Yaralanmış Cümhuriyyət nazirlərinin qurtuluşu, fədailərin ən ağır illəri- Romandan parça
Oxunub: 3734
12 Feb 2018 | 23:53
Yaralanmış Cümhuriyyət nazirlərinin qurtuluşu, fədailərin ən ağır illəri- Romandan parça



2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilib. Qeyd edək ki, bu ilin mayında həmin şanlı tarixin-Azərbaycan Cümhuriyyətinin əsasının qoyulmasının-100 illik yubileyi tamam olur. Yüzillik yubileylə də bağlı ötən il sərəncam verilmişdi.

Moderator.az artıq neçə aydır ki, bu mövzu ilə bağlı silsilə yazılarını davam etdirir. Həmçinin, ADR mövzusunın ədəbiyyatda, kinoda bir o qədər də çox işlənmədiyini bir iki-dəfə qabartmışdıq. 
Əksəriyyət Cümhuriyyət barəsində son zamanlar yazılan heç bir böyük romanın olmadığını düşünür. Nəinki son zamanlar, ümumiyyətlə, bu məzmunda heç bir romanın olmadığı vurğulanır. 
Lakin yazıçı-tərcüməçi  Nəriman Ədürrəhmanlı Moderator.az-a açıqlamasında bunun əksini söyləyir və iki il bundan əvvəl yazdığı “Qurban” romanında Cümhuriyyətə aid xeyli maraqlı məsələlərin işıqlandırdığını bildirib:

“Cümhuriyyətin Ukraynadakı, Krımdakı, İstanbuldakı səfiri Yusif Vəzir Çəmənzəminlinin həyatı, Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi 100 nəfər tələbənin taleyi, sovet quruluşuna qarşı aparılan gizli mübarizə, Cümhuriyyət tərəfdarlarının repressiyalara məruz qalması romanın başlıca mövzusudur. Romanda Cümhuriyyətin qurulması və süqutu da kifayət qədər təsvir olunub. Hamısı da tarixi faktlara, hadisələrə söykənir”.

Qeyd edək ki, Moderator.az müəllifin əsərindən Cümhuriyyətlə əlaqəli, yuxarıda adı çəkilən hissələri mətn formasında bir-bir təqdim edəcək...
                                            ***

O günlər əməkdaşların vəzifələrinə davam eləmələri vicdan məsələsiydi, Yufis Vəzir bunu çox gözəl başa düşürdü... 
        Gələn qaçqınlar Vətəndən bir-birinin ardınca ağlasığmaz xəbərlər gətirirdilər: XI Ordu xüsusi şöbəsinin sədri cəllad Semyon Pankratovun əmrilə Milli hökumətdə olanların bir çoxunu, adlı-sanlı ziyalıları həbs eləmişdilər, kimsənin öldü-qaldısından xəbər tutmad olmurdu. Pankratovun 99 nəfərdən ibarət qətl siyahısında Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Cəfər Cabbarlı, Üzeyir bəy Hacıbəyov da varmış, son məqamda Nəriman Nərimanov onların buraxılmasına nail olub...
         İyulunn ortalarında Cahangir bəy tutqun halda otağına girib masanın üstünə qəzetlər atdı:
         “Qaçqınlaqr gətiriblər... Bir görün nələr yazırlar...”
         Yusif Vəzir bolşeviklərin “Kommunist” qəzetini açıb dinməzcə oxudu. 29 iyun nömrəsində yazmışdılar: “Gəncə Quberniyasının Fövqəladi Komissiyası elan edir. Gəncə Quberniyasının Fövqəladə Komissiyası aşağıda adı çəkilən ailələri girov saхlayır: Qacarlar, Kazımbəyovlar, Şıхlinskilər, Хanхoyskilər ailəsini və Gəncədə iki yüzə yaхın görkəmli burjuaziya sinfindən olan şəхsləri. Əgər bunlardan kimsə üsyan qaldırmaqda, ya da sui-qəsddə yaхalanarsa, həmin şəхs dərhal sorğu-sualsız güllələnəcəkdir". 30 iyun nömrəsində oxuduqlarısa beynində ildırım kimi çaxdı: "Gəncə. iyunun 28-də Tiflisdən gələn yoldaşlar хəbər verirlər ki, Azərbaycan əksinqilabçılarının hamısı Tiflisin küçələrində veyillənirlər. Hazırda Rəfiyevlər ailəsinin hamısı, general Cavad bəy Şıхlinski, Teymurbəy Novruzov və bütün Şamхor bəyləri də oradadırlar. Nəsib bəy Yusifbəyov Konstantinopola gedib. Tiflisdə belə bir şayiə də gəzir ki, Gəncə üsyanındakı uğursuz təşkilatçılığına görə Хan Хoyski müsavatçılar tərəfindən qətlə yetirilib…”
        “Bolşeviklərlə daşnaklar əlbir işləyirlər, – Papiros yandırdı, içəridəki  bürküdən darıxmış kimi açıq pəncərənin qabağına getdi. -  Çətin olacaq, çox çətin olacaq...”
        “Qətlləri müsavatçıların üstünə atmaq başqa niyyətlərdən xəbər verir... – Cahangir bəy daha da ruhdan düşmüşdü. – Neyəyəcəyik?”
        “Bilmirəm, - papirosun tüstüsünü əlilə bayıra qova-qova çiyinlərini çəkdi. – Daha səhih xəbərlər alanacan gözləyəcəyik...”
         Bir neçə gündən sonra Cahangir bəy üç əməkdaşı da götürüb Batuma yollandı - Tiflisə gedib bu çətin günlərdə ailəsinin yanında olmaq istəyirdi; əməkdaşlarısa qınamaq olmazdı, orda külfət qoyub gəlmişdilər. Mirzə Qədirin ailəsi ötən ildən Tiflisdəydi, ona görə, bir o qədər narahat deyildi. Zeynal bəysə onun kimi hələ subaylığın daşını atmamışdı, külfət sarıdan bircə anası vardı, onu da dayısının himayəsində qoymuşdu.
        Qamət Əfəndi hələ də sədaqətini göstərir, şikayətlənmədən öhdəsinə düşən işləri görürdü. Zeynal bəylə Mirzə Qədir səfarətxananın bir otağına köçmüşdülər, daha kirayə haqqı verməyə pulları yox idi. Səfarət binasının da, mənzilin də kirayə haqları üst-üstə yığılırdı. Axır vaxtlar Yusif Vəzir də işin çoxluğunu bəhanə eləyib səfarətxanada gecələyirdi ki, Xeyriyyə xanımın yanında xəcalət çəkməsin. Üstəlik, yemək xərcini get-gedə azaldır, bir qarnı ac, bir qarnı tox keçinməyə məcbur olurdular.
        ...Belə bir vaxtda əvvəlcə Nağı bəy Şeyxzamanlının, sonrasa Xəlil bəyin yaralı halda Məşədi Əliylə İstanbula gəlməsi gəncəli qaçqınların həyəcanına səbəb oldu. Avqustun əvvəlləriydi, səfarətin artıq üç nəfərlik  heyəti yersiz-yurdsuz, ac-yalavac qaçqınların dərdinə çarə eləmək üçün gecələr belə yatmırdılar. Mirzə Qədirin təmkini, Zeynal bəyin dəyanəti olmasaydı, Yusif Vəzirin əsəbləri dözməz, bəlkə də yenə yorğan-döşəyə düşərdi. Bəzən taqəti tükənirdi, artıq rəsmi tərəfi qalmayan vəzifəsini buraxıb uzaqlara getmək barədə düşünürdü. Amma səfarətə pənah gətirən adamların əlacsız halını görəndə ürəyindən qara qanlar axır, tab gətirməli olurdu..
       Qaçqınlar deyirdilər, Xəlil bəy sağalıb, Bəyoğluda dəbdəbəli mənzil kirayələyib, həmin mənzili bahalı mebellə döşətdirib, bal-yağ içində yaşayır; deyirdilər, Məşədi Əlinin vəziyyəti də pis deyil, təzədən ticarətə başlayıb, çox keçməz ki, var-dövləti başından aşar; deyirdilər, guya, bütün bunları İstanbulda “millət naminə” yığılan pulun hesabına eləyirlər. 
       Deyilənlərin nə dərəcədə doğru olduğunu bilmirdi, amma qaçqınların əksəriyyətinin ac-yalavac yaşadığı bir vaxtda bu cür söz-söhbət gec-tez ağır fəsadlar törədəcəkdi. Yusif Vəzir başlarına gələn fəlakətin günahkarlarını axtaran binəsib adamların qəzəbi qarşısında durmaq iqtidarında deyildi. Bəziləri deyirdilər, öz imzalarıyla hökuməti şuralara verəndən sonra gəncəliləri üsyana təhrik eləməyə hacət yox idi, onların bu xətası minlərlə adamın qətlinə, yurd-yuvasından didərgin düşməsinə səbəb oldu.
       Nağı bəy görünməsə də Xəlil bəy dirçələndən sonra səfarətə ayaq açmışdı, tez-tez gəlib qaçqınlara kömək, mühacirətdəkilərə yardım barədə danışırdı, təcavüzün qarşısını alınacağını, hökumətin öz fəaliyyətini hələlik mühacirətdə davam etdirəcəyini, Məhəmməd Əmin bəylə əlaqə yaratmağa çalışdığını söyləyirdi. Belə məqamlarda Yusif Vəzir susur, özünü təmkinli göstərməyə  çalışırdı. Şura hökumətini qəbul elədiyinə görə yox, sakit  ömür sürüb yazı-pozusuyla məşğul olmaq naminə sabah Bakıya qayıtmağa hazır idi, amma bilirdi ki, vaxtilə bölşeviklər barədə dediyi sözlərə, Milli Hkumətə elədiyi xidmətə görə onu sorğu-sualsız güllələyərlər.
        Amma gəncəlilərin çəkdikləri əzablardan yaranan kini özünü çox gözlətmədi. Sentyabr günlərinin birində Xəlil bəyin səfarətxanada olduğundan xəbər tutub basqına gəldilər. Yusif Vəzir Xəlil bəy, Zeynal bəy və Mirzə Qədirlə birgə oturduğu otaqdan Qamət Əfəndinin onlara necə dil tökdüyünü, ac-yalavac adamların təhdid dolu qışqırtılarını eşidirdi.
        “Xəlil bəy səfarətxanada gizlənməsin, çıxıb bizə cavab versin, görək niyə camaatı qan içində qoyub Tiflisə qaçdı? Özləri hökuməti verəndən sonra günahsız camaatı niyə rus süngüsünün qabağına itələdilər? İndi özləri niyə yenə bəy kimi yaşayırlar, günahsız adamlarsa yeməyə bir tikə çörək tapmırlar?”
        Xəlil bəyin rəngi ağarmışdı, bığı dartılır, əlləri titrəyirdi.
        “Gürcülər kömək eləməyə söz vermişdilər, - özünə bəraət qazandıran sayaq dilləndi, elə bil, bayırdakılara eşitdirmək istəyirdi.  – Amma... özləri təhdid altındaydılar, kömək göndərə bilmədilər...”
        “Deyək ki, bu belədi, - Yusif Vəzir soyuq nəzərlərini ona dikdi. – İndi İstanbuldasınız, sabiq hökumət üzvü kimi, bir çox dairələrlə əlaqəniz var, bu binəsiblərə kömək eləyə bilməzsinizmi, Xəlil bəy?”
         “Mən... Mən çalışaram, - Xəlil bəy, elə bil, imdad dilləyirdi. – Siz onlara deyin ki...”
          “Mən onlara heç nə deyə bilmərəm, - Yusif Vəzir qətiyyətlə dilləndi. – Üç aydı, qarınlarını quru sözlə doldururam. Ev-eşiyini itirmiş adamlara nə lazım olduğunu siz məndən yaxşı bilirsiniz”.
          Xəlil bəyin narahatlıq dolu nəzərləri Zeynal bəyə çevrildi. Zeynal bəy dönüb Yusif Vəzirin üzünə baxdı, laqeyd ifadədən bir şey anlamasa da bayırdakı “qiyamçıları” sakitləşdirməyi lazım bilib qapıya doğru getdi.
          “Mühacirət hökuməti...” – Xəlil bəy nəyisə izah eləmək istədi.
          “Hökuməti ölkədə qoruyub saxlamaq lazım idi! – Yusif Vəzirin səsi sərt çıxdı. – Məhəmmədhəsənə hökumət qurmağı tapşıranda bunun sonunun nəylə qurtaracağını fikirləşmək lazım idi!”
           Səsində qəzəbdən çox ağrı vardı. Amma fikirləşdiyini dediyinə görə özündə rahatlıq duydu. “Məni hər zaman çətin vəziyyətə salan yeganə şey açıqsözlülüyümdü, - sonralar yazacaqdı. – Mən həmişə öz sözümü açıq ifadə eləyirəm və heç nədən qorxmuram.” 
          İndi bayırdakıların qışqırtılarının get-gedə uzaqlaşmasından belə görünürdü ki, Zeynal bəy istəyinə nail olub. Artıq Xəlil bəyin rəngi bir qədər açılmış, çiyinləri dikəlmişdi.
           ...Bu qiyam təsirsiz ötüşmədi. Xəlil bəy bir neçə dəfə yardımla gəldi,  amma məbləğlər o qədər az idi ki, imdad gözləyən yüzlərlə qaçqının cüzi ehtiyatlarını belə ödəmirdi. Onun var-dövlətini gizlətdiyindən şübhələnənlər səfarətxanaya gəlməsindən xəbər tutub iki dəfə də həmlə elədilər. Belə məqamlarda Yusif Vəzirin sabiq hökumət üzvündən çox basqına gələnlərin tərəfini saxlaması Xəlil bəyə təsir  eləyirdi. Fikrincə, milli mübarizə hələ bitmamışdı, bu mübarizədə Yusif Vəzir onların yanında olmalıydı. Əlimərdan bəy Parisdən bolşevizmə qarşı müqavimətin zəruriliyi barədə təlimatlar göndərirdi, indi bütün güclərini buna yönəltməliydilər.
        ...O kədərli payız günlərin birində Sultanəhməd camesinin yanında milyonçu Bala bəy Aşurbəyovla rastlaşdı. Bolşeviklərin əlindən möcüzə nəticəsində qurtarıb Tiflisə, sonra Batum yoluyla ümüdgah saydığı bu şəhərə gəlib çıxmış, qızı Saranı Janna D’Ark fransız pansionatına düzəltmişdi. Vaxtilə qohumu Bəşir bəyin səxavət göstərib verdiyi təqaüd yadındaydı, həm də bu səbəbdən çətinliyə düşsə, köməyə hazır olduğunu dönə-dönə xatırlatdı. Bununla belə, görünür, Balabəy onun vəziyyətini duymuşdu, kədərlə gülümsədi:
        “Vətənin havasını almaq üçün hərdən görüşsək, bəsimizdi...”
        Onda qəhərin dağa-dalğa qalxıb böğazını tutduğunu sezdi...
        Vətəndənsə hələ də qara xəbərlər gəlirdi: Pankratovun yerini Baba Əliyev, sonrasa Eyyub Xanbudaqov tutmasına baxmayaraq, Milli hökumətdə işləyənlər təqiblərdən yaxa qurtara bilməmişdilər. Ən kədərlisi də bu idi ki, istiqlal tərəfdarı olan köhnə dostlarının bəziləri bolşeviklərə işləməyə razı olmuşdular: Ağahüseyn Kazımov xalq səhiiyə komissarı olub Cəmil bəy Ləmbəranskini və Əmir bəy Aslanovu da yanına aparmışdı; Cəmil bəy Vəzirov Xalq Poçt-Teleqraf və Rabitə Yolları kimissarlığına başçılıq eləyirdi; Firuz bəy Ordubadski Xalq Ərzaq Komissarlığında cığınacaq tapmışdı; bolşeviklər Bahadur Vəlibəyov Naxçıvanda, Mustafa Quliyev Lənkəranda İnqilaqb Komitəsinin sədriydilər; Möhsün İsrafilbəyli Xalq Hərbi Dəniz İşləri Komissarlığı xüsusi idarəsinin rəisiydi. Amma, əlbəttə, ən böyük məsuliyyəti daşıyanlardan biri Müvəqqəti Hərbi-İnqilabi Şuranın üzvü Qəzənfər Musabəyov idi...
        Yeni quruluş altı ay ərzində əlli minə yaxın adamı qətlə yetirib, müqavimət ocaqlarını amansızcasına söndürüb yerini bərkidəndən sonra o aldanmış biçarələri bir-bir aradan götürəcəkdi...
        ...Noyabrda xəbər tutdu ki, Stalin Bakıya gəlib, Lahıcda həbs olunub həbsxanaya salınmış Məmməd Əmini azad etdirib, özüylə Moskvaya aparıb, guya, orda böyük vəzifəyə təyin eləyəcək. Bu səbrini daşdıran son damlalardan oldu. Deməli, hökumət yıxılandan sonra yeddi ay ərzində qəlbinin dərinliklərində yaşatdığı ümid puça çıxmışdı, bundan sonra öz həyatı barədə düşünməliydi...

Hazırladı: Elmin Nuri
       

Oxşar xəbərlər
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO