“Ermənilərin Şuşanı hədəf seçdiklərini qabaqcadan bilirdim” – MÜSAHİBƏ
Oxunub: 7317
05 May 2018 | 17:43
“Ermənilərin Şuşanı hədəf seçdiklərini qabaqcadan bilirdim”  – MÜSAHİBƏ

“Əgər hər bir küçə, hər bir ev uğrunda döyüş getsəydi, bu əraziləri almaq olmazdı”

 

“Laçın alayının hərbçiləri “Azərbaycan ordusu” mahnısını oxuyanda gözlərim doldu”

 

Qarşıdan Şuşa və Laçının işğalının növbəti ildönümləri gəlir. Hansı ki, istər sözügedən rayonların, istərsə də itirilən digər ərazilərimizin işğal səbəbi, müdafiədə yol verilən nöqsan və səhvlərin tam olaraq araşdırılıb-araşdırılmadığı ilə bağlı bu gün də birmənalı fikir mövcud deyil. Odur ki, Moderator.az olaraq sabiq müdafiə naziri Tacəddin Mehdiyevlə söhbətimizdə bu məqamlara aydınlıq gətirməyə çalışdıq.

 

-Tacəddin bəy, bu ay həm Şuşanın, həm də Laçının işğalının növbəti ildönümüdür. Sizcə bu rayonların müdafiəsi ilə bağlı 1992-ci ildə bütün lazımi işlər görülmüşdümü? Bu rayonların itirilməsində hansısa yanlış hərbi-siyasi qərarların təsiri olubmu?

 

-Bu, çox geniş bir mövzudur. Bunun üçün bu hadisələrin  baş vermə səbəblərinə toxunmaq, onları izah etmək lazımdır. Çünki bunlar bir-biri ilə bağlı olan məsələlərdir və onları konteksdən çıxartmaq olmur.

Məsələn, Şuşanın işğalına nəzər salaq. Bilirdim ki, ermənilər koridoru açmaq üçün mütləq gəlib Şuşadan keçməlidirlər. Çünki əgər onlar digər tərəfdən koridoru açsaydılar, bu, bir dövlətin başqa dövlətə qarşı müharibəsi olardı. Hər şey ermənilərin Şuşanı götürmək niyyətindən xəbər verirdi. Çünki Şuşanın ətrafındakı kəndlər tədricən işğal olunurdu. Kərkicahanın alınması, Kosalar ətrafında düşmənin qüvvə cəmləməsi və s. bunu göstərirdi.

 

-Ermənilərin əsas hədəfinin Şuşa olduğunu qabaqcadan bildiyinizi qeyd edirsiniz. Madam ki, düşmənin niyyətindən xəbəriniz var idi, o zaman bu niyyəti önləmək üçün hansı addımlar atdınız?

 

- Mən orada olanda, heç bir qüvvəm omaya-olmaya çalışırdım ki, Daşaltını götürək. Oranı götürəndən sonra mütləq qayıdıb Şuşukəndi də götürtməyə çalışacaqdım. Bunu etməliydim ki, gələcəkdə yol Malıbəyliyə açılsın. Şuşanın ətrafı təmizlənməli idi. Bu addımları atmağaı daha zəruri hesab edirdim və imkan daxilində buna səy göstərdim.

 

-Şuşanın strateji mövqeyi, onun yerləşdiyi coğrafiyanın özünəməxsusluğu bu şəhərin alınmazlığı ilə bağlı təəssürat yaratsa da, sanki belə göründü, ermənilər bu şəhəri asanlıqla aldılar. Ən azından Şuşa düşmən hücumuna göstərməli olduğu müqaviməti göstərə bilmədi. Bu barədə nə deyə bilərsiniz?

 

-Şuşa elə bir coğrafiyada yerləşirdi ki, o, yaxşı müdafiə edilsəydi, bir batalyonla bir diviziyanın da qarşısını almaq olardı. Çünki ora cəmi iki yerdən yol var idi. Biri Laçın tərəfdən idi. Həmin vaxt Laçın bizdə idi və o tərəfdən Şuşa üçün qorxu yox idi. İkinci yol isə Xankəndəndi yolu idi. Bir də aşağıdan – erməni kəndi tərəfdən düşmənın çıxmaq ehtimalı var idi. Hansı ki, xırda bir qüvvəni Daşaltı tərəfdə yerləşdirməklə onları neytrallaşdırmaq olardı. Əsas diqqəti Xankəndi tərəfdən gələn yola yönəltmək lazım idi. Bütün qüvvələr bu yol istiqamətində cəmləşdirilməli idi. Yollar da öz növbəsində minalanmalı idi. Sonralar dedilər ki, o minaları çıxarıblar. Bu məsələdə də müqəssirlərin kimliyi bilinmədi. Məlum olmadı ki, minaların çıxarılması əmrini kim verib.

 

-Sizcə Şuşanı qorumaq üçün gərəkli hərbi texnika var idimi?

 

-Şuşa verilən  ərəfədə IV ordunun bütün silah-sursatı bizim orduya təhvil verilmişdi. Şuşada bir briqada yerləşirdi. Briqadanın komandiri isə Elburus Orucov idi. Orada tank da, BMP də, top da, “QRAD” da var idi. Bu cür qüvvələr olan yerdə bir diviziyanın da hücumunun qarşısını almaq olardı. Bu qüvvələri təhlükə gələn istiqamətdə elə yerləşdirir, hədəfləri elə dəqiqliklə vurusan ki, oradan heç nə keçə bilmir. Əgər yol da minalanıbsa, oradan bu halda hansısa qüvvənin keçməsi mümkünsüzdür.

Daşaltı tərəfdən o cür dağı qalxmaq qeyri-mümkün idi. Orada da xırda bir qüvvə yerləşdirilsəydi, o zaman təhlükədən tam oalraq sığortalanmaq mümkün idi.

Şuşanın yerli özünümüdafiə batalyonu var idi. Orada 380 nəfərdən çox adam var idi. Əgər orada ciddi müqavimət təşkil edilsəydi, onlar aylarla oranı saxlaya bilərdi. Düşmən heç vaxt oranı ala bilməzdi. Çünki bizdə hərbi texnika, silah-sursat da var idi. Bir sözlə, döyüşmək lazım idi.

Araşdırın, baxın görün Şuşa verilən gün  neçə nəfər həlak olub? Şuşanın özünmüdafiə batalyonundan və oradakı briqadadan neçə nəfər əsgər və zabit həlak olub? Bunu araşdırsanız, o zaman sizə hər şey aydın oalr. O zaman siz dəqiq biləcəksiniz ki, orada döyüş gedib, yoxsa yox.

 

-Şuşanın itirilməsindən dərhal sonra çoxsaylı hərbi qüvvələrimizin Turşsu istiqmaətində cəmləşdiyi ilə bağlı məlumatlar yayıldı. Sizcə Turşsudakı bu qüvvələrin Şuşaya hücum edib düşmənin hələ möhkəmlənmədiyi şəhəri yenidən geri almaq imkanı var idimi?

 

-Qeyd etdiyiniz kimi, deyirlər ki, hərbi qüvvələr Şuşadan çıxıb Turşsuda yerləşib. Bildirirlər ki, ora bəzi yetkililər böyük qüvvə ilə gəlsələr də, onlar Şuşaya keçmədilər. Deyirlər ki, onlar Şuşaya ona görə girə bilmədilər ki, orada ermənilər var idi. Əgər bu cür qüvvələr var idisə, o zaman hərbdən başı çıxan şəxs Şuşa istiqamətinə həmin situasiyada iki kəşfiyyat qrupu göndərir. Onlara düşmənin olub-olmaması, varsa nə qədər canlı qüvvə və texnikaya malik olması ilə bağlı informasiya əldə olunur. Madam ki, Turşsuda böyük qüvvələr cəmləşmişdi, o zaman həmlə edib Şuşanı yenidən almaq olardı.

Şuşa bizm ən strateji nöqtəmiz idi. Şuşanın verilməsi ilə hər şey başladı. Bundan sonra aydın idi ki, ermənilər Laçına gedəcək, oradan da koridoru açıb Ermənistanla birləşməyə çalışacaqlar. Bizim ən ağrılı itikimiz Şuşa, ondan sonra isə Laçın olub.

 

-Sizcə Laçının müdafiəsi necə təşkil olunmuşdu? Bu müdafiəyə cəlb edilən hərbçilərimizdə döyüş əhval-ruhiyyəsi nə dərəcədə yüksək idi?

 

-Laçın alayında çox döyüşkən uşaqlar var idi. Onlara Arif Paşayev rəhbərlik edirdi. Onlar mərd uşaqlar idi. Maraqlı məqamlardan biri də budur ki, bu alayın ləğv edilməsi, onun briqada ilə birləşdirilməsinə kim əmr vermişdi? Buna həmin vaxt ehtiyac var idimi? Bu, döyüşkən bir alay idi, qoyardılar yenə də döyüşərdi də.

Laçınlılar çox döyüşən insanlardır. Mən onların batalyonunda olmuşam, orada əsgərlərlə görüşmüşəm. O batalyon bütün heyətlə “Azərbaycan əsgəri” mahnısını oxuyanda mənim gözlərim yaşarmışdı.

 

-Bütün deyilənləri ümumiləşdirsək, sizcə bizim Qarabağ müharibəsindəki məğlubiyyətimizin ən ümumi səbəbləri hansılardır?

 

-Hesab edirəm ki, bu proseslər zamanı səhlənkarlığa, bacarıqsızlığa, bəlkə də bilərəkdən yanlışlıqlara yol verilib. Məğlubiyyəimizin səbəbi də budur. Əgər hər bir küçə uğrunda, ev uğrunda döyüş getsəydi, bu əraziləri almaq olardımı? İnsanları Şuşadan çıxardan, bununla bağlı əmr və göstəriş verənlər ağır cəza almalı idilər. Hərbi nizamnamədə belə bir müddəa var. Müdafiə olunan tərəflərə öz mövqeyini tərk etmək əmri verilmirsə, onlar sonuncu güllələrinə qədər öz mövqelərində qalmalıdırlar. Müdafiədəki qüvvələrin döyüşdən çıxmaq əmrini ancaq müdafiə naziri və ya baş qərargah rəisi verə bilər. Müdafiədəki qüvvələrin göyüşdən çıxması ilə bağlı əmr olub, yoxsa yox? Bunu araşdırmaq lazımdır. Əgər əmr olmayıbsa, oranı nə ixtiyarla tərk ediblər? Onlar son nəfəsinə qədər döyüşməli idi. Bax bütün bu məqamların hamısının dəqiqləşdirilməsinə, bunlara aydınlıq gətirilməsinə ehtiyac var.

 

Seymur Əliyev  

Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama