Bakının mənzil oğruları: Onlardan necə xilas olmalı?
Oxunub: 2096
19 Mar 2018 | 16:33
Bakının mənzil oğruları: Onlardan necə xilas olmalı?

Son illərdə paytaxt Bakı və Bakıətrafı qəsəbələrin sürətlə genişlənməsi, əhali məskunlaşmasının yüksək tempi özüylə yeni problemlər də gətirməkdədir. İndi dövlətin qarşısında təkcə yeni yolların, su, qaz, işıq, kanalizasiya xətlərinin çəkilməsi, məktəblərin, xəstəxanaların və digər zəruri infrastruktur obyektlərinin tikintisi yox, həm də və ən vacib istiqamətlərdən biri olaraq, yerləşmiş əhalinin və onların əmlaklarının təhlükəsizliyinin effektli təmin edilməsi durur.

Bu yöndə dövlətin müvafiq qurumları, o cümlədən ictimai qaydanın və təhlükəsizliyin təminində, cinayətlərin qarşısının alınmasında üzərinə ən böyük vəzifə düşən Daxili İşlər Nazirliyi (DİN) müntəzəm olaraq zəruri tədbirlər planı hazırlayıb həyata keçirsə də, əməliyyat mühiti və şəraitinin davamlı yenilənməsi müasir texnologiyaların inkişafına uyğun şəkildə intensiv qaydada yeni yanaşmaların, metod və üsulların tətbiqini də qaçılmaz reallığa çevirib.

Üstəlik, mütəxəssislərin sözlərinə görə, Daxili İşlər Nazirliyinin hər il ictimaiyyət üçün açıqlanan hesabatlarının əvvəlki illərlə müqayisəli təhlili və yekun qiymətləndirilməsi üzə çıxarıb ki, hazırda Bakı və Bakıətrafı qəsəbələrdə artım tendensiyası müşahidə edilən əsas cinayət növü məhz mülkiyyət əleyhinə törədilən cinayətlərdir.

Rəsmi statistikaya görə, 2017-ci il ərzində bütün respublika üzrə törədilən cinayətlərin əksər hissəsi – düz 47%-i mülkiyyət əleyhinə yönəlmiş cinayətlər olub. Üstəlik, mülkiyyət əleyhinə cinayətlərin 60,8%-i, bu sırada da mənzil oğurluqlarının 55,3%-i məhz paytaxt ərazisində – Bakıda törədilib.

Doğrudur, ötən il Bakıda 104 mənzildə oğurluq törətmiş 163 nəfərdən ibarət 68 cinayətkar qrup zərərsizləşdirilib və ümumiyyətlə, cinayətlərin açılma faizinə, həmçinin hər 100 min nəfər əhaliyə düşən cinayətlərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri sırasında ən yaxşı göstəricilərə malikdir. Ancaq buna baxmayaraq, mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin və bu sırada da mənzil oğurluqlarının dinamikasındakı artım narahatedicidir və həm aidiyyəti strukturlar, həm də ictimaiyyət üçün ciddi siqnal olmalıdır.

Digər yandan, ona da xüsusi diqqət yetirilməlidir ki, mülkiyyət əleyhinə törədilən cinayətlərin açılma faizinin yüksək olmasına baxmayaraq, bu, nəticə etibarilə heç də vətəndaş məmnunluğunun əldə edildiyi, onun probleminin həllinə nail olunduğu mənasına gəlmir. Çünki mülkiyyət əleyhinə yönlmiş cinayətlər zamanı mənimsənilən pul və ya əmlakın dərhal “əridilməsinə” üstünlük verilir ki, cinayətkar yaxalansa belə, vətəndaşa dəymiş zərərin ödənməsi bəzi hallarda mümkün olmur.

Bu sahə üzrə mütəxəssislərin dediklərinə görə, təcrübə göstərir ki, vətəndaş üçün cinayətin açılmasından və cinayətkarın cəzalandırılmasından da vacib oğurlanan, talanan və ya mənimsənilən əmlakının (pulunun, qızılının, digər qiymətli əşyalarının və s.) taleyidir. Hətta bir çox hallarda zərərçəkənlər yalnız əmlaklarının və ya pulunun qaytarıla biləcəyinə tam əmin olduqdan sonra hüquq-mühafizə orqanlarına şikayətə üstünlük verir, yaxud da “şikayət mənlik deyil, əmlakım qayıtsın, vəssalam” düşüncəsiylə istintaqa köməkdən yayınaraq, cinayətkara humanist yanaşma sərgiləyirlər.

Sözsüz ki, bu cür vəziyyət həm baş vermiş cinayətlərin vaxtında qeydə alınmasına və deməli, həm də operativ əməliyyat imkanlarına mənfi təsir edir, həm də bu sayaq cinayət etmiş şəxsləri təkrar cinayətə daha da həvəsləndirir. Təsadüfi deyil ki, mülkiyyət əleyhinə törədilmiş cinayətlərin böyük əksəriyyəti, xüsusən də mənzil oğurluğu, soyğunçuluq və dələduzluq daha çox əvvəllər bu cinayətləri törətmiş şəxslər tərəfindən təkrar törədilir…

Mənzil və obyekt oğurluqlarının qarşısını almaq mümkündürmü?

Hazırda mülkiyyət əleyhinə cinayətlərin, xüsusən də mənzil və digər obyekt oğurluqlarının dinamikasındakı artımı əhalinin sosial-iqtisadi durumundan tutmuş, Bakının getdikcə əhalinin sıx yaşadığı və gəlib-getdiyi beynəlxalq turistik məkana çevrilməsinədək, çoxsaylı amillərlə izah edən və bu səbəbdən fərqli və kompleks mübarizə üsulları təkilf edən mütəxəssislər bir məsələdə həmrəy, yekdildirlər: belə cinayətlərin qarşısını almağın əsas və ən effektiv yolu cinayət hədəfi ola biləcək obyektin zamanında doğru-düzgün mühafizəsini, qorunmasını təşkil etməkdədir.

Yəni, mütəxəssislərin rəyinə görə, mənzil oğurluqları daha çox məhz “nəzarətsiz” və ya nəzarətin hədsiz zəif təşkil edildiyi bölgə və obyektlərdə həyata keçirilir. Bunu cinayətlərin baş vermə yerlərindən və açılma statistikasından da görmək mümkündür. Məsələn, rəsmi statistikaya görə, DİN-in Baş Mühafizə İdarəsi tərəfindən mühafizəyə götürülmüş 21 min 558 mənzil və obyektdən 2017-ci il ərzində 210 cinayətin qarşısı alınıb, 108 nəfər isə elə hadisə yerindəcə yaxalanıb.

Bu statistikanın təhlili göstərir ki, kameralaşma, siqnalizasiya sistemlərinin qurulduğu bina, mənzil və ya obyektlərdə belə cinayətlər ya baş vermir, ya da çox nadir hallarda baş verir və hətta baş verdiyi zaman isə üstü dərhal açılır.

Ancaq çox təəssüf ki, vətəndaşlarımız geyim, əxlaq, lüks həyat qurmaq məsələlərində Avropa, Qərb həyat tərzinə hədsiz meyl göstərsələr də, nədənsə, Qərbin cinayətkarlığa qarşı mübarizənin təşkilində tətbiq etdiyi müasir nailiyyətlərindən istifadəyə tamamilə laqeyd, biganə yanaşır, yalnız cinayət baş verdikdən sonra nələrsə etməyə təşəbbüs göstərirlər ki, bu da həm özlərinin şəxsi həyatını, həm də əmlaklarının taleyini təhlükəyə atır. Halbuki zamanında görülən mühafizə tədbirləri həm vətəndaşın, həm də onun əmlakının təhülkəsizliyinin öncədən zəmanət altına alınması deməkdir.

Yeri gəlmişkən, son illərdə DİN tərəfindən mənzil və obyektlərin mühafizəsinin təmini məqsədiylə vətəndaşlar üçün kifayət qədər əlverişli şərtlərlə – mənzildəki ən sadə əşyanın dəyəriylə müqayisədə belə, qat-qat ucuz başa gələcək mühafizə xidməti təklif etsə də, hələlik vətəndaşlarımız bu xidmətdən yararlanmağa bir o qədər də maraq göstərmirlər. 10 milyon əhalisi olan bir ölkə üçün mənzil və obyektlərin mühafizəsi üçün DİN-in müvafiq strukturlarına müraciətlərin sayı, demək olar ki, hədsiz dərəcədə azdır.

Onu da qeyd edək ki, yerli vətəndaşlardan fərqli olaraq, DİN-in bu xidmətinə xüsusən ölkəyə gələn xaricilər daha çox maraq göstərirlər. Statistik məlumatların təhlili göstərir ki, ölkəmizə gələn və burada müvəqqəti yaşamaq üçün yer seçən əcnəbilərin əksəriyyəti, demək olar, ilk növbədə seçdikləri ünvanların polis tərəfindən mühafizə olunub-olunmamasıyla maraqlanır, üstünlüyü də məhz polisin mühafizə etdiyi ünvanlara verirlər.

 

Xarici ölkələrdə mənzil oğurluqlarına qarşı necə mübarizə aparılır?

Qeyd edək ki, hazırda dünyanın ən iri şəhərlərində də bu cinayətdən qorunmağn ən effektiv üsulu kimi, mənzil və obyektlərin siqnalizasiya sistemləriylə təchiz olunmasına və bu işin polisin nəzarətində həyata keçirilməsinə önəm verirlər.

Məsələn, Almaniya DİN-nin məlumatına görə, son illər bu ölkədə də mənzil oğurluğu kəskin şəkildə artıb və təkcə 2016-cı ildə 2008-ci illə müqayisədə 50% çox – 167 min məzil oğurluğu və yaxud mənzil yarmağa cəhd baş verib. Alman polisi mənzil oğurluğunun artmasını ölkəyə miqrant axınının güclənməsi və xüsusilə də Şərqi və Cənub-Şərqi Avropa ölkələrindən gələn cinayətkar qrupların aktivliyilə izah edərək, onlara qarşı mübarizə metodlarını da yeniləyib və sərtləşdirib. Məsələn, Bavariyada polis “Schleierfahndung” (“Şəbəkə vasitəsilə yaxalama”) metoduna üstünlük verir. Bu metodun əsasında polis patrulları tərəfindən mütəmadi və təsadüfi yoxlamaların keçirilməsi praktikası durur.Bu zaman hətta şübhə doğurmayan şəxslər və obyektlər belə, yoxlamaya məruz qalır.

Düselldorfda polis mənzil oğurluğunun baş verdiyi ünvanları şəhərin xəritəsi üzərindən mütəmadi çap edir, hər bir oğurluq faktı barədə ətraflı informasiya verilir ki, vətəndaşlar məlumatlı olsunlar.

Münhen polisi isə növbəti mənzil oğurluqlarının harada olacağını ehtimal etməyə imkan verən kompüter proqramı tətbiq edir. Proqrama mənzil oğurluğunun statistikası daxil edilib.

İsveçdə – Sürix şəhərində də bu proqram uzun müddətdir tətbiq edilir.

Moskvada 2012-ci ildən tətbiq edilən “Təhlükəsiz şəhər” proqramı sayəsində 86 min yaşayış binasının girşinə qoyulmuş videokameraların sayı artırılıb, müxtəlif qurumlara məxsus videomüşahidə vasitələrindən toplanan məlumatların bir mərkəzdə emalı və analizinə nail olunub ki, bu da nəinki mənzil oğurluqlarının qarşısının alınmasında, həmçinin digər cinayətlərin də üstünün açılmasında və ya önlənməsində əhəmiyyətli nəticələrə gətirib çıxarıb…

Qeyd edək ki, mülkiyyət əleyhinə cinayətlərin, o cümlədən mənzil oğurluqlarının qarşısını almaq üçün qanunvericilikdə nə kimi dəyişiklik və əlavələrin edilməsinin gərəkli olduğundan tutmuş praktikada hansı metod və üsulların tətbiqinin effekt verdiyi haqda mütəxəssis rəyləri də alınıb və onları yaxın günlərdə saytımızın oxucularına təqdim edəcəyik…(strateq.az)

Oxşar xəbərlər
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 12:58
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
29 Apr 2024 | 06:37
Azərbaycanda ən çox və ən az çörək yeyilən  REGİONLAR - SİYAHI
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 12:58
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü