"Necə olur ki, Əlinin balası ağıllı, qanacaqlı, mərifətli, Vəlinin balası isə narkoman olur?"
Oxunub: 5003
19 Jan 2018 | 10:48
Moderator.az baş nazirinin müavini Abid Şərifovun ölkə.az-a müsahibəsini təqdim edir:


“Prezidentin göstərişi və razılığı olmadan Fövqəladə Hallar Nazirliyi xaricdən özbaşına mütəxəssis dəvət edə bilməz”

”“ Abid müəllim, ötən il dekabrın 23-də Azərbaycanda Tufandağa səfər edən 3 gənc alpinist - "Gilavar hava və ekstrim idman klubu"nun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadə itkin düşüb. Onların axtarışı hələ davam etsə də, ancaq axtarış işləri müsbət nəticə verməyib. Bəzən axtarışların hələ də nəticə verməməsinə görə hökuməti qınayırlar. Bu məsələ ilə bağlı siz necə düşünürsünüz? 

”“ Əvvəla deyim ki, mən bu məsələ ilə məşğul olmuram. Yəni, bu məsələ mənim səlahiyyətimə aid deyil. Ona görə də itkin düşmüş alpinistlərlə bağlı mən məlumat verməkdə çətinlik çəkirəm. Amma digər vətəndaşlar kimi mən də bu məsələ ilə maraqlanıram. Düşünürəm ki, bunu siz də bilirsiniz. Bildiyimə görə, alpinistlərin tapılması üçün xarici ölkələrdən, o cümlədən qardaş Türkiyədən mütəxəssislər gətirilib, axtarış işlərinə helikopterlər cəlb olunub və sairə. Bütün bunlar böyük xərc tələb etsə də, dövlətimiz bu məsələni diqqətdə saxlayır. Həm cənab prezident, həm də hökumətimiz çalışır ki, itkin düşən alpinistlər tezliklə tapılsın. Hər kəs də bunu istəyir. 

Şübhəsiz ki, bu məsələ bilavasitə cənab prezidentin nəzarətindədir. Cənab prezidentin göstərişi və razılığı olmadan, Fövqəladə Hallar Nazirliyi xaricdən özbaşına mütəxəssis dəvət edə bilməz. Bunun üçün xeyli vəsait tələb olunur. Ona görə də, bütün müvafiq qurumlar alpinistlərin tapılması üçün gecə-gündüz çalışırlar. Bu cür yanaşma heç bir xarici dövlətdə yoxdur. Digər dövlətlərdə hər hansı hadisə baş verən zaman dövlət qurumları 2-3 gün axtarış apardıqdan sonra işi dayandırırlar. Amma Azərbaycanda belə yanaşma yoxdur. Cənab prezidentin göstərişi ilə 20 gündən çoxdur ki, axtarış işləri davam etdirilir. Özü də çox çətin, qarlı, tufanlı şəraitdə işlər aparılır. 

Bu məsələdə hökumətin qınanmasına gəldikdə isə, hər bir adam nəyisə irad tuta bilər. Amma düzgün təklif verə bilən şəxsin irad tutma haqqı var. Həmin adam bizdən çox bilirsə, düzgün təklif verib desin ki, siz doğru iş görmürsünüz, əslində bu cür etmək lazımdır və sairə. Həmin adamlar gəlib yerindəcə vəziyyətlə tanış olsa, görəcəklər ki, mütəxəssislər neçə müddətdir gecə-gündüz qarda, çovğunda axtarış işlərini həyata keçirirlər. İrad tutanların daha ağıllı fikirləri, təklifləıri varsa, gəlib söyləsinlər, biz də onu edək. Yoxsa boş-boş irad tutmağa nə var! 

“Teleqüllə ərazisi yaxınlığında yaranan çatlarla bağlı təşvişə düşməyə gərək yoxdur”

”“ Bakı Televiziya Qülləsi yaxınlığındakı ərazidə iri çatlar əmələ gəlib. Yaranan vəziyyəti təhlükəli hesab etmək olarmı? 

”“ Sözügedən ərazidəki son vəziyyətlə bağlı ötən həftə həm bizim şöbənin, həm Fövqəladə Hallar Nazirliyinin (FHN), həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən müvafiq yoxlamalar aparılaraq, layihəsi hazırlanıb. Artıq yanvarın 15-dən etibarən layihəyə uyğun olaraq, ərazidə müvafiq işlər həyata keçirilir. Yəqin ki, 2 həftə ərzində aparılan işlər yekunlaşacaq. 

İnsanlara da bildirmək istəyirəm ki, teleqüllə ərazisi yaxınlığında yaranan çatlarla bağlı təşvişə düşməyə gərək yoxdur. Əgər ərazidəki sürüşmə təhlükəli olsaydı, bu barədə əhaliyə xəbərdarlıq olunardı.

“Bakıdan kənarda tikilən evlərin əksəriyyətində zəlzələyə davamlılıq nəzərə alınmır”

”“ Azərbaycanda inşa olunan binalar ümumilikdə neçə bal zəlzələyə davamlıdır? 

”“ 1966-cı ildə Daşkənddə zəlzələ baş verənə qədər Azərbaycanda tikilən heç bir binada zəlzələyə davamlılıq hesabatı aparılmayıb və buna uyğun tikilməyib. Bura həm qədim, həm də 100-200 il əvvəl tikilən binalar da daxildir. 

Halbuki 1960-cı illərdə Bakının Yasamal və Nərimanov rayonları və ya 8-ci kilometr qəsəbəsi salınıb. Ancaq bu yerlərin heç birində zəlzələyə davamlılıq amilləri nəzərə alınmayıb. Çünki Daşkənddə baş verən zəlzələyə qədər Bakı seysmik zona sayılmayıb. Yalnız Özbəkistanda baş verən zəlzələdən sonra keçmiş Sovet İttifaqı SSRİ-yə üzv olan ölkələrdə zəlzələyə davamlılıqla bağlı qərar çıxarıb. Həmin vaxtı Bakı şəhəri də 6 ballıq zəlzə sonası hesab olunub. Ancaq Bakıda tikilən binalar müxtəlif ballıq zəlzələyə davamlı binalardır. Misal üçün, Prezident Administrasiyasının binası tikilən zaman 8 ballıq zəlzələyə hesablanıb. 

Bundan başqa, Bakıdan kənarda tikilən evlərin əksəriyyəti şəxsi evlərdir. Bu evlərin əksəriyyətində zəlzələyə davamlılıq nəzərə alınmır. Kimsə özünə iki mərtəbəli ev tikir, ancaq zəlzələyə davamlılığı nəzərə almır. Kimin imkanı varsa, evi möhkəm tikir və zəlzələyə davamlı olur. Ümumiyyətlə, tikililərdə zəlzələyə davamlılığın təmin olunması ilə bağlı ciddi tədbirlər görülməlidir.  

“Keçmişdə binaların təhlükəsizliyinə ciddi nəzarət yox idi”

”“ Son illər neçə MTK şirkəti təhlükəsizliyə cavab vermədiyi üçün fəaliyyəti dayandırılıb? 

”“ Binalarda texniki təhlükəsizliyə əməl olunmasına nəzarət məsələsi Fövqəladə Hallar Nazirliyinin (FHN) səlahiyyətlərinə aiddir. FHN də təhlükəsizlik standrtlarına cavab verməyən bina tikintilərini dayandırır və sökdürür. Amma keçmişdə bu sahədə yoxlamalar olmadığı üçün binaların təhlükəsizliyinə ciddi nəzarət yox idi, layihələr ekspertiza olunmurdu və sairə. Binalarda layihələrin ekspertizası ilk növbədə zəlzələyə davamlılığı ilə bağlıdır. Layihə hazırlananda onun zəlzələyə davamlılığı düzgün hesablanmalıdır. Nə qədər nöqsanlı kooperativ evlərin olması ilə bağlı isə məndə dəqiq məlumat yoxdur. Bununla bağlı məlumatlar FHN-də olur. FHN də müstəmadi olaraq binaları yoxlayır.

“Qatar vaqonları həmin evlərə az qala sürtə-sürtə gedirdi”

”“ Yaxın illərdə Azərbaycanda təhlükəsizliyə cavab verməyən nə qədər binanın sökülməsi nəzərdə tutulur? 

”“ Bununla bağlı şəhər üzrə konkret siyahı mövcud deyil. Yalnız pilot layihələrdə belə bir məsələ qoyulub. Yəni, ayrı-ayrı rayonlara səlahiyyət verilib ki, rayon çərçivəsində İcra hakimiyyətləri və sahibkarlar sakinlərə kirayə vermək şərtilə qəzalı və yararsız obyektləri, binaları sökə bilərlər. Vətəndaşlara 10-15 faiz əlavə yaşayış sahəsi də ayrılmalıdır. Nazirlər Kabinetinin qərarında da yazılır ki, sahibkarlara tikinti üçün yer verilməlidir və sahibkarın istəyi ilə kompensasiya ödənilməlidir. Pilot layihəsi ilə əlaqədar ayrı-ayrı şəxslərdən bizə şikayətlər də daxil olur. Şikayətlər daha çox kompensasiya və kirayələrin ödənilməsi ilə bağlı olur. İnsanların şikayətlərinə baxılması və mövcud problemin aradan qaldırılması üçün biz yaxın vaxtlarda icra başçılarının və müvafiq sahibkarların iştirakı ilə toplantı keçirməyi planlaşdırırıq. Burada söhbət pilot layihədən gedir. 

Digər layihələrlə bağlı isə başqa addım atılır. Misal üçün, cənab prezidentin müvafiq göstərişi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Keşlədə yerləşən 400-dən çox ev sökülüb, sakinləri başqa ərazilərə köçürülüb. Çünki həmin ərazidə evlər çox təhlükəli idi. Dəmiryolu vaqonları həmin evlərə az qala sürtə-sürtə gedirdi. Bunun üçün dövlət tərəfindən vəsait ayrılıb. Bu çox böyük və lazımı addım idi. Buna qədər Keşlə dəmiryolunda neçə-neçə bədbəxt hadisələr baş vermişdi. İnsanların həyatı üçün təhlükə var idi. Sağ olsun, cənab prezidentin göstərişi ilə dövlət tərəfindən insanlara kompensasiya ödənilərək, sakinlər o ərazidən köçürüldü. Bundan ən çox razı qalanlar elə insanlar oldu. Artıq 500 ailə onlara ödənilən kompensasiya ilə gedib özünə normal ev ala bilər. 

Eyni zamanda Keşlədən yanacaq daşıyan vaqonlar da hərəkət etdiyi üçün ərazidə təhlükəsizliyin təmin olunması vacib idi. Keşlədə Sovet İttifaqı dövründə qanunsuz olaraq tikilmiş evlər, obyektlər var idi. Artıq bu problem öz həllini tapmaq üzrədir. Dövlət tərəfindən atılan bu addımı mən alqışlayıram və insanları təhlükədən xilas etdiyi üçün cənab prezidentə təşəkkür edirəm. 
Yaxın vaxtlarda həmin ərazidə daha 150 evin də sökülməsi nəzərdə tutulur.  

“Azərbaycandakı palçıq vulkanları olan ərazilər turizm zonası ola bilər”

 

”“ Bəs palçıq vulkanlarına yaxın ərazilərdəki tikililərin aqibəti necə olacaq? 

”“ Bu cür oxşar problemlər çoxdur. Azərbaycanda palçıq vulkanları olan ərazilərdə qəzalı evlər var. Hazırda bu istiqamətdə də müvafiq işlər aparılır. Cənab prezident tərəfindən bu məsələ ilə bağlı da tapşırıqlar verilib, dövlət prqoramına uyğun olaraq işlər aparılır. Vulkanik ərazilərdə tikilən evlərlə bağlı ölkə başçısı göstəriş verib, qaydalar və sərəncamlar hazırlanacaq. Yəqin ki, 2 ay ərzində həmin ərazilərə investisiya vəsaitinin cəlb olunması ilə bağlı qaydalar müəyyən olunacaq. Dövlətin planı var ki, Azərbaycanın vulkanik ərazilərində turizm sahələrini inkişaf etdirsin. Bilirsiniz ki, dünyada palçıq vulkanlarının ən geniş yayıldığı yer Azərbaycandır. Bunun üçün başqa ölkələrdən Azərbaycana turistlərin gəlməsi və həmin yerlərdə turizm obyektlərinin salınması faydalı olardı. Ancaq bütün bunlar yekun layihədən asılı olacaq. 

“Bütün ölkə miqyasında beynəlxalq standartlara uyğun kanalizasiya və su xətləri çəkilir”

”“ Bakının kanalizasiya və su xətlərinin yenilənməsi ilə bağlı işlər nə yerdədir? 
 
”“ Əgər bu problemlər 50-100 il ərzində yaranıbsa, bunu bir-iki gün və ya bir-iki il ərzində həllinə nail olmaq mümkün deyil. Misal üçün, Azərbaycanın avtomobil yolları ilə bağlı indiki vəziyyətə baxaq. Yüz il əvvəl salınan yolları birdən-birə dəyişmək və dünya standartlarına uyğunlaşdırmaq sadəcə fantaziya olardı. Hər bir məsələyə real və öz normasında baxmaq lazımdır. 10-15 il əvvəl heç kəs təsəvvür edə bilməzdi ki, Azərbaycanda minlərlə kilometr uzunluğu olan və dünya standartlarına tam cavab verən yollar salınacaq. Bu gün Azərbaycanın kəndlərində də müasir yollar tikilir. Ölkələrarası və rayonlararası müasir yollar salınır. Azərbaycanın təkcə yol sahəsi deyil, digər sahələrində də böyük inkişaf var. Misal üçün, su təchizatı sahəsində əldə olunan inkişafa baxaq. Bakının Bayıl qəsəbəsində, Azərbaycanın kəndlərində, rayonların əksəriyyətində kanalizasiya yox idi. Artıq dövlət başçısının göstərişilə bütün ölkə miqyasında beynəlxalq standrtlara uyğun kanalizasiya və su xətləri çəkilir. Daha keçmişdə olduğu kimi, rayon və kənd camaatı çirkablı sudan istifadə etməyəcəklər. Bu gün kəndlərdə və rayonlarda sutəmizləyici qurğular quraşdırılır. Ona görə də qeyd edim ki, bütün bunlara birdən-birə nail olmaq olmur. Bunun üçün müəyyən vaxt lazım olur. 

Cənab prezident ilin yekunlarına dair çıxışı zamanı da bildirdi ki, növbəti illərdə xeyli sayda qaçqın və məcburi köçkünə yeni tikilmiş müasir evlər veriləcək. Bu asan məsələ deyil. Təsəvvür edirsinizmi ki, 15-20 min nə qədər böyük rəqəmdir?  

“Son nəfəsimə qədər də dövlətimizin və ölkəmizin inkişafı yolunda getməyə hazıram”

”“ Bu yaxınlarda ölkə prezidentinin sərəncamı ilə vergilər və təhsil nazirləri dəyişdirildi. Ümumiyyətlə, son vaxtlar hökumətdə aparılan istlahatları necə qiymətləndirirsiniz?  
 
”“ Bilirsiniz, əgər cənab prezident hər hansı qərar verirsə, hökumət üzvlərindən kiminsə bunu şərh etməsi doğru sayılmaz. Bu məsuliyətsizlikdir. Əgər mən də bu məsələ ilə bağlı əlavə fikir səsləndirsəm, özümü məsuliyətsiz hesab edərəm. Dövlət başçısı hər kəsdən daha çox məlumatlıdır. Ona görə də nəyin doğru, nəyin səhv olduğunu prezident hamımızdan yaxşı bilir. Kimin hara təyin olunması və ya çıxarılması prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Yəni, istər nazirlər kabinetində, istərsə də digər qurumlarda kiminsə prezident tərəfindən vəzifədən çıxarılmasına və ya təyin olunmasına əlavə şərh verilməsinə heç kəsin haqqı yoxdur. Bir anlıq Avropaya və ya Gürcüstana baxaq. Hər həftə, hər ay, hər il hökumət dəyişir. Qonşu Gürcüstanda elə bir il yoxdur ki, hökumət dəyişməsin. Burada hər il bütün nazirləri dəyişirlər. Təkcə Gürcüstanda deyil, Avropada da belədir. Bu yaxınlarda Avstriyanın yeni baş naziri təyin edilib, amma bütün Vyana qaynayır. Ona görə də hökumət üzvlərindən kiminsə çıxarılıb, yerinə yenisinin təyin edilməsinə təəccüblə yanaşmaq lazım deyil. Struktur dəyişikliyi isə hər zaman lazımdır. Çünki bir sıra dövlət qurumlarında 30-40 il əvvəl yaradılan şöbələrə bu gün artıq ehtiyac yoxdur. Ona görə də zaman-zaman struktur islahatları həyata keçirilir. Tutduğum vəzifədən asılı olmayaraq, mən bu dəyişiklikləri alqışlayıram. 
Məni işə götürən, vəzifəyə təyin edən ulu öndər Heydər Əliyev olub. İndi də ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev atasının siyasətini uğurla davam etdirir. Mən ömrüm boyu dövlətimə və prezidentimə borcluyam. Son nəfəsimə qədər də dövlətimizin və ölkəmizin inkişafı yolunda getməyə hazıram.      

“Gənc kadrlar ixtisası üzrə olmayan vəzifəyə təyin olunanda müəyyən çətinliklər yaşanır”

”“ Bəzən cəmiyyətdə belə fikirlər səslənir ki, hökumətdə təmsil olunan yaşlı nəsil artıq yerini, vəzifəsini gənclərə təhvil verməlidir. Necə düşünürsünüz, gənc nəsil sizin və digər hökumət üzvlərinin vəzifələrini layiqincə icra etməyə hazırdırmı? 

”“ Ümumiyyətlə, bu gün bacarıqlı olan gənc nəsilə daha çox yer verilməlidir. İstənilən normal düşüncəli adam bunu istəyir. Bunun əksini düşünmək də düzgün deyil. Son illər dövlət və hökumət idarəçiliyi və digər dövlət qurumlarına nə qədər gənc kadrlar təyin olunur. Doğrudur, onlarla müəyyən çətinliklər yaşanır və bu da gözləniləndir. Çətinliklər də belə olur ki, gənc kadrlar ixtisası üzrə olmayan vəzifəyə təyin olunanda müəyyən çətinliklər yaşanır. İstənilən ölkədə birinci vəzifələrə iqtidara gələn partiyanın üzvləri təyin olunur. Amma onun yanındakı vəzifələrə isə siyasi mövqeyindən asılı olmayaraq mütəxəssislər təyin edirlər. Bu ABŞ, Avropa və Türkiyədə də eynidir. Misal üçün, mən uzun illərdən bəri qardaş Türkiyədə çalışmışam. Türkiyədə illərdir ki, siyasi partiyalar iqtidara gəlib gedir. Hər iqtidarın dövründə təyin olunan nazirlər vəzifədən gedir, amma həmin nazirlərin yanında çalışan müavinlər öz işində qalır. Bu sistemlə həm nazir öyrənir, həm də mütəxəssislərin həyata keçirdiyi layihələr yarımçıq qalmır. Eyni zamanda bu ona görə vacibdir ki, nazir vətənini sevən, partiyasına və dövlətinə sadiq adam, insan olmalıdır. Daha fırıldaq, dələduz olmalı, cızığından çıxmalı deyil. Yoxsa ki, “burada mənəm, Bağdadda kor xəlifə” deməklə iş olmur. Şübhəsiz ki, cavan kadrları vəzifələrə gətirmək vacibdir. Gənc kadrları sağlam və düzgün yetişdirmək isə hər birimizin borcudur. Əgər bu gün biz dövlətçilikdən, vətənpərvərlikdən danışırıqsa, hər kəs öz sahəsi üzrə kadr hazırlamağı bacarmalıyıq. Yoxsa ki, mən gəlib yedim, içdim, sonra çıxdım getdim ”“ bununla iş bitmir. Mən ömrüm boyu kadr hazırlığı ilə məşğul olmuramsa, o zaman insan deyiləm. Çox yox, hər kəs öz övladını doğru tərbiyyə etsə, elm və təhsilə yiyələndirsə, düzgün mütəxəssiz kimi yetişməsinə dəstək olsa, bunun nə qədər böyük faydası olar. İstənilən normal düşünən adam da istəyər ki, onun övladı savadlı, ağıllı, tərbiyyəli, vətənpərvər olsun, dinini və milli mentaliteti qorusun, vətənə bağlı olsun və sairə. İndiki gənclərin bir çoxu gedib ABŞ-da, Avropada, Rusiyada və Türkiyədə təhsil almağa gedirlər. Ancaq savadı olmayan orada xaricdə bilmir. Həmin gənclərin bir çoxu 3-4 il pul verib xaricdə qalır, amma oxuyub diplom ala bilmir. Yəni, savadı olmayan adam nə ABŞ-da, nə də Türkiyə diplom ala bilməz. Xarici ölkələrə getməklə deyil. 

Mən normal vətəndaşamsa, o zaman övladlarımı, nəvələrimi düzgün tərbiyyə etməliyəm, Vətənə, millətə bağlı insan kimi yetişdirməliyəm. Biz 1957-ci ildə məktəbi bitirmişik. Amma hər 5 ildən bir məktəblərə gedib, məktəbə, elə, camaata kömək edirik. Rəhmətə gedən insanların ailələrini ziyarət edirik, imkansızlara öz cibimizdən dəstək oluruq və sairə. Sonra isə məktəbliləri yığıb, onlara deyirik ki, ay balalar bizi adam edən bu məktəb olub. Ona görə də məktəbə, müəllimə, valideynə, Vətənə, elmə bağlı olun. 

Eyni zamanda harada işləyirəmsə, orada da gənc kadrlara nəyisə öyrənməsi üçün əlimdən gələni edirəm. Çünki vaxtilə bizə də öyrədiblər. Bu gün biz həyatda nəyəsə nail olmuşuqsa, burada müəllimlərimizin də böyük zəhməti var. 

Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin! Ulu öndər hələ Sovet İttifaqı dövründə respublikaya başçılıq etdiyi zaman bildirdi ki, Azərbaycanın ali təhsil ocaqları zəifdir. Ona görə də ulu öndər hər il 1000 nəfər gənci Heydər Əliyev Sarayına toplayaraq, SSRİ-nin ən yaxşı universitetlərində təhsil alması üçün xaricə yola salırdı. Hər il məzuniyyətə qayıdanda isə həmin 1000 nəfəri yenə ulu öndər Heydər Əliyev özü qarşılayırdı. Həmin dövrdə ulu öndərin təhsil almaq üçün göndərdiyi tələbələrdən bu gün Azərbaycanın maliyyə naziri olan Samir Şərifovu misal çəkmək olar. Nazirlərimizin arasında digərləri də var ki, SSRİ-nin nüfuzlu universitetlərində təhsil alıblar. 

Bu gün Azərbaycanda kifayət qədər yüksək savadı olan imkansız ailələrin övladları da var. Əgər mən onun müdiriyəmsə, vəzifəm və qeyrətim varsa, o zaman həmin gəncin imkanına deyil, savadına baxmalıyam. Əgər bu gün biz halallıqdan danışırıqsa və hansısa vəzifəli işə götürdüyü 10 nəfərdən 5-i öz qohumudursa, heç olmasa digər 5-ni də savadı, qanacağı və bacarığı olan adamları götürməlidir. Bunu edəndə isə kadr hazırlığı mümkün olur. Kadr hazırlığından da çətin sahə yoxdur. Bəlkə də ən ağır sahədir. Çünki bu gün həyatımıza daxil olan internet, sosial şəbəkələr, xarici kinolar və sairə cavanların elmə, kitaba olan meylini azaldıb. Kütləvi informasiya vasitələri bunun qarşısını almaq üçün güclü təbliğat aparmalıdır.
Bəzən misal çəkirlər ki, övladlarımızın tərbiyyəsini zəmanə dəyişir və sairə. Bu boş söhbətdir. Necə olur ki, eyni zəmanədə yaşayan Əlinin balası ağıllı, qanacaqlı, mərifətli, Vəlinin balası isə narkoman olur? Həmin narkoman isə belində silah gəzdirərək, avtomobili saatda 200 km/saat sürətlə idarə edir? Əgər zəmanə edirsə, niyə biri yaxşı, biri pis olur? Deməli, hər şey ailədə verilən tərbiyyədən, münasibətdən asılıdır. Tərbiyyə də 5 dəqiqəliklə olmur. Gərək övladı anadan olan gündən böyüyənədək tərbiyyə etmək lazımdır. Kimsə mənim övladımın, yaxın qohumlarımın haradasa tətrbiyyəsizlik, yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidə bilər? Xeyr, bu qeyri-mümkündür. Heç kəs mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var. Gərək övladını vaxtında düzgün tərbiyyə edəsən. Övladı yaxşı tərbiyyə etməkdən isə vacib nəsə ola bilməz. Kimin tərbiyəsi varsa, gec-tez onun çörəyi, imkanı olacaq. Bu mənim şəxsi fikirlərimdir. 

Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
AYLIQ
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS