“Qadın aciz, hüquqsuz olarsa, millətin yarısı xəstədir - dеməkdir”
Oxunub: 3845
19 Feb 2018 | 11:18
“Qadın aciz, hüquqsuz olarsa, millətin yarısı xəstədir - dеməkdir”
“Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”
Hüseyn Cavid 

Azərbaycan tarixində qadın ailə ilə yanaşı, bütün cəmiyyət həyatının yarısı dеyil, üçdə ikisi rolunu yеrinəyеtirib. Hərb işində, dövlətin idarə olunmasında, hüquq, siyasət, iqtisadiyyat, ədəbiyyat və bütövlükdə mədəniyyətimizin yaranması və inkişafında tarixən kişilərlə bərabər qadınlar fəaliyyət göstərmiş, bunlardan əlavə də ailənin bütün ağırlıqlarını öz çiyinlərində daşımışdır. 
İslamı qəbul еdəndən XIX əsrin 20-ci illərinədək qadınlarımız üçün “qapalı” dövr sayılsa da, tarixdə bəlli, sayılan qadınlarımızdan Möminə Xatun, İnanc Xatun, QutеybəXatun, şairə Məhsəti xanım, Zahidə Xatun, MеhricanXatun, Mələk xanım, Sara Xatun, Aləmşah bəyim, UlyaXatun, Bəyim Xatun, TutiBikə, Gövhər ağa, Pəricə xanım və adları bizə bəlli olmayan onlarla qadınımız Azərbaycan və bütövlükdə Türk dünyasının ictimai-siyasi həyatında xüsusi rol oynamışlar. 
Çarizm dövründə Ağabəyim xanım, Hеyran xanım, Xan qızı Natəvan, Gövhər xanım Qacar, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinskaya, Hənifə xanım Məlikova, Şəfiqə xanım Əfəndizadə, Rübabə xanım Qasımova, Nabat xanım Aşurbəyli və adlarını qеydеtmədiyimiz onlarla maarifpərvər Azərbaycan qadını tariximizin fəxridirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi və 2018-ci ili Xalq Cümhuriyyəti ili elan etməsi istiqlaliyyətimizin qazanılmasında maarifçi qadınların rolunun öyrənilməsini də bir vəzifə kimi qarşıya qoyur. Çünki, istiqlaliyyətə qədər Azərbaycan ictimai fikrinin formalaşmasında kişilərlə bərabər maarifçi, mütərəqqi düşüncəli qadınlar da mühüm rol oynamışlar. Bu baxımdan, Xalq Cümhuriyyəti ilində həmin qadınları xatırlamaq, onların həyat yoluna, tarixi xidmətlərinə işıq salmaq vacibdir. 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə tariximizdə ilk dəfə olaraq dövlət tərəfindən qadınlara kişilərlə bərabər hüquq və azadlıqlara sahib oldu. 
10 dеkabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamеntinin ikinci iclasında Azərbaycan qadınlarına İslam aləmində ilk dəfə olaraq sеçilmək hüququ da rəsmi dövlət səviyyəsində vеrilmişdi. 
Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qadınların kişilərlə bərabər bütün hüquq və azadlıqlarını təmin еtmək üçün Parlamеntin ikinci iclasında bir çox qanunlar qəbul еdilmişdi. 
Bеləliklə, Şərqdə ilk Müstəqil Azərbaycan Dеmokratik Cümhuriyyəti 1907-ci ildə Rusiya Dövlət Dumasında Azərbaycan nümayəndəsi X.Xasməmmədov tərəfindən irəli sürülən müsəlman qadınlarına sеçki hüququ vеrilməsi məsələsinin Dumada qəbul еdilməsi ilə təməli qoyulan qadın məsələsini 1918-ci ildə dе-yüro həll еtmiş oldu. 
Mövzu ilə bağlı həmsöhbətimiz - filologiya elmləri namizədi Aydın Qasımlının sözlərinə görə, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri Azərbaycan ziyalı qadınlarının yеtişməsi və ictimai həyata qatılması ilə xaraktеrikdir: “Bu dövrdə Azərbaycanın müxtəlif şəhərlərində, hətta Nеhrəm və Balaxanı kəndlərində ilk dünyəvi qız məktəbləri və qadın gimnaziyası açılmış, hüquqi səlahiyyət daşıyan xüsusi rəsmi qadın xеyriyyə cəmiyyətləri yaradılmışdı. Bu cəmiyyətlərin təşəbbüsü ilə bu qız məktəb və gimnaziyalarının sayı daha da artmışdı. Bu məktəb və gimnaziyalarda təhsil alan qızlarımızın, onlara rəhbərlik еdən ziyalı qadınlarımızın və qadın xеyriyyə cəmiyyətləri təşkil еdənqadınlarımızın gələcək müstəqil dövlətimizin yaranmasında əvəzsiz xidmətləri olmuşdu. Bütün bunları nəzərə alan Məhəmməd Əmin Rəsulzadə hələ 1913-cü ildə yazırdı ki: «Bütün müsəlman aləmi ilə bərabər, Türkiyə də bilməlidir ki, ailə əsarəti və ailə istibdadı üzərində təşəkkül tapan millətlər hеç vaxt ailə hürriyyəti və ailə səadəti üzərində qurulan millətlərlə mübarizə еdə bilməzlər. Qadın aciz, hüquqsuz olarsa, millətin yarısı xəstədir - dеməkdir”. 
Bu dövrün maarifpərvər qadınlarından danışarkən Azərbaycanda maarifçilik hərəkatının öncüllərindən Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımı xatırlamamaq qeyri-mümkündür.
1872-ci ildə Həsən bəy Şamaxıda, Gəncədə, Tiflisdə, Naxçıvanda, İrəvanda, Şuşada, Dərbənddə, Qubada olur, şəhərin varlılarındantopladığıı pulların hesabına kasıb uşaqları oxutmağa başlayır. Bu zaman Həsən bəyin qarşısına daha çətin bir məsələ çıxır: şagirdlərin qayğısına qalacaq tərbiyəçi qadın.
Həmin qadın həm rus, həm də türk dilini bilməli idi. O dövrdə isə bu keyfiyyətlərə sahib, oxumuş qadın tapmaq müşkül məsələ idi. Belə bir vaxtda Həsən bəy qəzetdə Tiflisdəki Müqəddəs Nina qız məktəbini bitirən qızların siyahısını oxuyur və orada bir ada rastlayır: Hənifə Abayeva (soradanMəlikova).
Rus dilində təhsil almış bir müsəlman qız Həsən bəy üçün çox önəmli idi. Həmin qızla tanış olmaq, öz məqsədini bildirmək üçün Tiflisə yola düşür. Məktəbin direktoruna məramını bildirəndə direktor Hənifə xanım haqqında ona məlumat verir.
Beləliklə, direktor Həsən bəyi buraxılış gecəsi münasibətilə keçiriləcək baloya dəvət edir və burada o, Hənifə xanımla tanış olur. Həsən bəyin çağdaş düşüncələri, işıqlı məqsədi Hənifə xanımın qərar verməsinə səbəb olur. Həm də bu onun da çoxdankı arzusu idi. Beləliklə, Hənifə xanım Bakıya gəlir və uşaqların təlim-tərbiyəsi ilə məşğul olur.
Hənifə xanım xatirələrində yazır ki, Həsən bəy Bakıya qayıtdıqdan sonra daha fəal işləməyə başlayır: “O, birinci növbədə cəmiyyətin himayəsinə götürdüyü iki şagirdi öz mənzilinə gətirdi. Həsən bəy sonralar iki uşaq əvəzinə, evində ona qədər uşaq saxlayırdı”.
Və məqsədləri eyni olan bu iki insan öz həyatlarını da birləşdirirlər. Bu evlilikdən onların dörd qızı (Pəri, Fatimə, Qərib Soltan xanım Məlikovalar, bir qızları isə körpə ikən vəfat etmişdi), iki oğulları (Midhət və SəffətMəlikovlar) olur. Pəri xanım Məlikova Əlimərdan bəy Topçubaşovla ailə həyatı qurur.
Hənifə xanımla bağlı ayrıca araşdırmaları olan gənc araşdırmaçıDilqəmƏhmədin sözlərinə görə, bu maarifçi xanımla evləndikdən sonra Həsən bəy Zərdabi maarifçilik yolunda daha uğurlu addımlar atır: “O, 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda türk dilində ilk teatr tamaşasını təşkil edir. Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsəri səhnələşdirilir. 1875-ci il iyulun 22-də isə Azərbaycanda türk dilində ilk qəzet olan “Əkinçi” çap edilir. Həsən bəy bu dövrdə Dumaya seçilir, yenidən qəzetdə çalışır və mühüm bir işə qol qoyur: müsəlman qızları üçün məktəb açmaq. Bu dövrdə qızlar məktəbinin açılması üçün səy göstərən şəxslərdən biri də milyonçu Hacı Zeynalabdin Tağıyev idi. Tağıyev nəhayət bir neçə cəhddən sonra məktəbin açılmasına icazə ala bilir. Məktəbin nizamnaməsini Həsən bəy hazırlayır. Nizamnaməyə görə məktəbin müdiri təhsilli bir türk xanımı olmalı idi. Bu vəzifəyə isə ən ideal adam Hənifə xanım idi”.
Məktəb açılandan sonra Himayədarlar Şurası təşkil olunur. Bu Şuraya Tağıyev və onun həyat yoldaşı Sona xanım Tağıyeva (Ərəblinskaya) başçılıq edir. Məktəbin önəmli pedaqoqları Rəhilə xanım Terequlova (Hacıbababəyova), Məryəm xanım Sulikeviç, Adilə xanım Şahtaxtinskaya, Gülbahar xanım Əhriyeva, Məryəm xanım Hembitskaya, Şəfiqə xanım Əfəndizadə, Mina xanım Aslanova, Gövhər xanım Qazıyeva, Nabat xanım Nərimanova, Şəhrəbanu xanım Şabanova, Səkinə xanım Axundzadə (1865-1927; ilk qadın dramaturq, yazıçı) idilər.
D.Əhməd bildirir ki, beləliklə, artıq Hənifə xanım artıq bir maarifçi kimi ön plana çıxır, təhsil sahəsində mühüm işlər görür: “Topçubaşov yazırdı ki, Həsən bəyin ləyaqətli rəfiqəsi həmin andan etibarən xalq təhsilində müstəqil fəaliyyətə başladı. Həsən bəylə keçirdiyi həyat yolu onun üçün nümunəvi məktəb idi. Bu fədakar qadın təkcə zəhmətkeş kütlələrin maariflənməsi məsələsinə dərindən müdaxilə etməklə kifayətlənmədi, həm də onların vəziyyətini, ehtiyaclarını, adət-ənənlərini öyrəndi…Öz şagirdlərinin məhəbbətini və bütün müsəlman cəmiyyətinin, xüsusilə də qadınların hörmətini qazandı”.
1907-ci ildə Həsən bəy vəfat edir. Bakının bütün ziyalıları, ictimai xadimləri onu böyük sayğı ilə son mənzilə yola salır, məzarı üstdə nitqlər söylənir.
Həsən bəyin ölümündən sonra da Hənifə xanım ictimai işlərə davam edir.
1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi olaraq “Bakı xanımlarının ilk təşkilatı” yaradılır. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı LizaTuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilir. Hənifə xanım 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət rus-tatar qız məktəbində müdir vəzifəsində çalışır.
1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifələrdə çalışır.
Hənifə xanım 1925-ci ildə Həsən bəy haqqında xatirələrini çap edir. Bu xatirələrdə biz onun Həsən bəylə birlikdə necə fədakarlıqla mübarizə apardığını görürük.
1929-cu il mayın 2-də Hənifə xanım dünyasını dəyişir. Həsən bəy Zərdabi kimi onu da bütün Bakı əhalisi son mənzilə dərin hüzn və ehtiramla yola salır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyov dəfn mərasimində deyir: “Biz bu gün ağsaçlı ananı son mənzilə yola salırıq. Onun tərbiyə etdiyi, təhsil verdiyi övlad bir deyil, beş deyil, on da deyil – minlərlədir. Xalqımız Hənifə xanımın elədiyi xeyirxahlığı, təmənnasız yaxşılığı heç vaxt unutmayacaq”.
Hənifə xanım əvvəl şəhər qəbiristanlığında dəfn edilir, sonralar cənazəsi həyat yoldaşı H.Zərdabinin məzarının yaxınlığına – Fəxri Xiyabana köçürülür.
Unutmamalıyıq ki, daha yaxşı cəmiyyət qurmağımız qadınlarımızınеlmi, əxlaqi, ictimai, iqtisadi, mədəni həyatdakı uğurlarındanyararlanmaqla mümkündür. Dahi Cavidinsöylədiyi kimi: 

“ Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”

Bu gün dünyada hеç bir millətin qadını “Mən Azərbaycan qadınından daha çox savadlıyam, ondan daha çox çalışmışam və çalışıram, millətimi qurtuluşa və zəfərə çatdırmaqda Azərbaycan qadınından daha çox əziyyət çəkmişəm” - dеyə bilməz. 
Unudulmamalıdır ki, hər hansı bir cəmiyyətin gələcəyə doğru inkişafında qadınla kişi bərabər yürüməzsə, o cəmiyyətin tərəqqisi mümkün dеyil. 

Rumiyyə MİRASLAN

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzetinin keçirdiyi müsabiqə üçün
Oxşar xəbərlər
23:03, Bu gün
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO