"Məqsəd ilk növbədə hakimiyyətin legitimliyini sarsıtmağa yönəlmiş fəaliyyətləri həyata keçirməkdir"
Oxunub: 3103
26 Mar 2018 | 13:53
Minilliklərdir ki, demokratiyanı dünyaya yaydıqlarını car çəkən dövlətlər və qüvvələr özləri elə onun əsaslarının sarsıdılması ilə məşğul olurlar. Bu, balta ilə öz əkdiyin ağacın qol-budağını kəsməyə oxşayır. Bəzən demokratik hakimiyyətlər onlara sərf etmir və bu zaman xalqın seçdiyi həmin hakimiyyəti devirmək, güzəştlərə getməsi üçün təzyiq və təhdid altında saxlamaq lazım gəlir. Həmin vaxt ilk növbədə əsas hücuma məruz qalan dəyər demokratik iqtidarın legitimliyi məsələsidir. Məsələn, xalqın özü tərəfindən ən azı 70-80 faiz səslə seçilmiş liderin qeyri-legitim yolla hakimiyyətə gəlməsi xalq kütlələrinin şüuruna yeridilməyə çalışılır. Bunun üçün onlar özlərinə lazımlı xüsusi adamlardan - əməkdaşlığa cəlb etdikləri agentlərin istifadə edirlər. Həmin agentlərin məqsədi ilk növbədə cəmiyyətə və dövlətə qarşı psixoloji müharibə başlamaqdır. Məlumdur ki, vətəndaş və dövlət, prezident arasında yazılmış və yazılmamış qanunlara əsaslanan münasibətlər mövcuddur. Prezidentin xalq qarşısında Konstitusiyaya uyğun olan səlahiyyət və hüquqları, vətəndaşın isə dövlət rəhbəri qarşısında yenə də hüquq və vəzifələri vardır. Lakin eyni zamanda, ölkəmiz həm də Şərq ölkəsi olduğundan burada dövlət başçısına əxlaqi dəyərlərə əsaslanan hörmət və ehtiram vardır. Avropadakı inqilablar, xaos, dini müharibələr, yüzillik müharibələr olduğu halda Şərqin Çin kimi ölkələri məhz Konfutsi kimi müdriklərin dövlət rəhbərinə ehtiram göstərilməsi prinsipi əsasında inkişaf etmiş, sabitlik içərisində yaşamışdır. Bütün fəlsəfi-siyasi təlimlərdə sabitliyin və rifahın əsas şərt olduğu, inqilabların və dövlət çevrilişlərinin ölkəni yüzilliklərlə geri saldığı qırmızı xətt kimi keçmişdir. Etiqad etdiyimiz islam dini də dövlət rəhbərini Allahın yerdə kölgəsi hesab edərək ona xüsusi ehtiram tələb edib. Lakin son onilliklərdə dünyanın özünü bürüyən xaos, beynəlxalq hüququn sıradan çıxarılması, münaqişələr və müharibələrlə yanaşı adına ilk baxışdan məsum, cazibədar görünən "rəngli inqilablar" deyilən, faktiki isə kütləni itaətsizliyə təhrik edib legitim hakimiyyəti devirmək tendensiyasını da doğurdu. Yaxın Şərqdə, keçmiş sovet məkanının bir neçə ölkələrində bu, baş verdi. Lakin heç bir ölkə və onun əhalisi bundan ağ günə çıxmadı, əksinə, səhv etdiklərini dərk edərək keçmiş günlərin xiffətini çəkməyə başladılar. Bu hadisələr və onların acınacaqlı nəticələri hər birimizin gözü qarşısında baş verdiyi üçün onun üzərində geniş dayanmaq istəmirəm. Bəs bu inqilablar niyə baş verdi?! Əvvəllər, bir ölkə digərini özünə tabe etmək, onu asılı vəziyyətə salmaq, resurslarını talan etmək istəyirdisə bunu onun üzərinə qoşun çəkməklə həll edirdi. Lakin iki dünya müharibəsindən sonra birbaşa hərbi müdaxilə beynəlxalq aləmdə qınama obyektinə çevrildiyi üçün daha çox hərbi çevrilirlər ənənəsi yer tutmağa başladı. Bununla belə, bu da legitim hakimiyyətləri devirmək vasitəsi olduğundan beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qadağan olundu. Məsələn, ABŞ Konqresi ölkənin adının bir çox xarici dövlət çevrilişlərinin təşkil olunmasında hallanmasında, beynəlxalq nüfuzuna xələl gəlməsindən sonra Mərkəzi Kəşfiyyat İdarəsinə xarici ölkələrdə dövlət çevrilişlərində iştirakı qadağan etdi. Bundan sonra özlərinə sərf etməyən, müstəqil siyasət yeridən ölkələrə qarşı yeni bir strategiya işlənməyə başladı. Əvvəlcə qanuni seçilmiş hakimiyyətlərin  əsaslarını sarsıtmaq  üçün onun qeyri-legitim olduğunu əlaltıları vasitəsilə xalq kütlələrinin şüuruna yeridib onlarda dövlətə, hakimiyyətə qarşı kin-küdurət, nifrət aşılamaq, daha sonra isə kütləni qızışdırıb ayağa qaldıraraq qeyri-qanuni yolla dövlət çevrilişi etmək. Bunu isə guya xalqın iradəsi kimi təqdim etmək. Lakin burada ən təhlükəli məsələlərdən biri çox hallarda bunu təşkil edən beynəlxalq qüvvələr yox, dövlətin müharibə apardığı, yaxud müharibə şəraitində olduğu düşmən dövlətlər ola bilər. Onlar öz adlarından, yaxud kəşfiyyat dilində deyildiyi kimi yad bayraq altında üçüncü ölkənin adından hədəf seçdikləri ölkənin müəyyən vədlərlə, yaxud pul, Avropa vətəndaşlığı verilməsi müqabilində ələ alına bilən, ölkəsindən narazı, zəif iradəli şəxsləri bu işə cəlb edə bilərlər.

Bundan sonra özlərinə sərf etməyən hakimiyyətləri devirmək üçün bir çox üsullara əl atılmağa başlandı ki, onlardan biri virtual ekspansiyadır. Məhz sosial şəbəkələrdən istifadə olunmaqla istənilən ölkəyə qarşı virtual hücumlar təşkil olunmağa başladı. Bundan hər kəs özünə sərf edən şəkildə istifadə etməyə başladı. Azərbaycan da bu cür müdaxilələrdən kənarda qalmadı. Ölkəmizə qarşı xüsusən Ermənistan xüsusi xidmət orqanları və xaricdəki erməni diasporu, Azərbaycanda marağı olan böyük dövlətlərin güc mərkəzləri və s.virtual hücuma keçdilər. Bu, hibrid müharibəsinin ən təhlükəli tərəflərindən biri olan psixoloji müharibədir. Bunun üçün Avropaya mühacirət etmiş şəxslərdən istifadə olunur. Belə şəxslər istənilən ölkənin kəşfiyyatı üçün əsl yemdir. Onlar Avropa vətəndaşlığı verilməsindən tutmuş digər vədlərin, ödənişlərin müqabilində bu cür çirkin işlərə cəlb olunublar. Hər bir ölkənin kəşfiyyatı ilk növbədə yüksək intellektli, müəyyən məlumatlara çıxış imkanı olan şəxsləri əməkdaşlığa cəlb etməyə çalışır. Lakin bu, böyük məqsədlər üçün keçərlidir. Kiçik, cılız məqsədlər üçün isə elə məhdud dünyagörüşlü, pulgir, ən müqəddəs amal olan Vətənini satmağa hazır olan adamlar seçilir. Məqsəd nədir?! Məqsəd ilk növbədə hakimiyyətin legitimliyini sarsıtmağa yönəlmiş fəaliyyətləri həyata keçirməkdir. Guya,  hakimiyyətin legitim olmadığı barədə cəfəng iddialarla xalqda öz seçdiyi prezidentə qarşı inamsızlıq formalaşdırmaq istəyirlər. Lakin bu cəhdləri uğursuzluğa məhkumdur.  Prezidentin köməkçisi, professor Əli Həsənov kimi ali vəzifəli dövlət, eyni zamanda böyük alim adamı səviyyəsində onlara layiqli cavab verildi. Həm də onların elə hücuma keçdikləri virtual məkanda.

Bu məhdud dünyagörüşlü, normal təhsilləri olmayan şəxsləri ortaya atanlar bilməlidirlər ki, axı, Azərbaycan cəmiyyətində, dövlətçilik tarixində yüzilliklər boyu formalaşmış ənənələrdən biri böyüyə, başçıya, dövlət rəhbərinə olan hörmət, ehtiramdır. Bu, legitimliyin özü qədər mühümdür. Dövlətin ali mövqeyində duran şəxsi təhqir etmək həm cəmiyyətin düşüncə tərzinə, həm də yazılmamış mərdlik qanunlarına ziddir. Yəni, Azərbaycan həm müasir demokratiya prinsiplərinin, həm də əsrlər boyu mövcud olmuş hökmdara ehtiram ənənələrinin mövcud olduğu ölkədir. Bu, bizim tarixi inkişafımızın, xalqımızın dünyagörüşünün nəticəsidir. Bu, həm də bizim sabitliyin, rifahın əsasını təşkil etmişdir. Məmləkətin başında duran insana ehtiram bizim siyasi-ideoloji fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Nizami, Füzuli kimi dahi mütəfəkkir şairlərimiz yaşadıqları dövrün hökmdarlarına mədhiyyələr həsr etmiş, onların şərəfinə ən gözəl əsərlərini ithaf etmişlər. Bu, Şərq dünyagörüşünün    dövlət-hökmdar-vətəndaş münasibətlərinin qarşılıqlı hörmət, ədalət prinsipləri əsasında mövcudluğunu deməyə əsas verir. Bugünkü Azərbaycan cəmiyyəti əsrlər boyu gələn bu ənənəyə riayət edir. Azərbaycan çox az ölkələrdəndir ki, orada əhali tarix boyu hakimiyyətə qarşı qiyam qaldırsın. Lakin bu gün demokratiyanı və milli dünyagörüşünü uğurla birləşdirən ölkəmizə qarşı hücumların arxasında məhz bu sistemi, təfəkkür tərzini dağıtmaq planı durur. Xalqımız müdrik və təmkinlidir. Bu xüsusiyyəti onu alətə çevirmək istəyən qüvvələrə sərf etmir.  Onun bu dəyərlərini aşınmaya məruz qoymaq üçün məhz ən radikal üsul - təhqir və söyüşdən istifadə olunur. Məqsəd ali dəyərləri heçə endirmək, cəmiyyəti msnqurtlaşdırmaqdır. Öz dəyərlərindən uzaqlaşan cəmiyyət isə istənilən qüvvənin əlində marionet ola bilir, artıq millət deyil, kütlə səviyyəsinə düşmüş olur. Cəmiyyətin əxlaqi dəyərlərinin aşınmasına, dövlətin və hakimiyyətin legitimliyinin əsaslarının sarsıdılmasına yönəlmiş bu hərəkətləri edənlər pis bir tendensiyanın əsasını qoymuş oldular. Revanşizm hissləri ilə ortaya atılan bu adamların davranışı olduqca mənfi qarşılanmalıdır, cəmiyyətin hər bir üzvü buna öz münasibətini bildirməlidir. Bizim övladlarımız onların görmək istədiyi, formalaşdırmağa çağırış etdiyi Azərbaycanda yaşamamalıdır. Biz buna layiq deyilik. O səxslərin hərəkəti isə sabun köpüyü kimi boş, mənasızdır. Çünki söyüş, təhqir səmaya atılmış daş kimidir, mütləq qayıdıb onu atanın öz başına düşür! 

P.S. Ən sarsılmaz legitimlik - xalqın etimadını, sevgisi və inamıdır. Prezident İlham Əliyev isə bu legitimliyi həmişəlik qazanıb və 11 aprel seçkiləri bunun təsdiqi olacaqdır!

Nəzakət Məmmədova, politoloq
Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
AYLIQ
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS