Azərbaycan Cümhuriyyətin süqutunun gizlinləri – Dəqiq faktlar, deyilməyən məqamlar…
Oxunub: 7180
25 Apr 2018 | 23:45
Azərbaycan Cümhuriyyətin süqutunun gizlinləri – Dəqiq faktlar, deyilməyən məqamlar…



Moderator.az tarix elmləri doktoru, Cümhuriyyət dövrünün araşdırmaçısı Nəsiman Yaqublunun  yeni nəşrə hazırladığı “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası”
(Sovet dövrü:1920-1991) kitabından növbəti  hissəni oxuculara təqdim edir:



27 APREL, YOXSA  28  APREL?

1920-ci ilin 27 aprelində bolşevik Rusiyasının silahlı qüvvələri – başda XI Ordu olmaqla Azərbaycan sərhədlərini keçib müstəqil bir dövlətin ərazisini işğal etdilər. Həmin dövrdə Azərbaycan – Rusiya sərhədlərində olan azsaylı  silahlı dəstələrimiz müəyyən qədər müqavimət göstərsələr də bu, nəticəsiz oldu. Bəzi mənbələrdə 60 (altmış), bəzi mənbələrdə isə 70 (yetmiş)  min rus – bolşevik silahlı dəstələrinin Azərbaycana hücum etdiyi qeyd olunmaqdadır. Əslində  “sovet hakimiyyətinin, fəhlə-kəndli hakimiyyətinin qurulması və Türkiyəyə yardım” adı altında Azərbaycanın  Rusiya tərəfindən yeni  işğalı baş verirdi. Azərbaycan Milli Qurtuluş  Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə yazırdı: ”Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında heç bir fərq yoxdur. O zamankı zəncirlərin rəngi ağ, indiki zəncirlərin rəngi qırmızıdır” (burada ağ və qara, Rusiyanın o dövrlərdəki bayraqlarına işarədir).

Azərbaycanda Sovet hakimiyyətinin mövcudluğu dövründə (1920-1991-ci illər) dövlətin təbliğat sistemində, nəşr etdiyi kitablarda, “27 Aprel” yox, “28 Aprel”  tarixinə üstünlük verilib. Bəs nə üçün?

Azərbaycan Xalq Cümhuriyyətinin mühacirətdə yaşayan liderləri (başda M. Ə. Rəsulzadə, Ə. Topçubaşov və d.) öz yazılarında, rəsmi sənədlərdə 1920-ci ilin 27 Aprelini Azərbaycanın işğalı olaraq qeyd ediblər. Bu, onunla izah edilib ki, Azərbaycan dövlətinin sərhədləri Rusiya bolşeviklərinin XI Ordusu tərəfindən aprelin 26-dan 27-nə keçən gecə pozulub və işğalçı qüvvələr Yalama-Xaçmaz tərəfdən ərazimizə daxil olublar.

Yəni, hələ 1920-ci ilin 21 və 23 aprel tarixlərində Qafqaz Cəbhəsi İnqilab Hərbi Şurası S.Q.Orconikidzenin başçılığı ilə XI Orduya Aprelin 27-də Azərbaycan sərhədini keçib, bütün ərazini tutmaq əmrini vermişdi. Aprelin 26-da XI Ordu qərargahı  hücuma rəhbərlik etmək üçün Dərbəndə köçmüşdü. XI Ordunun hücumu  aprelin 26-dan 27-nə keçən gecə saat 12-də başladı. İrəlidə dəstə komandiri  M.Q.Yefremovun yerləşdiyi “III İnternasional” qatarı gedirdi. Yalama stansiyasında Azərbaycan Ordusu əsgərləri ilə qısa döyüşdən sonra Milli Orduya məxsus zirehli qatar geri çəkilməyə məcbur oldu. Xudat və Xaçmaz stansiyalarında da Milli Ordu əsgərləri döyüşüb müqavimət göstərdilər (bəzi mənbələrdə 1000-ə qədər əsgərin döyüşdə həlak olduğu söylənilir). Lakin onların sayı işğalçı bolşevik ordusundan olduqca az idi. Azərbaycan sərhədlərini keçən bolşevik ordusunda 60-70 min əsgər var idi. Bizim 25-30 minlik ordumuzun böyük bir hissəsi kommunistlərin göstərişi ilə Qarabağda qiyam qaldırmış ermənilərlə savaşa göndərilmişdi. Generallarımızdan S. Mehmandarov və  Ə. Şıxlinski körpünü partladıb XI Orduya mane olmadılar. 1920-ci ilin Aprelin 28-də saat 5-də “III İnternasional”  zirehli qatarı 23 saatlıq Yalama-Bakı məsafəsini qət edərək Bakı Vağzalına çatdı.

Beləliklə, bolşeviklər məhz 28 Apreli Azərbaycanda Sovet Hakimiyyətinin yaradılması günü élan edərək “28 Aprel İnqilabı”  olaraq  dünya ictimaiyyətinə yaydılar. Yəni 27 Aprel işğalı yox, yalan və saxta bir təqvim yaratdılar –28 Aprel inqilabı. 

27 Aprel işğalı ilə əlaqədar M. Ə. Rəsulzadə yazırdı: “Qanlı çar istibdadının yerini bu dəfə  ondan daha qanlı bolşevik istibdadı tutdu. Beləliklə, azadlıq istiqlalımız qızıl istilaçıların ayaqları altına əyildi


SOVET  İŞĞALI –“QRAB NEDELYA” - (YAĞMALAMA HƏFTƏSİ)

27 aprel 1920-ci ildə Azərbaycanda “Qrob nedelya” (“Yağmalama həftəsi”) elan edərək ticarətxanaları, evlərin uşaq oyuncaqlarına qədər hər şeyi talan edib 60 (altmış) vaqon dolu əşyanı “Yoldaş Leninə Azərbaycandan hədiyyə” adı altında Moskvaya yolladılar. Ərzaq anbarları müsadirə edildi, Moskva proletariatına göndərildi. Azərbaycanlı ailələr küçələrə atıldı, evləri mənimsənildi. Seçmə ziyalılar, hökumət adamları, məmurlar, tanınmış pedaqoqlar da öldürüldü, ya həbs edildi. İki gün ərzində Bayıl həbsxanasında  300 (üç yüz) nəfər güllələndi, 10 (on) minə qədər insan Sibirə sürgünə göndərildi.

Bolşeviklər neft və neft məhsulları olmaqla, Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərini Sovet Rusiyasına daşıdılar.

Azərbaycan talan edilir, sərvəti Rusiyaya daşınırdı. Yalnız 1920-ci ilin mayın 1-də Rusiyaya “Buniyad” gəmisi ilə 67, 528 pud neft; “Rus” gəmisi ilə 76697 pud mazut yola salınmışdı.

Sovetlər Birliyi dövründə 800 (səkkiz yüz) min slavyan əsilli əcnəbi Azərbaycana gətirilərək burada əbədi məskunlaşdılar.

26  BAKI KOMİSSARLARININ  ABİDƏSİ – İDEOLOJJİ  İŞĞALIN BAŞLANMASI


1920-ci ilin sentyabrında Bakını azad etmiş Türk şəhidlərinə qoyulacaq abidənin açılış mərasimi olmalı idi. 1920-ci ilin 27 aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra həmin abidənin açılışı mümkün olmadı (abidənin müəllifi Zivər bəy Əhmədbəyov idi).

Azərbaycan işğal edildikdən sonra 1920-ci ilin sentyabrında Bakıda Azərbaycanın azadlığına əks mövqedə dayanmış,31 Mart soyqırımında bilavasitə iştirak etmiş 26 Bakı Komissarlarının dəfn mərasimi oldu. İlk olaraq 1920-ci ilin sentyabrın 8-də onların təntənəli şəkildə dəfn mərasimi keçirildi. 1924-26-cı illərdə isə “26 Bakı Komissarlarının güllələnməsi” qorelyefi (qranit, heykəltəraş S.D.Merkurov idi) və 26 Bakı Komissarları xatirə ansamblı (1968, memarlar H.Ələsgərov, Ə.Hüseynov, heykəltəraşlar İ.Zeynalov, N.Məmmədov) yaradılmışdır. 
Sovetlər Birliyi dövründə 1918-ci ilin 31 Mart soyqırımında minlərlə günahsız azərbaycanlının qətlində iştirak etmiş 26-ların − S.Şaumyanın, S.Osepyanın, A.Əmiryanın, A.Boryanın, B.Avakyanın, A.Kostanyanın, T.Əmirovun və digərlərinin qəbri üzərinə gül-çiçək dəstələri gətirməyə insanları məcbur edir, buranı “müqəddəs” bir and yerinə çevirirdilər.
1958-ci ildə həmin meydanda “26 Bakı Komissarlarının güllələnməsi”  qorelyefi qoyulmuş, 1968-ci ildə isə 26 Bakı Komissarı xatirə ansamblı yaradılmışdır.


BOLŞEVİK  QƏTLİAMLARI - İlk qurbanlar 

1920-ci ilin Aprelin 27-dən 28-nə keçən gecədən başlayaraq, bolşeviklər Azərbaycanda amansız  qətliama başladılar.

Sənədlərdən məlum olur ki, 1920-ci ilin Aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfər qırmızı terrorun qurbanı olmuşdu. 1921-ci ilə qədər ancaq hərbçilərdən 12 general, 27 polkovnik (albay) və podpolkovnik, poruçik və podporuçik, 146 proporşik, 266 nəfər başqa işçilər güllələnmişdi. Yalnız 1920-ci ilin mayın 26-dan iyunun 4-nə qədər Gəncədə baş verən üsyanda 10 minədək Azərbaycan insanı həlak olmuşdu.

İNSANLARI  MƏHKƏMƏSİZ  QƏTLƏ  YETİRƏN - “TROYKA”LAR  (“ÜÇLÜK”LƏR)

1920-ci illərdə Sovetlər Birliyində mövcud olan “Troyka”lar  (“Üçlük”lər) minlərlə günahsız insanı sorğu-sualsız, heç bir istintaq işi aparılmadan güllələmək hüququna malik idi.
VÇK-nın (Ümumrusiya Fövqəladə Komissiyası) tərkibində ilk dəfə belə “Üçlük” 1918-ci ilin əvvəllərində yaradılmışdı. “Üçlüy”ün tərkibinə aşağıdakılar daxil idi: F. E. Dzerjinski, V. A. Aleksandroviç və Y. X. Peterso. Bu “Üçlük” 1938-ci ilin sonlarına qədər mövcud olub.
Bu “Üçlüy”ü yaratmaqda məqsəd: 1920-ci illərdəki cinayətkarlıq hallarının operativ şəkildə qarşısını almaq idi. Bundan ötrü formal məhkəmə proseduru olur və güllələmə hökmü yerinə yetirilirdi. 
1929-cu ildən isə onlar sosializm düşmənlərini, qolçomaqları, kollektivləşməyə mane olanları ölüm hökmünə məhkum edir, öldürülmələrini tezləşdirirdilər.
1937-1938-ci illərdə belə “Üçlük”lərə daha çox səlahiyyətlər verilmişdi.
Əslində bu qətliamlar Sovet dövlətinin banisi V. İ. Lenindən başlayırdı. 
Leninin dostlarına yazdığı məktublarda qeyd edilirdi: “Məsləhət görürəm ki, müvəqqəti olaraq öz içərinizdən rəislər təyin edəsiniz, heç kimdən soruşmadan və səfehcəsinə süründürməçiliyə yol vermədən qəsdçiləri və tərəddüd edənləri güllələyəsiniz. V. İ. Lenin”.

AZƏRBAYCANDA RUSLAŞDIRMA SİYASƏTİ  - 1920-1930-CU İLLƏR

M. Ə. Rəsulzadə yazırdı: “Sovetlərdə indi müdhiş bir rus-bolşevik şovinizmi zühur etmişdir. Rus mədəniyyət ölçülərini mütləq surətdə qəbul etməyənlər, buna müqabil millətlərarası mədəniyyət  dəyərlərini qiymətləndirməyənlər kosmopolitizm ilə ittiham olunur və yaxanı NKVD-nin əlinə verirlər”.
Azərbaycanı Azərbaycan türklərindən təmizləmək siyasətini yürüdən Sovet hökuməti digər tərəfdən də ermənilərin Qafqaza qayıtmasına 1931-ci ildə qərar vermişdi. Bu, ermənipərəst siyasətin davamı idi. Tbilisidə çap olunan “Zarya Vostoka” qəzetinin 140-cı sayında bildirilirdi ki, “Muxtar Dağlıq Qarabağ Vilayəti”ndə erməni kommunistlər daşnakları daim müdafiədə olmuş, hətta Qarabağda çıxan ermənicə qəzet daşnaklarla mübarizədən imtina etmişdi.
Azərbaycan türklərinə qarşı isə Sovet dövlətindəki rəhbərliyin münasibəti fərqli idi. Sovet hakimiyyəti Azərbaycanı ruslaşdırır və milli kadrları mühüm vəzifələrə yaxın buraxmırdı. Aşağıdakı məlumatlar Sovet hökumətinin “ruslaşma” siyasətinə əyani bir sübutdur:
Azərbaycan türklərinin ümumilikdə nisbəti:
1. Azərbaycan Baş İqtisad Şurasında - 1928-ci ildə Azərbaycan türkləri yüzdə 31, 1931-ci ildə isə yüzdə 22 olmuşdur.
2. Sığorta İdarəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 12, 1929-cu ildə yüzdə 16, 1931-ci ildə yüzdə 14.
3. Azərbaycan Neft Komitəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 9, 1929-cu ildə yüzdə 7, 1931-ci ildə yüzdə 5.
4. Dövlət Plan İdarəsində –1928-ci ildə Azərbaycan türkləri yüzdə 67, 1931-ci ildə yüzdə 39-a enmişdir. 
5. Baş Dövlət Məhkəməsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 66, 1937-ci ildə yüzdə 46.
6. Maarif  Vəkalətində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 65 ikən, 1931-ci ildə 104 məmurdan 50-ni ermənilər təşkil edirdi.
7. Azərbaycan Dövlət Nəşriyyat İdarəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 51, 1931-ci ildə yüzdə 43.
Bakıda ruslaşmanın daha güclü aparıldığını “Zarya Vostoka” qəzetinin 1931-ci il 11 iyun sayındakı məlumatdan görmək mümkündür: “Bakı Sovetinin məsul işçilərinin 45 faizi ruslar, 17 faizi ermənilər, 16 faizi isə türklərdir (azərbaycanlılardır - red.).
Yenə həmin ildə Azərbaycanda mövcud olan 12 ali məktəbdən ancaq birində – yeni Pedaqoji İnstitutda tədris türkcə, qalanında isə rusca aparılırdı.
Qeyd edək ki, sonrakı dövrdə də Azərbaycanda müdhiş bir ruslaşdırma siyasəti aparıldı. Xüsusən, dövlət idarələrində yazışmalar, sənədləşmələr rus dilində olurdu. Hətta ruslarla ailə quranların ön vəzifələrə çəkilməsi daha asan olurdu. Erməni millətindən olanlar isə (xüsusən qadınlar) mütləq idarə rəhbərinin katibəsi, köməkçisi funksiyasını daşıyırdı.
Bu “ruslaşdırma  siyasəti”ni  ilk dəyişdirmək istəyənlərdən biri 1954-1959-cu illərdə Azərbaycana başçılıq etmiş İ. Mustafayev oldu. Onun Azərbaycan idarəçilik sistemində ana dilini müdafiə etməsi sonradan vəzifədən uzaqlaşdırılması ilə nəticələndi.

Oxşar xəbərlər
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı