“Əlacları olsaydı, nəfəs almağa qoymazdılar...”
Oxunub: 4259
21 Apr 2018 | 09:10
“Əlacları olsaydı, nəfəs almağa qoymazdılar...”
Siyasətə atılanın cinsi olmur. Qadınsan, ya kişi, fərq etməz, siyasətçisən, siyasətdəsənsə, deməli, varsan və ictimai fiqursan. Girişi olub, çıxışı olmayan oyundasan. Bir məqam da olur ki, alət eləyirlər səni. Daha böyük hədəfləri vurmaq üçün silah olursan. Təzyiqə də, tərifə də rast gəlirsən, xəyanətə də uğrayırsan, rəzalət də yaşayırsan. Sonra hamı üzünə gülümsəyir.

Rəzaləti yaşadanlar da, səni alət edənlər də. Heç bəlli də olmur ki, günahın nə qədər idi. Ya da elə yaşadıqlarının hamısı qədər idi. Yəni taleyin bu idi.  Yenə də susursan, kimin səni hədəf seçdiyini də bilirsən. Bilə-bilə gülümsəməli olursan. Oyunların içindəsən, “mətbəxindəsən” deyə. Bəzən öz mətbəxində “vurulursan”. Məqsəd təkcə səni yıxmaq deyil. Hədəfə alan adamlar üçün sən ən xırda fiqursan. Əslində məqsəd daha böyük maraqları və fiqurları hədəfləməkdir. Sadəcə, hədəfdə daha kiçik fiqur görünməlidir ki, mahiyyəti aydın bəlli olmasın oyunların. Bir az belə idi onun situasiyası. Amma qəfil dəyişdi vəziyyət. Əslində qəfil olmadı bəlkə, adamlara qəfil olduğunu göstərdilər. İndi azadlıqda, amma bütün “qalaları” əldən vermiş təsiri bağışlayır. Olsun, əsas odur ki, ayağını yerə basa bildi o boyda siyasi skandalın ardından. Bəzən məəttəl də qalırsan, həmin hadisələrdən, sağlam çıxmağın sirri nədə idi? Doğrudanmı, ayaq üstədir ətrafındakı qalmaqaldan,  skandallardan və həbs həyatından sonra keçmiş deputat Gülər Əhmədova?


- Edəydiniz, nə mane olurdu ki?

- Avropa məhkəməsinə hansısa hakimdən şikayət etmirsən axı, dövlətindən şikayət edirsən. Mən dövlətimdən şikayətçi olmaq istəmədim. Əqidəmdən imtina eləyən birinə çevrilmək istəmədim. Həmişə belə düşünmüşəm. Əgər bir Azərbaycan dövlətinin var olması min Gülərin yoxluğundan keçirsə, qoy biz olmayaq. Ya da bir Gülər bəraət alsın deyə, Azərbaycan cavabdeh kimi hansısa beynəlxalq məhkəməyə çəkiləcəksə, səmimi deyirəm, mənə o  cür bəraət min il bundan sonra da gərək deyil.

-Yaxşı bəs susduqlarınız sizə nə verdi?

- Susduqlarım mənim kimliyimi susmayanlara isbat etdi. Dostlarım da, düşmənlərim də anladılar ki, məni şantajla, hədə-qorxuyla, doğru bildiyim şeydən çəkindirmək olmaz. Kimsəyə şər atmaram, bunu düşmənlər də bildi, dostlar da. Hamı anladı ki, vəzifəyə görə, canıma görə kimisə şərləmərəm, üzə durmaram. Mənim vasitəmlə birilərini “vurmaq” idi məqsəd. Vura bilmədilər, çünki mən susdum. O biri dünyanın varlığına inanıram. Əminəm ki, çoxundan rahat və asan verəcəm orda imtahanımı. İstəmirəm kimsə gəlib boğazımdan tutsun ki, mənə şər atırdın.

- Bəs sizin necə, boğazından tutacaqlarınız çoxdurmu?

- Şübhəsiz. İnsanlar bizim qarşımıza ya hədiyyə, ya da imtahan olaraq çıxırlar. Mən qarşıma çıxarılanlardan imtahanımı verdim, şükürlər olsun, düşünürəm üzüm qara deyil. Amma məndən imtahan verən adamları hələ çox sınaqlar gözləyir zənnimcə. Bilirsinizmi, vəzifə, pul, rıçaqlar adama kimisə əzəsən deyə verilmir. Bunu mənə şər atanlar heç düşünmədi.  Onlardan həmin vaxtlarda heç şikayət etmədim. Sadəcə, ailə üzvlərimə deyirdim ki, sakit oturun, bir kəlmə də danışmayın. Belə lazım idi.  Əsas bu idi ki, mən sağ idim, ölkəmdə idim. O zaman şükür olunacaq yeganə məqam elə bu idi.

- Həyatınıza təhlükə var idimi?

“Üzbəüz gəlsək, Gültəkin Hacıbəyliyə  deyəcəklərim var”

- Onda yalnız bir şeyə şükür edirdim, ailəmə toxunmadıqlarına.  Dedim axı, bu mənim imtahanım idi, həm də son dərəcə ağır imtahanım. Təhlükə də təbii ki, var idi.

- Əleyhinizə ifadə verən çoxlu sayda dostlarınız var idi. Partiyadaşlarınız idilər. Sonra sizi sıralarından çıxaranda səs verdilər bir də. İndi söhbət boyu deyirsiniz ki, o vaxt bir zəngi əsirgəyən, bir dəfə yanınıza gəlməyə qorxanlar belə əvvəlki münasibətə qayıdıb. Bu sevindiricidirmi, ağrılıdırmı? Ya da, məsələn, niyə sualını vermisinizmi onlardan hansınasa?

- Doğrudur. “Niyə” sualını adətən kimisə utandırmaq istəyəndə verərlər. Mən onları heç vaxt utandırmaram. Özləri də heç  bu mövzunun üstünə gəlmirlər. Bir-ikisi çalışıb izah eləsin,  yayınmışam. Demişəm unut, oldu, keçdi. Qoymamışam özünə bəraət qazandırmaq üçün əyilsin. Məcburiyyətlərini danışsın, çünki hamısını bilirəm, hardasa başa da düşürəm. Onlar başqa cür edə bilməzdilər. Söhbət açılsa deyəcəklərinə qarşı mənim arqumentlərim sərt olar, pis vəziyyətdə qalar.

- Bəs onlara insan kimi güvən varmı?

- İnsanlara güvənirəm. İnsan situasiyalara bağlı varlıqdır. Ümid eləyirəm ki, məcbur qalmışdılar. O situasiyada yəqin ki, edilməsi lazım olan, elə elədikləri idi. Qəribə bir şey var, müşahidə edirəm. O hadisələrdən altı il keçib. Baxıram bəzi düşmənlər artıq dostdurlar. Yəni baxıram, vəssalam...

- Dost-düşmən dediniz, yadıma Gültəkin Hacıyeva düşdü. O da sizə zamanında həmkar idi. Amma indi siyasi düşərgə dəyişib. Əslində əqidə dəyişikliyində qeyri-adi nəsə yoxdur, bu mümkündür. Sadəcə bunun arxasında bir təmənna hikkəsi duranda artıq fərqli düşünməli olursan...

- İkimiz də qadınıq, onun haqqında danışmaq istəmirəm. Daha doğrusu onun dalıyca danışmaq istəmirəm. Baxmayaraq, həbsdə olanda o dalımca ən çox danışanlardan idi.  Mənim ona mesaj yollamaqla işim yoxdur. Üzbəüz gəlsək  deyəcəklərim var. Gültəkinlə mənim yaxın dostluğum olmayıb. Detalları bilənlər bilir. Fikirlərimiz həmişə toqquşub.  Eyni düşərgədə olsaq da düşmənçilik edə biləcək qədər mübahisələrimiz yaranıb. İndi onu təftiş eləmək istəmirəm, amma istənilən polemikada mütləq ona kim olduğunu xatırladaram. 

- Düzü, mən də istəmirəm iki qadın söhbət edib üçüncü qadını müzakirə etmiş kimi görünək. Sadəcə niyə verdim sualı sizə? Son zamanlar düşərgə dəyişənləri müşahidə edirəm, söhbət siyasi əqidə dəyişikliyindən getmir. Daha çox hikkədən müxalifətçilik edirlər...

- Bəzi insanlar siyasətə biznes kimi baxır. Düşünürlər harada maraqları təmin olunubsa onlar orada olmalıdırlar.

- Amma bu fərdi maraqlar deyil axı təkcə, məsələ burasındadır ki, hakimiyyətə gəlmək iddiaları da ifadə olunur. Bu artıq siyasi və ictimai məsələdir yəni...

- Çox incə bir məqam var. Nadir hadisədir ki, insan şəxsi maraqlarını dövlət  maraqlarına qurban versin. Bunu etmək üçün son dərəcə böyük adam olmalısan. Bu da öyrəndiklərinin yox, genetikanın məsələsidir həm də. İndi belələri azdır. Ona görə hamıdan fədakarlıq gözləməyək.

- Bizdə nadir olanların dəyəri verilirmi?

- O dəyəri də verə biləcək kəs özü də nadir adamdır.

- Onda bu oldu həyatın amansızlığı...

- Bu, həyatın qanunudur. Biz itirəndən sonra, yeri boş qalanda qədrini bilirik adamların.

- Sizin yeriniz boş qalıb?

- Onu deyə bilmərəm. Məncə, bu mənə veriləcək sual deyil.

- Məhz sizə veriləcək sualdır, çünki söhbətin nədən getdiyini bilirsiniz...

- Onda belə deyim, bu sualın cavabı məndə qalsın...

- Mən də bunu “bəli” kimi qəbul edirəm o zaman...

-(Gülür) Əvəzolunmaz adam yoxdur. Mən işlədiyim dönəmdə nə etmişəmsə vicdanla etmişəm. Düşünürəm qiymətimi zamanında ümummilli liderimiz vermişdi. Bu mənim üçün ən böyük dəyər idi. Ondan böyük nəsə arzulamaq doğru olmaz. Mənim prezident İlham Əliyevə də rəsmi müraciətim olacaq. Ona güvənib ölkədə qaldım. Ona mənimlə bağlı çoxlu yanlış məlumatlar ötürülüb. Çox şükür ki, bu gün həmin məlumatları ötürən qurum artıq yoxdur. Müraciətimdə də bu haqda cənab Prezidentə şəxsən yazacağam. Ümidvaram, bu müraciətdən sonra ədalət bərpa olunacaq. Çünki cənab Prezidentin ədalət və mərhəmətini bu qəbil məsələlərdə dəfələrlə görmüşəm.  Əsas olan budur ki, özümü itirilmiş adam saymıram. Həyatda nə yaşamışamsa heç bir halda şanslarımı itirməmişəm. Bir də düşünmürəm ki, hələ bundan sonra şansların yoxdur.

“Mənim vasitəmlə birilərini ”vurmaq" idi məqsəd. Vura bilmədilər, çünki mən susdum"

- Həbs olunanda övladlarınızdan biri, Tamerlan, lap körpə idi. Hətta bəzi söhbətlər var idi ki, guya sizi gecələr ona görə evinizə də gətirirlərmiş gizlin...

- Təkcə balaca oğluma yox, bütün uşaqlarıma, ailəmə zərər dəydi. Hərəsi öz yaşına uyğun travma aldı. Adamlar tapıldı ki, hətta hər şey aydınlığa çıxandan sonra belə çalışdılar məndən narazı “vurulan” obrazı düzəldib haralarasa təqdim etsinlər. Oğlumun elmi işini əlindən aldılar. Öz biliyi ilə qəbul olduğu aspiranturadan qovdular. İkinci ali təhsil aldığı universitetdən, işindən uzaqlaşdırdılar. Azadlıqda idim, çalışırdılar məni düşmənə çevirsinlər. Başa düşürsünüzmü, əsəblərimlə beləcə oynayırdılar. Yetmədi, yenə ailəmlə oynadılar. Yoldaşımı işindən uzaqlaşdırdılar. Hələ desəniz bu gün də oynamağa davam edirlər. Amma hiss edirəm ki,  artıq xeyli yorulublar. Görürlər ki, alınmır. Mən düşmən deyiləm - nə dövlətə, nə dövlətçiliyə. İnşallah, bu qayda ilə də davam edəcəyəm. Məndən düşmən alınmayacaq. Sadəcə övladlarımla incidildim. Qaldı həbsdən evə gətirilməyimə. Nə danışırsınız? Əlacları olsaydı, nəfəs almağa qoymazdılar, nəinki evimə gətiriblər. Qaldı ən balaca oğluma... bu lap dəhşətli idi. Məni o balaca uşağın ad günündə həbs etdilər. Bu səviyyədə qəddarlıq və soyuqqanlılığa hələ də təəccüb eləyirəm. İnana bilmirəm ki, bunu mənə yaşadıblar. Ağlım kəsmir ki, bunu adam adama yaşadar.

QEYD: Kövrəlir. Bu artıq həbsdə qalan, siyasi iddialı, siyasi karyerası olan adam deyildi. Qarşımdakı Gülər Əhmədova yox, eləcə Gülər idi. Balasına yaşadığı acını yaşamamaq üçün hər şeydən keçməyə hazır olan ana. Yəni yer üzünə təyinatı nə idisə, bu qadın balasından danışanda məhz o idi. Bu anın səmimiyyəti isə bir başqa təəssürat yaşadır adama. Yəni anasansa iddialı qadın, ağıllı siyasətçi olmağın da ikinci dərəcəli məsələdir. Nədənsə o an mənə elə gəldi ki, etiraf etməsə belə, o, hər gün balasından ona keçirə bilmədiyi doğum günü üçün üzr istəyir. Çox uzun pauzadan sonra davam edir.

- ...Tort hazırlanıb, şamlar almışam, plov dəmlənib, hamı Tamerlanın doğum günün təbrik edəcək. Hamı deyəndə ailə yaxınlarımız. Məni çağırdılar. Həbs edəcəklərini dedilər. Onlara dedim, sabah həbs eləyin. Bu gün oğlumun ad günüdür. Həm də uşaqdır, çox balacadır. Belə günündə anası ilə bağlı ağır xatirəsi olmasın. Sonra pis olar, beynində ilişib qalar, psixologiyasına təsir edər.

- Neçə yaşı olurdu?

- Səkkiz. Xahiş elədim, heç olmasa qoyun gedim tortunu kəsim, plovunu çəkim, təbrik edək, yerinə salım, gəlin ondan sonra aparın. Ona da icazə vermədilər. 

QEYD: Arada mənə də irad bildirir. Elə bil o gündür və indi kimsə girəcək qapıdan: Sən buralara niyə gəldin axı? Bu mövzunu yadıma heç salmaq istəmirdim... Və təkrar davam edir. Həm də artıq titrəyən səslə. Mən də dinləyirəm.

- Məni bir şamı yandırmağa, bir tortu kəsməyə, bir qazanın ağzını açmağa da qoymadılar. Birmənalı “yox ki, yox” dedilər.  On üç fevral, həm oğlumun ad günüdür, həm də mənim həbs edildiyim gün. Hər il on üç fevralda mən ona ad günü keçirmək istəyirəm, o israr eləyir ki, istəmirəm. Hər dəfə də xahiş eləyir, doğum gününü dəyişdirim. Özü də qəribə deyir: Gedək ad günümü dəyişdir. Elə bilirəm uşaq istəyir ki, təzədən dünyaya gəlsin, ümumiyyətlə, onun təqvimində daha on üç fevral olmasın, yaddaşında o günlə bağlı nəsə qalmasın. Bu çox ağırdır, hələ də ağırdır. Balaca bir uşaq təqvimindən öz doğum gününü silmək arzusundadır. Bunu Allah adama bağışlamaz.

- Dəyişəcəksinizmi?

- Bilmirəm. Bildiyim bir şey var, bu dəqiqdir. Bir məsum körpənin ad günündən imtina eləməsinə səbəb olanlar məni keç, Allah qarşısında fəlakətlə imtahan verəcək. Heç zaman da xoşbəxt olmayacaqlar.

- Siz özünüz necə, xoşbəxtsinizmi?

- İstənilən vaxt ölkədən də tamamilə gedə bilərdim. Qollarını açıb qəbul edən qüvvələr də olardı məni, amma onda mən indiki Gülər olmazdım. Burda doğulub burda kimsə olmuşam və burda da torpağa gedəcəm. Qaldı nə qədər xoşbəxtəm, məncə hər şey yaxşıdır. İstədiyim budur, hamı bilsin,  nə olur olsun, dövlətdən, millətdən incimək olmaz. İnsanın başına çox şey gələr. İnsan gərək hər başına gələnə görə kişiliyini və ləyaqətini itirməsin. Məncə mən, itirmədim. Azərbaycanlıların arasında bir nəfər də olsa düşmənim yoxdur. Mənə pislik edənlərə də dua edirəm. Bəlkə kimsə bunu səmimi qəbul etməz, amma ciddidən belədir. Qəzəbim yoxdur onlara. Qəzəbin, nifrətin və paxıllığın sonu peşmançılıqdır. Mən kiməsə görə peşman olmaq istəmirəm. Bunu cahillər anlamaz...

- İndi nəylə məşğulsunuz. Sosial mediada aktivsiniz, bunu bilirik. Eyni zamanda bəzən yazdığınız statuslar xəbərə də çevrilir, ara-sıra efirlərdə görünürsünüz. Bu hələ sosial-siyasi statusunuzun tam olaraq itməməsinin göstəricisidir.  Bir də adama elə gəlir, itirililənlərin yenidən əldə olunması cəhd edilir...

- Mən heç yana getməmişdim, heç yana da qayıtmıram. Durduğum yerdəyəm. Sadəcə, məni yanlış anlamışdılar. Mənə belə gəlir ki, artıq gerçəklər üzə çıxır. Ona görə siz də düşünürsünüz,  yavaş-yavaş görünürəm. Bir də mən o boyda təkəbbür yiyəsi deyiləm, gözləyəm kimsə məndən üzr filan istəsin.

- Söhbət ondan getmir sizdən kimsə üzr istəsin, ya da əksinə, istəməsin. Sadəcə bir statusunuz var idi mərhələləli qazanmışdınız, birdən itirdiniz. İnanılası deyil ki, yenidən qazanaq arzunuz yoxdur...

- Yenə də deyirəm və səmimiyyətimə inanın. Mənim heç nəyim alınmayıb. Bu gün də həbsdən əvvəlki kimi, adamlar arasında hörmətlə qarşılanıram xeyirdə də, şərdə də.  Sadəcə, sadalanan varidatım yox idi.

- Həcc ziyarətinə getdiyiniz dönəmdə daha çox hiss olundu, sosial şəbəkədə hələ də söyənlər var...

- Yenilik deyil. Biz o millət, o adamlarıq ki,  Sabiri acından öldürüb, Mirzə Fətəlini müsəlman qəbiristanlığında dəfn olunmağa qoymamışıq. Hələ Cəlil Məmmədquluzadəyə nələr eləmişik. İndi bu kişilərin dirilərinə zülm eləyən biz, ölülərini bağrımıza basmışıq.  Hətta heykəllərini ucaldıb altında gəzirik. Yəni başımızın üstündə tutruq. Bu cür münasibət görən nə birinci, nə də axırıncı adamam.

“Məni yanlış anlamışdılar, artıq gerçəklər üzə çıxır”

- Sizi siyasətdən tam gedən adam saymaq olar? Yoxsa gedib, yenə gəlirsiniz?

- Siyasətdən necə getmək olar? Ona bir dəfə gəlib, sona qədər qalırsan. Yəni çıxışı yoxdur. Taledən qaçmaq olmaz. Dövlət və dövlətçiliyimizlə bağlı heç nədə passiv ola bilmərəm. Xəmirim belə yoğurulub, lazım gəlsə yenə nəsə edəcəm. Sabahın necə olacağını kimsə bilmir. Yatıb yuxumda da görməzdim ki, bu boyda oyuna düşərəm, amma düşdüm. Qarşıma qoyulan, tapşırılan dövlət işlərinin yüzdə-yüz hamısına əməl edə-edə düşdüm. Yəni siyasətdəyəm.

- Bir dəfə də ad çəkmirsiniz. Sizi kim “vurub”?..

- Məsələ burasındadır ki, adamı ya iqtidar vurar, ya müxalifət. Məni hamı vurdu. Hər iki cəbhə vurdu. Bunu da edən adamlar var idi.

“O boyda təkəbbür yiyəsi deyiləm, gözləyəm kimsə məndən üzr istəsin”

- Axı kim?

- Baxın, ad yüzdə yüz çəkməyəcəyəm. Amma hamı bilir, xüsusən də o zamankı parlament müxbirləri. Bəzilərinə kabus idim MM-də. Sevmirdilər məni. Yəni “qırmızı onluq” deyildim.  Haqsızlıq görürdüm dillənirdim, alternativ variant olurdu səsimi yüksəldirdim, həmkarlara kömək gərəkirdi, çoxları qorxub çəkilirdi, sinəmi qabağa verirdim. Bu mənəm-mənəmlik deyil, gerçəkdən belə idim. İndi  neynəyim ki, buna görür, hiss edir və niyəsə mənə nifrət formalaşırdı.  Məhz o əllərə yaxşı bəhanə düşdü. Respublika Uşaq Təşkilatı, “Mərkəz” qəzeti, diaspora fəaliyyətim, seçicilərlə ünsiyyətim çox adamı qıcıqlandırırdı.  Konkret işim, xəttim olub və öz istiqamətimlə yolumu getmişəm. Məni siyasətə ulu öndər Heydər Əliyev gətirib. Onun mənə, mənim də ona münasibətim hansı səviyyədə olub, bu bəllidir. İndiki prezident İlham Əliyevə də o zaman və indi münasibətim bəllidir. Onu incidəcək siyasi səhvlərə yol verməmişəm. Məlum siyasi oyunlar o zaman başladı, bu gün davam edir. Və bu gün Azərbaycan iqtidarının ətrafında gedən oyunları altı il əvvəl məhz mənim başıma gələnlərlə başladılar. Sadəcə səhvi orda buraxdılar ki, üzdə etməsələr də müəyyən vasitə ilə Elşad Abdullayevə qahmar çıxdıqlarını göstərdilər. Ona cəsarət verən, qorxma deyənlər,  mənim bu qədər dözəcəyimi proqnozlaşdıra bilməmişdi. İndi başa düşürlər, səhv ediblər, hələ “kaş ki”ləri də var. Ciddidən kaş ki, elədiklərini, eləməzdilər...

SON: İnsan həyatında hər şey olar. Enmələr, qalxmalar, bəzən uduzarsan. Haqlı olsan da haqsızlığa uğrayarsan. Gülər Əhmədovanın məsələsində haqq-ədalət hardadır, hələ dəqiq bilinmir. Dəqiq bəlli olan bir məqam var: o boyda günahı olsaydı bu boyda azadlığa buraxılmazdı. Necə ki, təcrübədə görmüşük, buraxılmayanlar var. O üzdən ittihamsız-filansız, sadəcə gözləmək gərəkdir. Nə deyirik, gözləyək...(musavat.com)
Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 07:30
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
AYLIQ
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 07:30
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM