Üzeyir Hacıbəylinin himn müsabiqəsinə iştirak edib, 15 min manat mükafat alması- Romandan parça
Oxunub: 3368
04 Feb 2018 | 01:04
Üzeyir Hacıbəylinin himn müsabiqəsinə iştirak edib, 15 min manat mükafat alması- Romandan parça

2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilib. Qeyd edək ki, bu ilin mayında həmin şanlı tarixin-Azərbaycan Cümhuriyyətinin əsasının qoyulmasının-100 illik yubileyi tamam olur. Yüzillik yubileylə də bağlı ötən il sərəncam verilmişdi.

Moderator.az artıq neçə aydır ki, bu mövzu ilə bağlı silsilə yazılarını davam etdirir. Həmçinin, ADR mövzusunın ədəbiyyatda, kinoda bir o qədər də çox işlənmədiyini bir iki-dəfə qabartmışdıq. 
Əksəriyyət Cümhuriyyət barəsində son zamanlar yazılan heç bir böyük romanın olmadığını düşünür. Nəinki son zamanlar, ümumiyyətlə, bu məzmunda heç bir romanın olmadığı vurğulanır. 
Lakin yazıçı-tərcüməçi  Nəriman Ədürrəhmanlı Moderator.az-a açıqlamasında bunun əksini söyləyir və iki il bundan əvvəl yazdığı “Qurban” romanında Cümhuriyyətə aid xeyli maraqlı məsələlərin işıqlandırdığını bildirib:

“Cümhuriyyətin Ukraynadakı, Krımdakı, İstanbuldakı səfiri Yusif Vəzir Çəmənzəminlinin həyatı, Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi 100 nəfər tələbənin taleyi, sovet quruluşuna qarşı aparılan gizli mübarizə, Cümhuriyyət tərəfdarlarının repressiyalara məruz qalması romanın başlıca mövzusudur. Romanda Cümhuriyyətin qurulması və süqutu da kifayət qədər təsvir olunub. Hamısı da tarixi faktlara, hadisələrə söykənir”.

Qeyd edək ki, Moderator.az müəllifin əsərindən Cümhuriyyətlə əlaqəli, yuxarıda adı çəkilən hissələri mətn formasında bir-bir təqdim edəcək...

          ...O günlərin ən sevindirici hadisəsi Miridən aldığı məktub oldu. Yazırdı ki, Parisə fevralın on birində çatıblar. Yol təəssüratları çox maraqlıydı, qardaşının vəcdlə dolu sətirlərini oxuyanda bərk təsirləndi. Mir Abdulla yazırdı, Lion vağzalında Əlimərdan bəyin başçılığıyla bütün heyət onları təntənəylə qarşılayıb, sevinc içində görüşüblər: Əlimərdan bəy çıxış eləyib, deyib ki, siz dövlətinizin gələcəyiniz, səylə oxuyun, millətinizə layiq övladlar olun; Miri salamını Əlimərdan bəyə də, Ceyhun bəyə də çatdırdığını əlavə eləmişdi. Yazdığına görə, Ceyhun bəy bir neçə aya heyətin öz işini tamamlayacağını, qayıdanda İstanbulda onunla görüşəcəyini söyləmişdi. Miri yazırdı ki, hazırlıq səviyyəsinə görə, Paris Siyasi Tədqiqatlar İstitutunun üçüncu kursuna qəbul olunub, artıq dərslərə başlayıb, vəziyyəti yaxşıdı; Aslan da Paris Universitetində kimyanı öyrənəcək. Fransada iyirmi yeddi tələbə qalmış, digərləri Almaniyaya, İtaliyaya, Belçikaya, İsveçrəyə, Avstiyaya göndərilmişdi; amma Almaniyaya gedənlər iki ay Romada viza gözləməli, Bakının Berlinlə diplomatik əlaqəsi olmadığından problemi Gürcüstan nümayəndəliyinin köməyilə həll eləməli olmuşdular. Miri onu da yazmışdı ki, görüşəndə səni çox narahat gördüm, özünə fikir ver, xəstələnmə, məndən də fikir çəkmə, hələ ki, Ceyhun bəy burdadı, hamımıza həyan olur.
        Mirinin məktubu bir qədər qəlbini rahatlatdı, heç olmasa, bu tərəfdən qayğısı bir qədər azalmışdı. Amma kuryer hələ də gəlib çıxmırdı, bu da narahatlığını artırır, əsəbini dinclik tapmağa qoymurdu. Zeynal bəy maraqlı əhvalatlar danışıb kefini açmağa çalışır, Cahangir bəy işlə bağlı sıxıntı olmadığını dəqiqəbaşı dilinə gətirir, Mirzə Qədir dünyanın işlərinə bir qədər soyuqqanlı baxmağın zərurətindən söz açırdı. Əməkdaşların - Cəfərin, Qüdrətin, Möhsünün kiçik şirniyyat bükülüsüylə  yoluxmaları onu lap kövrəltdi. Bu adamlar doğrudan da fədakarlıq eləyirdilər, çətinliklərə dözürdülər, şikayətlənmədən tab gətirirdilər.
        Üstəlik, himnlə bağlı müsabiqədə Üzeyir bəy də iştirak eləyib qalib olmuş, on beş min manat mükafat almışdı. Seçdiyi sözlər Camo bəy Hacınskiyə məxsus idi, deyilənə görə, sözlə musiqi möhtəşəm səslənirmiş. Belə çıxırdı ki, salamatlıq olsa, himn yaxın günlərdə parlamentdə qəbul olunacaq. 
        Hər halda, qalxıb gəzməyi bir həftə çəkdi. Yazın özünü bütün gözəlliyilə bildirdiyi günlərdən biriydi. Günorta azanından sonra baş çəkmiş Zeynal bəyin köməyilə qalxıb geyindi, Xeyriyyə xanımın israrla təklif elədiyi şorbadan bir neçə qaşıq yedi, sonra həyətdə gəzməyə çıxdılar. Amma yazın cazibəsi onları Sultanəhməd camesinə, sonra Aya Sofyanın yanına, Topqapıdan ötüb Gülhanə bağınacan apardı. Elə bil, hardansa uzaq səfərdən qayıtmışdı, güclə xatırladığı yaddaş küçələrilə özünə dönürdü.
       “Məmmədağadan bir xəbər çıxmadı, - əsasını üzüaşağı enən küçənin daşlarına vura-vura köksünü ötürdü. – Üç həftədən artıqdı ki, gedib”.
        “Qayıdar, inşallah, - Zeynal bəy onun fikrini yayındırmaq üçün ayaq saxlayıb ikiqatlı taxta binanı göstərdi. – Taxta ustalarının işinə fikir verirsənmi? – Təklikdə həmişə rəsmiyyəti bir kənara qoyurdular, bu da hər ikisinə xoş gəlirdi. – Mən nədənsə Bakıda ağac memarlığını örnəyinə rast gəlmədim”.
       “Haqlısan, - binaya heyran-heyran baxıb başını tərpətdi, Bakıda daş tikililərə daha çox fikir veriblər, ancaq onlardan da memarlıq nümunələrini barmaqla saymaq olar, üstəlik, Şərqin ruhunu tapmaq çətindi”.
        ...Ölkədə baş verən hadisələr onu daim səfarətdə olmağa məcbur eləyirdi. Üç həftə əvvəl “Qaraqol” hərəkatına başçılıq eləyən Rauf Orbey və Qara Vasifin məclisin binasındaca tutulub on altı nəfər millət vəkiliylə birgə Maltaya sürgün olunması ingilislərin millətçi hərəkatdan çəkindiklərinə işarəydi. Amma bu addım ingilislərdən ötrü əks nəticə verdi: məclisin səksən dörd millət vəkilinin Ankaraya qaçıb Mustafa Kamal Paşaya qoşulduqları barədə söz-söhbət gedirdi. Bundan sonra hadisələrin necə inkişaf eləyəcəyini kimsə bilmirdi.
       “Məncə, Sultan müttəfiqlərlə oyununu davam etdirir, - Cahangir bəy hökmünü verdi. – Necə olur-olsun, məmləkətin qurtulmasına çalışır, bunun naminə taxt-tacından da əl çəkər”. 
       “Ola bilsin, haqlısınız, - Zeynal bəy razılaşırdı, - hər halda, bu xarabalığın altından yeni dövlətin çıxacağı şübhəsizdi. Müttəfiqlər Osmanlı torpaqlarından mümkün qədər artıq pay  qoparmağa çalışırlar”.
       “Əlbəttə, özlərinə yox, həmişə əllərində alət eləyəcəkləri yunanlara və  ermənilərə... Belə başa düşürəm, yəhudilərə və kürdlərə dövlət qurmaq barədə də düşünürlər, - Yusif Vəzir Mirzə Qədirin laqeyd görkəmilə qarşılaşmamaq üçün düşüncəli tərzdə nəzərlərini pəncərəyə çevirdi.
       ...Kuryerdənsə xəbər çıxmırdı. Hər həftə əməkdaşlardan birini limana, Batumdam gələn gəmiləri qarşılamağa göndərir, intizar içində onların qayıtmasını gözləyir, xəcalətli görkəmlə qayıdıb gələn əməkdaşı görməmək üçün özünü, az qala, səfarət binasından çölə atır, addım-addım gələn yazın nəşəsini duymadan küçələri dolaşırdı. 
       Bir neçə gün əvvəl cib saatını Qamət Əfəndiyə satdırmışdı ki, puluna, heç olmasa, öhdəsindəki altı nəfərin gündəlik xərcini ödəyə bilsin. Özü tamamilə Xeyriyyə xanımın himayəsinə keçmişdi, onun hazırladığı yeməyi sıxıla-sıxıla yeyir, qəhvəni xəcalət çəkə-çəkə içirdi. 
       Yağışlı günlərin birində çəkmələrinin su keçirdiyini də hiss elədi, əlacsızlıqdan var-gücüylə hönkürmək istədi...
       Bu məşqqətlərin  nə vaxt sona çatacağı hələ məlum deyildi...

Hazırladı: Elmin Nuri

















Oxşar xəbərlər
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB