“Sözün düzü, Rüstəm İbrahimbəyovu anlaya bilməmişəm ki, nə istəyir...” -Keçmiş diaspor sədri
Oxunub: 1771
05 Jan 2018 | 17:06
“Sözün düzü, Rüstəm İbrahimbəyovu anlaya bilməmişəm ki, nə istəyir...”  -Keçmiş diaspor sədri
Moderator.az xəbər verir ki, Nijni Novqorod Azərbaycanlıları Mədəni Muxtariyyətinin keçmiş sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov  Modern.az-ın suallarını cavablandırıb.

Vidadi Abbasov  bir müddət əvvəl  Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - “AzerRos” ətrafında yaranmış qalmaqala, Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasov haqqında mediada yazılanlara münsibət bildirib və digər suallara cavab verib.

- Rusiyadan gələn azərbaycanlılar deyirlər ki, daha qonşu ölkədə soydaşlarımızı ticarət işlərində sıx görmək olmur.

- İndi  Rusiyada yaşayan azərbaycanlılar ticarətlə az məşğul olur. Ticarət yerlərini Asiya bölgəsindən gələnlər zəbt edib.

- Media bəzən Abbas Abbasov haqqında yazılara çox yer verir. Onun Azərbaycanda yenidən hakimiyyətin yüksək pillələrində təmsil olunmaq istədiyi vurğulanır. Siz nə düşünürsünüz?

- Abbas Abbasov həmişə Azərbaycan hökuməti haqqında yaxşı fikirlər səsləndirib. “AzerRos”dan gedəndən sonra onunla bir dəfə görüşdük. Hazırda öz həyatını yaşayır. Maşallah, o qədər nəvəsi var ki!.. Nəvələri, övladları, biznesi ilə məşğuldur. Bir vaxtlar Abbas Abbasov haqqında hay-küy qaldırdılar ki, Azərbaycanda hakimiyyətə gəlmək istəyir. Bu xəbərlərin  hamısı uydurmadır. Onun heç bir vəzifə iddiası yoxdur. Belə hay-küylü xəbərlər mətbuatda tez-tez yer alır. Bir ara guya, “Milyarderlər İttifaqı” adlı təşkilat yaratdılar. Halbuki, nə milyarder vardı, nə də ittifaq.

- İttifaq özünü doğrultmasa da, Rusiyada bu gün azərbaycanlı milyarderlər çoxdur. 

- Nə olsun ki, çoxdur.  Rusiyada olan azərbaycanlı milyarderlərin heç birinə azərbaycanlı kimi baxmıram. İndiyə kimi heç birinin Azərbaycan naminə bir rubl xərclədiyini görməmişəm.

- Tanınmış azərbaycanlı kinorejissor, bir vaxtlar siyasətə qatılmaq niyyətinə düşən Rüstəm İbrahimbəyovla görüşləriniz olurmu?

- Bir neçə konfranslarda görüşmüşük. Sözün düzü, bu günə kimi o adamı anlaya bilməmişəm ki, nə istəyir?!.

- Siz uzun müddət Rusiyanın Nijni Novqorod şəhərində diaspor rəhbəri olmusunuz. 
Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsininişini necə qiymətləndirisiniz?

- 10 il diaspor təşkilatının rəhbəri olmuşam amma bir dəfə də olsun rəhbərliyin üzünü görməmişəm. Tutaq ki, məndən xoşları gəlmir. Bəs digərləri?! Bəs onlarla niyə görüşlər keçirmirlər?! Bakıda Dünya Azərbaycanlılarının Konqresini keçirib, 50 nəfərə medal verdilər. Həmin medalların sahibləri arasında diaspor işçiləri var idimi?! Yox idi. Onlar diaspor sahəsində çalışan  adamların birini də çağırmamışdılar. Çünki çalışqan adamlar onlara lazım deyil. Sözümün məqsədi başqadır. Erməni diaspor naziri hər il gəlib Nijni-Novqorodda konfranslar keçirir. Professorları, tələbələri, tarixçiləri ətrafına toplayır və mütləq erməni genosidindən danışaraq, təbliğat aparır. Fikin verin: erməni diaspor naziri bu təbliğatı gələcək diplomatlar içərisində aparır. Bu gənclər sabahın səfiri, konsulu olacaq adamlardır. Amma bizim Diaspor Komitəmiz belə işlərdə görünmür. Əslində, Komitənin bizə maliyyə yardımı etməyinə ehtiyac da yoxdur. Çünki o boyda iş adamlarımız var. Hər bir şeyi dövlətə, diaspor komitəsinə bağlamaq doğru deyil.

- Bayaq qeyd etdiz ki, azərbaycanlı milyarderlər Azərbaycan naminə bir rubl da xərcləmir. O zaman Rusiyada yaşayan iş adamları niyə görə yardım əlini uzatmır?

- Milli qeyrət deyilən bir şey var. Təəssüf ki, o da artıq itib-batıb. Yaxşı tutaq ki, Nazim İbrahimov işə yaramır. Bəs bir şəhərdə 100 azərbaycanlı milyonçu varsa və heç bir işə yaramırsa, onda necə edək?!... Yazıqlar olsun.

- Ümumrusiya Azərbaycan Konqresi də bütün cəhdlərə baxmayaraq dağıldı... 

- Bu dediyiniz gurultulu konqres bankdan gələn pulları xərcləməklə məşğul olub. Heç onların Nijni-Novqorodda ofisləri də olmayıb. Onların bir sədri vardı. 20 il idi ki, meşədə yaşayırdı. Amma sədr olub.

- Artıq konqresin əvəzinə yeni bir təşkilat yaradacaqlarını bəyan ediblər.

- Yaratsınlar...Çürük bünövrənin üzərində qurulan təşkilatın nə uğuru olacaq ki?! Şansları yoxdur. Ümumiyyətlə, azərbaycanlıların nəinki Rusiyada, dünyanın heç bir ölkəsində güclü diaspor təşkilatı qurmaq şansı yoxdur.

-  Zaman-zaman müzakirə obyektinə çevrilən məsələlərdən biri də  Rusiya Dumasında azərbaycanlı deputatların təmsil oluna bilməməsidir. Məsələn, qonşu Gürcüstan parlamentində azərbaycanlı deputatlar təmsil olunur. 

- Gürcüstan azərbaycanlılarına diaspor demək özünü aşağılamaq deməkdir. Azərbaycanlılar orada yerli xalqdır. Əgər yerli xalqdırsa onlar Gürcüstan parlamentində 4 deyil, daha çox deputatla təmsil oluna bilərlər. Rusiyaya gəlincə, bu məsələdə problem daha çoxdur.  Çünki Rusiya Dumasında deputat olmaq üçün şəxsin Rusiya yönümlü olması şərtdir. Burada siyasi maraqlar mövcuddur. Ona görə də deputat ola bilmirik.

- Belə başa düşdüm ki, istənilən azərbaycanlı şəxsin Rusiya Dumasında təmsil olunması Qarabağ məsələsinin gündəmə gəlməsinə də kömək ola bilməz...

- Bir, beş, on azərbaycanlı deputat 450 deputatın içində haqq səsini necə çatdıracaq?! İş bunda deyil. Əgər deputatımız Dumada təmsil olunarsa, ən azından bəzi proseslərə təsir edə, bəzi komissiyalara qatılıb, iştirak edə bilər. Məsələnin ikinci tərəfi odur ki, biz iqtisadi cəhətdən ermənilərdən güclüyük. Amma siyasiləşmə, ictimailəşmə və təşkilatlanma cəhətdən ermənilərin yüzdə bir faizi deyilik. Bu gün diaspor deyib dünyaya səs salırıq. Halbuki, diasporun adı var, özü yoxdur. Diaspor nə deməkdir?! Başqa bir dövlətdə yaşamaqla ümumi maraqlar üzərində birləşərək, fəaliyyət göstərməkdir. Diaspor sözü dərin məna ifadə edir. Bizimkilər üçün diaspor o deməkdir ki, Azərbaycandan sənə pul gəlir. Halbuki, heç bir diaspor təşkilatına pul verilmir. Millət də oturub televiziyaya baxır ki, nə yaxşı xəbərdir. Diaspor təşkilatlarına 50 milyon manat pul ayrılıb. Deməli, bizim diaspor təşkilatımıza da çatıb. Dərhal gəlib bizə deyirlər ki, “kreditim var, ödəyə bilmirəm. Mənə kömək edin”. Əsl həqiqəti deyirsən, amma inanmırlar, söyləyirlər ki, “Azərbaycandan sizə bu qədər pul gəlir. Bəs diaspor olaraq nə edirsiz?!”. Onda eləcə, susub oturmağa məcbur olursan.

- Azərbaycanda bir məqam tez-tez tənqid edilir. Xocalı faciəsinin ildönümü yaxınlaşan kimi dünyadakı diaspor təşkilatları fəallaşırlar. Belə deyək, ancaq ildönümdən ildönümə hadisələr yada düşür.

- Razıyam. Əgər aprelin 24-ü “erməni soyqırımı”ndan danışırsızsa, bu, təkcə həmin tarixdə yad edilmir. İlboyu ermənilər bu soyqırımı dünyanın gözünə soxurlar. İlboyu universitetlərdə konfranslar keçirirlər. Jurnallarda məlumatlar dərc edirlər. Rus tələbə və jurnalistlərlə iş aparırlar. Bizdə isə Xocalı faciəsi yalnız 26 fevralda yada düşür. İş ondadır ki, adi günlərdə diaspor deyib bağıranların heç 50 nəfəri Xocalı soyqırımı tədbirlərinə gəlmir. Heç halva yeməyə də gəlmirlər. Çünki orada mənfəətləri yoxdur. Diaspordan, dövlətdən pul istəsələr də, mənəvi borclarını ödəməyə can atmırlar. Bir molla gətiririk və süfrə açırıq. Bununla da işimiz bitdi. Halbuki, soyqırımı ilə bağlı ilboyu proqram olmalı, buna uyğun işlər aparılmalı və yerli camaatı inandırmalıyıq. Təəssüf ki, bunlar yoxdur.

- Bir az da Rusiyadakı səfirliklə diaspor təşkilatları arasındakı əlaqədən danışaq. Adətən səfirliklə diaspor təşkilatları arasında uçurum olduğu deyilir. Səfirlik diasporun, diaspor da səfirliyin işini bəyənmir.

- Diasporlar kimi səfirlik də yox kimidir. Bunu belə başa düşürəm. Həm də səfirliyin hüquqi cəhətdən diasporun işlərinə qarışmağa ixtiyarı yoxdur. Səfirlik diplomatik korpusdur. Birbaşa Azərbaycan dövləti və Rusiyanın Xarici İşlər Nazirliyi ilə kontaktda olan qurumdur.

- Xaricdəki bəzi səfirliklərimizin “diaspor təşkilatları”nın əlindən cana doyduğu söylənilir. Çünki səfirliyin qapısını döyüb pul istəyən “diaspora təşkilatları”nın olduğu bildirilir. Rusiyada vəziyyət necədir?

- Bu vaxta  qədər səfir Polad Bülbüloğlunun qapısını döyməmişik. İstəsə də bizim işlərimizə qarışa bilməz. Rusiyada az və ya çox işləyən, adı olan, olmayan 100-ə yaxın diaspor rəhbəri var. Onların gedib səfirlikdən pul istəməsi qeyri-mümkündür. Səfirliyin içində olan adamların dediyinə görə, Azərbaycan hökuməti lobbi fəaliyyəti üçün külli miqdarda pul ayırır ki, alın, bu işləri görün. Amma o pullar gedib nöqtəsinə çatmır və ortada yeyilir. Azərbaycandan Nijni-Novqoroda gəlirlər və bizdən pul alıb gedirlər. 
Qüdsi Osmanovun dövründə səfirliklə daha sıx əlaqələrimiz vardı. O hamımızı bir yerə yığıb təşkilat qurmaq istəyirdi...
Oxşar xəbərlər
17:15, Bu gün
BDU-da Respublika elmi-praktik konfransı: “Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar”
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO