"Atamı iki dəfə dəfn etdik, əvvəl Bərdədə, sonra isə Şəhidlər Xiyabanında" - Şəhid oğlu...
Oxunub: 6837
09 May 2018 | 22:41
...Onun atası – şəhid Gündüz Səmədovun haqqında ilk dəfə illər öncə Şuşa türməsinin rəisi olmuş Aydın Abbasovla həmin həbsxananın əməkdaşları və dustaqlarının mayın 8-də şəhərin müdafiəsi zamanı ermənilərlə qeyri-bərabər döyüşdə göstərdikləri qəhrəmanlıq haqda söhbət edərkən eşitmişdim... Düşməni daha yaxşı görüb nişan almaq üçün qülləyə qalxan Gündüzü erməni snayperi alnından vurub... Bundan bir neçə saat öncə ermənilər Şuşaya hücuma başlayan kimi Gündüz Səmədov həbsxana rəisinin növbətçi köməkçisi olaraq oradakı 30-a yaxın dustağı azad edib ki, ermənilərə əsir düşməsinlər... Allah rəhmət eləsin..! 

Son illər jurnalist fəaliyyətimlə bağlı tanış olduğum Səbuhi Səmədovu, sadəcə, 122 saylı Xankəndi dairəsindən deputat, şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı Flora Qasımovanın köməkçisi kimi tanyırdım... Səbuhi bəyin məhz hədsiz təvazökarlığı, özü haqda danışmağı sevməməsi səbəbindən şəhid oğlu olduğunu bu yaxınlarda təsadüfi bir söhbət zamanı öyrəndim...
Bundan sonra Səbuhi Səmədov Moderator.az-ın qonağı olmaqdan yaxasını qurtara bilmədi...

- Səbuhi bəy, hər il  8 mayda  iki dəhşətli itkinin ağrısını daha şiddətlə duyursan: uşaqlıqdan doğulduğun Kərkicahan qəsəbəsi qədər sənə əziz olan Şuşanın işğalı və onun müdafiəsində qəhrəmancasına şəhid olan atanın itkisi...  

- Bilirsiz, mən buraya 3-cü bir itkini də əlavə edərdim... Uşaqlıq, yeniyetməlik itkisi... Çox ağır, qarışıq və ziddiyyətli bir dövrə düşdü bizim nəslin uşaqlığı... Böyüklər həmin günləri başqa cür yaşayırdı, kiçiklər başqa cür... Kəndlərimizin, şəhərlərimizin işğalından sonra bizim uşaqlığımız, yeniyetməliyimiz də yox oldu, işğal olundu... Yəni düşüncələrimiz böyüklərinkindən fərqli olsa da, eyni halları, qorxu-həyəcanı, didərginliyin çətinliklərini bizlər də böyüklərlə bərabər yaşamışıq... 
1991-ci il dekabrın 28-də doğma Kərkicahanın işğalından sonra müvəqqəti olaraq Şuşaya - babamgilə köçdük. Şuşa düşmən tərəfindən atəşə tutulanda biz də həyəcan hissi keçirirdik. “Alazan” raketləri atılanda deyirdilər, qorxusu yoxdu, amma top, ”qrad” atılan kim biz uşaqlar da binaların nəmiş zirzəmilərinə sığınıb saatlarla orada qalırdıq. Dinc sakinin, yaxud döyüşçünün şəhidlik xəbəri gələndə, şəhərə cənazə gətiriləndə biz də onu görürdük... Bu minvalla uşaqlığımız müharibə illərinə, yeniyetməliyimiz, gəncliyimiz isə didərginlik illərinə təsadüf etdi. Yəni erməni işğalı nəticəsində yalnız torpaqlarımızı, atalarımızı, əzizlərimizi deyil, həm də uşaqlıq yeniyetməlik illərimizi itirdik... Mənəvi zərbələr ölçüyəgəlməz miqdardadır...  

- Kərkicahandan çıxandan sonra Şuşanın hansı məhəlləsində yaşayırdınız?
- Şuşanın Çüxurməhlə adlanan hissəsində. Elə müharibədən öncə də uşaqlığımın gözəl, qayğısız günlərinin bir hissəsi orada keçib. Rəhmətlik atamla bərabər tez-tez gedib-gəlirdik babamgilə... Yadımdadır ki, Kərkicahana gedən avtobuslar Şuşanın mədəniyyət evinin yaxınlığında dayanırdı... Onu da deyim ki, uşaqlıq duyğularımla anladığım o dövrün abı-havası bambaşqa idi, insanlar daha səmimi və mehriban idilər. Ən azı, indiki aqressivlik yox idi... 
1-ci sinifdə oxuyanda Şuşada Novruz bayramını keçirilməsinin də şahidi olmuşam...

- Şuşadan çıxdığın günləri necə xatırlayırsan?

- Şuşada artıq uşaq və qadınlar üçün böyük təhlükə yarananda - 1992-ci ilin martında - Novruz ərəfəsində atam bizi Bakıya gətirib müvəqqəti yerləşdirməyə məcbur oldu. Həmin vaxt Şuşa həbsxanasında işləyən atam özü geri döndü. Amma söz verdi ki, mayda məzuniyyətə çıxmalıdır - onda gələcək... Bu, bizim atamızla son görüşümüz oldu. May ayında o, Bakıya şəhid olaraq döndü... 

- Atanın ölüm xəbərini ilk dəfə nə vaxt, kimdən eşitdiniz?
- Yadımdadır ki, Bakıdakı qohumlardan biri zəng vurub dayım Azərin yaralı olduğunu, Bərdəyə gətirildiyini demişdi. Amma atamın Bakıda Tağı, Niyaz adlı dostlarının hərəkətlərindən də hiss olunurdu ki, bu, yaralanmaq məsələsi deyil... Dayımla isə heç əlaqəsi yox idi... Bu minvalla elə oldu ki, atamı mayın 8-də Bərdədə dəfn elədik... Sonra isə mayın 18-də Bakıya gətirərək Şəhidlər Xiyabanında xüsusi hərbi mərasimlə torpağa tapşırdıq... Yadımdadır ki, o zaman parlament binası ətrafında xeyli adam toplaşmışdı, nəsə qarışıqlıq idi... Sonradan böyüyəndə anladım ki, həmin gün Laçın işğal olunmuş, parlament binasında isə yeni hakimiyyətə gələnlər iclas keçirirmiş,  Laçının işğalı ilə bağlı etiraz edən camaat şəhid dəfn edildiyini biləndə Xiyabana doğru istiqamət alıb və  atamın dəfnində böyük izdiham yaşanıb...

- Atalı günlərini necə xatırlayırsan?

- Oğul olaraq daim atamla fəxr etmişəm... 7-8 yaşım olsa da, həmişə gözləyirdim ki, mənə bir iş tapşırsın, onu sevə-sevə yerinə yetirim... Atam daim bizi sağlam həyat tərzi qurmağa alışdırmağa çalışırdı. Bazar və tətil günləri də çox yatmağa qoymurdu. Bizi səhər tezdən oyadıb özü ilə bərabər kəndimizin o təmiz havasından udmağa, o gözəl torpaqların üstündə hərəkət, idman etməyə, sonra da soyuq su ilə yuyunmağa vadar edərdi... Təəssüf ki, işinin çoxluğu, təhsilini davam etdirməsi, eyni zamanda sonradan Kərkicahanın müdafiə işləri ilə məşğul olması səbəbindən biz atamızla birgə doyunca Xankəndinin, Şuşanın görməli yerlərini gəzə bilməmişik... Atam o vaxt Şuşa türməsində işləməklə yanaşı, həm də Bakıda ali məktəbdə qiyabi oxuyurdu...

- Atanın vətənpərvərliyini hiss edirdin uşaqlıqdan?
- Əlbəttə... Onun bizimlə xalq, millət, Vətən, Qarabağ, tarixi düşmənlərimiz haqda söhbətlərində, davranışlarında bu sezilirdi... ...1990-cı il 20 Yanvar faciəsi ərəfəsində, yanvarın 19-da bacımın 5 yaşı münasibətilə atamın Bakıdan Tağı adlı dostu da gəlmişdi. Həmin gün evimizdə ad günü məclisi qurulmuşdu. Axşam qəfildən televiziya da verilişlərin kəsilməsi, sonra Bakıdan həyəcanlı xəbərlər gəlməsi, atamın Tağı əmi ilə birgə qəsəbədə gəzib dostlardan əlavə xəbərlər öyrənməyə çalışması və s. yadımdadır... Yanvarın 20-də biz Şuşaya gedəsi olduq... Və Azərbaycanın üçrəngli bayrağını ilk dəfə Şuşada - Çüxur məhlədə evlərdən birinin qarşısından asılmış şəkildə gördüm... 

- Kərkicahanın müdafiəsində də fəal iştirak edib Gündüz bəy...

- Bəli, qəsəbəmizin müdafiəsi, silah-sursatla təchizatı üçün xeyli işlər gördü.  Kərkicahanda çox gərgin döyüşlər gedib. O vaxt orada olanların hamısı bunu yaxşı xatırlayır... Atam bundan əlavə, istintaq orqanlarına da bacardığı qədər dəstək verirdi... 1991-ci ildə Şuşa rayonunun Qaladərəsi kəndinin erməni quldurlarından təmizlənməsi əməliyyatı zamanı atamın da köməyə getdiyini bilirdik...  Bir neçə gün gəlmədi, hamımız nigaran qaldıq. Nəhayət, gəlib çıxanda məlum oldu ki, o, 3 erməni fotosu gətirib. Həmin ermənilər Şuşa türməsində dustaq idi və onlar “ASALA” terror  təşkilatının üzvləri olduqlarını etiraf etmirdilər. Lakin atamın gətirdiyi fotolar, onların üzərindəki yazılar və sənədlər bunu kifayət qədər sübut edirdi. İllər sonra artıq mən Bakıda işləyərkən müəyyən dövlət orqanlarında çalışan şəxslərlə görüşlərim oldu və onlar Gündüz Səmədovun oğlu olduğumu biləndə atamın erməni terrorçularıyla  bağlı istintaq işlərində nə qədər kömək etməsi haqda danışdılar...  
- Atan 1992-ci il mayın 8-də Şuşa türməsində döyüşərkən erməni snayper tərəfindən vurulub. Həmin vaxt onun yanında olmuş iş yoldaşlarından, dustaqlardan sonradan rastlaşdığınız, onun şəhidliyi haqda danışanlar oldumu?

- Mən o vaxt uşaq olmuşam... Amma  əmimin dediyinə görə, iş yoldaşlarından biri ölüm anında yanında olub... Atam ona nəsə deməyə çalışıb... Lakin o dəqiq başa düşə bilməyib... Həmin adam da Şuşanın işğalından sonra çox yaşamayıb, həmişə onun da dərdin edib ki, mən Gündüzün son nəfəsində nə dediyini anlaya bilmədim...
Şuşaya hücum başlayan kimi atam 30-a yaxın azərbaycanlı dustağı buraxıb ki, vuruşa bilən bizə kömək etsin, qalanlar isə çıxıb getsinlər ki, erməni əsirliyinə düşməsinlər...
- Atasız böyüməyin ağrılarını necə yaşadın?

- Dostlarımın, tanışlarımın atalarının onlara verdiyi məsləhətlərlə böyüdüm... Yəni, dostumun atası dostuma nəsə məsləhət verəndə mən də ordan özüm üçün hansısa dərs götürürdüm. Və böyüdükcə ata-analarının qədrini bilməyənləri həmişə qınaq obyektinə çevirməyə başladım... Hərdən belə suallara dalıram ki, görəsən, atam sağ olsaydı, münasibətlərimiz necə olardı... Bəlkə elə atam yanımda olsaydı, mən də başqaları kimi onun qədrini bilməzdim...
...Bu yaxınlarda “You Tube” kanalında ermənilərin yaydığı bir video-görüntü tapdım... Ermənilər Şuşanın işğalından sonra türməyə necə daxil olurlar... Xidməti otaqlara baxış keçirirlər... Mən o videoya baxanda sanki atamdan bir iz axtarırdım... Düşünürdüm ki, atam bəlkə filan otaqda oturub işləyib. Yəqin onun imzası, yazısı, qeydi olan sənədlər var orda, o dəhlizlərin hamısını gəzib... Və yaxud “KarabakhTV”-də, Moderator.az saytında da mütəmadi olaraq bu gün soydaşlarımız Dilqəmlə Şahbazın(Allah qapılarını açsın) yatdığı  həmin türmədən yazılar fotolar, videoları görəndə mən yenə də atamı arayıram... 

- Köməkçisi olduğun deputat Flora xanım Qasımovanın həyat yoldaşı, sənin isə atan şəhid olub... Yəqin ki, işlər nə qədər çox olsa da, arada dərdlərinizi də bölüşürsüz... Bu həmdərdlik bəlkə də didərgin insanlarla işləməkdə də sizə yardımçı olur..?

- Bəli, cox olur. Həm isğal altında olan bir torpağın insanları kimi, həm də şəhid ailəsi olaraq dərdlərimiz də birdir Flora xanımla. Məhz bu yaxınlıq, həmdərdlik respublikamızın 40-a yaxın rayon və şəhərində məskunlaşmış Xankəndili məcburi köckünlərimizlə munasibətdə, onların problemlərinin həlli istiqamətində görülən işlərdə əhəmiyyətli rol oynayır… Eyni zamanda tələbkar və məsulliyyətli br insan kimi Flora xanımla birgə işləmək də mənim üçün böyük bir dərs və imtahandır… 

- Heç yuxuna girirmi atan?

- Şəhid olduğu müddətdən bəri yalnız bircə dəfə yuxuda görmüşəm... Mən əsgərliyə yollanan gün... Gördüm ki, gəlib... Vəziyyətlə, mənim hərbi xidmətə getməyimlə maraqlanır... Hamı da mənə gözaydınlığı verir ki, bəs atan gəlib. Mən isə deyirəm ki, nə olsun, gəlib, onsuz da gedəcək...  Maraqlıdır ki, mən də hərbi xidmətimi atamın əməkdaşı və şəhidi  olduğu Ədliyyə Nazirliyinin  N saylı hərbi hissəsində keçirdim...  
Həmişə çalışmışam ki, atamın adını uca tutum. Hər yerdə tanıyanlar məni Gündüzün oğlu kimi təqdim edirlər. Bu, mənim üçün böyük fəxrdir. Çalışıram onun adına layiq olum... Mütəmadi Şəhidlər Xiyabanında onu ziyarət edirəm... Çox vaxt sorğu-suala çəkirəm, bəzən qınayıram yanımızda olmadığına görə... Oğul üçün atasız böyümək xeyli çətindir... Amma bir tərəfdən atamın şəhid kimi müqəddəs bir adı daşıması mənə daim qürur hissi verib və o hiss məni daim mübariz olmağa, onun amalları uğrunda, torpaqlarımızın azadlığı uğrunda mübarizəni  davam etdirməyə ruhlandıırıb...  İki oğlumu və himayəmdə olan bacım oğlunu da bu mübarizlik ruhunda böyüdürəm...

- Torpaqlarımızın, Xankəndinin, Şuşanın, Kərkicahanın azadlıq yolu səni də çox düşündürür, yəqin?..

- Atamın Şəhidlər Xiyabanındakı məzarının yanında bir boş yer var... Bir şəhidi bağrına basacaq güllü-çiçəkli bir boş yer. Sanki ötən bu illər ərzində hər atamı ziyarət etdiyimdə həvəslə təmizliyinə baxdığım, çiçəklərinə qulluq etdiyim o yeri özüm üçün qorumuşam... Hərdən  atamla məzarı başında  öz aləmimdə söhbət edəndə deyirəm ki, əziz ata, yəqin, bu yer də mənim üçündür... Onsuz da torpaqlarımızın azadlıq yolu savaşdan keçəcək. Və gec-tez başlanacaq  bu savaş bizim qələbəmizlə nəticələnəcək...  Qoy mənim də yolum burdan keçsin... Sənin yanına gəlim... Amma bilim ki, mən şəhid olandan sonra Şuşa, Xankəndi, Kərkicahan... - Qarabağ azad olacaq, sənin və sənin kimi neçə-neçə oğlumuzun qisası alınacaq...

-İnşallah...

Söhbətləşdi: Sultan Laçın
Oxşar xəbərlər
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 11:12
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
03 May 2024 | 11:10
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May 2024 | 11:16
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
03 May 2024 | 11:23
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
03 May 2024 | 11:33
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
03 May 2024 | 11:31
Lənkəranda inəyi vuran avtomobil yanıb
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 11:37
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 11:12
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
03 May 2024 | 11:10
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May 2024 | 11:16
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
03 May 2024 | 11:23
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
03 May 2024 | 11:33
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
03 May 2024 | 11:31
Lənkəranda inəyi vuran avtomobil yanıb
03 May 2024 | 12:25
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
03 May 2024 | 11:37
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU