"Vahid namizədlə bağlı qərar qəbul edilməməsində nə mənim, nə də Sabir bəyin təqsiri var"
Oxunub: 2611
21 Feb 2018 | 18:28
Hələ keçən il bəzi KİV-lərdə Ədalət Partiyasının sədri İlyas İsmayılovun digər bir müxalifət partiyasının lideri ilə növbəti prezident seçkilərində vahid namizədlə çıxış etmək barədə müzakirələr apardığı barədə informasiyalar yayılmışdı. Partiya sədrinin özündən və köməkçisindən bu barədə konkret fikirlər söylənməsə də,  bəzi sətiraltı etirafları, məlumatları, araşdırıb təhlil etdikdən sonra bu qənaətə gəlmişdik ki, vahid namizədlə bağlı müzakirələr aparıldığı ikinci şəxs Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı olub. Sabir bəy özü isə məsələyə belə münasibət bildirmişdi: “İlyas İsmayılovla biz dostuq. Parlament seçkilərində də vahid blokumuz var idi. Prezident seçkiləri ilə də bağlı ümumi söhbətlərimiz olub, ancaq qərar səviyyəsində ortada bir şey yoxdur”.

Sabir Rüstəmxanlı mövzunu genişləndirməyə imkan verməsə də, onun “qərar səviyyəsində bir şey yoxdur” ifadəsi ortaya maraqlı sual çıxarır:  Əgər hər iki lider bu qədər yaxın dostdurlarsa, seçki ilə bağlı müzakirələr aparıblarsa, o zaman nədə razılaşmayıblar ki, vahid bir qərar qəbul edə bilməyiblər? İlk ağıla gələn cavab bu ola bilərdi ki, yəqin, hər iki lider özünün vahid namizədliyini qəbul etdirmək istəyib, lakin, dostluq səviyyəsi bu məsələdə güzəştə getməyə kifayət etməyib. 

Moderator.az xəbər verir ki, Modern.az saytı bütün bunlara aydınlıq gətirmək üçün İlyas İsmayılovdan müsahibə alıb. 

Artıq seçkilərə start verilib və namizədlərin irəli sürülməsi üçün müəyyən edilmiş gerisayım başlayıb. Görəsən, liderlər bu darmacalda yekun qərar verə biləcəklərmi? İlyas İsmayılovla müsahibədə bu məqama aydınlıq gətirməyə çalışdıq:

 - İlyas müəllim, artıq mətbuatda prezident seçkilərində iştirak etməyəcəyinizi birmənalı şəkildə bildirmisiniz. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da təxminən eyni ovqatdadır, seçkilərdə öz namizədliyini irəli sürəcəyi və ya partiyanın seçkilərdə iştirak edib-etməyəcəyi barədə heç bir mövqe bildirmir. Halbuki, siz hələ keçən il 2018-ci il prezident seçkilərində vahid namizəd irəli sürmək barədə müzakirələr aparmısınız. Nəyə görə müzakirələrin yekununda Sabir bəyin də dediyi kimi, vahid qərar qəbul edə bilməmisiniz? Bu kimin günahı üzündən baş tutmayıb, siz hansınızın vahid namizəd kimi irəli sürüləcəyini nəzərdə tuturdunuz?

- Vahid namizəd barədə yekun qərar qəbul edilməməsində nə mənim, nə də Sabir bəyin təqsiri var. Məsələ ondadır ki, biz heç birimizin namizədliyini nəzərdə tutmamışdıq. Biz tamamilə fərqli, üçüncü bir şəxsin prezident seçkilərində namizədliyini irəli sürüb, müdafiə etmək barədə müzakirələr apardıq, lakin namizədliyi müzakirə olunan şəxs son nəticədə təklifdən imtina etdiyi üçün bu təklifi partiyadaxili müzakirəyə çıxarmadıq və heç bir qərar da qəbul olunmadı. Burada qaranlıq və müəmmalı məqamlar axtarmağa heç bir ehtiyac yoxdur.

- Sualımızın bu hissəsinə cavab alsaq da, açığını deyək ki, Azərbaycan müxalifətinin siyasi mentaliteti üçün qətiyyən xarakterik olmayan bir halla rastlaşdığımız üçün təəccübümüzü etiraf edib, bundan doğan başqa bir suala da cavab almaq istəyərdik. 
Bizdə aparıcı, böyük partiyalar bir yana, az-çox tanınan, orta səviyyəli partiya liderləri belə bir qayda olaraq, prezident seçkilərində yalnız öz namizədliklərini irəli sürmək uğrunda mübarizə aparırlar. Məhz buna görə dəindiyə qədər müxalifət prezident seçkilərinə bir dəfə də olsun vahid namizədlə gedə bilməyib. Siz hər ikiniz lider olaraq kifayət qədər nüfuz sahibisiniz. Belə bir şəraitdə üçüncü şəxsin namizədliyini irəli sürsəydiniz bu, digər müxalifət partiyaları üçün də böyük örnək olardı. Ola bilərmi ki, bu barədə Sabir bəylə bu razılaşma əldə etmisiniz, ancaq müəyyən taktiki gedişlərə görə hələlik açıqlamırsınız. Yaxud ola bilərmi ki, bu məsələ hələ gündəlikdən çıxmayıb və yaxın günlərdə seçicilərin yanaşmasını təzələyəcək, maraqlandıracaq və seçkiləri canlandıracaq vahid bir razılaşma əldə edəcəksiniz?

- Təəssüf ki, yox. Bu məsələ bir il bundan əvvəl həmin şəxsin Azərbaycana gəlişi zamanı müzakirə olunmuşdu, o da təklifimizi dəyərləndirib, qərar verəcəyini bildirmişdi. Sonradan əlaqə saxlasaq da, o çalışdığı sahə üzrə karyerasını davam etdirmək niyyətində olduğunu bildirib, təklifi qəbul etmədi. Bununla da müzakirələr gündəlikdən çıxarıldı.


-Bu cür seçim edərkən hansı kriteriyaları əsas götürmüşdünüz? Elə yüksək dəyərə layiq gördüyünüz şəxs kim idi? Ümumiyyətlə, təklif sizdənmi, Sabir bəydənmi gəlmişdi?

- Təklif məndən gəlmişdi. Ümumiyyətlə, çox ciddi tələblər nəzərə alınmışdı, Sabir bəy də birmənalı şəkildə bəyənmişdi. Ancaq olub keçən bir məsələ üzrə həmin şəxsin kimliyini açıqlamaqla ona problemlər yaratmağa ehtiyac görmürəm.

- Heç olmasa fərqli seçimə səbəb olmuş motiv və kriteriyaları bilmək potensialı seçici olan oxucularımız üçün seçkilərdə bir ipucu olardı.

- Motiv seçki prosesinə fərqli və sağlam yanaşma tərzi - hakimiyyəti saxlamaq və ya hakimiyyətə gəlmək üçün uzun illərdir davam edən ənənədən yan keçmək, seçim kriteriyası isə  cəmiyyətə yüksək potensiallı, yeni gənclik təqdim etmək.

 - Vaxt xeyli məhdud olsa da, bu tələblərə cavab verən yeni bir namizəd ortaya çıxarsa, partiyalarınız yenə də vahid namizədlə çıxış edə bilərmi?

- Xeyr. Prezident seçkilərinin 6 ay önə çəkilməsi müxalifət üçün tam gözlənilməz oldu, onu hazırlıqsız yaxaladı. İqtidar isə belə qərar verməyi, görünür, alternativ variant kimi öncə nəzərdə tutubmuş, hakimiyyətin əlində olan böyük resursları da nəzərə alsaq, demək olar ki, artıq seçki iqtidar və müxalifət üçün bərabər şərtlər daxilində keçirilmir. Ona görə də Ədalət Partiyası bu seçkilərdə iştirak etmir.

- Əgər müxalifət vahid namizəd barədə razılaşmaya gəlsə, siz o namizədi müdafiə edəcəksinizmi?

- Baş verməmiş hadisə və bəlli olmayan şəxsiyyət barədə əvvəlcədən nə rəy söyləmək olar? Vahid namizədin şəxsiyyətinin kimliyindən asılı olaraq, fikirləşərik.
Oxşar xəbərlər
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:10, Bu gün
Ağdərədə sümük fraqmentləri aşkarlandı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"