Azərbaycanda əksinqilabçı milliyətçi təşkilat - Repressiya tarixi
Maraqlı
Oxunub: 4796
30 Jan 2018 | 22:47
Azərbaycanda əksinqilabçı milliyətçi təşkilat - Repressiya tarixi
Moderator.az filosof Aydın Əlizadənin “Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938-56)” yazısını təqdim edir.
 
 
Məqalədə 1938-56 illərdə Azərbaycanda aparılan “Ehtiyatda olan sağ trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı adlanan qrupun istintaq işinin tarixi araşdırılmışdı. Bu iş üzrə Azərbaycan SSR rəhbərliyinin üzvləri və SSRİ Ali Sovetinin 1-ci çağırış deputatları daxil olmaqla 300-dən çox insan məhkum olunmuşdur. Bu səbəbdən də, bu işi o dövrün ən böyük istintaq işlərindən biri saymaq olar. Gələcəkdə isə bu işin saxtalaşdırılmış olduğu sübuta yetirilmiş, zərərçəkmişlər bəraət qazanmışdılar. Məqalədə tarixi hadisənin izlənməsi olan narrativ metod işlədilmişdir. İşin yeniliyi ondan ibarətdir ki, bu iş ilk dəfə tədqiq olunmuşdur.  Əsas nəticəsi isə ondan ibarətdir ki, siyasi cinayət işi əvvəlcədən sifariş edilib saxtalaşdırılmışdır. Məqalənin yazılışı zamanı arxiv materiallarından və başqa Qırmızı Terror dövrünü araşdıran tədqiqatçıların əsərlərindən istifadə edilib.
 
 
AZƏRBAYCANDA QIRMIZI TERROR: ƏKSİNQİLABÇI MİLLİYYƏTÇİ TƏŞKİLATIN İŞİ (1938-56)
 
1937-38 illərdə Sovet Azərbaycanında dövlət terrorizminin tüğyan etməsi o zaman SSRİ-də gedən ümumi prosesin bir hissəsi idi. “Sovet dönəminin ilk oniillikləri boyu (1953-cü ilə qədər) dövlət zorakılığı ardı arası kəsilməyən kütləvi siyasi terror halında özünü göstərməkdə idi. Hər il yüzminlərlə insan basqı və təzyiqlərə məruz qalırdı. Məhz terror o dönəmdə sovet sisteminin varlığını təmin edən əsas amil idi. Onun vasitəsilə hakimiyyətin mərkəzləşməsinə, ehtimal olunan hər bir narazılığın qarşısının alınması üçün üfüqi bağlarının qırılmasına, ideologiyanın yeridilməsinə, insanların kölə işlərinə zorlanmasına və başqa məqsədlərə nail olmaq olurdu” (6).
 
Azərbaycanda kütləvi repressiyalara Zaqafqaziya diyar komitəsinin sədri Lavrenti Beriyanın 1936-cı ildə bütün Cənubi Qafqaz respublikalarında “Sosializm düşmənlərini yandırıb küllərini küləyə üfürmək” adlı məqaləsinin yayımlanmasından sonra başlanılmışdır. Onu təqiblərə başlanğıc verən bir təkan sayırlar. Bu məqaləyə görə, guya Azərbaycanda trotskiçilər (SSRİ-nin rəsmi leninçi təliminə qarşı olan başqa kommunist ideologiyası), milliyyətçilər və başqa hökumətə qarşı olan təşkilatlar fəallıq göstərir və onlar dövlət çevrilişi, eləcə də mərkəzi hakimiyyəti devirmək üçün çeşidli təxribatlar hazırlayırlar (14). Ona görə də Beriya bu təşkilatlara qarşı barışmaz savaşın açılmasına çağırış etmişdi.
 
Artıq 1937-38-ci illərdə Azərbaycanda çoxlu sayda insan tutulmuşdu, təqiblər həm də respublika rəhbərliyinin arasında gedirdi. Repressiyalar o qədər şiddətlənmişdi ki, “1937-ci ilin yayından başlayaraq 1938-ci ilin payızına qədər Azərbaycan rəhbərliyi məhv edilmiş, respublika rəhbərlərsiz qalmışdı” (1, 775-776). Təkcə 1937-ci ildə 22 xalq komissarı, 49 rayon partiya komitəsi katibi, 29 rayon icraiyyə komitə sədri tutulmuşdu. Onlardan 18 xalq komissarı və rayon partiya komitəsi sədrinin hamısı həmin il güllələnmişdi (1, 777).  Xalq əkinçilik, maarif və ədliyyə komissarları (o zaman nazirləri xalq komissarı adlanırdılar) ilə birlikdə onların müavinləri və onların tabeliyində olan idarə işçilərinin çoxu da həlak olmuşdu (1, 777). Repressiyalar və ya təqiblər hakimiyyətdə olan Azərbaycan SSR Kommunist (bolşeviklər) Partiyası (bundan sonra Az.SSR K(b)P yazılacaq) rəhbərlərinin çox hissəsini də məhv etmiş, partiyanın orta sinfini ləğv etmişdi  (15, 36).
 
Repressiyalar Az. SSR K(b)P katibi (o zaman partiya katibi respublikanın rəhbəri idi)  M. C. Bağırov tərəfindən partiya və sovet işçilərinin idarəedici heyətini məhv etmək və onların yerinə öz yaxın və etibarlı adamlarını yerləşdirmək” məqsədi ilə həyata keçirilirdi (13, 572-576).
 
O zaman daxili işlər və dövlət təhlükəsizliyi vəzifələrini özündə cəmləşdirən Xalq Daxili İşlər Komissarlığı (bundan sonra XDİK yazılacaq) “az qala bütün Azərbaycan əhalisinin təbəqələrini əksinqilabçı fəaliyyətdə ittiham etmiş, onları ən çeşidli təşkilatların üzvləri sırasına daxil etmişdi. Keçmişdə çar hakimiyyəti ilə gizli qurumlarda mübarizə aparmış kommunistlər bir anda sovet hökumətinin düşmənləri elan edilmiş, partiya və sovet rəhbərləri bir-birini çeşidli əksinqilabçı təşkilatlara cəlb etmiş kimi göstərilmiş, qoca professorlar terrorçu təşkilatların vurucu qüvvəsinə; ermənilər müsavatçı, rus fəhlələri isə Azərbaycanda milli hakimiyyətin qurulması mübarizləri kimi təqdim edilmişdir. XDİK işçilərinin siyasi və mədəni nadanlığı məhbuslara qarşı ən ağlasığmaz ittihamların irəli sürülməsinə gətirib çıxardırdı. Örnək üçün, onlar keyfiyyətsiz kağızın buraxılmasında, araba təkərlərinin qəsdən yararsız hala gətirilməsində, Azərbaycanın Zaqafqaziya Sovet Federativ Respublikasından ayırmağa cəhdlərdə ittiham edilirdilər” (9, 151).
 
Azərbaycanda “Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı”
 
1938-ci ildə SSRİ-də ən şiddətli repressiyalar “Sovetlər əleyhinə sağ-trotskiçi blokunun” işi üzrə həyata keçirilmişdi. Bu iş üzrə Moskvada ən fəal kommunistlər olan Buxarin və Rıkov, eləcə də onların tərəfdarları tutularaq mühakimə edilmiş və güllələnmişdilər. Məhkəmə hesabatlarına görə onların məqsədi “sosialist ictimai və dövlət quruluşunun devrilməsi, SSRİ-də kapitalizmin bərpası, onun dağılması, Ukraynanın, Belarusun, Orta Asiya respublikalarının, Gürcüstanın, Ermənistanın, Azərbaycanın və Primorsk diyarının (Uzaq Şərqdə) vahid ölkənin tərkibindən çıxması idi” (4,  485).
 
Bu proses də bütün ölkədə yeni təqiblərə gətirib çıxartmışdır. Hər yerdə Buxarin və Rıkovun dəstəsindən olan “sağ-trotskiçilər” axtarılıb həbs edilirdi. Azərbaycanda da bu iş üzrə çox şiddətli təqiblər olmuş, “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı” adlandırılan bir təşkilat aşkar edildi (12, 881-892). Bu təşkilatın başçıları kimi birdən-birə beş SSRİ Ali Sovetinin (parlamentinin) 1-ci çağırış deputatları da göstərilirdi. Onlar 1899-cu ildə Bakının Qala kəndində anadan olmuş Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini Mənaf Xəlilov, 1902-ci ildə Bakıda anadan olmuş Az. SSR Xalq Daxili Ticarət komissarı İbrahim Əsədullayev, 1898-ci ildə Ermənistan SSR Akarat kəndində anadan olmuş Az. SSR Xalq Əkinçilik komissarı Əbülfət Məmmədov, 1906-cı ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Şuşa şəhərində anadan olmuş Az. SSR Xalq Yüngül Sənaye komissarı İskəndər Əliyev, 1899-cu ildə Rusiyanın Saratov vilayətində anadan olmuş SSRİ Xalq Rabitə Komissarlığının Az. SSR üzrə səlahiyyətlisi Yefim Rodionov və 1906-cı ildə Rusiyanın Smolensk vilayətində anadan olmuş Az. SSR Xalq Təsərrüfatı Sovetinin katibi Boris Lyuborski-Novikov (təkcə o deputat olmamışdı) idi.
 
Bundan başqa, həmin iş üzrə daha bir SSRİ Ali Sovetinin deputatı, Az. SSR K(b)P Lenin (indiki Bakının Sabunçu) Rayon Komitəsinin katibi Nikolay Kulkov həbs edilmişdi.
 
Bu iş o qədər gurultulu, əhəmiyyətli və böyük idi ki, hətta 1937-38 ilin başqa repressiya işləri arasında fərqlənirdi. 4 may 1956-cı ildə keçirilən Mir Cəfər Bağırovunun və onunla əlbir olanların məhkəmə prosesində bu azərbaycanlı “sağ-trotskiçilərin” işi onlara qarşı ittihamların sırasında səsləndirilmiş, məhkəmə Hökmündə əks olunmuşdu (8).
 
İstintaq işi o zamanın Azərbaycan SSR rəhbərliyi tərəfindən o qədər kobud surətdə saxtalaşdırılmışdır ki, “bu təşkilatın mövcudluğuna hətta məhbusları dindirən müstəntiqlər belə inanmırdılar. Bağırov, Rayev və Borşyov tərəfindən aparılan istintaq əsasən zorakılığın və işgəncələrin tətbiq olunması ilə getmiş, məhbuslardan və şahidlərdən bu vasitələrlə uydurulmuş ifadələr alınmış, sonra isə yeni təqsirsiz insanların tutulması davam etdirilmişdir” (13, 572-576).
 
Cinayət işinin 31 avqust 1940-cı il İttihamnaməsinin mətninə görə, bu təşkilat ona görə “ehtiyatda olan” adlandırılmışdır ki, guya ondan qabaq 1936-37-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş “əsas” təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar (5, 285).
 
SSRİ Ali Sovetinin deputatlarına qarşı ifşaedici materialların yığılması
 
Əldə olunmuş sənədlər bu cinayət işinin əvvəlcədən düşünülmüş şəkildə saxtalaşdırılması və sifariş edilməsi fikrinin irəli sürülməsinə imkan verir. Məsələ burasındadır ki, Az. SSR K(b)P Mərkəzi Komitəsinin (MK) sədri Mir Cəfər Bağırov K(b)P MK Sovet ticarəti şöbəsinin müdiri Brenerə “Ali Sovet deputatlığına irəli sürülmüş, ya da namizəd kimi qeydə alınan hər bir şəxs üçün (onlar haqqında rəy bildirmək üçün) xüsusi qovluq yaratmaq və onlar haqqında daxil olan bütün xəbərləri və imzasız (anonim) məktubları nömrələmək və sıralamaq” (11, 85) haqqında xüsusi əmr vermişdi. Bu əmrin verilməsi də ondan xəbər verir ki, bir çox deputatların həbsi qabaqcadan ən yüksən partiya və dövlət səviyyələrində planlaşdırılmış və xüsusi siyahılara salınmışdı.
 
Brener 5 yanvar 1937 ildə M. C. Bağırova bəzi deputatlar haqqında ifşaedici məktubların daxil olması haqqında məlumat vermişdi. Onun təqdim etdiyi siyahıda ikinci nömrə ilə İskəndər Əliyevin adı keçməkdə idi. Məlumata əsasən, “Yoldaş Əliyev haqqında bildirilir ki, onun həyat yoldaşı (Pəri Həsənova) güllələnmiş müsavatçı Dadaş Həsənovun (Müsavatın 1923-26-cı illərdə gizli fəaliyyət göstərmiş təşkilatının sədri) bacısıdır. Onun başqa qohumu olan 65 yaşlı Həmid Paşa oğlu isə XDİK tərəfindən bu yaxınlarda tutulmuşdur. Yoldaş Əliyev təsdiq etmişdir ki, onun anasının ögey qardaşı doğrudan da tutulmuşdur, ancaq onunla onun uzun illər boyu heç bir əlaqəsi olmamışdır. Yoldaş Əliyev həm də təsdiq etmişdir ki, onun həyat yoldaşının qardaşı 1926-cı ildə sürgün edilmişdir. Onun sonrakı aqibəti ona məlum deyil” (11, 59-60).
 
Bundan qabaq İ. Əliyev qısa zamanda fəhlədən xalq komissarı vəzifəsinə qədər yüksələ bilmişdi. Əvvəlcə Gəncə dəmiryolu deposunda fəhlə və çilingər, sonra həmkarlar fəalı olmuşdu. 1932-ci ildə Bakıya köçəndən sonra Ali Xalq Təsərrüfatı Sovetində təlimatçı, əmək ixtiraçılığı mərkəzi bürosunun sədri, istehsalat texniki təbliğat sektorunun rəisi vəzifələrində çalışmış; 1933-cü ildə Ümumittifaq Dövlət Pambıq Satışı İdarəsinin (Soyuzxlopkosbıt) Azərbaycan şöbəsinin müdiri, 11 avqust 1937-ci ildə Azərbaycan SSR xalq yüngül sənaye komissarı müavini, 2 noyabr 1937 ildə isə xalq yüngül sənaye komissarı vəzifələrinə təyin olunmuşdu. 1937-ci ilin sonunda SSRİ Ali Sovetinin I çağırış deputatı (millətlər palatası) seçilib. Təhsili orta idi: 1932 ildə Bakı Neft Fəhlə fakültəsini, 1933-34-cü illərdə isə Moskvada yüngül sənaye nazirliyinin rəhbər işçilərinin ixtisasartırma kurslarını bitirmişdi. 1928-ci ildən Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının üzvü idi.
 
Bundan başqa Brenerin hesabatında öncə adı çəkilmiş Kulkov da var idi. Onun haqqında “bir neçə xəbər daxil olmuşdur. Bu xəbərlərə görə, Kulkov yoldaş Belenkiy, Bondarenko, Rusavski, Prozumentik kimi hazırda ifşa olunmuş xalq düşmənləri ilə dostluq etmiş, Şaumyan (indiki Bakının Xətai) rayonunda əksinqilabçı ünsürləri himayə etmiş, Stalin adına zavodun partiya komitəsinin katibi olanda xalq düşmənləri haqqında xəbərlər verənləri təqib etmişdi. Həm də o, (bolşeviklərə qarşı vuruşan) Ağ hərəkatın tərəfdarı olaraq, Qızıl Orduda xidmət etmiş öz qardaşını öldürmüşdü. Ancaq təşkil edilmiş yoxlamalar zamanı bütün bu xəbərlər təsdiq edilməmişdir” (11, 64).
 
Brenerin hesabatından görünür ki, o həm Əliyevi həm də Kulkovu bacardığı qədər təmizə çıxartmaq istəyirdi. Ancaq sonra onun özü də bu iş üzrə həbs edilmişdi.
 
Mənaf Xəlilovun da əleyhinə işləyən amil ondan ibarət idi ki, o 1919-cu ildə müsavatçılarla əməkdaşlıq etmişdi. Bu barədə də yüksək dairələrə məlumatı çatdırmışdılar. Hətta bu amil gələcəkdə onun məhkəmə hökmündə də xatırlanmışdı (5, с. 6, 187).
 
Həbslər və istintaqın gedişi
 
Hadisələr 1938-ci ilin may ayının sonunda XDİK-ə bir yüngül sənaye komissarlığının müəssisə işçisinin ifadəsindən sonra başlamışdı. Onun hansı səbəblər üzündən bunu etməsi bilinmir. İ. Əliyev öz izahatında qeyd etmişdi ki, o adam və ona qarşı ilk ifadələr verən digər iki nəfər şəxs onu şəxsi münasibətlər üzündən şərləmişdilər. Ancaq ola da bilər ki, XDİK yuxarıların sifarişini yerinə yetirərək bu adamları belə ifadə verməyə məcbur etmişdi.
 
Həmin adamın ifadəsinə görə, yüngül sənaye sistemində İskəndər Əliyevin başçılıq etdiyi əksinqilabçı təşkilat fəaliyyət göstərirdi (5, c.4, İ. Əliyevin izahatı, 276). Güya Əliyev, bir yaxın adamına müəssisələrdə ziyanverici işlərin görülməsini tapşırmışdı.
 
Bundan sonra, həmin o “yaxın adam” da həbs olunaraq özünün xalq komissarı İ. Əliyevin başçılıq etdiyi yüngül sənaye sistemində fəaliyyət göstərən əksinqilabçı təşkilatın üzvü olduğu haqqında etirafedici ifadə vermişdir (5, c. 4, 29.05.1938 dindirilmə protokolu).
 
Onun ifadəsinə görə, öncə bir əksinqilabçı təşkilat olmuşdu, ancaq onu XDİK darmadağın edəndən sonra, onun azadlıqda qalmış fəalları “əksinqilabçı milliyyətçi təşkilatın” yeni mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etdilər. 1938-ci ilin yanvar ayında onlar Kirovabad (indiki Gəncə) şəhərində yerli yüngül sənaye müəssisəsində çalışan Balabəy Bağırovun evində toplantı keçirərək elan edirlər ki, Bakıda təşkilatın İ. Əliyevin başçılığı ilə yeni mərkəzi yaradılmış və onun tərkibində daha bir neçə şəxs vardır. Ona görə də Kirovabadda onlar öz tərəfdarlarını yığmaq üçün İ. Əliyevin tapşırığını yerinə yetirməlidirlər. Əliyevin özü isə SSRİ Ali Sovetinə seçkilərlə bağlı Nuxaya (indiki Şəki şəhəri) gedib oradan Kirovabada gəlməlidir.
 
Bu iki nəfərdən başqa daha bir yüngül sənaye işçisi XDİK-ə bunlara bənzər ifadələr vermişdir.
 
Bu ifadələr kifayət etmişdir ki, Az. SSR XDİK Dövlət Təhlükəsizlik idarəsinin 3-cü şöbəsinin müdiri kapitan Meşeryakov İ. Əliyevin həbsinə dair 1 iyun 1938-ci il tarixində həbs qərarı vermişdir.
 
Cinayət işinin materiallarına görə, İ. Əliyev 2 iyun 1938 il tarixində keçirilən ilk dindirilmədə təqsirli olduğunu boynuna almışdır (5, c.4, 02.06.1938 tarixli İ. Əliyevin dindirilmə protokolu). Ancaq bu etiraf çox şübhəlidir, çünki məntiqlə bu kimi ittihamlar ilk olaraq təqsirli bilinən tərəfindən rədd edilməli idi. Ona görə də, çox güman ki, dərhal edilən bu etiraf  müstəntiqlər tərəfindən saxtalaşdırılmış da ola bilərdi. Bunu İ. Əliyevin 1956-cı ilin aprelində M. C. Bağırov və onunla əlbir olanların üzərində məhkəmə prosesində verdiyi şahid ifadəsi də təsdiq edir. Orada o, zərərçəkmiş qismində çıxış edərək demişdir ki, tutulandan sonra hələ bir neçə gün özünü təqsirli bilməmişdi. Yalnız ona qarşı işgəncələr və zorakılıq tətbiq edildikdən sonra o özünü təqsirli saymağa məcbur olmuşdur (16, 123-124).
 
Bu arada İ. Əliyevə qarşı ifadə vermiş ikinci şəxs Az. SSR XDİK Dövlət Təhlükəsizlik idarəsinin 7-ci şöbəsinin əməkdaşı kiçik leytenant Babenkoya ifadə verərkən bildirmişdi ki, İ. Əliyev ona yüngül sənaye sistemində çalışan daha iki şəxsin təşkilata cəlb edilməsinə dair tapşırıq vermişdir. O da, cəlbetməni uğurla həyata keçirərək bu barədə İ. Əliyevə məlumat vermişdir (5, c. 14.07. 1938 tarixli dindirilmə protokolu). Bundan da sonra o adam, istintaqa İ. Əliyevin terror aktları hazırladığı haqqında ifadələr vermişdi. Onun sözlərinə görə, Əliyev bu məqsədlə elektrik stansiyaları ilə əlaqəli olan bir rus elektrikini cəlb etmişdir ki, o mənsub olduğu milliyətinə görə heç kəsi şübhələndirməyərək təxribatlar törətsin (5, c. 4, 14.07. 1938 tarixli dindirilmə protokolu).
 
Bu zaman İ. Əliyev özü də “etiraf” etməyə başlayır ki, o gizli təşkilata öncə həbs olunmuş keçmiş xalq yüngül sənaye komissarı Seyfulla İbrahimov tərəfindən 1933-cü ildə cəlb olunmuşdur (5, c.4, 04.06.1938 tarixli İ. Əliyevin dindirilmə protokolu). Bundan sonra İbrahimov Əliyevi irəli çəkməyə başlayaraq, onu Ümumittifaq Dövlət Pambıq Satışı İdarəsinin (Soyuzxlopkosbıt) Azərbaycan şöbəsinin müdiri təyin etmişdi. İbrahimov tutulandan sonra da Əliyev guya onun “əksinqilabçı” işini davam etdirmişdir.
 
Daha sonra İ. Əliyev “etiraflarını” davam etdirərək Kirovabadda təşkilatın Balabəy Bağırovun başçılıq etdiyi özəyinin olduğu haqqında xəbər vermişdi (5, c. 4, 02.06.1938 tarixli İ. Əliyevin dindirilmə protokolu). “Təşkilatın” başqa həbs edilmiş üzvləri bu etiraflara əlavə edərək İ. Əliyevin Nuxada da təşkilatın özəyinin yaratması haqqında istintaqa xəbər vermişlər.
 
İ. Əliyevin sonrakı ifadələrinə görə “milliyyətçi əksinqilabçı təşkilatın” üzvləri azərbaycanlıların ölkədə sıxışdırılmalarına və məsul vəzifələrə başqa millətlərdən olan adamların təyin olunmalarına görə narazı idilər (5, c. 4, 19-21.06.1938 tarixli dindirilmə protokolları).
 
Yüngül sənayedə məsul vəzifədə çalışan daha bir şəxsin verdiyi məlumata əsasən, onların “təşkilat” başçısı İ. Əliyev əhalini sovet hökumətinə qarşı qaldırmaq üçün iqtisadi sabotaja da əl atmışdı. Belə ki o, keyfiyyətsiz malların buraxılması məqsədi ilə müəssisələrdə qəsdən yeni avadanlığın yerləşdirilməsini gecikdirirdi (5, c. 4, 01.08.1938 tarixli dindirilmə protokolu). Bundan öncə isə həmin şəxs iddia etmişdi ki, İ. Əliyev təşkilatı yaradanda onun məqsədi Azərbaycanı SSRİ tərkibindən çıxarmaq olmuşdur. Onun dediklərinə görə, İ. Əliyev həmçinin başqa millətlərin üstünlüyü şəraitində azərbaycanlıları öz hüquqlarını qorumaq üçün birliyə çağırırdı (5, c. 4, 10.06.1938 tarixli dindirilmə protokolu).
 
Getdikcə yeni-yeni xəbərlər çoxalmaqda idi. İ. Əliyev “etiraf” edir ki, 1938-ci ilin yanvar ayının 12-17-də SSRİ Ali Sovetinin birinci toplantısında Moskvada olduğu zaman o, qaldığı “Moskva” mehmanxanasında Azərbaycandan olan digər deputatlarla: Mənaf  Xəlilovla, Əbülfət Məmmədovla və İbrahim Əsədullayevlə görüş keçirib. Bu görüşdə onlar sovet hökumətinə qarşı olduqları haqqında etiraflar etmiş və orada gizli təşkilat yaratmışlar (5, c. 4, 11.06.1938 tarixli İ. Əliyevin dindirilmə protokolu).
 
Bir qədər sonra buna bənzər “etirafları” Moskva görüşünün başqa iştirakçıları olan Məmmədov (5, c.4, 16.06.1938 tarixli dindirilmə protokolu) və Xəlilov (5, c.4, 17.07.1938 tarixli dindirilmə protokolu) da edirlər. İ. Əsədullayev isə bunlara əlavə edərək bildirir ki, orada görüş iştirakçıları həm də Moskva sağ-trotskiçilərlə əlaqələr qurmaq qərarına gəlmişdilər. Eləcə də o, “təşkilat” üzvlərinin dövlətə qarşı cinayətdə ittiham olunan keçmiş Ukrayna K(b)P MK katibi Kosiorla görüşdükləri haqqında məlumat vermişdi (5, c. 4, 286). “Mehmanxana” görüşündə iştirakçılar  Brener və Kulkov kimi “sağçı-trotskiçilərlə” əlaqə qurmağı qərara alırlar (5, c. 4, 286).
 
Beləliklə, İ. Əliyevin başçılıq etdiyi yüngül sənaye “təşkilatı” Moskva görüşündə yaradılan daha böyük “qurumun” tərkibinə daxil edilir. Sonra isə məhbuslar istintaqa daha iki nəfər “təşkilat” üzvünün adını verirlər. Bunlar  K(b)P MK məsul işçisi Kvyatkovski və Lenin rayonu K(b)P RK 2-ci katibi Məmmədov idi. Mənaf Xəlilov isə bundan başqa “etiraf” edir ki, onun başçılıq etdiyi “əksinqilabçı təşkilat” hələ 1936-cı ildən fəaliyyət göstərir (5, c. 4, 09.07.1938 tarixli dindirilmə protokolu)
 
Ardı var
Oxşar xəbərlər
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ