Xırıltı ilə Klimentyevə dedi:

-İldə bir dəfə görüşürük...

Dustağın daha nəsə deyəcəyini gözləyən Klimentyev sevincək ona tərəf döndü.

Nerjin Klimentyevin indicə necə bağıracağını, sanki əvvəlcədən eşitdi:

-Görüşdən məhrum edirəm!!!

.. və səsini boğdu.

...- Öpüşəcəyiniz, əl verib görüşəcəyiniz və ya başqa qayda pozuntusuna yol verəcəyiniz təqdirdə görüş dərhal dayandırılacaq.

-Arvadım axı bunu bilmir! O, məni öpəcək!- oymaçı qızğınlıqla dilləndi.

-Qohumlarınız xəbardar ediləcək! - Klimentyev izah etdi”.

Lakin görüşə gələn ər-arvadlar, o cümlədən Nerjin və arvadı, eləcə də ər-arvad Gerasimoviçlər bir az söhbətdən sonra qeyri-ixtiyari, hətta ortada dayanan nəzarətçilərin baxışlarına əhəmiyyət vermədən qucaqlaşır və öpüşürlər.

Burada sanki hamı casusdur, bu öpüşmək məsələsi də az qala dövlət sirri kimi məxfi qalmalı idi.

Lakin romanın bu məqamdakı təsvirlərdə, bütün qadağaları alt-üst edib, ölümü belə gözə alaraq istədiyi adama doğru atılmaq, qucaqlamaq, öpmək cəsarəti bir insanın, hətta ən ağıllı insanın hissinin, sevgisinin onun düşüncə, şüur və məntiq ilə əlaqəli davranışını üstələdiyini göstərir. Hiss ağıldan daha cəsarətli çıxır... Dilini saxlamağı, fikirlərini gizlətməyi  bacaran insanlar cismani istəklərində daha azad, daha cəsarətli olurlar. “Canavar qnunları” ilə idarə edilən məkanlarda insanlığı bir ömür bahasına satın almaq lazım olurmuş...

 “Başqa” məkana – sovet həbsxanasına salındıqdan sonra mənəvi, siyasi, estetik prinsiplər və etiqadlarla birdəfəlik vidalaşmalı olursan. Klassik ənənələrdə tərbiyə olunmuş, dünya və gələcəklə bağlı nəcib illüziyalar və arzular aləmindən qoparılaraq qəddarlıq, prinsipsizlik, zorakılıqla dolu kirli bir məkana atılmış insanların taleyi xüsusilə acınacaqlıdır. Canavar qanunları ilə yaşanılan bu məkanda İnsan kimi qalmaq, sadəcə, təhlükəlidir, bu qanunları qəbul etmək və öz həyatını onlara görə tənzimləmək isə alçaldıcıdır. Bu əsər (“QULaq Arxipelaqı”-İ.M.) seçim imkanları son dərəcə məhdudlaşdırılmış insanın həyat dramıdır”. (E.Başkeçid)

 900 səhifədən çox həcmi olan romanda hansı hadisələrin baş verməsi haqqında düşünsək, bəlkə də bir səhifəlik cavabımız olar. Süjet çox qısa, fraqmentallıqla təqdim edilsə də, hər kiçik, lakin mənalı  nüansın  uzun-uzadı, təfərrüatlı, roman təfəkkürü ilə analiz edilən incəlikləri var. Yazıçı mətnin məzmununda görünməməyə çalışsa da, hər səhifədə bioqrafiyasının, yaşantılarının izi yandırılmış tonqal yeri kimi kədərli şəkildə öz sözünü deyir, öz tarixçəsini danışır. Soljenitsının da sürgündə yazdığı əsərlərin əlyazmasının çox acı aqibəti olub.

“Oymaçı” kimi tanınan dustağın məhbəsdə özü üçün kəşf etdiyi novellalar yazmaq qabiliyyəti bəlli olub. O, alman əsirliyi, kameralardakı görüşlər, tribunallar haqqındakı  novellalardan bəzisini  minbir əziyyətlə arvadı vasitəsilə  bayıra ötürə bilib. Bayırda isə onu hətta Çexovla müqayisə edən oxucuları tapılmışdı. Bugünkü görüşdə isə mikroskopik xətlə yazılmış ən yaxşı novellasını həvəslə bayıra ötürməyə hazırlaşırdı ki, Krasnoqubenkidən qoxduğu üçün novellalarını yazdığı kalka topasını udmuşdu. Sonda isə novellaları yediyi üçün çox heyifslənmişdi, düşünürdü ki, bəlkə də keçirə bilərmiş... Sanki bütün qəzəb və etirazını novellalara çevirib sakitləşən insana onu (qəzəbi və etirazı)  yenidən udmağa, yeməyə məcbur edirlər... Sonda isə oymaçı peşmanlıq hissi keçiri: gərək o novellaları yeməzdim, heyif...

Romanda Rubin və Nerjin düşüncələrinin, əqidəsinin, inam və inamsızlığının maraqlı qarşılaşdırılma məqamları var. Rubin kommunist əqidəli ola-ola antisovet, antikommunisttək cəza çəkir. Əsərdə obrazların birinin dilindən də deyildiyi kimi, bu qəribə Stalin və onun hökuməti həqiqətən də dostu ilə düşmənini tanımır. Onlar üçün hətta sadiqlik və sədaqət meyarı belə əhəmiyyətli deyil. Rubinin kommunist sədaqəti isə Nerjini daxilən çox əsəbiləşdirir.

Mövzunun real həyat mənzərələrinə bu qədər dərin fəlsəfi əsaslarla bağlanması faktı imkan verir deyək ki, Soljenitsın realizmində simvolizm və postmodern tərz elementləri axtarmağa ehtiyac yoxdur.

Təəccüblü deyil ki, Ezra Pound hesab edirdi ki, “hər bir yaxşı incəsənət bu və ya digər baxımdan realizmdir”. “İvan Denisoviçin bir günü”nün müəllifi onunla heç bir şübhə olmadan razılaşardı. O, özünün ədəbi və estetik zövqündə bir qədər viktorian idi, görünür,  müasir incəsənət dövrünün tələbləri biganəliyə, sevinclərə, təxribatlara və iddialı ambisiyalara qarşı idi. Soljenitsın XIX əsrin sonlarından etibarən Qərb mədəniyyətində geniş yayılmış intellektual kvazi-esxataloji mifologiyanın sonu – Allahın ölümü (F.Nitsşe), Avropanın qaçılmaz sürətlə çöküşü (O.Şpenqler), romanın sonu (O.E.Mandelştam) və başqa bu cür ideyalara qarşı çıxırdı.  Onu, ümumiyyətlə, rus və Avropa modernizminin ikonabənzər (simvolik) xarakteri narahat edirdi, lakin çoxəsrlik mədəni ənənələri aşan və inkar edən incəsənət nümayəndələrinin (ən mütərəqqi olanların) ifadələri onu xüsusilə qıcıqlandırırdı”. (R.Tempest)

Soljenitsın realizmi naturadan köçürmə deyildi. Və sırf  gözlə görünən həyatın da realist rəssamı, sadəcə fotoqrafı kimi ifadə etmirdi həqiqətləri. Onun böyük bir qorxusu vardı: insanlıq üçün Allahın bəxş etdiyi dəyərlər ölür və bu ölümün fərqində olanlar çox azdır. Bu ölümün səbəbkarı isə həmişə adəətən tiranlar, diktatorlar, Allahın hökmünə və insanlar üzərindəki hökmünə, sonsuz səlahiyyətinə şərik çıxmaq istəyənlər olur. “Rədd olsun tiran! Yaşasın Azadlıq!” adlı bir şüarın nə vaxtsa mənasız olması, insanların şüurundan bu nidanın birdəfəlik  silinməsi həyəcanı Soljenitsına romanlar yazdırırdı. Azadlıq hisi yoxa çıxa bilər, azadlıq istəyi arzular sırasından silinə bilər və ümumiyyətlə, bu sözün semantikası zədələnər, anlamı, mahiyyəti deqredasiyaya məruz qalar. Və o zaman insanlar ancaq yalana və bu yalanı qoruyub saxlayan, böyüdən zora, zülmə tabe ola bilər... Avtobusda yol gedirlər dustaqlar... Yarım saatlıq görüş onlara bayırın, asudəliyin havasını daddıracaq. Və yolboyu avtobus pəncərəsindən boylanaraq gördükləri hər şeyi öz analitik təfəkkür süzgəcindən diqqətlə keçirən  bu ağıllı dustaqlar tarixi-siyasi hadisələrə, ictimai ətalət və korluğa işarə edən məqamları da təhlil etməyə çalışırlar. “Bu tutuquşu mundirlərini düşüncələrə qərq olmuş Gerasimoviç də görmüşdü. O, qaşlarını çataraq  bütün avtobusun eşidə biləcəyi tərzdə soruşdu: – Bir baxın! Qorodovoylar peyda olub! Yenə – qorodovoylar. Hə, onlardır?.. Qleb xatırladı ki, hələ otuzuncu illərin əvvəlində komsomol rəhbərlərindən kimsə onlara demişdi: “Siz, yoldaş gənc pionerlər, bir də heç vaxt diri qorodovoy görməyəcəksiniz”. – Görməli olduq... – Qleb gülümsündü. – Nə? – Gerasimoviç onu başa düşmədi. Nerjin onun qulağına tərəf əyildi: – İnsanların beyinlərini o qədər doldurublar ki, indi lap küçənin ortasında durub “Rədd olsun tiran! Yaşasın azadlıq!” qışqırsan da, heç başa düşməyəcəklər ki, hansı tirandan və hansı azadlıqdan danışırsan. Gerasimoviç alnındakı qırışları aşağıdan - yuxarı  dartdı.

– Siz əminsinizmi ki, məsələn, özünüz başa düşürsünüz?

– Zənn edirəm, – Nerjin dodaqlarını büzərək cavab verdi.

– Təsdiqləməyə tələsməyin. Ağılla qurulmuş cəmiyyətə necə azadlıq lazımdır– insanlar bunu  çox pis təsəvvür edirlər”...

 

09.05.2018

Ardı var

İradə Musayeva

 

 

Oxşar xəbərlər
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO