“Yazılan cəriməyə etiraz olaraq özünü yandırmaq çıxış yolu deyil” - MÜSAHİBƏ
Oxunub: 3146
18 Jan 2018 | 11:23
“Yazılan cəriməyə etiraz olaraq özünü yandırmaq çıxış yolu deyil”  - MÜSAHİBƏ

“Azərbaycanda nəqliyyat turizminin yalnız bəzi seqmentləri inkişaf edib”

 

Son bir ildə ölkənin nəqliyyat həyatında baş verən yeniliklər, həyata keçirilən islahatlar media və cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Moderator.az olaraq mühüm ictimai əhəmiyyət kəsb edən bəzi məsələlərə "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri  Azər Allahverənovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

 

-Azər bəy, bu günlərdə son dayanacağı metronun “Azadlıq” stansiyasının yaxınlığı olan 100, 108, 123,134, 147, 155 marşrut xətlərinin "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinə (NMM) köçürülməsi gündəmdədir. Bu yeniliklə bağlı fikrinizi bilmək istərdik. Sizcə ərazidəki sıxlığı azaltmaq üçün avtobusların bir məntəqədən digər məntəqəyə köçürülməsi problemin ciddi mənada həllini təmin edəcəkmi?

 

-Hesab edirəm ki, bu yenilik öz müsbət təsirini göstərəcək. Aparılan müşahidələr göstərir ki, qeyd etdiyiniz ərazidə çoxlu sayda avtobusun cəmlənməsi həmin yolun, eləcə də ətrafındakı yolların həddindən artıq yüklənməinə gətirib çıxardır. Odur ki, avtobusların bir qisminin “Dərnəgül” NMM-ə köçürülməsi bu sahədə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Bu, mərkəzi yollara düşən yük və gərginliyi də xeyli dərəcədə azaldacaq. “Dərnəgül” NMM-də isə avtobusların fəaliyyəti üçün daha əlverişli şərait mövcuddur. Burada mühüm strateji yollar da demək olar ki, yoxdur.

 

-Bakıda taksilər üçün də dayanacaqların hazırlandığı və onların bu dayancaqdan kənarda müştəri gözləməsinin yasaqlanacağı bildirilib. Sizcə taksilərin yol kənarlarında pərakəndə halda dayanmasının əngəllənməsi nəqliyyatın hərəkətinin yaxşılaşmasına, tıxaclarla daha effektiv mübarizə aparmağa imkan verəcəkmi?

 

-Taksilər üçün xüsusi dayanacaqlrın ayrılması beynəlxalq praktikada öz təsdiqini tapan məsələlərdən biridir. Onlar müştəriləri məhz bu dayanacaqlarda gözləyirlər. Sovet dönəmində Bakıda da bu praktika mövcud idi. Həmin vaxt bu siyasət mərkəzləşdirilmiş şəkildə həyata keçirilirdi. Bu gün isə ölkəmizdə bu sahədə bir nizamsızlıq var. Hətta bəzi taksilər dayanma-durma qadağasının mövcud olduğu yerlərdə belə dayanırlar. Müxtəlif döncələri zəbt edirlər. Hətta iş o yerə gəlib çatıb ki, bəzi taksilər öz dayandıqları yerləri monopoliyaya alır, digər taksiləri ora buraxmaq istəmirlər. Bu baxımdan taksilər üçün xüsusi yerlərin ayrılması məqsədəuyğundur.

Bakı Nəqliyyat Agentliyi DYP və Bakı Şəhər İcra hakimiyyti ilə birlikdə bu tip yerləri müəyyənləşdirmək üzrədir. Artıq bəzi yerlərdə bu cür fəaliyyət həyata keçirilir. Lakin bu, azlıq təşkil edir. Bakıda təxminən 10 minə qədər taksi xidməti göstərən nəqliyyat vasitəsi var. Bu 10 min talsiyə qısa müddətdə yer ayırmaq çətin məsələdir. Lakin ümid edək ki, biz yaxın gələcəkdə bu cür taksi dayanacaqlarına şahid olacayıq.

 

-Avropanın bəzi şəhərlərində nəqliyyat vasitəsi kimi faytonlardan da istifadə edilir. Sizcə Azərbaycanda faytondan nəqliyyat növü kimi məhdud da olsa istifadə etmək mümkündürmü?  


-Bu, maraqlı fikirdir. Mən bu cür faytonları Vyanada görmüşəm. Vyananın mərkəzi hissəsində çoxlu tarixi abidə var. Hansı ki, ora nəqliyyat vasitələri daxil olmur. Orada insanlar nəqliyyat vasitəsi kimi faytondan istifadə edirlər. Dünyanın bir sıra dövlətlərində də faytondan, eləcə də faytona bənzər nəqliyyat vasitələrindən istifadə edilir. Bakı şəhərinin infrastrukturuna nəzər saldıqda məlum olur ki, indiki şəraitdə ölkə paytaxtında faytonlardan geniş şəkildə istifadə mümkünsüzdür.

Dənizkənarı bulvarda vaxtiylə faytonlar var idi. Bu faytonlardan gəlin korteji kimi də istifadə olunurdu. Neftçilər prospekti ilə hərəkət edən faytonlarımız var idi. “Gün keçdi” kinosunda Həsən Məmmədovun, Leyla Şıxlınskayanın faytonla şəhərin müxtəlif tarixi yerlərinə səyahət etməsi ilə bağlı kadrlar yer alıb. Bu gün isə bunun tətbiqini müzakirə edərkən sadəcə tətbiqi deyil, nə dərəcədə əlverişli tətbiqini nəzərə almalıyıq. Əgər məsələyə baxılacaqsa, bu konteksdə baxılmalıdır.

 

-Velisoped ekoloji baxımdan təmiz nəqliyyat növü kimi Qərb ölkələrində geniş şəkildə istifadə edilsə də, Azərbaycanda bir o qədər də populyar deyil. Sizcə Azərbaycanda bu nəqliyyat növünə marağı artırmaq üçün marifləndirici tədbirlərə ehtiyac varmı?

 

-Velisoped Azərbaycanda həmişə maraqlı olub. Xüsusilə də uşaqlar velisopedə daim meyl göstəriblər. Azərbaycanda bu işin velisoped hərəkətinin təşviqi və təbliği şəklində həyata keçirilməsinə ehtiyac var. Qanunvericilikdə də velisopeddən istifadə qaydaları öz əksini tapıb. Bəzi yollarımızda velisoped üçün xüsusi zolaqlar da ayrılıb. Ölkəmizdə velisoped zavodu istifadəyə verilib.

Onu da unutmayaq ki, bu məsələ 10-15 il bundan əvvəllə müqayisədə daha çox aktualdır. Çünki ölkəmizdə nəqliyyat vasitələrinin sayı  kəskin şəkildə artıb.

Təbii, velisopeddən istifadənin geniş təbliği həyata keçirilməlidir. Digər tərəfdən, bunun üçün müvafiq infrastruktur olmalıdır. Velisopedlərin təhlükəsiz şəkildə hərəkəti üçün şərait yaradılmalıdır. Bunun üçün xüsusi zolaqlar yaradılmalıdır. Əgər bu zolaqlar yoxdursa, o zaman velisoped ya yolla, ya da səki ilə hərəkət etmək məcburiyyəti qarşısında qalacaq. Bu isə əlavə təhlükə və problem deməkdir.

 

-Azərbaycanda yol-hərəkət qaydasını pozduğu üçün cərimələnən həm piyadaların,  həm də sürücülərin ıhıgı.şş.    statistikası kifayət qədər böyükdür. Məsələn, 2017-ci il yanvarın 1-dən noyabrın 11-dək bir tək Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində 590 mindən artıq inzibati protokol tərtib edilib.Cari ilin 1-9 yanvar tarixində isə Bakı şəhərində 40 min piyada qayda pozuntusuna görə cərimələnib. Sizcə cərimələnənlərin sayının bunca çox olması nə ilə bağlıdır? Qaydalar elə tərtib edilib ki, onları pozmamaq sadəcə olaraq mümkün deyil, yoxsa bu statistika insanlarımızın kütləvi şəkildə qanunlara tabe olmaq istəməməsinin göstəricisidir?

 

-Qaydalar ona görə tətbiq edilmir ki, insanlar onu rahat şəkildə pozsun. Qaydalar ona görə tətbiq edilir ki, yol hərəkəti təhlükəsizliyi təmin olunsun. Təhlükəsiz yollar mühiti yaransın. Piyadalar tərəfindən qayda pozuntusuna gəlincə, burada bir neçə amil mövcuddur. İnsan təbiət etibarı ilə qısa yola daha çox meyillidir. Əgər 300-500 metr məsafə qət edib piyada zolağından, yaxud yeraltı və ya yürüstü keçiddən keçmək lazımdırsa, insanların bir çoxu bunu etmir. Yolu sürətli magistrallarda belə keçir ki, bu da təhlükəsizlik qaydasının kobud şəkildə pozulması deməkdir. Təbii, keçidlərin düzgün şəkildə inşası məsələsi də burda mühüm rol oynayır. Bütün bunların fonunda insanları məsuliyyətə səsləyən təbliğat işinin təşkili də mühüm əhəmiyyət kəsb edir.

 

-Bolqarıstanın baş naziri Boyko Borisov Bakıda prezident İlham Əliyevlə birgə mətbuat bəyanatında çıxışında iki ölkə arasında nəqliyyat turizminin inkişaf etdirilməsi üçün əlverişli imkanlar olduğunu bildirib. Sizcə Azərbaycanda nəqliyyat turizmi turizmin bir növü kimi öz yerini tutubmu? Yoxsa bu, hələ də öz təsdiqini, inkişafını gözləyən bir sahədir?

 

-Nəqliyyat turizmi nəqliyyat sektorunun yüksək inkişafını tələb edən bir məsələdir. Harda ki, nəqliyyat sektoru yüksək inkişaf edib, orada nəqliyyat turizmi də inkişaf edib. Azərbaycanda bu, yeni təşəkkül tapan bir sahədir. Bizdə bunun hələlik müəyyən elementlərini müşahidə etmək mümkündür. Məsələn, müəyyən şirkətlər var ki, onlar avtobus vasitəsi ilə turlar təşkil edirlər. Bizdə daha çox bu seqment inkişaf edib. Bütövlükdə beynəlxalq təcrübəyə nəzər salmaq olar.

Bu məsəldə ölkə ərazisinə gələn turistlərin sayı da mühüm rol oynayır. Gələn turistlərin sayı nə qədər çox olsa, nəqliyyat turizminin imkanlarından yarralanmaq istəyənlərin də sayı təbii olaraq çox olar.

Azərbaycanda tarixi yerlər var. Hansı ki, bu, turistlərin diqqətini cəlb edə bilər. Onlar bu yerləri görmək üçün isə hökmən nəqliyyatdan istifadə etməlidirlər. Bu isə nəqliyyat turizminin hansısa elementinin inkişaf etməsi deməkdir.

 

-Bəzi hallarda yol polisi əməkdaşı ilə mübahisə edən sürücülərin özlərini yandırması və ya özlərinə digər formada xəsarət yetirməsi müşahidə edilir. Sizcə hərəkət iştirakçısı ilə polis əməkdaşı arasındakı gərginlikdən qaynaqlanan bu kimi halların baş verməməsi üçün hansı addımlar atılmalıdır?

 

-İnsanlar müxtəlif psixologiyaya malik olur. Elə insan var ki, soyuqqanlıdır. Elə insan da var ki, emosional və çılğındır. Bu cür insanlar özlərinin haqlı olduqlarını nəyin bahasına olursa-olsun sübut etməyə çalışır. Buna nail ola bilməyəndə isə başqa yollara əl atır. Polislə mübahisə edir, bəzi hallarda isə özlərini yandırırlar. Məsələn, tutaq ki, sürücünün pozduğu qaydanın cərimə sanksiyası 50 manat və 3 baldır. Lakin əgər o, polisə fiziki müqavimət göstərirsə, yaxud özünü yandırırsa, bu, daha ağır fəsadlara gətirib çıxardır. Onu da unutmayaq ki. özünə qəsd cəhdi də cinayət məsuliyyəti doğurur. 50 manatıq cəimə ilə bağlı mübahisə daha böyük məsrəflərə səbəb olur.

Emosional insanları bəzi hallarda psixoloji disbalans yaşayır, bir növ ədalətsizliyə qarşı mübariz göstərmək üçün bu yola əl atırlar. Bu isə yolverilməzdir. Əgər hər hansı bir şəxsin inzibati xəta törətməsi ilə bağlı tərtib edilən protokola etirazı varsa, o zaman məhkəməyə müraciət edə bilər. Bizdə isə təəssüflər olsun ki, sürücülər məhkəmələrə müraciət etməkdən çəkinirlər. Onların bir qismi belə güman edir ki, müəyyən bürokratik əngəllər ola bilər, vəkillə bağlı əlavə məsrəflər yarana bilər və s. Ehtimal edirlər ki, məhkəmələr dövlət qurumunun tərəfini saxlayacaq və s. Onlar məhkmə qərarının obyektivliyinə şübhə ilə yanaşırlar. Bu isə yanlış yanaşmadır. Mən özüm dəfələrlə şahid olmuşam ki, məhkəmələrdə sürücünün haqlı olduğu ilə bağlı qərarlar olur. Bu qərarlarda cərimə sanksiyasının ləğvi, təzminat və s. kimi məsələlər öz həllini tapır. Ölkəmizdə bütün mübahisələri həll edəcək orqan var ki, bu da məhkəmələrdir. Məhkəməyə qədər isə hər hansı bir şəxs günahsız olduğunu düşünürsə, o zaman DYP rəhbərliyinə müraciət edə bilər. Onlar yazılı şəkildə öz şikayətlərini DYP rəhbərliyinə çatdıra bilərlər. Sizə əminliklə bildirirəm ki, bu müraciətlərin böyük əksəriyyəti elə DYP rəhbərliyi tərəfindən çevik şəkildə öz həllini tapır. Əgər subyektiv yanaşma səbəbi ilə çıxarılan hər hansı qərarlar varsa, bu qərarlar ləğv edilir, onlara xitam verilir. Yox əgər DYP rəhbərliyinin qərarı sürücünü qane etmirsə, o zaman yenə də məhkəməyə müraciət edə bilər.

 

Seymur Əliyev

 

 

 

Oxşar xəbərlər
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
GÜNLÜK
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
AYLIQ
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək