“Seçkidən sonra prezident hökuməti yenidən formalaşdıracaq” -Siyavuş Novruzov
Müsahibə
Oxunub: 1868
02 Apr 2018 | 10:52
“Seçkidən sonra prezident hökuməti yenidən formalaşdıracaq”

 -Siyavuş Novruzov
Moderator.az xəbər verir ki, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”ın suallarını cavablandırıb. 

Müsahibəni təqdim edirik:

- Siyavuş bəy, əvvəllər adətən, mitinqləri hakim partiyanın eyvanından, ya da aksiya keçirilən digər ərazilərin kənarından izləyib, münasibət bildirərdiniz. Maraqlıdır, “Məhsul”dakı son mitinqi haradan izlədiniz?

- Artıq onların mitinqləri hər kəsə bəllidir, əhəmiyyətini itirib. Mən həmin vaxt işdəydim, amma məlumatlarım var. Diqqətimi çəkən xüsusi bir məqam olmadı. Eyni şeylər, təkrarçılıq, neçə illərdir davam edən məsələlər, eyni kontingent. Say da eyni, hələ bəlkə bir az da əvvəlkindən az idi. İnsanların artıq etimad məsələsi var da. Ora yığışanlar əqidə, ideya, demokratiya və s. baxımından gəlməmişdilər. Sadəcə olaraq bu və digər formada hərə öz probleminin həll yolunu orda axtarır.

- Hakim partiya o mitinq iştirakçılarının bir qrupunu ayrıca dinləyə, problemləri ilə maraqlana bilərmi?

- Ordakı bəzi insanlar bəllidirlər. Görürsən ki, müəyyən hissəsi islamçılardır, müəyyən hissəsi Avropaya inteqrasiya tərəfdarıdır, müəyyən hissəsi bankdan kredit götürüb borclarını qaytara bilməyənlərdir. Bir az qohum-əqrəbadır.

- Amma bank kreditləri məsələsinin özü çox ciddi mövzudur. Məlumata görə, ölkədə hər dörd nəfərdən biri banka borcludur.

- Bir var, kredit götürüb hansısa iş qurmaq, yaxud fermer təsərrüfatı yaratmaq. Bir də var bankdan kredit götürüb, özünə maşın alıb. Məsələn, əgər bunun imkanı 10 minlik maşına çatırsa, kreditə girib, 50 minlik maşın alıb. Bununla digər adamın problemi eyni deyil. Yaxud evlə bağlı kredit götürənlər var. Bəli, bunlar tamam başqa kateqoriyadır.

- Spiker Oqtay Əsədov da demişdi ki, bank kreditləri ilə bağlı araşdırmalar aparılır. Gözləmək olarmı ki, seçkidən sonra bank kreditləri ilə bağlı güzəştli qərarlar veriləcək?

- Bu məsələlər araşdırılır, bəli. Biri məsələn, kredit götürüb toy edib, başqası da kredit götürüb sanatoriyaya gedibsə, bununla kredit götürüb fermer təsərrüfatı yaradan, yaxud təbii fəlakət nəticəsində fermer təsərrüfatına ziyan dəyməsi səbəbindən kreditini qaytara bilməyən insanlara fərqli yanaşmaq lazımdır. Araşdırma komissiyası var. Azərbaycanda kreditlərin böyük hissəsi əsasən, nəqliyyat vasitələri ilə əlaqədardır. Bununla bağlı araşdırmalar gedir, tapşırıq verilib, həm özəl, həm də  dövlət banklar hazırda məşğuldurlar. Son vəziyyət məruzə olunacaq və nəticə etibarilə qərarlar qəbul olunacaq. Ancaq burada təkcə dövlətdən söhbət getmir. Bankların əksəriyyəti özəl, xüsusi mülkiyyətdədir. Bunlarla da hər hansı razılıq olmalıdır ki, həm bank gələcəkdə öz fəaliyyətini davam etdirsin, həmçinin kredit götürən insanın vəziyyəti yüngülləşdirilsin.

- Sizin bayram ərəfəsində əfv, yaxud amnistiya ilə bağlı çağırışınız olmuşdu. Amma gözləntilər nəticəsiz qaldı. Səbəbini bilirsinizmi?

- Mən 100 illiklə bağlı çağırış etmişdim. Hələ 100 illiyə kifayət qədər vaxt var.

- Bəs, söyüş söyənlərlə bağlı çağırışınıza reaksiyaları necə qiymətləndirirsiniz. Konkret adlar çəkmişdiniz, “mövqeyinizi bildirin” demişdiniz. Həmin şəxslər hamısı mövqe bildirdilərmi?

- Əksəriyyəti bildirdi, düzgün olaraq ortaya mövqe qoydular, bir neçə nəfəri çıxmaq şərtilə.

- Bəs, sizin çağırışınız söyüş söyənlərin mövqeyinə necə təsir göstərdi, monitorinq aparmaq imkanınız oldumu?

- Ola bilsin ki, bir hissəsinə təsir göstərdi, bir hissəsi bu müraciətdən sonra daha da qızışdı. Görürsən bir hissəsi başa düşür ki, bu, yol deyil, seçim deyil. Mən də başa düşürəm ki, o insanların bir çoxunun özündən asılı deyil, onlara sifariş verən və bunun arxasında duran adamlar var. Nə deyilirsə, onlar onu həyata keçirir. Çünki bu şəxslər hər hansı siyasi partiyanın rəhbər strukturlarında təmsil olunmayıblar, siyasi fəaliyyət göstərməyiblər. Ola bilər kimsə sıravi üzv olub. Yaxud hər hansı bir qəzetdə baş redaktor, redaktor müavini, hətta aparıcı yazar statusunda olmayıblar. Bu və ya digər formada hardasa siyasi mühacir statusu alıblar və belə insanları tapıb bunlardan istifadə edirlər. Çünki bilirsiniz, orada mühacirliklə bağlı müddət var da, müəyyən müddət bitdikdən sonra bunlar hər hansı işlə məşğul olmalıdır.  O halda müavinətlər dayanır. Dayandıqdan sonra da bunlara işlər təklif edirlər. Aydın məsələdir ki, onlara Elmlər Akademiyasında iş təklif etməyəcəklər. O baxımdan da bunlar indi yollar axtarır. Bu yol da yol deyil.

- Elmlər Akademiyası demişkən, xaricdəki söyüşcül dəstəyə qarşı mübarizə apardığımız halda, AMEA-nın Coğrafiya İnstitutunun direktoru jurnalistləri təhqir etdi...

- Kim deyib, məlumatım yoxdur.

- Akademik Ramiz Məmmədov jurnalistlərə “küçük” deyib...

- Yox, yox, yox, elə fikir söyləmək olmaz! Mən hesab edirəm ki, etikadankənar fikir səsləndirmək yolverilməzdir. Jurnalistlər bu gün Azərbaycan həqiqətlərini yazıb ortaya çıxaran insanlardır. İndi ola bilər kimsə qərəzli yazır, bunun həll yolu məhkəmədir. 

Prezidentin səlahiyyətli nümayəndəsi: “Kreditlərlər bağlı araşdırmalar gedir, tapşırıq verilib... və nəticə etibarilə qərarlar qəbul olunacaq”

- Necə bilirsiniz, belə bir şəxslə bağlı tədbir görüləcəkmi?

- Onu jurnalistlər yığışıb məhkəmə qaydasında həll edə bilər.

- Belə yanaşma da var ki, söyüş dili ilə danışanların “tərksilah” olunması üçün hökumətin bir-iki addımı kifayət edər. Məsələn, Vidadi İsgəndərlinin atasının məzarını təhqir edənlərin cəzalandırılması, yaxud elə qarşı tərəflə təhqirlə danışanların susdurulması. Bununla bağlı hakim düşərgədə müzakirələr olurmu?

- Hər bir məsələnin müzakirəsini biz özümüz də aparmışıq. Təbii ki, o adamların tapılıb cəzalandırılmasını ən çox biz istəyirik. Çünki burada söhbət şəxsin kimliyindən getmir, ümumən Azərbaycan mənəviyyatından, əxlaqından gedir. Amma ona qədər də youtube-ni açıb baxsaz, şahidi olarsınız ki, Vidadi İsgəndərli hansı sözləri deyib. Yəni o əsas deyil. Bəs, ona qədər?

- Siyavuş bəy, sizinlə yanaşı, bir sıra deputatlar aktiv şəkildə bu məsələlərə münasibət bildirirlər. Yaxud dövlət rəsmiləri içərisində prezidentin köməkçisi Əli Həsənov həm sosial şəbəkələrdə, həm də keçirilən tədbirlərdə aktiv şəkildə bu kampaniyanı aparanların mövqeyinə qarşı çıxışlar edir, çağırışlar edir, onları normal polemikaya çağırır. Amma hesab olunur ki, hakimiyyətdən kifayət qədər bəhrələnən bir çoxları bu prosesi kənardan müşahidə edir, sanki ehtiyatlanırlar. Niyə?

- Bəli, hər bu gün öz mövqeyini bildirməlidir. Biz bu ölkənin vətəndaşlarıyıq. Ölkədə gənc nəslin tərbiyə olunmasında, ailə-məişət münasibətlərində insanlar ətrafa baxır və nümunə götürür. O baxımdan bu addımların atılması, bu gün dövlətdə vəzifə tutan, yaxud siyasi fəaliyyətlə məşğul olan insanlar bu məsələyə öz münasibətini bildirməlidir. Söhbət ondan getmir ki, kimisə tənqid etsinlər, fikir bildirsinlər. Ümumilikdə bu tendensiyanın aradan qaldırılması vacib olan amillərdən biridir. Ona görə də hər kəs istənilən fikri söyləyəndə 10 il gələcəyi də düşünüb sözünü deməlidir ki, yaxşı, bu gün mən xaricdə oturub söyüş söydüm, bəs, sabah, birisi gün? O söydüyü adamlar hamısı burda yaşayır, onun qohum-əqrəbası var və s. Bunlar o insanların yadından heç vaxt çıxmaz.

- Yeri gəlmişkən, demişdiniz seçkidən sonra o adamlarla ayrıca söhbətniniz olacaq. Seçkiyə az qalıb... Söhbət hansı məzmunda olacaq?

- İndi o mənim fikrimdir, İnşallah seçkini yola verək, sonra baxarıq.

- Bəs, bu, sivil çözüm olacaq, yoxsa duel şəklində?

- (Gülür) Görürsünüz, mən hər kəsi sivil mübarizəyə dəvət edirəm. Amma hansı formada istəyirlərsə, o formada söhbət etməyə hazırıq.

- Siyavuş bəy, seçki ilə bağlı teledebatları necə, izləyirsinizmi? Kim daha güclü təsir bağışlayır?

- İzləyirəm. Həm də özüm radiodakı debatlarda iştirak edirəm. Hər kəs öz fikrini, layihəsini, düşüncəsini ortaya qoyur. İstənilən müxalifət partiyasının funksiyası ondan ibarətdir ki, hər bir məsələ ilə bağlı alternativ layihələr versin. İqtidar öz layihəsini təqdim edirsə, müxalifət də öz layihəsini ortaya qoymalıdır. Debatlarda da baxırsan ki, hərə bir fikir söyləyir, bəzən fərdlərə qarşı diqqəti yönəldir. Amma prezident seçkilərinin əsas funksiyası ondan ibarətdir ki, burada qlobal layihələr ortaya qoyulsun. Məsələn, sosial sahədə, kənd təsərrüfatı sahəsində, xarici, daxili siyasətdə, Qarabağ münaqişəsi ilə bağlı mən nə edə bilərəm? Lakin bizdə çıxışlar bundan daha çox fərdiliyə yönəlir.

- Bəzi müşahidəçilər hesab edir ki, prezidentliyə namizəd Hafiz Hacıyev əbəs yerə bəzi şəxslərin adlarını çəkmir, bu, həm də seçkidən sonra yeni komandada yer almayacaq şəxlərlə bağlı anonsdur. Razılaşırsınızmı?

- Hər bir şəxsin orada azad fikir söyləməyə ixtiyarı var. Etnik, dini münaqişəyə çağırışdan və təhqirdən başqa. Qalan hallarda bütün çıxışları etməkdə azaddırlar. Ona görə kim nə deyirsə, şəxsi fikridir.

- Bəs, deputat həmkarınız Fəzail Ağamalının parlament iclasında nazir Elmar Məmmədyarovu istefaya çağırması, səslənən arqumentlər barədə nə deyə bilərsiniz?

- O da azad insandır, deputatdır. Hər bir deputat öz fikrini sərbəst şəkildə ifadə edə bilər. Bu da belə düşünür. Hesab edir ki, xarici siyasətdə belə olsa, daha yaxşı olar. Bu, onun şəxsi fikridir, parlamentin mövqeyi deyil. Bunlar hamısı cənab prezidentin səılahiyyətinə daxil olan məsələlərdir. Seçkidən sonra cənab prezident hökuməti yenidən formalaşdıracaq. Bilirsiniz ki, bütövlükdə hökumət istefaya gedir və yenidən formalaşır. Kim qənaətbəxş fəaliyyət göstəribsə, o, yenidən təsdiq olunacaq, kim göstərməyibsə, təsdiq olunmayacaq. Bunlar da hesabatı cənab prezidentə verir.

- Qohumunuz, ADP sədri Sərdar Cəlaloğlunun çıxışları da kifayət qədər sərt olur. Faktiki sizin rəhbərliyinizin, YAP-ın icra katibi Əli Əhmədovun yanında oturub, hakimiyyətlə bağlı ciddi faktlar açıqlayır. Heç bu arada zəng edib fikir mübadiləsi apardığınız, irad bildirdiyiniz olubmu?

- Yenə deyirəm, prezident seçkilərində hər kəs sərbəstdir. Hər kəs fikrini deyir, heç kəs heç kəsə görə cavabdehlik daşımır. Amma onunla hər hansı təmasım olmayıb.

- Namizədlərdən bir çoxunun Əbülfəz Elçibəyin komanda üzvləri, yaxud əslən Naxçıvandan olması ilə bağlı da mətbuat yazdı. Qabaqcadan bu fakta nəzər yetirmişdinizmi?

- (gülərək) İndi o məsələ bizdən asılı deyil ki. Hər bir insana namizədliyini irəli sürmək üçün bərabər şərait yaradılıb.15 nəfər namizədliyini irəli sürmüşdü. Həmin 15 nəfərdən 5-i sənədlərini ümumiyyətlə, MSK-ya qaytarmadı, 10 nəfər isə sənədlərini təqdim etdi. Onların da ikisinin müvafiq sənədləri düzgün olmadığı üçün təsdiq olunmadı. Qalan namizəd təsdiqləndi. İndi bunlar hardandır, kimdir, nəçidir, önəmli deyil. Qanunda yazılmayıb ki, bir nəfər o rayondan olmalıdır, digəri bu rayondan. Yaxud əvvəli nə olub, sonrası, ya indiki nə...

- Bəziləri hesab edir ki, İTV-dəki debatlarda Siyavuş Novruzovun yeri görünür. Siz niyə teledebatlara qatılmırsınız?

- Biz belə qərar qəbul etdik ki, hərəmiz bir yerdə iştirak edək. Əli müəllim televiziyada, mən radioda. Radi debatlarına da kifayət qədər insanlar qulaq asır, orada da eynilə dəyirmi masadır, müzakirəyə çıxarılan eyni məsələlərdir.

- Və sonda, 11 apreldən sonrakı Azərbaycanla bağlı nə deyə bilərsiniz?

- İnşallah, hər şey yaxşı olacaq, qaydasında olacaq. İctimai-siyasi sabitlik, iqtisadi inkişaf davam etdiriləcək. Təbii ki, bunlar hamısı Azərbaycan xalqından, Azərbaycan seçicisindən asılıdır. 11 apreldə məntəqələrə gəlsinlər və səs versinlər!
Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək