İlyas İsmayılov – Bizim böyük məktəbimiz...
Oxunub: 2959
16 Mar 2018 | 15:58
İlyas İsmayılov  – Bizim böyük məktəbimiz...
Azərbaycan Respublikasının görkəmli ictimai-siyasi və dövlət xadimi İlyas Abbas oğlu İsmayılovun bu il mart ayının 20-sində - novruz bayramı günündə 80 yaşı tamam olur. Bu münasibətlə mən onu ürəkdən təbrik edirəm, Allahdan ona uzun ömür və möhkəm can sağlığı arzu edirəm. Azərbaycan hüquq elminin və təcrübi hüquqşünaslığın akademik səviyyədə bilicisi olan bu görkəmli şəxsiyyət, sabiq prokurorluq əməkdaşlarının, bizim nəslin həyatında yadda qalan xoş xatirələrlə tarixə  çevrilmişdir. 

Bu gün, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda, ölkəmizdə müstəqilliyin bərpasında və yüksək inkişafında Ulu Öndər, Ümumilli Liderimiz Heydər Əliyev nələri etmişdirsə, İlyas İsmayılov da Azərbaycan hüquq-mühafizə orqanlarının, xüsusi ilə də prokurorluq sistemində göstərdiyi xidmətlərə görə adını tarixin şərəfli səhifələrinə yazmış görkəmli hüquqşünaslardan, rəhbərlərdən biridir. 

Təsadüfi deyil ki, o, daim öz çıxışlarında və məruzələrində, həmişə Ulu Öndər Heydər Əliyevin onun həyatında oynadığı böyük rolu minnətdarlıqla, bir örnək olaraq xatırladar və onun fəaliyyətini daim yüksək qiymətləndirərdi. Bu da çox düzgün və qanunauyğun bir hal idi. Çünki o, yaxşılıqları heç vaxt itirməyən, etibarlı və halal bir şəxsiyyətdir. Biz Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində təhsil alarkən dəyərli müəllimlərimiz - Murtuz Ələsgərovun, Məmməd Xələfovun, Məsuməxanım Məlikovanın, Cəfər Mövsumovun, Tofiq Qafarovun, Firudin Səməndərovun və başqalarının bizə daim nümunə göstərdiyi keçmiş tələbələrdən biri və bəlkə də birincisi  İlyas İsmayılov olardı. Başqa sözlə hələ tələbə ikən, onun şəxsiyyətinə bizdə böyük maraq və xoş qibtə hissi yaranmışdı. Ulu Öndər Heydər Əliyevin 70-ci illərin ortalarında prokurorluq orqanlarında apardığı köklü islahatların nəticəsi olaraq, mənim kimi sadə kəndli balaları da prokurorluq  orqanlarında işləmək imkanı əldə etdilər. Həyatımın sonrakı dövrlərində qismət elə gətirdiki mən onun 2 rəhbərliyi altında işləməli oldum. 

Mən təyinatla Quba rayon Prokurorluğuna göndərilmişdim. Baş Prokuror, görkəmli dövlət xadimi Abbas Zamanov yaxşı, ləyaqətli və vicdanlı bir komanda formalaşdırmışdı. Biz gənclər də var gücümüzlə çalışırdıq ki, bizə göstərilən ehtimadı əməl işimizlə doğruldaq. Buna görə də, qısa müddətdən sonra mənim Quba rayon Prokurorunun müavini vəzifəsinə irəli çəkilməyim məsələsi gündəmə gəldi. Mən ilk dəfə Baş Prokurorun kadr üzrə müavini İlyas İsmayılovu 1 iyun 1979-cu ildə, onun qəbulunda olarkən yaxından gördüm, tanıdım və onun şəxsiyyətinə böyük marağım yarandı. Son dərəcə ciddi, tələbkar, həssas bir şəxsiyyətlə qarşılaşdığıma əmin oldum.

Elə həmin gündə məni İlyas İsmayılovun tövsiyyəsi və təminatı ilə Quba rayon Prokuroruna müavin vəzifəsinə təyin etdilər. Həmin vaxt üçün bu mənə göstərilən böyük bir ehtimad idi. Sonralar mən Mirbəşir (indiki Tərtər) və Şamaxı rayon Prokuroru vəzifəsinə təyin edilərkən də, onun müstəsna xidmətləri oldu. Etiraf edirəm ki, gənc mütəxəssis kimi qarşımda çox mühüm vəzifələr qoyulmuşdu və bu ehtimadları əməl işimlə doğrultmaq mənim vəzifəm idi.
Mən Tərtər rayon prokuroru vəzifəsində işləyərkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qaynar proseslərin içində oldum. Bu həmin regionda yerləşən nadir rayonlardan biri idi ki, əhalinin cəsarəti və qətiyyəti nəticəsində ərazi itkisinə məruz qalmadı və erməni separatçılarının cavablarının layiqincə verilməsində həmişə öndə getdi, nümunə göstərdi. Separatçı qüvvələrin bir sıra maliyyə mənbələrinin ifşa olunmasında – məsələn, Elza Qriqoryanın ifşasında Tərtər rayon prokurorluğunun mühüm xidmətləri oldu. 

Sonralar mən Xocalı deputat-istintaq komissiyasının tərkibində, ölkəmizin bu münaqişə ilə bağlı ciddi problemlərinin həllinə dair onlarla məruzə və çıxışlar hazırlamış və onların bir hissəsi, kütləvi informasiya vasitələrində və xarici mətbuatda dəfələrlə dərc edilmişdir. Tale elə gətirdi ki, mən İlyas İsmayılovu yaxından tanıdıqca, onun əməli işinə yaxından bələd olduqca, onu özümə bir nümunə, örnək olaraq qəbul etmişdim. O, sözün əsl mənasında prokurorluq orqanlarında çalışan bizim gənc nəsil üçün bir örnək, bir etalon idi, nümunə idi. Biz təmizlikdə, ləyaqətli və qətiyyətli olmaqda ona oxşamağa çalışırdıq. 
Elə 3 buna görə də, ədalətsizliyə və sui-istifadə hallarına qarşı prinsipial mübarizədə bəzən özümüzdən asılı olmayaraq intiriqaların girdabına düşürdük. Məsələn, işlədiyim rayonların birində rayon rəhbərliyi prokurorluğun fəaliyyətinə qərəzli yanaşırdı. Məni “kommunistlərə divan tutmaqda” əsassız olaraq ittiham edirdilər. Məsələ, Mərkəzi komitənin birinci katibi Əbdülrəhman Vəzirovun yanında müzakirə edilərkən, Baş Prokuror İlyas İsmayılov məni, başqa sözlə, haqqı və ədaləti cəsarətlə müdafiə edib, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin düzgün olduğunu sübuta yetirdi. Haqq-ədalət qələbə çaldı. Həmin vaxt heç kimi olmayan mənim kimi bir əməkdaşını sona qədər və cəsarətlə müdafiə etmək, hər oğulun işi deyildi. Fəqət belə çətin vaxtlarda o, bizim dayağımız və köməyimiz idi. İlyas İsmayılov istər Mərkəzi Komitənin inzibati orqanlar şöbəsində, Baş Prokurorun müavini və Baş Prokuror vəzifəsində işləyərkən, müstəqil ölkəmizin ilk Ədliyyə naziri olarkən, o, bu orqanların nüfuzunu daim yüksəltmək yolunu tutmuşdur. 
Onun formalaşdırdığı və tərbiyyə etdiyi bir çox kadrlar hazırda da hüquqmühafizə orqanlarında rəhbər vəzifələrdə uğurla işləməkdədir. İlyas müəllimlə müəyyən müddət, bir yerdə, onun rəhbərliyi altında işləsəm də, aramızda həmişə bir ciddi pərdə olmuşdur. Ədalətin və qanunçuluğun qorunmasında o, bizə bir örnək idi.
O, prinsipial və qətiyyətli idi.Yaxşıya və pisə obyektiv qiymət verən bir rəhbər idi. Təvazökarlıqdan uzaq olsa da, deyə bilərəm ki, mən onun dövründə Baş Ədliyyə Müşaviri rütbəsinə qədər olan bütün rütbə dərəcələrimi növbədənkənar və mükafat qaydasında almışdım. Mənim kimi sadə kəndli övladlarının yüksəlişində onun təmənnasız xidmətləri olmuşdur. İlyas İsmayılov ideal təmizliyi, ləyaqəti, mərdliyi və cəsarəti ilə görkəmli tarixi bir şəxsiyyət olduğunu artıq sübut etmişdir. 
90-cı illərdə ölkədə ictimai asayişin qorunmasında, milli-mənəvi dəyərlərin mühafizəsində, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinə ciddi səy göstərilməsində, ölkəmizdə müstəqil hüquqi dövlət quruculuğunda, istər İttifaq səviyyəsində basqıların qarşısını alınmasında, istərsə də milli, vətənpərvər Vətən 4 övladlarının haqsızlıqlardan qorunmasında onun misilsiz xidmətləri və rolu olmuşdur. 
O, öz çıxışları və əməlləri ilə xalqımızın ədalət hissinin təşəkkülündə və inkişafında bir alim kimi də, dəyərli xidmətlər göstərmişdir. İlyas müəllim bizə - prokurorluq işçilərinə öz tövsiyyələri və məsləhətləri ilə daim düz yol göstərirdi. Onun əvəzsiz məsləhətləri, sözləri, indi də qulaqlarımda qalmışdır və həyatımın sonuna qədər mənimlə olacaqdır. Məsələn o, bizə deyirdi ki, təmiz işləyin. Təmiz işləyəndə, ləyaqətli olanda insan heç kimdən çəkinmir, gözü kölgəli olmur, əməllərindən narahatçılıq keçirmir, əsəbləri və sağlamlığı yerində olur, insultun və infaktın qurbanına çevrilmir. Belə müdrik nəticələr İlyas İsmayılov kimi böyük şəxsiyyətlərin dəyərli tövsiyyələri kimi bü gündə aktualdır, müasirdir. O, bizə, insanlarla münasibətdə bir prokuror kimi sadə, təmkinli və qayğıkeş olmağı tövsiyyə edirdi. 

Deyirdi ki: “təkəbbürlü olmayın, özünüzə həmişə nəzarət edin, özünüzə kənardan baxmağı bacarın. Onda siz öz səhvlərnizi hamıdan daha tez görər və onları islah edərsiniz, yolunuzdan azmazsınız, nüfuzunuz daim artmış olar.” O, bizə hüquq elmini dərindən sevdirən bir müəllim idi. Sözün əsl mənasında bizi qədim fəlsəfi təlimlərin və nəzəriyyələrin dərindən öyrənilməsinə və tətbiqinə çağırırdı.Sonralar mən, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda direktorun elmi işlər üzrə müavini vəzifəsində işləyərkən, onun nəinki hüquqşünasların, həm də filosofların çox böyük hörmət etdiyi nüfuzlu bir alim, görkəmli bir tədqiqatçı olduğuna əmin oldum. 
Məsələn, onun vaxtilə İnstitut direktoru olan, Akademik Firudin Köçərlinin qayğısı və rəhbərliyi ilə Leninqrad şəhərinə aspiranturaya göndərilməsini daim minnətdarlıqla xatırlaması və bu barədə məqaləsi çox ibrətamizdir. Ölkəmizin böyük sərvəti hesab olunan alimlərimiz, ziyalılarımız, dövlət xadimlərimiz onun üçün çox dəyərli idi. 
Müstəqilliyin ilk illərində hüquqi dövlət nəzəriyyəsi ilə bağlı İlyas İsmayılovun, hətta İttifaq miqyasında ilk və ən dəyərli əsərlərdən birinin elmi redaktoru olmuş, görkəmli filosof Əbülhəsən Abbasovun (onun bu yaxınlarda “ictimai meqatrend: Hansı istiqamətdə getməli və nə etməli?” 5 adlı samballı məqaləsi oxuculara yaxşı tanışdır) onun həmin institunda işləyərkən elmi əməkdaşlıqları barədə xoş xatirələri mənə çox dərindən təsir göstərmiş və İlyas müəllimi mənə daha çox  sevdirmişdir. O, sözün əsl mənasında böyük və görkəmli tədqiqatlar müəllifidir. Yadımdadır ki, mən mərhum dostum, prokurorluğun nüfuzlu əməkdaşı Vahid Məmmədovla birlikdə 1984-cü ildə SSRİ Baş Prokurorluğunun Leninqrad şəhərindəki “İstintaq İşçilərini Təkmilləşdirmə İnstitutunda” təhsil alarkən, onun Leninqradın hüquqşünas alimləri arasında böyük nüfuz və söz sahibi olduğunun canlı şahidi olmuşuq və bu görkəmli həmvətənimizlə qürur duymuşuq. İlyas İsmayılovun prokurorluğa rəhbərlik etdiyi dövrdə onun həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə bu orqanın nüfuzu ildən-ilə dinamik olaraq artmış və genişlənmişdir. 
Təsadüfi deyil ki, 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə keçirilən seçkilərdə prokurorluq orqanlarının 20-yə qədər əməkdaşı Respublikanın xalq deputatı seçilmişdir. Tariximizdə bu qədər prokurorluq əməkdaşının Respublikanın xalq deputatı kimi şərəfli bir mövqe tutması, seçilməsi bir ilk idi və birmənalı şəkildə bütün bunlar İlyas İsmayılovun böyük xidmətlərinin bariz nümunəsi, təcəssümü idi. O, prokurorluqda özünə məxsus şərəfli bir məktəbin əsasını qoymuşdur. Həmin vaxt SSRİ-nin Baş Prokurorluğunun fəaliyyətində Azərbaycan SSR Prokurorluğunun nümunəvi fəaliyyəti daim qeyd olunur və müsbət iş təcrübəsi vaxtaşırı olaraq yayılırdı. 
İlyas müəllim, bizə təbiətin mühafizə edilməsi, ətraf mühitin qorunması, uşaq hüquqlarının mühafizəsi, qocaların və kimsəsizlərin sosial hüquqlarının təmin olunması və digər bu kimi nəcib işlərin yerinə yetirilməsinə diqqətin artırılmasını tələb edirdi. 
İlyas İsmayılovun məntiqi mühakimələri, obyektiv və ədalətli qərarları onu ölkədə söz sahibinə çevirmişdir. Təsadüfi deyil ki, o, ölkəmizdə ilk milli kadr idi ki, SSRİ Baş Prokurorluğunun məsul bir şöbəsinə rəis vəzifəsinə irəli çəkildi. İlyas müəllim Respublikanın xalq deputatı, partiya sədri kimi də öz ideyalarına daimi sədaqətli olmuş, savadı, qətiyyəti və ədalətliliyi ilə xalqımızın dərin hörmətini qazanmışdır. Onun xidmətləri geniş və 6 rəngarəngdir. Mən isə onun xidmətlərinin çox qısa bir hissəsi haqqında söz açdım. Son olaraq yubiliyara uzun ömür, möhkəm can sağlığı və şəxsi həyatında böyük uğurlar arzu edirəm. 

Rusiya, Türk Dünyası, NewYork və Avropa Təbiət Elmlər Akademiyalarının həqiqi üzvü, Müharibə və Əmək Veteranı, Azərbaycan Respublikası Prokurorluğunun sabiq əməkdaşı, hüquq elmləri doktoru, professor Bəhram Zahidov Saffan oğlu 
Oxşar xəbərlər
22:23, Bu gün
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
22:22, Bu gün
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
22:04, Bu gün
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
21:38, Bu gün
İsrail HƏMAS-a bir həftə vaxt verdi
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
GÜNLÜK
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
AYLIQ
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...