Mərhum araşdırmaçının unudulmuş Cümhuriyyət qəhrəmanı haqqında kədərli qeydləri
Araşdırma
Oxunub: 4047
16 Jan 2018 | 14:04
Mərhum araşdırmaçının unudulmuş Cümhuriyyət qəhrəmanı haqqında kədərli qeydləri



Moderator.az 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili bağlı silsilə yazılarına davam edir. Bu dəfə təqdim edəcəyimiz yazının müəllifi biz yox,  bir neçə il bundan əvvəl dünyasını dəyişən mərhum jurnalist-yazıçı, araşdırmaçı Zakir Sadatıdır. 

Əvvəlcə, onu deyək ki, təəssüf ki,  Cümhuriyyət dövrünün araşdırmaçıları çox öyrənilməyib. Xüsusən, 1990-cı illərin ortalarından sonra bu şanlı tarixə maraq artdı. Bir çox araşdırmaçılar arxiv materiallarından əldə etdikləri materialları publisistik dillə bizlərə çatdırdılar. Onlardan biri də “Əfqanıstan uçurumu” romanının müəllifi Zakir Sadatlıdır. O, həm radioda, həm də mətbuatada Cümhuriyyət məsələlərini tez-tez qabardırdı.


Artıq həmin mətbuu orqanların bir çoxu gün fəaliyyət göstərmir. Lakin əldə etdiyimiz həmin qəzetlərin hesabına Zakir Sadatlının Cümhuriyyətin 90 illiyi  barəsində maraqlı bir məqaləsini təqdim edəcəyik. Bunun üçün isə araşdırmaçının ailəsinə minnətdarlığımızı bildiririk:


“Tarixi keçmiş təkcə sevgi və incəlik deyil. O həm də Qorxudur... Ürəyində çat verən Qorxu...

Tarix həm də ona görə təkrar olunur ki, onu yalnız tarixçilər yazır. Və onların yazdığı tarixin rəngi, dadı, hissi, həyəcanı olmur. Allah insaf vermişlərin yazdıqları eynən ümumi yeməkxana aşpazının bişirdiyi borş kimi bir şeydi.
...Zənnim məni aldatmırsa, bütün dünyada tarixi üç cür yazıblar:
1) Arzu olunan kimi;
2) Haqqında danışılan kimi; Və bir də
3) Olduğu kimi!”

Zakir Sadatlı daha sonra məşhur “Azərbaycan necə quruldu” məqaləsinin müəllifi Əkbər ağa Şeyxülislamov barəsində ətraflı məlumat verir. Bu elə bir dövrdə yazılır ki, o zaman Əkbər ağa çox nadir hallarda xatırlanmışdı:

“Əkbər ağa Şeyxülislamzadənin “Azərbaycan necə quruldu” məqaləsini tariximizin qısa bir dövrü haqqında qiymətli salnamə hesab etmək olar. Əkbər ağa Şeyxülislamzadə kimdir? Dövrün tanınmış siyasi və ictimai xadimi Əkbər ağa İbrahim oğlu Şeyxülislamzadə 1891-ci ildə İrəvan şəhərində dünyaya gəlib. İlk təhsilini gimnaziyada alıb. 1912-ci ildə Peterburqda Yol Mühəndisliyi İnstitutuna daxil olub. 1917-ci ildə Rusiyada fevral burjua inqilabından sonra yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq, vətənə qayıdıb. 1918-ci ilin fevralında Ə.Şeyxülislamzadə Zaqafqaziya Seyminin üzvü seçilib. Bu qurumda yüksək siyasi fəallıq göstərən gənc Əkbər ağanı Seym Türkiyə hökuməti ilə sülh danışıqları aparmaq üçün 1918-ci ilin martın 1-də yaradılmış nümayəndə heyətinin tərkibinə daxil etmişdi. Hətta Zaqafqaziya hökumətində (ZFDR) Daxili İşlər nazirinin müavini vəzifəsinin icrasını Ə. Şeyxülislamzadəyə tapşırmışdılar.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra o, F.Xoyskinin təşkil etdiyi birinci kabinetdə Torpaq və Əmək naziri vəzifəsini tutub. 20 gün sonra ”“ yəni iyunun 17-də Hökumət bütövlükdə istefaya çıxdığı üçün Əkbər ağa tutduğu vəzifədən uzaqlaşıb.
1918-ci il dekabr ayının 7-də Bakıda təntənəli şəkildə açılmış Azərbaycan Parlamentinə üzv seçilib.
Ə.Şeyxülislamzadə Azərbaycan nümayəndəliyinin tərkibində 1919-cu ildə açılacaq Versal sülh konfransında iştirak etmək üçün Parisə gedib. Həmin ilin martında böyük çətinliklə Parisə gəlib çıxan Əkbər ağa bir daha vətənə dönməyib.



Ömrünün qalan hissəsini mühacirətdə keçirən Ə.Şeyxülislamzadə bir çox qəzet və jurnallarda Azərbaycan həqiqətlərini işıqlandırıb.
1943-cü ildə Ədil xan Ziyadxanlı və digər mühacirətdə olan dövlət və hökumət nümayəndələrilə birlikdə azərbaycanlıların Berlində keçirilən xüsusi qurultayında iştirak edib. Milli Birlik Partiyasının yaradıcılarından və liderlərindən biri olub. Milli Birlik Partiyasının üzvləri sırasında Azərbaycanın Avropada yaşayan ən görkəmli nümayəndələri təmsil olunurdular. Gəncə üsyanının başçısı polkovnik Cahangir bəy Kazımbəyli, doktor Əziz Alpoud, professor İbrahimbəyli və başqa nəhəng şəxsiyyətləri partiya öz ətrafında birləşdirirdi.  Ə.Şeyxülislamzadənin qələmə aldığı və bir sıra Avropa dillərinə çevirib, çap etdirdiyi əsərləri xalqımız və torpağımız haqqında maraqlı elmi məlumatlarla zəngindir. Əkbər ağa Şeyxülislamzadə 1920-ci illərdə Parisdə Azərbaycandan 2-ci İnternasionalın üzvü olub. Onun İkinci Dünya müharibəsinə qədər qələmə aldığı, 1952-ci ildə Parisdə nəşr olunan “Azərbaycan” jurnalının 2-ci sayında dərc olunmuş ”Azərbaycan nasıl quruldu” məqaləsi Xalq Cümhuriyyəti tarixini öyrənmək baxımından çox qiymətlidir. Bu yazıda 1918-ci ilin 26-28 may günlərində Tiflisdə baş vermiş böyük tarixi hadisələrin gedişi bütün əlamətləri ilə işıqlandırılır.  Məqalə qürbətdə yaşayan soydaşlarımızın nəşr etdirdikləri qəzet və jurnallarda dəfələrlə təkrar-təkrar çap olunub. Təsadüfi deyil ki, bu məqalə düz on il sonra ”“ yəni 1962-ci ildə Ankarada nəşr olunan “Mücahid” jurnalında bir daha işıq üzü görüb.
Ceyhun bəy Hacıbəylinin dəfnində iştirak edərkən Ə.Şeyxülislamzadənin də qəbrini ziyarət edən Mustafa bəy Vəkilov “Parisdə bir məzar daha” (“Mücahid”, â„–53-54, 1963) adlı məqaləsində yazırdı: “Bir az o tərəfdə Əkbər ağa Şeyxülislam yatır. Yurdunun qurtuluşu uğrunda gənc yaşlarından bəri bir çox məşəqqətlərə sinə gərmiş, cəfakeş, idealist Əkbər ağa!...”
Parisin yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunan Əkbər ağa Şeyxülislamzadənin məzarı üstündə göyərən başdaşında rəqəmlər beləcə çiçək açıb: 1891-2 mart 1961...
Onun doğum günündən 100 il sonra Milli İstiqlalımız yenidən tariximizə təşrif buyurdu. Vətəndən iraq düşənlərimizsə, Qürbətdə qaldı - doğum və ölüm təvəllüdüylə...
PS: Fransız ətrindən ötrü sinov gedənlərin nəzərinə: Heç bilirsinizmi, o “duxi”lərə Ə.Topçubaşovun, C.Hacıbəylinin, Ə.Şeyxülislamzadənin Parisdəki məzarlarında Azərbaycan üçün yanıb cızdağı çıxan sümüklərin tüstüsündən də qatıblar. Demə, ONLAR bu yurddan təkcə öz başlarını götürüb getməyib, həm də TARİXİMİZin ətrini özləriylə aparıblar”¦

Müəllif daha sonra həmin tarixi yazını qəzet səhifələrində oxuculara yenidən təqdim edir:
 
“Azərbaycan necə quruldu”


Baharın ən gözəl ayı olan maydır... Tiflisdə daha da qüvvətli bir surətdə insana təbiətin oyanması və yeni bir ömrə hazırlanmasını göstərir... Parlayan günəş, buludsuz göy; hər tərəfdən hamını səssiz yaşamağa dəvət edir, bütün Qafqazı bizə bəxş edirmiş kimi görünür. Bu nemətdən istifadə edə bilməyimiz üçün hər şey əmrinizə hazırdır. Bu gözəl gün, bu gözəl hava, yaşıl təbiət ürəklərdən keçən qaranlığı, sonsuz düşüncələr, ağır vəzifələr qarşısında olmağımızı heç vaxt bizə unutdura bilməyəcəkdir.
Bu hisslər o zamanlar hər bir Qafqaz vətənpərvərinin qəlbində yaşamaqdaydı. Xüsusən Azərbaycan vətənpərvərləri (Azərbaycan Milli Şurasının üzvləri) əminəm ki, bu duyğuları ürəklərində bir cövhər kimi daşıyırdılar.
Ancaq bu gözəl günlərdə bütün Güney Qafqaz od tutub yanmaqdadır. Hər şey anarxiya içində, Bakı bolşeviklərin işğalı altında və Gəncə isə təhlükəli bir halda Qırmızı Ordunun qarşısında müqavimət göstərməkdədir. İrəvanda 300 kilometrlik bir cəbhə boyu erməni-Azərbaycan savaşı davam etməkdədir. Türk Ordusu Qafqazın hüdudlarına doğru hərəkət etmək üçün hazır vəziyyətdədir. Bir çox yerlərdə hətta sərhədləri belə keçmişdir. Bu hadisələr qarşısında Seym ”“ Güney Qafqaz Parlamenti dağılmaq üzrədir. Qafqaz birliyinin gəmisi siyasi tufanların dalğaları içərisində çarpışmaqdadır. Hər kəsi düşündürən gəminin özünü qurtarıb sahilə çıxıb, yaxud çıxa bilməyəcəyidir. Bu batmaq üzrə olan gəmini ancaq bir kapitan qurtarmağa müvəffəq ola bilər ki, o da Qafqaz Xalqının Birliyidir!
Bu birliyə inanan daha yoxdur. Xarici qüvvələrdən başqa, içəridə bu batan gəmini dələnlər getdikcə artır. Qafqaz millətləri arasında birlik yaratmaq getdikcə çətinləşir. “SOS” verməyə belə vaxt qalmır. Qayıqlar dənizə endirilir, ayrılmalar başlayır. İlk qrup gürcülər, sonra ermənilər və sonra da azərbaycanlılar bu batan Qafqaz Birliyi gəmisini tərk etdilər.
Mayın 26-da keçirilən Parlament toplantısına gələn deputatlar Güney Qafqazın bu gün son günü olduğunu dərhal anladılar. Parlament verəcəyi qərarla özünü buraxacaq, bu şəraitdə Qafqaz millətləri də bir-birindən ayrı yollarla öz hədəflərini təqib edəcəklər. Gürcülər, ermənilər, azərbaycanlılar tarix qarşısında qərarlar verəcək, öz fərdi hərəkətlərinə özləri cavabdeh olacaq, məsuliyyətlərini özləri ayrı-ayrılıqda öz çiyinlərində daşıyacaqlardı.... Mayın 26-da Gürcü Milli Şurası Müstəqil Gürcü Xalq Cümhuriyyətini elan etdi. O zaman dərhal Azərbaycan Milli Şurası toplaşaraq, yeni yaranan durumu müzakirə etməyə başladı. Əcaba, niyə Azərbaycan Milli Şurası eyni gün (yəni mayın 26-da) İstiqlalını elan etmədi? O gün tarixi məqamın bir çox səbəbləri var idi: Əvvəla, hansı siyasi partiyalar Milli Şurada təmsil edilirdilər?
1.Müsavat partiyası;
2.Bitərəflər qrupu;
3.Əhrar partiyası;
4.İttihad partiyası;
5.Sosial-inqilabçılar partiyası;
6.Sosial-demokratlar partiyası.
Seym dağılmazdan əvvəl Müsavat partiyasının bəzi məsul üzvləri erməni və gürcülərə qəti bir surətdə anlatmaq istəyirdilər ki, hər hansı vaxt bu partiyalarla onların arasında bir xırda məsələ üzərində anlaşma olmazsa, Müsavat partiyası Seymi tərk edib, Azərbaycanı müstəqil bir dövlət kimi elan etmək fikrindədir. Belə bir vəziyyətdə ilk təşəbbüsü gürcülər ələ aldı. Məsələ elə bir qarışıq durum almışdı ki, müsavatçılar nə edəcəklərini bilməyərək, acizlik içində durdular. Sağa, sola baxan bu gözlərdən bir təşəbbüs gözləmək mümkün deyildi. Biz sosialistlər partiyalarla razılığa gələrək, Azərbaycan Mili Şurasının İstiqlaliyyət elan etməsini istədik. Bunun üçün başqa partiyaların liderləriylə təmasa girdik. Mən Fətəli xanı gördüm, Xəlil bəy, Xudadat bəy, Məhəmməd Yusif Cəfər, Şəfi bəy Rüstəmbəyli və başqaları ilə görüşdüm. Nəticədə Həsən bəy Ağaoğlu Milli Şuranın toplanmasına göstəriş verdi. Mayın 26-da günortadan sonra Milli Şura Canişin Sarayının göy salonunda toplandı. Müzakirə başladı... Bizim-yəni iki sosialist firqəsinin yeni proqramı beləydi:
1. Qafqazın birliyini saxlamaq.
2. Ümumi Qafqaz idarəçiliyi Azərbaycan üçün daha əlverişli olur. Azərbaycanda olan dərəbəylik, anarxiya daha tez aradan qaldırılır, həyat daha doğru demokratik məcraya düşür.
3. Qafqaz Seymində müsəlmanlar çoxluq təşkil edəcək, çünki Şimali Qafqaz Seymə gəlmək üzrədir. Azərbaycanlılarla bərabər, 65 faizi əllərində tuturlar. Demək olar ki, az bir vaxtdan sonra müsəlmanlar özlərinə layiq tam bir yer tuta biləcəklər. Biz Şimali qafqazlılarla azərbaycanlılara Qafqaz siyasətində heç bir fərq görməyərək, tam bərabərliklə çalışacağıq. Məsələn, Əli xan Qantəmirov Seymə azərbaycanlılar tərəfindən girmişdir. İbrahim bəy Heydərovla tam sıx təmasdayıq. O, eyni zamanda, bizim partiyadan Azərbaycan Milli Mərkəzinin üzvü seçilib. Müsavat partiyası Türklük proqramından yapışıb, Qafqaz Müsəlmanlarını parçalayır. Bu tarixi məqamda böyük qüvvəmizi dağıdır. Ona görə də biz sosialistlər yalnız Qafqaz birliyinin tərəfdarı olub, ayrıca bir Azərbaycanın əleyhinə idik. Hətta mənim İsveçrə şəkilli idarəçilik olan ümumi bir Qafqaz proyektimi Seym qəbul etmişdi.
4. Madam ki, biz indi vaqeənin diqtəsi qarşısındayıq, Qafqaz Birliyi yoxdur, Azərbaycan da istiqlalını elan edərək, qonşularının tutduqları yolla getsin.
Onun üçün də sosialistlər Müstəqil Azərbaycanın əleyhdarlığından əl çəkib, birinci planda istiqlaliyyətçi oldular. Başqa partiyalar arasında həm şəxsi, həm də siyasi dost və fikir arkadaşlarımız vardı. Sultan Məcid Qənizadə (İttihad), Nəsib bəy, Xəlil bəy, Şəfi bəy (Müsavat) və başqa həmfikirlər görürdük. Məhəmməd Həsən Hacinskinin bir bəyanatı Milli Şurada atmosferi daha da qızışdırdı:
- Bizə İstiqlaliyyət lazım deyil, sanki biz “ Müsavat Ədəmi Mərkəziyyət” fraksiyasıyıq, yəni federalist bir firqəyik, - dedi. İlk vaxtlar Türkiyə ilə birlikdə federativ surətdə birləşməliyik. Bizim öz hökumətimiz ola bilər. Amma hərbi, maliyyə və xarici işlərimiz Türk dövlətinin əlində olmalıdır... Bundan sora hamının müstəqil olaraq rəy verməsi qərarlaşdırıldı. Hər bir şəxs öz seçiminə özü şəxsən məsuliyyət daşıyırdı. Məsuliyyət partiyalara deyil, şəxslərə aid idi.
Bu şəkildə rəy vermək partiyaları tamamilə ortadan silinmiş bir durumda saxladı.
Müsavat partiyasının mərkəzi komitəsi üzvü olan və məsuliyyətdən çox qorxan Məhəmməd Həsən Hacinski bu vəziyyəti görüncə, dərhal geri çəkilməyə başladı...


Mənbə:Geopolitika qəzeti, 5-11 aprel 2008, â„–08 (165)

Hazırladı: Elmin Nuri






Oxşar xəbərlər
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:52
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
02 May 2024 | 08:16
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 07:52
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
02 May 2024 | 08:16
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq