Azərbaycan xalqına qarşı soyqırımı ətrafında düşüncələr...
Oxunub: 3223
30 Mar 2018 | 20:11
Azərbaycan xalqına qarşı soyqırımı ətrafında düşüncələr...
Azərbaycan xalqının başına gətirilən dəhşətli faciələr içərisində 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar öz miqyasları və amansızlığına görə, eləcə də  dəhşətli nəticələri ilə seçilir. Təkcə azərbaycanlılara qarşı deyil, insanlıq əleyhinə yönəlmiş bu qəddar cinayət 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri bağlanıldıqdan sonra ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərinə yerləşdirilməsi, Qafqazda ermənilərin sayının süni surətdə artırılması, regionun etnik mənzərəsinin dəyişdirilməsi,“erməni məsələsinin” qızışdırılması, azərbaycanlıların öz tarixi, dədə-baba torpaqlarından sıxışdırılıb çıxarılması,Azərbaycanın müstəql dövlər qurmasına imkan verilməməsi və Rusiyanın Qafqaz regionuna təsir gücünün artırılması siyasətinin tərkib hissəsidir. 1918-ci il 31 Mart soyqırımı- 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə erməni millətçi, şovinist dairələri və onları dəstəkləyən böyük dövlətlərin mürtəce qüvvələri və “erməni kartı”ndan siyasi alət kimi yararlanmağa çalışanlar tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş, bəşər tarixində görünməyən vəhşiliklərlə həyata keçirilmiş kütləvi qırğınların–soyqırımların ən dəhşətlisidir. 
           
Yüz ildən artıq bir mərkəzdən sistemli şəkildə  idarə olunan həmin soyqırım və etnik təmizləmə siyasətində milyonlarla soydaşımız amansızlıqla qətlə yetirilmiş,etnik təmizlməyə məruz qalmış, səhər və kəndlərimiz dağıdılmış, yandırılmış, talan, qarət edilmiş və  nəticədə, əgər 1918-ci ildə Ermənistan Respublikasının yaradılması elan olunarkən ərazisi cəmi 9,8 min km2 təşkil edirdisə, sonradan müxtəlif üsullarla Azərbaycan torpaqlarının Ermənistana verilməsi hesabına onun ərazisi üç dəfə artırılaraq 30 min km2 -ə çatdırılmışdır.
      
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında 18 yanvar 2018-ci il tarixli xüsusi Prezident Sərəncamı əsasında  erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə  tədbirlər planının hazırlanıb həyata keçirilir.Həmin tədbirlər içərisində  martın 30-da Milli Məclisin 1918-ci il ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi və bəyanat qəbul  edilməsi mühüm yer tutur. Milli Məclisin beynəlxalq və regional təşkiltlara dünya ölkələri parlamentlərinə və hökumətlərinə ünvanlanmış həmin bəyatantda konkret tarixi faktlar əsasında Azərbaycana qarşı yürüdülən məkrli siyasətin və 1918-ci ildə Bakı Sovetinin daşnak-bolşevik silahlı dəstələri və onların havadarları tərəfindən azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımın real mahiyyəti, onun soyqırım kimi tanıdılmasını şərtləndirən amillər və soyqırım cinayətlərinin cəzasız qalmamasının təsirli beynəlxalıq hüquq nexanizmlərinin yaradılması üçün lazım olan tədbirlər öz əksini tapıb.Belə müakirələr və qəbul edilən çox fundamental bir bəyanat həm də qan yaddışımızı möhkəmləndirmək və millətimizin başına gətirilən müsibətlər ətrafında daha rasional düşünüb, real nəticələri olan məqsədyönlü fəaliyyət və hərəkət üçün zəngin material verir.
          
Beynəlxalq hüquqda terrorçuluq və zorakılığa qarşı mübarizəyə dair bir sıra beynəlxalq aktlar mövcuddur.Azərbaycanlılara qarşı törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası və bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəlir. Lakin bunların heç biri erməni terrorçularına və işğalçılarına tətbiq edilmədiyindən cəzasızlıq şəraiti onları Azərbaycan ərazisində cinayətkar fəaliyyətini genişləndirməyə sövq etdirir. Ermənistanın öz havadarlarının dəstəyi ilə mülki əhaliyə qarşı yönəlmiş soyqırımı siyasəti bu gün də davam etdirilir, dinc əhalinin, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi ilə nəticələnir.Amma çox təəssüf ki,uzun illər boyu  bu qətlamları törədənlər və indi də törətməkdə davam  edən ana və uşaq qatilləri hələ də öz layiqli cəzalarına çatmayıblar. Digər etnik və dini qrupların nümayəndələrinə qarşı yüksək hörmətin olduğu bir ölkə kimi,  müasir dünyamızda çox böyük əhəmiyyət kəsb edirən Azərbaycana qarşı bu cür ədalətsizliklərin davam etməsi təəssüf doğurur. Ona görə də  bu istiqamətdə indiyədək görülmüş işlərin daha da genişləndirilməsinə, Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi ağır yolun daha dərindən araşdırılmasına, eləcə də xalqımıza qarşı törədilən soyqırımlara dair təhqiqatların dərinləşdirilməsinə,beynəlxalq aləmin bu sahədə bilgilərinin artırılması və haqqımızın beynəlxal səviyyədə tanıdılmasına böyük ehtiyac var.Bundan ötrü indiyədk görülən işlərin konkret hədəflərinə doğru daha əhatəli və sistemli şəkildə fəaliyyətin qurulmasını zəruri hesab edirik:   
       
1. 31 mart və digər bu kimi  qətilamların Azərbaycan və onun hüdudlarından kənar geniş coğrafiyasına baxanda aydın görünür ki, bu, XIX əsrin sonları XX əsrin əvvəllərində dünya gücləri tərəfindən siyasi, ideoloji və hərbi cəhətdən planlaşdırılmış və ermənilərin də  vasitəçiliyi ilə həyata keçirilməyə  başlanılan türk soyqırımları və həm də azərbaycanlıların Qafqazdan silinməsi  siyasətinin tərkib hissəsi idi. Azərbaycan uğrunda ölüm-dirim davasının başlanması,1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsi, bu qəbildən olan bütün mənfur planları pozdu.Tariximizin həmin səhifələrini geniş planda ictimailəşdirmək və beynəlxal səviyyəyə qaldırmaqdan ötrü, bu yöndə  görülməsi zəruri olan  tədbirlər arasında Bakıda ya Dağüstü Parkda,ya  keçmiş 26-lar, indiki Sahil Bağında,ya da ki, digər bir münasib məkanda  CÜMHURUYYƏT PARKInın yaradılması yerinə düşərdi. Həmin parkda Cümhuriyyət qurucularının  xatirələrinin əbədiləşdirlməsi üçün lazımı tədbirlərin görülməsi, Cümhuriyyət qurucularının xarici ölkələrdə dəfn edilmiş nəşlərinin gətirilərək CÜMHURUYYƏT PARKInda dəfn edilməsi, mavzoleylərinin yaradılması yaxşı olardı. Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan, müsəlman aləmində  ilk demokratik respublika-Cumhuriyyət qurucularının  məzarları gec-tez Azərbaycana gətiriləcək, çünki  bu, bizim onlrın vətənə üzağardan və təmənnasız xidmətləri qarşısında  borcumuzdur.... Ona görə də bu proses  nə qədər tez baş versə, bir o qədər yaxşıdır.
        
2.Həmin CÜMHURUYYƏT PARKInda 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə Soyqırım Memorial Kompleksinin yaradılması, Böyük Soyqırım Abidəsinin ucaldılmasını və Soyqırım Muzeyinin yaradılmasıni zəruri hesab edirik. Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olmuş qanlı faciədə bolşevik-erməni-daşnak silahlı dəstələrinin Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamları, yandırılan və dağıdılan kəndləri və digər vəhşiliklərini əks etdirən zəngin faktlar və  səndələrin,eləcə də Cümhuriyyət dövrünün Fövqalədə Təhqiqat Komissiyasının sənədələrinin, azərbaycan, ingilis, rus və digər dillərdə başqa arxiv sənədlərinin, statistik məlumatların, sənədli filmlərin və elektron məlumat bazasında öz əksini tapan digər fundamental sənədlərin, təsirli tablo,foto-sənədlər və sairin nümayiş etdirilməsi zəruridir. 
            
Həmin Park-Kompleksində Azərbaycana və xalqımıza qarşı o vaxtkı məkrli planları pozan və Azərbaycan uğrunda ölüm-dirim mübarizəsinə qalxan milli qüvvələrin, xalq müqavimət hərəkatında böyük xidmətləri olanların mübarizə tariximizdəki layiqli yerinin təsdiq ediləməsi, böyük şücaətlər göstərənlərin xatirələrinin əbədiləşdirilməsi, eləcə də bu mübarizədə Azərbaycanla  Türkiyənin qardaşlıq birliyini əks etdirəm xatirə abidələrinin yaradılması, Qafqaz İslam Ordusuna və təbii ki, Nuru Paşanın heykəlini ucaltmaqla onun titanik xidmətləri qarşısanda əziz  xatirəsinə xüsusi yer verilməsi məntiqi olardı. 
         
3. Soyqırım və erməni işğalı ilə bağlı, ümumiyyətlə tarixi janrda sənədli, eləcə də bədii televiziya filmlərinin sayını artırmaq, bu sahəyə dövlət dəstəyini daha da səmərəli təşkil etmək lazımdır. 31 Mart  və Xocalı soyqırını dünyaya daha əyani şəkildə tanıtmaq məqsədilə  dünyanın məşhur rejissorları, aktyorları, prodüserlərinin iştirakı ilə, sözün həqiqi mənasında, dünyada əks-səda yaradacaq bir filmin çəkilişinə və beynlxalq aləmə təqdim edilməsinə,eləcə də bu istiqamətdə sənədli və publisistik filmlərin yaradılmasına  ciddi ehtiyac var.
       
4. 31 Mart soyqırımı da daxil olmaqla Azərbaycanlılara qarşı törətdilən bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün müasir innovativ vasitələrdən,  virtual məkanının-internetin imkanlarından geniş və səmərəli istifadə olunmalıdır. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu müxtəlif dillərdə Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, 31 Mart  soyqırımı, İrəvan Xanlığı,Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı  ilə bağlı çox sanballı kitablar, nəşrlər, sənədlər ortaya qoyub. Təklif edirik ki, Tarix İnstitutunda  hazırlanan həmin kitablar, sənədlər,eləcə də bu mövzu ilə bağlı    səslənən bəyanat və çıxışların əsas məqamları xarici dillərə tərcümə olunsun, bilgisayar texnologiyasının hüdudsuz imkanlarından istifadə edilərək onların bütün dünyaya yayılması istiqamətində sistemli bir iş aparılsın. 
      
5. XX əsrdə həyata keçirilmiş türk söyqırımlarının coğrafiyası təkcə Anadolu və Azərbaycan əraziləri ilə məhdudlaşmır. Türklərin yaşadığı bütün ərazilərdə - Gürcüstan ərazisində Mesheti (Çıldır) türklərinin, Kırım tatarlarının, Şimali Qafqazın türk xalqlarının, Orta Asiya  və Sibir türklərinə qarşı həyata keçirilmiş deportasiya və soyqırım əməllərinin obyektiv araşdırılmasını, təbliğini təşkil etmək məqsədilə türk dövlətləri və muxtar qurumlarının alimlərinin səylərini birləşdirmək və onların koordinə edilmiş fəaliyyətini qurmaqdan ötrü Müştərək Türk Xalqalarının Tarixinin Tədqiqi İnstitutunun təsis edilməsi və həmin institutun struktur bölmələrindən biri kimi “Deportasiya və soyqırım şöbəsi”nin yaradılmasına təklif edirik. 
        
6. 31 Mart və Xocalı soyqırımını beynəlxalq aləmə çatdırmaqda aidiyyatı dövlət qurumları,səfirliklər, diaspor təşkilatları öz fəaliyyətlərini koordinasiya edərək birgə işləməli, faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəallıq artırlmalıdır.
     
7. 31 Mart və Xocalı soyqırımını beynəlxalq aləmə çatdırmaqda və qondarma erməni soyqırımının saxtalığının ifşasında Azərbaycanla qardaş Türkiyə birgə işinin daha da genişləndirilməsinə ehtiyac var. Türk və Azərbaycan diasporlarının, kütləvi informasiya vasitələrinin bu istiqamətdə birgə fəaliyyətini yeni dövrün siyasi reallıqlarına uyğun səviyyədə qurulması istiqamətində səylər artırılmalıdır.Azərbaycanın Türkiyənin və digər ölkələrin əsas dünya dillərində çap olunan nüfuzlu mətbuat orqanlarında, həmçinin geniş auditoriyaya malik telekanallarda 31 mart və Xocalı soyqırımı ilə bağlı məlumatların yerləşdirilməsinə davamlı xarakter verilməlidir. 
            
Fəaliyyətin  belə sistemli qurulması, bir tərəfdən 31 mart soyqırımının və müasir dünyanın gözü qarşısında baş vermiş Qarabağ faciələrinin, Xocalı soyqırımının timsalında əsl soyqırımının mahyyətinin dünya ictimayıyytinə çatdırılmsı və tanıdılması coğrafiyasının genişləndirilməsi, digər tərəfdən isə qondarma erməni soyqırımının iç üzünün açılmasında, cəfəngiyyat olduğunun isbatlanmasında mühüm rol oynaya bilər. 31 Mart və Xocalı soyqırımını beynəlxalq aləmə bu şəkildə çatdırmaq, insanlığa qarşı törədilən bu qatı cinayətlərə genosid aktı kimi beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsinə nail olmaq lazımdır. Bu gediş  həm də belə bir reallığı tələbata çevirəcək ki, Azərbaycana dünya birliyinin, arxasında real işin olmadığı  formal bəyanatları yox, beynəlxalq sənədlərin tələblərinə riayət edilməklə, soyqırımları törətmiş Ermənistana qarşı konkret sanksiyalar,beynəlxalq normalarla müəyyyənləşdirilmiş konkret cəza tədbirləri lazımdır! Onda dünya güclərinin və bəzi qurmların Qarabağ ətrafındakı oyunların əsl mahiyyəti də beynəlxalq ictimaiyyətə məlum olacaq.
            
ATƏT-in Minsk qrupunun fəaliyyətinin timsalında açıq görünür ki, beynəlxalq təşkiatların Azərbaycana qarşı törədilmiş  ədalətsizlikləri hətta özlərinin qəbul etdikləri qərar və qətnamələrə hörmət etmək naminə belə çozülməsi istiqamətində fikirdə,sözdə və işdə səy göstərəcəynə ümid yoxdur.Ona görə də bu işlərdə ağırlıq mərkəzini daha da çox öz üzərimizə keçirməliyik...Bu yöndə fəaliyyətimizin daxili məntiqi əlaqədə olan iki qoşa hədəfindən digəri isə  işğal altında olan torpaqlarımızı düşməndən azad etmək, 30 ilə yaxındır ki, məcburi köçkün taleyi yaşayan yüz minlərlə soydaşımızın öz tarixi dədə-baba torpaqlarna qayıtmasını və orada təhlükəsiz və əmn-amanlıq şəraitində yaşamasını təmin etməkdir. Ona görə də ölkədə hərbi vətənpərvərlik ruhunun və hərbi-psixoloji hazırlığın gücləndirilməsi istiqamətində geniş miqyaslı iş aparılmalıdır. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi məsələsində dünya azərbaycanlılarının aktiv mövqeyi ortaya qoyulmalıdır. Dövlət qurumları ilə yanaşı, qeyri dövlət qurumları, xüsusən də  Azərbaycanda və müxtəlif ölkələrdə yaşayan  zəngin azərbaycanlılar 31 Mart və Xocalı soyqırımını beynəlxalq aləmə çatdırmaqda və qondarma erməni soyqırımının saxtalığının ifşasının maliyyə təminatına ciddi dəstək verməlidirlər. Diplomatik fəaliyyətin müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində məqsədyönlü iş aparılmalı və Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq müstəvisində haqlı olaraq öz xeyrimizə dəyişdirilməsinə və Ermənistanın Azərbaycana qarşı törətdiklərinin terror kimi qiymətləndirilməsinə nail olunmalıdır. Beynəlxalq hüquq normalarından çıxış etməklə yanaşı, güclü iqtisadiyyat – güclü ordu tandemindən səmərəli istifadə etməklə düşmən fakt qarşısında qoyulmalı və işğal olunmuş torpaqlardan çıxmağa məcbur edilməlidir.

Əli Məsimli 
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri
Oxşar xəbərlər
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
GÜNLÜK
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
AYLIQ
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər