"Mənim komitəm kasıb-kusubla məşğul olur” - Hadi Rəcəbli
Oxunub: 1588
02 Feb 2018 | 17:29
Moderator.az Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Hadi Rəcəblinin ölkə.az-a verdiyi müsahibəni təqdim edir: 

“Səməd Vurğunu, Cəlil Məmmədquluzadəni, Üzeyir Hacıbəyovu təhrif edən jurnalistə baxıb şükr edirəm”

- Hadi müəllim, son vaxtlar sosial şəbəkələrdə sizin söylədiyiniz fikirlər ironiyalı formada müzakirə olunur. Bütün bunların səbəbini nədə görürsünüz?

- Əvvəla, mən tamamilə mətbuata qarşı dözümlülüyün tərəfdarıyam. Yadınızdadırsa, hələ 25 il öncə də mətbuat nə istəyirdisə, onu da yazırdı. O zaman hüquqi baza da indiki kimi deyildi. Ancaq Ulu Öndərimiz böyük dözümlülük nümayiş etdirirdi. Hamımızı da buna yönəltdi ki, bütün tənqidlərə dözümlü olaq. Cənab Prezident İlham Əliyev də məsələyə bu cür yanaşır, hər birimizə mətbuata dözümlü olmağı tövsiyə edir. Mətbuatda gedən təhqir və digər nöqsanların bir müddətdən sonra həllini tapacağını düşünürük. Mən 45 ildir ki, siyasətdəyəm. Amma indiyədək  jurnalistlərlə bağlı bir dəfə də olsun ki, məhkəməyə müraciət etməmişəm. Bunun da əsas səbəbi odur ki, mən də jurnalist olmuşam, bu sahənin çörəyini yemişəm, qəzetdə işləmişəm. Amma mənə qarşı aparılan şər-böhtan kampaniyaları sistemli şəkildə xaricdən tənzimlənir. Misal üçün, bu yaxınlarda mənim haqqımda yazılan yalan və iftira məlumatlarının kökünü araşdıran zaman məlum olur ki, həmin materialı yayan sayt Avstriyada qeydiyyatdan keçib və heç bir əlaqə yaratmaq mümkün olmur. Çox təəssüf ki, xaricdə yaradılan bu cür təxribatçı saytların yerləşdirdiyi məlumatları Azərbaycanın ayrı-ayrı saytları da tirajlayır. Dəqiqliyini araşdırmadan yazılan yazıları saytda tirajlamaq nə qədər düzgündür? Bilirsiniz, təxribatın kökündə dayanan əsas məsələ mənim jurnalistlərə qarşı olduqca açıq olmağımdır.

 Bəzən mənə sual verirlər ki, Hadi müəllim, axı niyə görə tanımadığın hər jurnalistə bu qədər açıq olursan? Cavab verirəm ki, mən də jurnalist olmuşam. Mənim çalışdığım sosial sahə bütün dünyada ağır və cəmiyyəti qıcıqlandıran sahə sayılır. Sosial qrup cəmiyyəti qıcıqlandıran sahədir. Dünyada münaqişəşünaslıq elmi mövcuddur. Mənim söylədiyim fikirlərdən də nəyi çıxarırlarsa, hamısı münaqişə yaratmaq, təxribat məqsədi daşıyır. Mən maraqlanmışam, sözlərimi təhrif edib yayan saytlar əsasən Almaniyadan, Fransadan idarə olunur. Oradakı müxalif qüvvələr aranı qızışdırmaq üçün mənim fikirlərimi təhrif edilmiş formada yazırlar. Bu gün bizim kütlə psixologiyasına uyan adamlarımız olduğu üçün həmin saytlar bu insanları yönəltməyə çalışırlar. 

Mən Azərbaycan saytlarının heç birinin bağlanmağının tərəfdarı deyiləm. İnternetin faydalı tərəfləri çoxdur. Ancaq kimlərsə mənim haqqımda mənfi şərhlər yazırlar. Kimsə də onun altından müsbət şərh yazırsa, onu vermirlər, çıxarırlar. Axı bu cür yanaşma qərəzlidir. Əgər jurnalist tərəfsiz olmalıdır deyiriksə, o zaman buna əməl olunmalıdır. 

Mən 2013-cü ildə “Komsomolskaya pravda” qəzetinə rus dilində müsahibə vermişdim. Sonradan Azərbaycanın bir sıra saytları mənim rus dilində olan müsahibəmi təhrif olunan formada tərcümə edərək tirajlayıblar ki, guya mən internetin bağlanmasını istəyirəm. Bu yazılara görə mən bir ay müzakirə olundum. Hətta, ABŞ səfiri Prezident Administrasiyasına gedərək, məndən şikayət edib. Sağ olsun ki, “Kaspi” qəzetinin jurnalisti İlham Quliyev öz yazısında məsələnin üstünü açaraq, müsahibəmin səhv tərcümə edildiyini qeyd edib. Yəni, sonradan məlum olur ki, Azərbaycan mətbuatı mənim müsahibəmi təhrif edərək, tirajlayıb. 

İnanın ki, nə qədər ordudan qovulan, müxalif düşüncəli adamlar varsa, hamısı mətbuata çıxıb, mənim haqqımda böhtan-yalan danışırlar. Sayt da həmin fikirlərin yalan olduğunu bilə-bilə onu tirajlayır ki, saytı çox oxunsun. Səməd Vurğunu, Cəlil Məmmədquluzadəni, Üzeyir Hacıbəyovu təhrif edən jurnalistə baxıb şükr edirəm. Özümdə deyirəm ki, mən ona baxanda şükürlüyəm. Bəzən evdə məni qınayıb deyirlər ki, a kişi sənin nə işin var mətbuatda, niyə müsahibə verirsən? Yaxşı, o zaman mətbuata müsahibə verməyim? Bunu etsəm, jurnalistlər məni tənqid etməyəcək? Biz açıq cəmiyyətdən danışırıqsa, bu olmalıdır. Mən deyirəm ki, qənaətcil olaq, ələbaxımlı olmayaq və sairə, dərhal fikirlərimi təhrif edib, ayrı formada başlıqla verirlər. Mənim dediklərimin hamısı dövlətçiliyə, dünyada gedən proseslərə və sosial qanunlara əsaslanır. Bunu təhrif edəndə isə biz cəmiyyəti korlayırıq. 

Sağ olsunlar, mənə qarşı aparılan şər-böhtan kampaniyasına yox deyərək, 4 QHT gəlib mənim yanımda olduğunu və həmin təxribatçı qüvvələrə nifrət etdiklərini bildiriblər. Qarabağ qaziləri bildirdilər ki, biz bu cür kampaniyalara qarşıyıq və iftiralara heç kəs uymasın. Bunu mətbuat da dərc edib. Ümumi nəticədə onu göstərdi ki, bütün bu şər-böhtan kampaniyalarının kökündə xarici kəşfiyyat orqanları və onların himayəsi ilə xaricdən idarə olunan saytlar dayanır. Onlar Azərbaycanda kütlə psixologiyasına uyan insanları dövlətə qarşı yönəltməyə çalışırlar.

Mən jurnalistlərimizi də dövlətimizin yanında olmağa və xaricdən təxribat yayan saytlardan qorunmağa çağırıram. Gərək ki, biz bütövlükdə cəmiyyətimizi, azərbaycançılığımızı, mənəviyyatımızı, obyektivliyi və sağlam xəbər saytlarımızı qoruyaq.  

“Rafaellə Coşqunun konsertinə bilet almaq üçün verdiyin 100 manata 5-10 faydalı kitab alıb oxumaq olar”

– Nəvəniz haqqında yazdığınız şeir də sosial şəbəkələrdə müzakirə olunur...

– Yazdığım şeirə görə mən nə üçün lağ edilməliyəm? Məgər şeir yazmaq qəbahətdir? Mən şeir yazmışam, daha deməmişəm ki, şairəm. Hadi Rəcəbli şair deyil, sadəcə olaraq öz nəvəsinə ürəyindən gələn şeiri yazıb. Bütün bunları yalnız və yalnız eybəcər, azərbaycançılıqdan kənar bədniyyətli qüvvələr deyə bilər. Axı Hadi Rəcəbli kimə nə edib? Mənim komitəm yetim-yesirə kömək edir. Hadi Rəcəblinin sədri olduğu komitə kasıb-kusubla məşğul olur. Verdiyim tövsiyələr də insanlara diqqət-qayğı və istiqamətdir. Mən nə deyirəm? Deyirəm ki, gedib kitab oxuyun. Rafaellə Coşqunun konsertinə bilet almaq üçün verdiyin 100 manata 5-10 faydalı kitab alıb oxumaq olar. Məgər mən bunu deməklə səhv edirəm? Mənim bu çıxışlarımda bir dənə belə səhv nə isə yoxdur. Mənim fikirlərimi təhrif edənlərin özləri təhrifə layiq adamlardır. Bütün bu cür müzakirələrin kökündə bir məsələ dayanır – düşmənçilik və kin. Hadi Rəcəbli nə edib? Nəvəsinə şeir yazıb da! Hadi Rəcəbli 45-50 ildir ki, siyasətdədir. Yaşlı adama bu cür münasibət göstərmək doğru deyil.   

“Sahibkar öz kafe və ya restoranında siqaret çəkən insanlar üçün xüsusi otaqlar ayırmalıdır”

– Bu yaxınlarda prezident İlham Əliyevin fərmanı ilə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. Bu qanun uzun illər sizin rəhbərlik etdiyiniz komitə tərəfindən hazırlanaraq, müzakirəyə çıxarılmışdı. Dövlət başçısının imzaladığı yeni qərar hansı dəyişikliyə gətirib çıxaracaq?  

– Sözügedən qanun bizim komitə tərəfindən 15 ilə hazırlanıb. Komitə 15 il idi ki, bu qanunun üzərində işləyirdi, bu sahədə dünya təcrübəsi öyrənilirdi. Nəhayət ki, biz bu sənədin Milli Məclisdə müzakirəsinə və qəbuluna nail olduq. Sağ olsun ki, cənab prezident İlham Əliyev də bu sənədə imza atdı. Hesab edirəm ki, mövcud dünya qanunları içərisində ən optimalı və reallıqlara cavab verəni bizim qanunumuzdur. Prezidentimiz buna imza atandan sonra cəmiyyət də onu müsbət qəbul etdi.  

Hazırda bu qanun çox uğurla işləyir. Burada bir ciddi məqam var. Biz qanunda ictimai yerlərdə siqaret çəkilməsinə görə daha çox sahibkarların cəzalandırılmasını göstərmişik. Çünki sahibkar öz kafe və ya restoranında siqaret çəkən insanlar üçün xüsusi otaqlar ayırmalıdırlar. Bu məsələ hazırda restoran və şadlıq evlərində də gündəmdədir. 

Ancaq müştərilərdən də kiməsə dəfələrlə müraciət edilməsinə baxmayaraq, qayda-qanuna riayət etməyənlər də cəzalana biləcək. 
Qanun bir aydır ki, qüvvəyə minib, hər şeyin zamana ehtiyacı var. Qanun bir qədər işləyəndən sonra hər şey öz yerini alacaq. Ola bilər ki, cəzalar daha da kəskinləşsin. 

Bu işə mətbuat da yaxından kömək etməlidir, insanları məlumatlandırmalıdır və sairə. Belə olanda cəmiyyət də qanuna daha tez alışacaq. 
Bu qanunun qəbul edilməsinin əsas mahiyyəti siqaret çəkməyən insanların sağlamlığını qorumaqdır. Çünki siqaret çəkən insanlar siqaret çəkməyən insanların sağlamlığına ziyan vururlar. Yeni qanunla bu problem aradan qalxacaq.   

Siqaretə alüdə olan xəstə adamlar var ki, bəzən onlar bu qanunun tələblərinə əməl etmək istəmirlər. Biz onlara deyirik ki, siqareti gedib küçədə çəkin, yanınızda olan insanlara ziyan vurmayın. İctimai yerlərdə siqaret çəkmək olmaz. 

Bilirsiz ki, Azərbaycanda satılan siqaretlərin 70 faizi xarici istehsaldır. Bu yaxınlarda siqaretlərə tətbiq olunan aksiz versgisi artırılıb. Məqsəd insanlarda siqaretə olan marağı azaltmaq və yerli istehsal olan siqaretlərin satışını artırmaqdır. 

Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama